Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə18/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

romanı  da  bitirmədi.  Abbas  Abdulla  bir  dəfə  redaksiyada  onu 
bərk  danladı,  ərkyana:  -   Ə,  burax  bu  tənbəlliyi,  Fərman  haqqında 
romanını  tamamla,  -   dedi.  Səyavuş  onu  qucaqladı.  -   Yaxşı,  qur- 
taracam,  bir  səfər  edim,  sonra.
Səyavuş  Sərxanlının  istedadı  da  ona  bəzi  dairələrdə  mane  olur­
du,  haqqını  ala  bilmirdi.  Əvəzində  susurdu,  təvazökarlıq  edirdi, 
tale  qismətinə  sığınırdı.  Yaxşı  ki,  onun  Elmira  xanımı  vardı,  unut­
dururdu  əzablarını.  Bilirsiz,  haqsızlıq  əclaflığın  əclafıdır,  insana 
uz  tutanda  bezirsən,  canını  qoymağa  yer  axtarırsan.  Xüsusilə,  pe- 
dantın,  kəmsavadm,  qabiliyyətsizin  sürüsü  irəli  çəkiləndə... 
Səyavuş  Sərxanlı  istisna  deyildi...  Bir  gün  rastlaşdıq,  çılğın  jes- 
tiylə  və  şirin  ləhcəsiylə  dedi  ki,  jurnalda  dostumuz  Vahid  Əzizlə 
müsahibə  aparmaq  istəyirəm.  Sənin  klassik  dostundur,  de  görüm, 
onda  nəyi  k əşf etmisən?  Cavab  verdim  ki,  onun  klassik  sözlərinin 
(dərhal  başa  düşdü  işarəmi)  şahidisən,  biz  heç,  o,  bütün  M ərkəzi 
Komitəni  xəstələndirib.  Bir  onu  deyərəm:  Klassik  şairdir!  Yazan­
da,  onun  yaradıcılıq  psixologiyasına  da  toxun,  heç  kəs  yazmır, 
məndən  savayı.
-   Baş  üstə,  -   dilləndi  və  “çest”  verdi.
Müsahibəni  jurnalda  oxudum,  görüşəndə  razılığımı  bildirdim, 
mənim  m əsləhətimə  xüsusi  əm əl  eləmişdi...  Müsahibəsində  Sə­
yavuşun  şairliyilə  publisistikası  qovuşmuşdu.
Sonuncu  dəfə  təsadüfən  indiki  “Fəvvarələr  xiyabanf’nda  gö­
rüşdük.  Mən  istedadlı  novator  şair  Adil  Mirseyidlə  gəzişirdim. 
Fasiləyə  az  qalırdı.  Düzü,  könlümüzə  pivə  düşmüşdü,  (cibimə  də 
pul  düşmüşdü)  Səyavuş  qarşımıza  çıxdı.
-   Ürəyimizə  bax,  bu  saat  xəyalımdan  keçdi  ki,  Səyavuşu  gö­
rüm,  bir  il  olar,  görüşmürdük.
Pafosla  öpüşdük.  -   “M onolif’in  sağında  kiçik  guşə  kəşf  elə­
mişəm.  Təmiz  qazan  xörəkləri  verirlər.  -   Təriflədim.  Və  üçümüz 
də  getdik.  Araq  da,  pivə  də  içdik.  O  ki,  var,  danışıb  güldük.  Sə­
yavuş  dedi:
-   Allahverdi,  gəl  Şəmkirə,  oradan  da  Qazaxa  gedək.  Yaxşı 
dostlarım  var.  Qazax  da  ki,  sənin  doğma  yerindir.  Maşınla  yola
t o ?
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
salacaqlar.  Razılaşdıq...
Gəldik  həmən  xiyabana.  Əmim  oğlu,  filosof  Rüstəm  Eminli 
harasa  gedirdi.  Köhnə  tanış  imişlər,  hal-əhval  tutdular.  Səyavuş 
qəfil  əlini  uzatdı:
-   Ə,  fotoqraf,  bir  şəkil  çəkdirək.  Yadigar  qalsın  üçümüzdən. 
Və  cavan  fotoqraf bizi  əbədiləşdirdi...
Sonra  mən  rayona  -   Salyana  getdim.  Orada  instituta  rəhbərlik 
edirdim.  Ayrılanda:
-   Səfəri  unutma,  planlaşdıraq.
Səyavuşdan  ayrıldım.  Sən  demə,  bu  bizim  son  görüşümüz  və 
son  şəklimiz  imiş.  Onun  vəfatını  rayonda  eşitdim.  Yaşadığım  ota­
ğa  gəldim,  üzüqoylu  çarpayıya  yıxıldım.  Göz  yaşımı  saxlaya  bil­
mədim.  Handan-hana  qapını  astaca  açan  sürücüm  Akifi  (sədaqətli 
oğlanmış)  başımın  üstə  gördüm.
-   Allahverdi  müəllim,  -   o,  titrək  və  həyəcanlı  səslə  məni 
çağırdı.  -   Nə  olub,  bir  hadisə  baş  verib?  -   nigaran  sual  verdi.
-   Akif,  istedadlı  bir  şair  dostum  -   Səyavuş  Sərxanlı  vəfat  edib. 
Bir  xeyli  gün  əvvəl  görüşmüşdüm  onunla.  Heyif ondan.
Yenidən  qəhər  boğdu  məni...
Son  cümləni  yazanda  saat  birə  on  dəqiqə  qalırdı.  Nazik  və 
uzun  pəncərəmdən  günün  işığı  düşürdü  yazı  otağıma.  Bilirəm  ki, 
Səyavuşun  da  qəbrinə  beləcə  nur  süzülür.  Çünki  şairlər,  qələm 
sahibləri  ölmürlər,  Allahın  dərgahına  qovuşurlar.
Ruhun  işığa  qovuşsun,  dostum  Səyavuş  Sərxanlı.  Biz  səni 
unutmamışıq.  Ömür-gün  yoldaşın  Elmira  Sərxanlı  da  səni  unut­
mamışdır.
Allahverdi  EMİNOV, 
Filologiya  elmləri  namizədi
t o ?


SƏYAVUŞ  SƏRXANLI  İSTEDAD  İDİ
Səyavuş  Sərxanlı  dünyasını  d əy işsə 
də  xatirələrdə,  kitablarının  səh ifələrin ­
də  yaşayır.  Tanınmış  yazıçı  Nahid  H a­
cılı  demişkən,  «Yada  düşdü...»  bu 
günlər yenə  də  Səyavuş bəy!  Yeri  gəl- 
mişkən,  Səyavuşlu  məqamlardan  iki­
sini  söyləyim.
...“Ulduz”da  şöbə  müdiri  işləyirdi. 
Bir  neçə  yazımı  seçib,  apardım  redak­
siyaya.  O,  “Birdən”  adlı  şeirimi  xüsu­
silə  bəyəndi,  əlini  əlinə  vurub:  “Əsl 
poeziya  nümunəsi  belə  olar”  -   dedi. 
Mən  bir  il  sonra  Krımda -   Yalta Yaradıcılıq  Evində  qalanda  “2?ı>- 
dən"in  sətri  tərcüməsi  moskvalı  L.Şipaxinanın  xoşuna  gəldi,  onu 
ruscaya  çevirdi.  Özü  də  çox  ustalıqla.  Bakıya  qayıdanda  əhvalatı 
Sərxanlıya  danışdım.  Qayıtdı  ki,  ay  Oqtay  müəllim,  görürsən  də, 
yaxşı  əsər  başqa  dildə  də  dəyərini,  təravətini  saxlayır.
...Səyavuş  Sərxanlının  goranboylu  dostu,  rəhmətlik  Üzeyir  Şə­
fəqli  ilə  “Azadlıq”  prospektindəki  kafelərdən  birində  nahar  edir­
dik.  Yenidən  araq  sifariş  verdik.  Üzeyir  onu  açmaq  istəyəndə:
-   Dayan,  dayan  -   dedim,  -   siz  bilirsiz  ki,  yaxınlarda  Səyavuş 
oğul  atası  olacaq.  Gəlin  bu  şüşəyə  toxunmayaq.  Qalsın  üzümüzə 
gələn  o  xoş  günə.
Aradan  təxminən  üç  ay  keçmişdi.  Zəng  oldu.  Dəstəyi  götür­
düm.  Telefonda  Səyavuşun  tanış  səsini  eşitdim:  -   Oqtay  müəllim, 
məni  təbrik  elə,  oğlum  olub.  Adını  Əlibəy  qoymuşam.  Üzeyirlə 
bir  yerdəyik.  Otur  bir  taksiyə,  özünü  tez  çatdır  bizə.  İndi  həmin 
o  “əziz”  şüşəni  birlikdə  açacağıq.
Hamımızın  ovqatı  dağlar  başında  idi.  Bundan  gözəl  gün  olar- 
dımı?  Təbrik  sağlığımda  əziz  qələm  dostumun  -   Səyavuş  Sərxan- 
lının  bu  misralarını  ucadan  dedim:
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
Minnətli  çörəyi  balla  yemərəm,
Minnətsiz  bir  dadım  duz  verin  mənə!
Oqtay  RZA, 
şair
O,  ADİ  HƏYAT  YAŞAMADI...
Başı  ərşə  duran  dağlar,
Dağlar,  Eyvazı  neynədiz?
Üç  igidi  udan  dağlar 
Dağlar,  Eyvazı  neynədiz?
Deyirlər,  Nigar  xanım  oğulluğa  gö­
türdüyü  Eyvazın  Bağdadda  dar  ağacın­
dan  asılacağını  eşidib  heç  kimin  üzünə 
belə  baxmadan,  dayandığı  təpənin  lap 
ucqarına  gəldi  və  saçından  üç  tel  ayı­
raraq  yuxarıda  qeyd  etdiyimiz  həmin 
məşhur  şeirini  söylədi...  Həm  də  de­
yirlər  Koroğlu  vəfalı  həyat  yoldaşından  bu  sözləri  eşitcək  sanki 
gözlərinə  qaranlıq  çökdü  və  o,  əlini  atıb  Dəli  Mehtərin  qarşısına 
gətirdiyi  Qıratın  yüyənindən  tutdu,  bir anda  atın  belinə  sıçrayıb  üz 
tutdu  Bağdada  tərəf ki,  gedib  oğulluğu  Eyvazı  və  digər iki  dəlisini 
ölümün  pəncəsindən  qurtarsın...  Və  gedib  qurtardı  da...
Hər  dəfə  Şəmkirə  yolum  düşəndə,  burada  başı  ərşə  dayanan 
dağlara  sarı  baxarkən  istər-istəməz  qoç  Koroğlunun  vəfalı  ömür- 
gün  yoldaşı  Nigar  xanımın  dağlara  üz  tutub  dediyi  sözlər  yadıma 
düşür...  Bəli,  o  zamanlar  Koroğlu  var  idi,  kişilik  var  idi,  qeyrət 
daha  çox  idi.  Və  Nigar  xanım  da  dağlara  xitabən  söz  desə  də,  əs­
lində  qəlbinin  giziltisini  igid  Koroğlusuna  eşitdirərək  oğulluğunu 
dardan  qurtarmaq  istəyirdi.  Çünki  bilirdi  ki,  Koroğlu  elə  doğrudan 
da  Koroğludu.  O  öz  Nigarını  gözüyaşlı  qoymayıb  oğulluğa  götür­


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə