Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə29/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   25   26   27   28   29   30   31   32   ...   76

sürücüdür.
Artıq  axşam  düşürdü.  Biz  rayonumuza  çatırdıq.  Rəhmətlik  (di­
lim  də  gəlmir  onu  belə  çağıram)  Səyavuş  müəllim  mənimlə  birgə 
düşüb,  yaşlı  bir  kişinin  taksisini  saxlatdı.  Məni  maşına  əyləşdirib 
sürücüyə  dedi:  “Bax  ha,  nömrəni  götürürəm.  Bu  xanım  -   mənim 
bacımdır  (onda  mobil  yox  idi),  mən  də  Səyavuş  Sərxanlıyam. 
Onu  sağ-salamat  mənzilə  çatdır”.
Sonralar  biz  iş  yoldaşı  olduq.  Hər  səhər  işə  gələndə  o,  əlində 
gül-dəstəsi,  heç  olmasa,  kiçik  bir  budaq  gətirərdi.  Mənimlə  sa­
lamlaşar:  “Məmməd  İsmayıl  gəlsin,  mütləq  Əsriyə  gedəcəyəm” -  
deyərdi.  Ölümündən  bir-iki  ay  qabaq  yenə  dedi:  “Fəxriyyə,  bu  il 
mütləq  Əsriyə  gedəcəyəm!”
Əcəldən  macal  olmadı.  Allah  sənə  rəhmət  eləsin,  mənim  şair 
qardaşım,  əziz  Səyavuş!
Şəxsiyyətinə,  insanlığına,  səmimiyyətinə  inandığım,  ruhuna 
baş  əydiyim  Səyavuşa  bacı  həsrətilə:
Fəxriyyə  Quliyeva, 
AYB-nin  işçisi
Səyavuş  Sərxa n lı
-----------------------------------------------------------------------------------
ƏMİM  SƏYAVUŞ  SƏRXANLINI 
XATIRLAYARKƏN...
Hələ  kiçik  yaşlarımdan  poeziya  aşi­
qi  idim.  Şeiri  sevərdim,  şairləri  sevər­
dim.  Onların  yazdıqlarını  əzbərlər,  ki­
çik  qəlbimin  dərinliklərində  hər birinə 
əbədi  yer  ayırardım.
Arzum jurnalist  olmaq  idi.  Bu  arzu­
mu  əmim  Səyavuş  Sərxanlıya  söylə­
yəndə  o,  mənə  demişdi:
-   Nənəş  (əmim  məni  belə  çağı­
rardı),  mənə  bir  məktub  yaz,  görüm 
xoşuma  gələcəkmi?  Və  məni  qane 
edəcəkmi?
Mən  taleyin  qismətindənmi  deyim,  yoxsa  bu  məktubu  yazmağa 
hazır deyildimmi  deyim,  bilmirəm  nədən,  məktubu  yazmadım.  Bu 
məktub  mənim  birinci  imtahanım  olacaqdı,  əgər  yazsaydım... 
Doğrudur,  sonralar  mən  bir  çox  şeirlər,  xatirələr  yazdım.  Ancaq 
onları  da  heç  bir  yerdə  çapa  vermədim.  Kaş  ki,  göndərəydim. 
Televiziyada  Azər  Mirzəyevin  hazırladığı  “Görüş  yeri”  verilişinə 
baxanda  ürəyimdən  nələr  keçdi,  Allahım,  bunu  bir  sən  bildin,  bir 
də  mən.  Sanki  sətirlər  qəlbimdə  özünə  yer  açdı  və  varaq-varaq 
yazılar  yazıldı.  Doğma  Şəmkir  torpağının,  Sərxan  kəndinin,  uşaq­
lıq  xatirələrinin  şahidi  -   baba  ocağının  ətri  gəldi  bumuma:
Çəkilər  çöllərə  ömrün  yazıtək,
O  bir  əsərdir  ki,  yazıb  kəndimiz.
Evin  baş  ucunda  gün  parçasıtək 
Sünbül  darağını  asıb  kəndimiz.
***
Mən  səni  dağlar  qədər  əzəmətli,  vüqarlı  görüb-tanımışdım, 
səsini  Şəmkir  sularının  səsi  kimi  şaqraq,  gurultulu  eşitmişdim.
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
t!S ?


Gözlərinin  dərinliyində  Vətəninə,  obasına,  dost-tanışına,  doğ­
malarına  məhəbbətlə  yanan  bir  atəş  görmüşdüm  həmişə.
Amma  səsinin  titrədiyini  eşitməmişdim.  Həyəcandan  dolan 
gözlərini  görmək  istəməzdim.  Kaş  səsim  çataydı  sənə.  Deyər­
dim,  qalx  ayağa,  əmi!  Hanı  sənin  o  məğrur  duruşun,  o  odlu- 
alovlu  səsin,  o  şirin  söhbətin?!
Ağlamaq,  hay  salmaq  istədim,  necə  ki,  özün  yazmısan:
Durub  haqq  evinin  astanasında 
Allaha,  Tanrıya  etiraz  kimi 
Dəli  bir  ağlamaq 
Keçdi  könlümdən.
Şair,  söylədim,  nədən  belə  qərib-qərib  baxırsan?  Nədəndir 
bu  həzinlik?
Axı,  mən  səni  belə  görüb,  belə  tanımamışdım?..
Ağladım,  hönkür-hönkür  ağladım.
Heç  bir  gileyini  deməz,  heç  kəs  haqda  pis  danışmazdın,  ay 
əmi?
Həmişə  bizə  -   Göyçaya  dost-tanışlarla  gələrdin.  Evimizdə 
bir şadyanalıq  olardı  ki,  gəl  görəsən.  Son  vaxtlar isə belə  görüş­
lərin  həsrətində  qaldıq,  ay  əmi.
Dost-tale  işidir,  çoxu  unudub,
Dostluq  biçənəkmi,  gedək  biçməyə.
Çaylar  bulaqların  əlindən  tutub,
Aparar  okean  dərsi  keçməyə!
Bir  qələm,  bir  ürək  baş-başa  yanar,
Daş  da  dilə  gəlmək  həvəsindədir.
Tufanlı  sinəmdən  bir  səs  boylanar 
Mənim  rahat  günüm  dost  səsindədir.
Səyavuş  S ərxa n lı
---------------------------------------------------------------------------------
“Dünya  ulu,  yollar  uzun,  biz  də  yolçu”  yazmışdın  sən 
“Yormaz  bu  yollar  məni”  kitabında.  Fikri,  əməli  qanadlı,  şad 
günü-qayğısı  atlı,  əliçıraqlı.  Bəzən  böyük  bir  nur  mənbəyinin
varlığını  yalnız  o  keçəndən  sonra  hiss  edirik.  Sənin  də 
qəlbində  nur  seli  vardı.
Bu  sətirlər,  bu  qəlbi  titrədən  sözlər  sənin  öz  müəllif sözlə­
rindir.
Bu  kitabı  dəfələrlə  oxumuşam.  Hər  dəfə  mənə  bir-birinə 
bənzəməyən  təsir  bağışlayıb.  Sanki,  şair,  səni  yenidən  kəşf 
edirəm  mən.  Sən  insanları  güzgüyə,  günəşə  bənzətmək  is­
təyirdin.  Halbuki  sən  özün  güzgü  idin,  günəş  idin,  mənim 
qəlbimdə  həmişə  yaşayan,  yanan  şairim.  Çünki  sən  daima 
özünün  deyil,  özgələrin  dərdini  çəkdin.  Onlara  yandın.  Elə 
ondandır  ki,  sənin  gəlişin  də,  gedişin  də  bilindi.  Gedişin  ha­
mını  yandırdı,  ürəkləri  göynətdi.
“Qayıt”  şeirini  oxuyanda  həmişə  gənclik  illərinin  xəyal­
larına  dalıram:
Ötəri  buludtək  dolmağa  nə  var?
Ömür  istəyirəm  gurşadla  yağsın.
Dünyada  arxasız  qalmağa  nə  var?
Heç  kəs  əmisindən  yetim  qalmasın.
“Əsl  şair  odur  ki,  Müşfiq  kimi  dünyadan  erkən  gedə”  -  de­
yərdin  sən.
Ancaq  taleyin  hökmü  qarşısında  çox  istərdim  ki,  həkimlər 
ölümün  gözünü  qamaşdıra  biləydilər,  şair.
Bir  arzu  söndümü,
Ümid  keçdimi,  -
Qəlbinin  oduyla  alışdırar  o.
Öz  ağ  xalatında  gur  işıq  kimi
Ölümün  gözünü  qamaşdırar  o.
Fikirləşəndə  ki,  Bakıdan  Səyavuş  Sərxanlı  Şəmkirə  yol  al­
mayacaq,  yolüstü  Göyçay  torpağına  ayaq  basmayacaq,  anası 
Səadət  əvəzi  anam  Sevdanın  ağ  saçlarından  öpməyəcək,  “Mir­
zə  qağa”  -   deyə  müraciət  etdiyi,  atamın  ocağına  gəlib,  “Müba-
«StL3------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə