romanı da bitirmədi. Abbas Abdulla bir dəfə redaksiyada onu
bərk danladı, ərkyana: - Ə, burax bu tənbəlliyi, Fərman haqqında
romanını tamamla, - dedi. Səyavuş onu qucaqladı. - Yaxşı, qur-
taracam, bir səfər edim, sonra.
Səyavuş Sərxanlının istedadı da ona bəzi dairələrdə mane olur
du, haqqını ala bilmirdi. Əvəzində susurdu, təvazökarlıq edirdi,
tale qismətinə sığınırdı. Yaxşı ki, onun Elmira xanımı vardı, unut
dururdu əzablarını. Bilirsiz, haqsızlıq əclaflığın əclafıdır, insana
uz tutanda bezirsən, canını qoymağa yer axtarırsan. Xüsusilə, pe-
dantın, kəmsavadm, qabiliyyətsizin sürüsü irəli çəkiləndə...
Səyavuş Sərxanlı istisna deyildi... Bir gün rastlaşdıq, çılğın jes-
tiylə və şirin ləhcəsiylə dedi ki, jurnalda dostumuz Vahid Əzizlə
müsahibə aparmaq istəyirəm. Sənin klassik dostundur, de görüm,
onda nəyi k əşf etmisən? Cavab verdim ki, onun klassik sözlərinin
(dərhal başa düşdü işarəmi) şahidisən, biz heç, o, bütün M ərkəzi
Komitəni xəstələndirib. Bir onu deyərəm: Klassik şairdir! Yazan
da, onun yaradıcılıq psixologiyasına da toxun, heç kəs yazmır,
məndən savayı.
- Baş üstə, - dilləndi və “çest” verdi.
Müsahibəni jurnalda oxudum, görüşəndə razılığımı bildirdim,
mənim m əsləhətimə xüsusi əm əl eləmişdi... Müsahibəsində Sə
yavuşun şairliyilə publisistikası qovuşmuşdu.
Sonuncu dəfə təsadüfən indiki “Fəvvarələr xiyabanf’nda gö
rüşdük. Mən istedadlı novator şair Adil Mirseyidlə gəzişirdim.
Fasiləyə az qalırdı. Düzü, könlümüzə pivə düşmüşdü, (cibimə də
pul düşmüşdü) Səyavuş qarşımıza çıxdı.
- Ürəyimizə bax, bu saat xəyalımdan keçdi ki, Səyavuşu gö
rüm, bir il olar, görüşmürdük.
Pafosla öpüşdük. - “M onolif’in sağında kiçik guşə kəşf elə
mişəm. Təmiz qazan xörəkləri verirlər. - Təriflədim. Və üçümüz
də getdik. Araq da, pivə də içdik. O ki, var, danışıb güldük. Sə
yavuş dedi:
- Allahverdi, gəl Şəmkirə, oradan da Qazaxa gedək. Yaxşı
dostlarım var. Qazax da ki, sənin doğma yerindir. Maşınla yola
t o ?
Səyavuş S ərxa n lı
------------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
salacaqlar. Razılaşdıq...
Gəldik həmən xiyabana. Əmim oğlu, filosof Rüstəm Eminli
harasa gedirdi. Köhnə tanış imişlər, hal-əhval tutdular. Səyavuş
qəfil əlini uzatdı:
- Ə, fotoqraf, bir şəkil çəkdirək. Yadigar qalsın üçümüzdən.
Və cavan fotoqraf bizi əbədiləşdirdi...
Sonra mən rayona - Salyana getdim. Orada instituta rəhbərlik
edirdim. Ayrılanda:
- Səfəri unutma, planlaşdıraq.
Səyavuşdan ayrıldım. Sən demə, bu bizim son görüşümüz və
son şəklimiz imiş. Onun vəfatını rayonda eşitdim. Yaşadığım ota
ğa gəldim, üzüqoylu çarpayıya yıxıldım. Göz yaşımı saxlaya bil
mədim. Handan-hana qapını astaca açan sürücüm Akifi (sədaqətli
oğlanmış) başımın üstə gördüm.
- Allahverdi müəllim, - o, titrək və həyəcanlı səslə məni
çağırdı. - Nə olub, bir hadisə baş verib? - nigaran sual verdi.
- Akif, istedadlı bir şair dostum - Səyavuş Sərxanlı vəfat edib.
Bir xeyli gün əvvəl görüşmüşdüm onunla. Heyif ondan.
Yenidən qəhər boğdu məni...
Son cümləni yazanda saat birə on dəqiqə qalırdı. Nazik və
uzun pəncərəmdən günün işığı düşürdü yazı otağıma. Bilirəm ki,
Səyavuşun da qəbrinə beləcə nur süzülür. Çünki şairlər, qələm
sahibləri ölmürlər, Allahın dərgahına qovuşurlar.
Ruhun işığa qovuşsun, dostum Səyavuş Sərxanlı. Biz səni
unutmamışıq. Ömür-gün yoldaşın Elmira Sərxanlı da səni unut
mamışdır.
Allahverdi EMİNOV,
Filologiya elmləri namizədi
t o ?
SƏYAVUŞ SƏRXANLI İSTEDAD İDİ
Səyavuş Sərxanlı dünyasını d əy işsə
də xatirələrdə, kitablarının səh ifələrin
də yaşayır. Tanınmış yazıçı Nahid H a
cılı demişkən, «Yada düşdü...» bu
günlər yenə də Səyavuş bəy! Yeri gəl-
mişkən, Səyavuşlu məqamlardan iki
sini söyləyim.
...“Ulduz”da şöbə müdiri işləyirdi.
Bir neçə yazımı seçib, apardım redak
siyaya. O, “Birdən” adlı şeirimi xüsu
silə bəyəndi, əlini əlinə vurub: “Əsl
poeziya nümunəsi belə olar” - dedi.
Mən bir il sonra Krımda - Yalta Yaradıcılıq Evində qalanda “2?ı>-
dən"in sətri tərcüməsi moskvalı L.Şipaxinanın xoşuna gəldi, onu
ruscaya çevirdi. Özü də çox ustalıqla. Bakıya qayıdanda əhvalatı
Sərxanlıya danışdım. Qayıtdı ki, ay Oqtay müəllim, görürsən də,
yaxşı əsər başqa dildə də dəyərini, təravətini saxlayır.
...Səyavuş Sərxanlının goranboylu dostu, rəhmətlik Üzeyir Şə
fəqli ilə “Azadlıq” prospektindəki kafelərdən birində nahar edir
dik. Yenidən araq sifariş verdik. Üzeyir onu açmaq istəyəndə:
- Dayan, dayan - dedim, - siz bilirsiz ki, yaxınlarda Səyavuş
oğul atası olacaq. Gəlin bu şüşəyə toxunmayaq. Qalsın üzümüzə
gələn o xoş günə.
Aradan təxminən üç ay keçmişdi. Zəng oldu. Dəstəyi götür
düm. Telefonda Səyavuşun tanış səsini eşitdim: - Oqtay müəllim,
məni təbrik elə, oğlum olub. Adını Əlibəy qoymuşam. Üzeyirlə
bir yerdəyik. Otur bir taksiyə, özünü tez çatdır bizə. İndi həmin
o “əziz” şüşəni birlikdə açacağıq.
Hamımızın ovqatı dağlar başında idi. Bundan gözəl gün olar-
dımı? Təbrik sağlığımda əziz qələm dostumun - Səyavuş Sərxan-
lının bu misralarını ucadan dedim:
Səyavuş S ərxa n lı
------------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Minnətli çörəyi balla yemərəm,
Minnətsiz bir dadım duz verin mənə!
Oqtay RZA,
şair
O, ADİ HƏYAT YAŞAMADI...
Başı ərşə duran dağlar,
Dağlar, Eyvazı neynədiz?
Üç igidi udan dağlar
Dağlar, Eyvazı neynədiz?
Deyirlər, Nigar xanım oğulluğa gö
türdüyü Eyvazın Bağdadda dar ağacın
dan asılacağını eşidib heç kimin üzünə
belə baxmadan, dayandığı təpənin lap
ucqarına gəldi və saçından üç tel ayı
raraq yuxarıda qeyd etdiyimiz həmin
məşhur şeirini söylədi... Həm də de
yirlər Koroğlu vəfalı həyat yoldaşından bu sözləri eşitcək sanki
gözlərinə qaranlıq çökdü və o, əlini atıb Dəli Mehtərin qarşısına
gətirdiyi Qıratın yüyənindən tutdu, bir anda atın belinə sıçrayıb üz
tutdu Bağdada tərəf ki, gedib oğulluğu Eyvazı və digər iki dəlisini
ölümün pəncəsindən qurtarsın... Və gedib qurtardı da...
Hər dəfə Şəmkirə yolum düşəndə, burada başı ərşə dayanan
dağlara sarı baxarkən istər-istəməz qoç Koroğlunun vəfalı ömür-
gün yoldaşı Nigar xanımın dağlara üz tutub dediyi sözlər yadıma
düşür... Bəli, o zamanlar Koroğlu var idi, kişilik var idi, qeyrət
daha çox idi. Və Nigar xanım da dağlara xitabən söz desə də, əs
lində qəlbinin giziltisini igid Koroğlusuna eşitdirərək oğulluğunu
dardan qurtarmaq istəyirdi. Çünki bilirdi ki, Koroğlu elə doğrudan
da Koroğludu. O öz Nigarını gözüyaşlı qoymayıb oğulluğa götür
Dostları ilə paylaş: |