Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə19/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

düyü  Eyvazı  dar  ağacında  asılmaqdan  xilas  edəcəkdir.
Təxminən  3-4  əsr  bundan  öncə  Koroğlu  gedib  öz  Eyvazını 
ölümün  pəncəsindən  qurtardı,  onu  yaşatdı.  Biz  isə  öz  eloğlumuzu, 
nəinki  Şəmkirin,  hətta  bütün  Azərbaycanın  öyünə  biləcəyi  iste­
dadlı  şair-publisistimizi,  görkəmli  yazıçı-jurnalistimizi,  yaxşı  tər­
cüməçimizi,  ən  nəhayət,  mehriban  insan  və hər kəslə  səmimi  dost 
olmağı  bacaran  Səyavuş  Sərxanlım  XXI  əsrin  astanasında  qoruya 
bilmədik,  onu  elə  gözümüz  görə-görə  ölümün  ağuşuna  verib,  cə­
mi-cümlətanı  63  yaşında,  hələ  cavanlıq  təravəti  çöhrəsindən  çə­
kilməyə  macal  tapmamış  2  iyul  2005-ci  ildə  əbədiyyətə  yola  sal­
dıq.  Peyğəmbər  ömrü  yaşadı  Səyavuş  Sərxanlı...
Buna  xəstəlikmi  günahkardır,  yoxsa  ona bu xəstəliyi  “pripiska” 
edən,  hamını  özünə  doğma  sanan  bu  səmimi,  alicənab  insanın  is­
tedadına  qarşı  qəlbində  həsəd,  paxıllıq  hissi  yaşadan,  üzdə  özünü 
ona  dost  göstərib,  arxada  ayağının  altını  qazıyan,  ancaq  öz  m əna­
feyi  üçün  çalışıb  bu  fitri  istedadlı  şəxsə  mənəvi  zərbələr  vuran 
xəbis  xislətli  karyeristlərmi?  Maraqlı  sualdır,  elə  deyilmi?  Ancaq 
nə  qədər  maraqlı  da  olsa  bu  sualın  cavabı  olan  bircə  şey  gün  kimi 
aydındır.  Ötən  əsrin  60-cı  illərində  Azərbaycan  ədəbi  mühitində 
bədii  publisistikaya  yeni  ruh,  yeni  nəfəs  və  yeni  təravət  gətirən 
istedadlı  və  alovlu  Azərbaycan  şairi  artıq  sıralarımızda  yoxdur.  O, 
zamanın  girdabına  elə  düşdü  ki,  onu  hətta  canından  da  artıq  sev­
diyi  Şəmkirin  sıra  ilə  düzülmüş,  başı  ərşə  dayanan  dağları  da xilas 
edə  bilmədi.  Həyatdan  köçəcəyini  hiss  edəndə  isə  onun  son  tə­
səllisi  bu  oldu  ki,  onu  doğma  yurdda  dəfn  edəcəklər.  Odur  ki,  ya­
xınlarına:  “...Məni  o  dağların  qoynunda,  Sərxanda  dəfn  edərsi­
niz...”,  -   söylədi.
***
Deyirlər,  şairin  ömür-gün  yoldaşı  Elmira  xanım  hər  dəfə  Şəm- 
kirə  -   onun  qəbrini  ziyarət  etməyə  gedəndə  Nigarsayağı  üzünü 
dağlara tutub  öz  Səyavuşunu dağlardan  soruşursa da,  lakin nə  dağ­
lar,  nə  də  bir  başqaları  onun  səsinə  səs,  ününə  ün  verə  bilmirlər. 
Çünki  nə  zəmanə  Koroğlu  zəmanəsi  deyil,  nə  də  o  zamanlar  Ni­
gar  xanımın  gördüyü  qoç  Koroğlu  da  daha  yoxdur...
•SEäü?
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
Qarşımda  Səyavuş  Sərxanlının  ölümündən  sonra  işıq  üzü  gör­
müş  “Məni  soruşan  olsa...”  adlı  şeirlər  kitabı  durur.  Həmin  ki­
taba  ön  söz  yazan  şair  Məmməd  Aslanın  yazdıqlarını  oxuyuram: 
“...İndi  haqqüçünə publisist yazılar yazan,  özü  də yaxşı yazan 
xeyli  qələm  sahiblərimiz  var.  Amma  bunu  heç  kim  unutmayıb  ki, 
iyirmi  il  əvvəl  bizim  aramızda  insanı  alıb  aparan,  gözəl publisist 
yazılar yazan  ancaq  sən  idin.  Necə  də  məhsuldar  işləyirdin,  nə 
təhər  hərarətli yazırdın!.. ”.
Bəli,  bir  neçə  il  öncə  Azərbaycan  xalqı  özünün  daha  bir  gör­
kəmli  oğlunu  itirdi...  Bu  itkinin  ağırlığı  o  qədər  dərindir  ki,  bunu 
sözlə  ifadə  etmək  mümkün  deyil.  Düzdür,  mətbuat  səhifələrində 
bu  itkiylə  bağlı  çoxlu  yazılar  getdi.  Səyavuş  Sərxanlı  qələmindən 
bəhrələnənlər,  onun  istedadına  pərəstiş  edən  qələm  sahibləri  və 
əsl  dostları  bu  ağrını  onun  yaxınları  ilə  yaşadılar.  Ancaq  bu,  artıq 
gec  idi.  Sağlığında  ona  zərbə  vuranlar  öz  zərbələrini  vurmuş,  onu 
ən  yüksək  dövlət  mükafatlarından,  fəxri  adlardan  məhrum  etmək 
üçün  dəridən-qabıqdan  çıxmış  və  istədiklərinə  nail  olmuşdular. 
Bəlkə  də  elə  bu  zərbələrin  təsirindən,  ona  qarşı  mütəmadi  edilən 
həmlələrdən,  qadağalardan  cana  doydu  şair  qardaşımız,  müəllimi­
miz.  Bu  fani  dünyada  yaşamağı  artıq  saydı.  İstəmədi  ki,  kimlə­
rinsə  zərbələrinə  yenidən  tuş  gəlib  mənəvi  zərbələr  alsın.  Heç 
istəmədi...
Artıq  dörd  ildir  ki,  o,  sıralarımızda  yoxdur.  Aradan  ötən  bu 
neçə  ildə  onun  yoxluğunun  cəfasını  çəkən  bir  vəfalı  həyat  yoldaşı 
Elmira  xanım  olubdur,  bir  də  yaxın  qohumları  və  biz  Səyavuş 
Sərxanlı  qələminin  pərəstişkarları.  Onsuz  ötən  bu  dörd  ildə  qəl­
bimi  göynədən  nisgili,  ağrı-acını  qələmin  gücü  ilə  izhar  etməyə 
tələsməyib,  şairin  ailəsinə  baş  çəkməyi  qərara  aldım.
Qzı  Hicran  xanımın  evində  rəhmətlik  Səyavuş  Sərxanlının 
həyat  yoldaşı  Elmira  xanım  ilə  üzbəüz  əyləşib  ondan  sonra  qalan 
nisgili  bölüşürük.  Söhbətimizdən  onun  həyat  yoldaşına  qarşı  hələ 
də  nə  qədər  istəkli  olduğunu  duyuram.  Deyirlər,  torpağın  bir  üzü
4 6 3 ?


soyuq  olur.  İnsan  elə  ki,  dünyasını  dəyişdi,  torpağa  tapşırıldı,  ona 
qarşı  olan  məhəbbət  də,  istək  də  soyuyur.  Yalan  sözdür.  Əsl 
məhəbbət,  sevgi  heç  də  unudulmur.  Çünki  Elmira  xanımla  söhbə­
timizin  əvvəlində  də,  sonunda  da  yalnız  bunu  hiss  etdim  ki,  onun 
ərinə  qarşı  qəlbində  bəslədiyi  sevgi,  istək,  məhəbbət  nəinki  soyu­
mayıb,  əksinə,  daha  da  çoxalıb,  artıbdır.  Mən  bu  ülvi  m əhəbbət 
qarşısında  heyrətə  gəldiyimi  gizlədə  bilmədim.
Sonra  biz  Elmira  xanımla  birgə  Səyavuş  Sərxanlının  keçdiyi 
ömür  yoluna  qısa  nəzər  saldıq.  Ailə  albomunda  onun  m üxtəlif 
vaxtlarda,  saysız-hesabsız  sənət  adamları,  yaradıcı  şəxslərlə,  dost­
ları  ilə  və  s.  insanlarla  çəkdirdiyi  şəkillərə  baxdıq.  Elmira  xanıma 
nə  qədər  ağrılı-acılı  olsa  da,  həmin  illəri  onunla  birgə  yaşadıq. 
Ərinin  keçdiyi  ömür  yolundan  yana-yana  danışdı  Səyavuş  m üəl­
limin  vəfalı  qadını.  Sözündən  başa  düşdüm  ki,  Elmira  xanıma  tə ­
səlli  kimi  Səyavuş  müəllimin  ona  yadigar  qoyub  getdiyi  iki  balası 
-   qızı  Hicran  və  oğlu  Əlibəy  qalıbdır,  bir  də  yazıb  ərsəyə  gətir­
diyi  və  işıq  üzü  görmüş  səkkiz  kitabı,  habelə  çoxlu  sayda publisist 
yazıları.  Bu  kitablarının  adlarını  isə  qızı  və  həyat  yoldaşı  əzbər­
dən  birnəfəsə  sadaladılar:  1.  Qayıt;  2.  Dünya  sevənlərindir;  3. 
Mənim  nərgizli  dünyam;  4.  Anamın  səsi  gəlir;  5.  Duz-çörək;  6. 
Yormaz  bu  yollar  məni;  7.  Göy  suların  sultanı;  8.  Məni  soru­
şan  olsa...
Elmira  xanım  söylədi  ki,  o,  ən  yüksək  dövlət  adlarına  və 
mükafatlarına  layiq  olsa da,  lakin  hər dəfə  onun  adı  mükafata  təq­
dim  olunanda  hansısa  sehrli  çubuğun  gücü  ilə  son  anda  bu  müka­
fatlar başqa  adamlara  paylanırdı,  fəxri  adlar özgələrə  verilirdi.  Elə 
şairin  ömrünün  son  15  ilini  poeziya  şöbəsinin  müdiri  kimi  çalış­
dığı  “Azərbaycan”  jurnalının  80  illik  yubileyi  ilə  əlaqədar  təltif- 
olunmada  da  belə  oldu.  Səyavuş  Sərxanlının  adı  son  anda  müka­
fata  təqdim  olunanlar  siyahısından  çıxarıldı.  Elmira  xanım:  “Ona 
mənəvi  zərbə  vurmaq  istəyənlərə  Səyavuş  həmişə  öz  nikbinliyi 
ilə  qalib  gəlirdi”  deyərək,  həyat  yoldaşının  özünə  qarşı  olan  bu 
qərəzli  mövqedən  sınmadığını,  əksinə,  həmişə  nikbin  olduğunu, 
haqq-ədalətin  nə  vaxtsa  öz  yerini  tutacağını  düşündüyünü  bildirdi. 
O,  kəlbəcərli  el  şairi  Şücaətin  təbirincə  desək:
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------------------------------
Mənim  muzeyim  də,  mətbuatım  da
Elin  ürəyidir,  el  də  bəsimdir.
ifadəsi  ilə  razılaşaraq,  belə  xırdalıqlara  əhəmiyyət  vermirdi.  Ona 
nə  qədər  maneələr  olsa  da,  bununla  belə  o,  öz  istedadı  sayəsində 
iki  dəfə  “Qızıl  qələm ”,  habelə  “Məmməd  Araz”  və  “N.Ostrovski” 
ədəbi  mükafatlarına  layiq  görülmüşdü.  Səyavuş  Sərxanlı  SSRİ 
Yazıçılar  İttifaqının  Oçerk  və  Bədii  Publisistika  Şurasının  üzvü 
idi.  Ən  başlıcası  isə  o,  xalqın  məhəbbətini  qazanmışdı.  Elə  bir 
məhəbbətini  ki,  bu  məhəbbəti  xalqın  ürəyindən  silmək  mümkün 
deyildir.  Lakin  o,  üzdə  özünü  ona  dost  kimi  göstərib,  arxada  aya­
ğının  altını  qazıyanları  da  tanımış,  onlara  gülmüş,  öz  sözünü  şeirin 
dili  ilə  hər  dəfə  bu  xəbis  xislətli  üzdəniraq  “dostların”  sinəsinə 
süngü  kimi  sancmışdı:
Hələ  kefiniz  kök,  halınız  xoşdur.
Hərəniz  bir  ciyər  parası  kimi.
Haçan  qayıtsanız,  yeriniz  boşdur
Sinəmdə  bir  güllə  yarası  kimi!..
Elmira  xanım  həyat  yoldaşı  ilə  bağlı  xatirələrini  danışarkən, 
sözarası  ərinin  ölümündən  sonra  ona  mənəvi  dəstək  olan  insanla­
rın  da  adlarını  sadaladı.  O,  Səyavuş  Sərxanlını  heç  zaman  unut­
mayan  sədaqətli  dostlardan  -   Hidayət  Orucovun,  Akif  Hüsey­
novun  və  Ağababa  Rzayevin  adlarını  xüsusilə  vurğuladı.
Söhbətimizin  sonunda  Elmira  xanım  dedi  ki,  o,  adi  həyat  yaşa­
madı.  Özünəməxsus  əsl  şəxsiyyət  ömrü  yaşadı.  Onun  gülüşü  şəf­
faf,  təbəssümü  ilıq,  baxışları  nurlu  idi...
Bütün  mənalı  həyatı  boyu  müxtəlif mətbu  orqanlarda  fəaliyyət 
göstərsə  də,  ömrünün  15  ilindən  çoxunu  məhz  “Azərbaycan” 
jurnalında  poeziya  şöbəsinin  müdiri  vəzifəsində  çalışdı  Səyavuş 
Sərxanlı...
Ancaq  Elmira  xanımın  bir  təsəllisi  də  var.  O,  inanır  ki,  ömür- 
gün  yoldaşı  Səyavuş  öz  şən,  çılğın,  sadə  və  mənalı  ömrünü  yeni­
dən  yaşamaq  üçün  nə  vaxtsa  geri  dönəcək  və  bir  şeirində  söylə­
diyi  kimi  üzünü  hamıya  tutaraq  deyəcəkdir:
«
5
£
3
?
-----------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə