Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ


HƏR  İKİ  DÜNYANIN  SAKİNİ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə27/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

HƏR  İKİ  DÜNYANIN  SAKİNİ
Hər  bir  yazar,  şair  Səyavuş  Sər- 
xanlını  həyatın  m üxtəlif nöqtələrindən 
işıqlandıra  bilər.  Onun  haqqında  mə­
nim  də  ürəyimdə  şairin  söz  qığılcım­
ları  yaşayır.  Onun  odlu-alovlu,  bulaq 
kimi  çağlayan  bir  şair,  publisist,  tər­
cüməçi  olmasını  heç  kim  dana  bilməz. 
Onu  «Ulduz» jurnalında  çalışdığı  vaxt­
lardan  tanıyırdım. O, həm  daxilən,  həm 
də  zahirən  olduqca  gözəl  bir  insan  idi. 
Sanki  Səyavuş  Allahın  ən  şəfqətli,  ən 
səxavətli  bir  anında  dünyaya  göz  aç­
mışdı.  O,  bir  dünyanın,  bir  mahalın,  bir  kəndin,  bir  ocağın  ba­
harını,  qışını,  qarını,  yağışını,  istisini,  soyuğunu,  küləyini,  ucalıq 
zirvəsində  dayanan  nəslin,  valideynlərin  səmimiyyətini,  dəya­
nətini,  diqqətəlayiqliyini,  dəyərli  kəlamlarını,  işıqlı  ruhunu,  dün­
yanın  ağrılı-acılı,  şəkərli-duzlu,  ölməzliyini  əbədiyyətə  qovuş­
durmaq  üçün  ədəbiyyata  gətirmişdi.  Onun  şeirlərini  oxuyanda  bir 
şairin  simasının  işığı,  möcüzəsi,  kövrəkliyi,  qəlbinin  rənga­
rəngliyi,  şeirin,  sənətin  qranit  heykəli  gözlərimin  önündə  canlanır.
Şair  anası  Səadətə  yazdığı  «Ana»  şeirində  deyirdi:
Vuruldum  Vətənə  ana  adında,
Ömrümün  gecəsi-gündüzü  ana!
Həyat  dediyimiz  kainatın  da 
İlk  sözü  anadı,  son  sözü  ana!
Burada  onun  valideynə  bağlılığına  heyrət  edirsən.  Doğrudan  da 
ana  kainatın  alternatividir.
İnsanın  ilk  və  son  sözü  də  ana  olur.  Elə  bir  şair  tanımıram  ki, 
ana  haqqında  yazmasın.  Səyavuşun  ana  haqqında  yazdığı  şeirlə­
rinin  isə  ədəbiyyatda  özünəməxsus  yeri  var.  O,  şeirlərində  analara 
isti  yuva  qurur.  Şairin  şeirlərindən  torpaq  ətri  gəlir.  Torpaq  ətri
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
------------------------------------------------------------  Vətən,  səslə  oğlunu
gələn  şeir  isə  həmişə  yaşamalıdır.
Torpaq  axtarıram,  bir  ovuc  alıb,
Sıxanda  Xaqani  hayqırsın  orda.
Torpaq  axtarıram,  zəlzələ  salıb,
Qandallar,  zəncirlər  qırılsın  orda!
Atasının  xatirəsinə  həsr  etdiyi  « Təbiət  ağlayır,  dəyməyin  mə­
nə...»  şeirində  isə  o  bir  ata  varlığının,  ata  sözünün  kəsərini  ön 
plana  çəkir.  Atasını,  özünü  təbiətin  bir  parçası  sayır,  «i  -  deyir.
Hələ  80-ci  illərin  əvvəllərində  şair  Vətəninin  bir  parçası  olan 
Qarabağ  haqqında  deyirdi:
Mənim  Qarabağım  bir  daş  kitabdı  - 
Düşübdü  başına  düşmənlərimin.
Qarabağ  Azərbaycanın  qan  yaddaşıdır.  Qarabağ  döyüşlərində 
saysız-hesabsız  şəhidlərimiz  qurban  gedib.  Şair  ağrılarımıza  göz 
yummur.  Körpələrin  qundaqda  qurban  getməsini  bir xalqın  faciəsi 
hesab  edir.
Səyavuş  onu  soruşanlara,  axtaranlara  üzünü  tutub  deyir:
Məni  xatırlayan,
Soruşan  olsa  - 
Üzüm  ellərədir,
Ünvanım  -   şeir.
Kim  məni  tapanda  pərişan  olsa,
Özümə  tutduğum  divanım  -   şeir...
Bəli,  onun  mayası  şeirlə  yoğrulmuşdu.  Onu  şeirsiz  yad  etmək 
qeyri-mümkündür.  O,  dostları  üçün,  insanlar  üçün  şeirdən,  şeiriy- 
yatdan  çox  əziz  bir  insan  kimi  yadda  qalıb.  İnanmaq  olmur  ki,  be­
lə  insanlar  dünyadan  köçə  bilər.  Yox,  o,  dünyadan  köçməyib.  O, 
əvəzsiz  yaradıcılığı  ilə  bu  dünyadan  şaxələnmiş  xeyirxahlığı  ilə  o 
biri  dünyaya  adlayıb.
Şair  onu  sevənlərə,  sevməyənlərə  bir  gözlə  baxır:
s tü ä ?


Ey  məni  sevənlər,  ey  sevməyənlər,
Sizi  düşünürəm,  qurbanam  sizə.
Mən  inanmıram  ki,  Səyavuş  Sərxanlım  sevməyənlər  olsun.  O, 
sadəcə  olaraq  təvazökarlıq  göstərir.  O,  sevən  və  sevilən  şairdir.
Səyavuş  sevgiyə,  m əhəbbətə  yaradıcılığında  ülvi  bir  hisslə  ya­
naşır.  M əhəbbətə  sevənlərin  həyatında  ucalıq  zirvəsindən  baxır:
M əhəbbət  -   dünyadan  bizə  əmanət,
Dəymə,  o  mirvari  qaşına,  dəymə.
Nə  bülbülü  ağlat,  nə  gülü  göynət,
Dəymə,  əbədiyyət  yaşına,  dəymə.
Görənlər  desin  ki,  alışan  budu,
Gecəsi-gündüzü  pərişan  budu,
Sinəsi  həsrətdən  o  şan-şan  budu,
Dəymə,  həsrət  dolu  o  şana,  dəymə.
M əhəbbət  yolunu  bir  yol  bilmişəm,
Min  yol  ağlamışam,  bir  yol  gülmüşəm.
Bir  yol  görənəcən  min  yol  ölmüşəm,
Dəymə,  gileyləri  daşana,  dəymə.
Sevənlərin  ağlamasını,  qəlbi  eşq  yolunda  yaşayanların  göynə- 
məsini  arzu edən  şair ağlayan,  göynəyən  sevgilərin  də  şahidi  olur. 
Belə  sevgilərə,  belə  həsrətlərə,  belə  hicranlara,  belə  ayrılıqlara 
ürəkağrısı  ilə  yanaşır.
Deməli,  o,  iki  dünyanın  sakinidir.  Rus  dilində  nəşr olunan  kita­
bımın  adını  da  o  qoyub.  Şair  Zülfüqar  Şahsevənli  ilə  rus  dilində 
nəşrə  hazırlanan  kitabı  nəzərdən  keçirib  fikrini  bildirmək  üçün 
onun  yanma  gəlmişdim.
O,  kitabda  çapa  hazırlanan  şeirləri  oxudu  və  bədahətən  kitaba 
belə  bir  ad  verdi  -   «Nastala  vremya».  Zülfüqar  bu  qənaətə  gəl­
məsinin  səbəbini  soruşdu.  Səyavuş  təmkinlə,  səbirlə  bizə  izah  et­
di  ki,  müstəqillik  əldə  edilənə  qədər  yazıçılarımız  rus  dilində 
kitab  nəşr  etdirmək  üçün  Moskvadan  asılı  idilər.  İndi  isə  artıq
д а о
Səyavuş  Sərxanlı
  -----------------------------------------------------------------------------------
müstəqillik  qazanmışıq.  Rus  dilində  olan  kitabları  respublikamız­
da  özümüz  nəşr  edəcəyik.  Artıq  vaxt  yetişib.  Biz  hamımız  buna 
hazır  olmalıyıq.
Bu  kitab  başqa  ad  altında  Moskvada  «Molodaya  Qvardiya» 
nəşriyyatında  çap  olunmalı  idi.  Səyavuş  Sərxanlının  tövsiyəsi  ilə 
«Nastala  vremya»  adı  altında  respublikamızda  çap  olundu.  Bu 
respublikamızda  müstəqillik  əldə  edildikdən  sonra  rus  dilində  çap 
edilən  ilk  kitablardan  biri  idi.  Sonra  Səyavuş  ürəyinin  odunu  bu 
sətirlərə  qataraq  onu  rus  dilinə  tərcümə  etdi.  Kitab  oxucuların  bö­
yük  marağına  səbəb  oldu.  Çox-çox  sonralar  onun  övladı  Hicran 
xanımla  bir  kollektivdə  işləyərkən  bir  daha  şahid  oldum  ki,  Sə­
yavuşun  mənsub  olduğu  nəsil  gözəllik  nişanəsi,  insani  keyfiy­
yətlər məcmuəsi,  qayğıkeşlik  nümunəsidir.  Hicran  xanım  şairə  ol­
masa  da,  atasının  qoyub  getdiyi  ən  ülvi  hisslərin,  müqəddəsliyin, 
xeyirxahlığın,  bənzərsiz  arzuların,  ən  başlıcası,  gözəlliyin  daşıyı­
cısıdır.  Səyavuş  haqqında,  xüsusilə  onun  yaradıcılığı  barədə  çox 
danışmaq  olar.  Bu,  olduqca  böyük  bir  mövzudur.  Mən  sadəcə  ola­
raq  Səyavuş  haqqında  öz  hisslərimin  bir  qismini  siz  oxucularla 
bölüşməyə  çalışdım.  Əgər  hamı  Səyavuş  kimi  təvazökar,  qarşı­
sındakı  insanı  başa  düşməyə  layiq  bir  şəxs  olsaydı,  inanıram  ki, 
cəmiyyətdə  çox  çətin  olan  m əsələlər  öz  həllini  asanlıqla  tapmış 
olardı.
Qəbrin  həmişə  nurla  dolsun,  Səyavuş!  Sən  həmişə  bizimləsən. 
Biz  gəlməyəcəyik  sənin  yanına,  bizi  gətirəcəklər.  Onda  çox  şeyi 
bölüşəcəyik  səninlə.  Nağıllar  dünyasında  nağıllar  aləmi  söhbəti­
mizin  mövzusu  olacaq...
Hamı  yadda  saxlasın  ki,  şair  ölmür,  bir  dünyadan  başqa  dün­
yaya  köçür.  Hər  iki  dünyada  yaşayır  və  yaradır.  Bəli,  sənin  sa­
dəliyin,  məhəbbətin,  xoşbəxtliyin,  böyüklüyün  bizimlə  yaşayır  və 
bizimlə  də  yaşayacaq.  Mən  buna  bütün  varlığımla  inanıram!
Şah məm məd  Şahməmmədov,
şair-publisist
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə