Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə31/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

düşmədim.  Dedim  ki,  mən  sənin  pasportunu  harada  görə  bilərdim 
ki?..  Sən  demə,  Səyavuş  1942-ci  il  fevralın  28-i,  mən  isə  1945- 
ci  il  fevralın  28-i  doğulmuşuq.  Üç  yaş  fərqi  ilə  eyni  gündə  dün­
yaya  gəlməyimiz  talelərimizi  bir-birinə  bağladı  (Axı,  ərlə-arvadın 
torpağı  eyni  yerdən  götürülübdür,  deyiblər).
Çox  qəribədir ki,  o  heç  bir  vaxt  «sevirəm»  sözünü  işlətməzdi. 
Həmişə  «istəyirəm»  deyirdi.  Uşaq  vaxtından  ədəbiyyata  meyilli 
olduğumdan,  həyata  kitablardan  gəldiyimdən  ona  sual  verdim  ki, 
sən  niyə  «sevirəm»  sözünü  işlətməyi  xoşlamırsan?
Cavab  verdi  ki,  insan  üçün  «sevgi»,  «sevirəm»  sözü  mücərrəd 
sözdür,  o  mənada  ki,  sevginin  ömrü  çox  qısadır,  amma  istək  öm­
rün  sonunadək  davam  edir.  Həqiqətən  də  o  məni  ömrünün  sonu- 
nadək  yalnız  istədi,  arzuladı  və  bu  istəyin  daimiliyi  üçün  çox  vaxt 
uzun  müddətə  uzaqlara  ezam  olunurdu  ki,  qayıdanda  sirli  bir aləm 
yaşasın.  Bu  minvalla  III  kursun  mart  ayınadək  heç  bir  vaxt  ayrıl­
madan  birlikdə  olduq.  Fəqət  mart  ayında  dostlar  gəlib  dedilər  ki, 
özünü  ona  yetir...  Qorxdum,.,  qaçdım...  Necə?.,  bilmirəm...  Onu 
40-41  dərəcə  qızdırmada,  çox  ağır  vəziyyətdə,  bayılmış  şəkildə 
gördüm.  Tələbə  dostu  Gülabbas  Qəhrəmanov  mənimlə  əl-ələ  tut­
du,  oturacaq  düzəltdik  və  onu  əlimizin  üstünə  alıb  təcili  yardım 
maşınına  mindirərək  xəstəxanaya  çatdırdıq.  Çox  əziyyətli  günlər 
yaşadıq,  amma  mən  bezmədim.  Bundan  on  dəfə  də  ağır  olsaydı, 
yenə  sinə  gərərdim.  Mənim  üçün  onu  itirmək,  həyatımı  itirmək 
demək  idi.  Bir  ildən  artıq  müddətdə  xəstəxanada  yatdı  və  nəha­
yət,  tamam  sağlam  bir  insan  kimi  həyata  qayıtdı.
1966-cı  ildə  nişanlandıq,  1968-ci  ildə,  universiteti  bitirdikdən 
sonra  biz  evləndik.  Səyavuş  Universiteti  bitirəndə  artıq  «Azər­
baycan  gəncləri»  qəzetində  təcrübə  müddəti  keçən  təcrübəçi  kimi 
fəaliyyət  göstərirdi.  Qəzetin  redaktoru  Cəmil  Əlibəyov  onun  xət­
rini  çox  istəyirdi.  Şeirlərinin  dərcinə  çox  yer  verirdi.  O,  mət­
buatda  olduğu  kimi,  televiziya  ekranında  da  gənclər  üçün  nəzərdə 
tutulmuş  «Səhər»  proqramının  aparıcısı  kimi  fəaliyyət  göstərirdi. 
Səyavuş  Sərxanlı  yavaş-yavaş  məşhurlaşırdı.
Bir  gün  rəhmətlik  yazıçı  Fərman  Kərimzadə  bizə  gəldi  (ailəvi 
dost  idik)  və  dedi  ki,  «Səyavuş,  hazırlaş,  «Ulduz»  jurnalında  ştat
462i ?
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
açılıb  deyəsən,  orada  bir vakansiya  yeri  var,  gedək,  görək  səni  ora 
işə  düzəldə  bilərikmi?».  O,  bu  sözləri  deyib,  gülümsündü  və 
əlavə  etdi  ki,  səni  də  qəbul  etməsələr,  kimi  qəbul  edəcəklər,  sən­
dən  istedadlısınımı  tapacaqlar?!».
O  gündən,  1968-ci  ilin  baharından  «Ulduz»  jurnalında  işə  baş­
ladı.  Tezliklə jurnalda  «Ölüm  sevinməsin,  qoy!»  -   rubrikası  açıldı 
və  Səyavuşun  bu  səpkidə  silsilə  yazıları  çap  olundu.  Ədəbi  mü­
hitdə  hər  bir  yazı  bomba  kimi  partlayırdı.  Amma  kim  bilərdi  ki, 
onun  publisistikaya  gətirdiyi  bu  yeni  nəfəs  kimlərinsə  içində  ya­
ranmış  rəqabət  hissini  qıcıqlandıracaq,  közərən  hisslərinin  üstünə 
bir  az  da  neft  töküb  alovlandıraraq,  onları  haldan  çıxaracaq  və  bu 
kimsələr  sonralar onun  qətlinə  fərman  imzalayacaqlar.  Bu  dördlü- 
yün  arxası  çox  möhkəm  idi.
Qətllər də  m üxtəlif formada həyata  keçirilərmiş.  İnsanı  bir gül­
ləyə  qurban  vermək  də  olar,  onun  övladına  da  xələl  yetirmək  olar 
və  beləliklə  də  ata-ananın  ömrünü  əlindən  alıb  onu  qəbrə  gömült- 
mək  də  olar  və  s.  Lakin  sağ  ikən,  diriykən  canlı  bir  şairi  öldür­
məyin  tamam  başqa  yolları  varmış...  şairi  şair,  publisisti  publisist 
kimi,  yazıçını  isə  bir  yazıçı  kimi,  gözü  baxa-baxa,  onu  danmaq  da 
olarmış.
1979-cu  ildə  Yazıçıların  IV  qurultayında  nasirləri,  şairləri, 
publisistləri  və  s.  adbaad  sadalayanda  Səyavuşun  adı  nə  şair,  nə 
yazıçı,  nə  də  publisist  kimi  anılmadı.  Səyavuş  qurultaydan  bir  ne­
çə  il  əvvəl  Sosialist  Əməyi  Qəhrəmanı,  neftçi  F.Salmanov  haq­
qında  «Ağ  dünya»  romanını  yazmışdı.  Amma  çap  etdirə  bilmə­
mişdi.  Əsərin  çapını  zamanın  ixtiyarına  buraxmışdı.
Sonra  Səyavuşu  Moskvaya  Ali  İxtisaslaşdırma  kursuna  göndər­
mişdilər.  Bakıda  ikən  onu  şair  və  publisist  kimi  təsdiqləmişdilər. 
Moskvada  ixtisaslaşdırma  kursunu  bitirib  qayıdandan  sonra  yazıçı 
kimi  də  təsdiq  etdilər.  Zatən,  onun  bütün  publisistikası  bədii  ro­
man  səviyyəsində  qarşılanırdı.  Tənqidçi  Qulu  Xəlilov  onun  «Sibir 
nağılı»nı  oxuyandan  sonra  zəng  edib  dedi  ki,  Səyavuş,  mən  buna 
oçerk  yox,  povest  deyərdim.  Oxuduqca  özümün  maral  kirşələrinin 
üstündə  ucu-bucağı  görünməyən  buzlaqlarda  necə  sürüşdüyümü 
hiss  edirəm.
___________________________________________________  
Vətən,  səslə  oğlunu
22?


Büllur mirajı  sanki  gözlərimlə  apaydın  gördüm.  Səyavuş,  Allah 
səni  var  eləsin.  Mən  buzlaq  yaşayışını  da  yaşadım.  O  ənginliklərə 
sənin  nəfəsinlə  getdim  də,  gəldim  də!  -   dedi.
70-ci  illərin  əvvəllərində  isə  Yazıçılar  İttifaqında  belə  bir  ha­
disə  də  olmuşdu.  Qocaman  yazıçı  Əli  Vəliyev  iclasda  ayağa  qal­
xıb  üzünü  R.Rzaya  (o,  iclasa  sədrlik  edirdi)  tutub  demişdi  ki, 
yoldaşlar,  demirəm  cavan jurnalistlər,  hətta  biz  qocaman  yazıçılar 
da  ölmüş,  quru  bir  sahəni  (publisistikanı)  dirildən,  ona  can,  yeni 
nəfəs  verən  bu  oğlandan  (Səyavuş  Sərxanlıdan)  publisistik  yazı­
ları  yazmağı  öyrənməliyik!
Bütün  bu  söhbətlər  canlı  tarix  olsa  da  Yazıçıların  IV  qurul­
tayında  bu  tarix  unudulmuşdu.  Bəli,  qurultayda  nasirlərin  adı  çə­
kildi  -   Səyavuş  yox  idi,  şairlərin  adı  çəkildi  -   Səyavuş  yox  idi, 
publisistlər  siyahısında  da  Səyavuşun  adı  çəkilməyəndə  Səyavuş 
durub  sakitcə  eşiyə  çıxır...  və  orada  Seyran  Səxavəti  görür... 
Onların  hər  ikisi  bu  qurultayda  möhkəm  vurulmuşdular.  Bir  az 
dərdləşəndən  sonra  o,  yavaş-yavaş  evə  qayıtmışdı.  Danışmırdı, 
dinmirdi  (belə  anlarda  onu  heç  bir  vaxt  dindirib  söylətməzdim, 
vaxtını  gözlərdim.  Fikirləşirdim  ki,  özü  sakitləşib  hisslərini  ələ 
alanda,  yəqin  ki,  nəsə  söyləyər).  İki  gün  üzüüstə  yatdı,  çörək  də 
yemədi.  Nəhayət,  qalxıb  yuyundu  və  çörək  yeməyə  əyləşəndə 
mənə  dedi  ki,  Emi,  (O  məni  həmişə  belə  çağırardı)...  Və  o, 
yuxarıda  qeyd  etdiyim  iclasda  Əli  Vəliyevin  çıxışım,  oradakı  söh­
bətləri  yadına  salıb  danışdı  və  əlavə  etdi  ki,  bu  gün  mənim  şair­
liyimi  də,  yazıçılığımı  da,  hətta  publisistliyimi  və  publisistikamı 
da  dandılar,  daha  doğrusu,  dandırdılar...  Mən  bilirəm  bu  şətəl  mə­
nə  kimdən  keçib,  amma  eyib  etməz.  Yazdıqlarım  kitab  şəklində 
durursa,  bu  mənim  bəsimdir.  Qurultayın  qərarları  isə  protokol­
larda  qalacaq.  Dərd  budur  ki,  qurultay  başlamazdan  bir  az  əvvəl 
mənə  qurğu  quranlardan  biri  (əsası)  pilləkənlərdə  mənimlə  rast­
laşdı.  Əlimi  sıxıb,  üzümdən  öpdü  və  mənə  xoş  sözlər  söylədi... 
Neyləmək  olar?..  Mən  bilərəkdən  geri  çəkilib  meydanı  onlara 
verirəm.  Allah  onları  özləri  kimi  xəbis  adamlardan  qorusun.  Və 
o,  həmin  gecə  «Dostlara  rekviyem»  şerini  yazdı.
Heç  bir  sual  vermədim,  amma  öz-özlüyümdə  fikirləşdim  ki,
« j ?
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------- --------------------
görəsən  necə  ola  bilər  ki,  7-8  şeir  və  publisistik  kitabların  müəl­
lifini,  üzdə  olan  bir  adamı  göz  görə-görə  «görmürəm»  deyib,  hə­
yasızcasına  ona  «sən  yoxsan»  söyləyib,  hədsiz  həssas,  canlı  bir 
insanı  qırağa  qoymaq  olar?..  Nə  isə...  Səyavuş  bu  ağrını  heç  kimə 
heç  nə  anlatmadan  çox  böyük  çətinliklə  həzm  etdi.
Ailəmiz  dörd  nəfərdən  ibarət  idi.  Ata-ana,  qız  və  oğul.  Dörd 
nəfər  olmağımıza  baxmayaraq,  biz  birotaqlı  mənzildə  yaşayırdıq. 
İmran  Qasımov  bu  otağı  Səyavuşa  1974-cü  ildə  vermişdi.  Artıq 
80-ci  illərin  ortaları  idi.  Səyavuşa  zərbələr  üst-üstə  vurulurdu. 
Sanki  gözə  görünməyən  bir  mexanizm  onun  ölümünə  çalışırdı. 
Lakin  o,  öz  şaqraq  gülüşləriylə  hər  şeyin  üstünə  ipək  bir  pərdə 
çəkirdi.  Çünki  bu  illərdə  bizim  birotaqlı  otağımıza  kimlər  gəlmə­
mişdi...  Yazıçıların  böyükdən-kiçiyinə  kimi  bu  ocaqda  çörək  kəs­
mişdi.  Hamısı  da  çox  böyük  razılıqla,  ürəkaçıqlığı  ilə  özlərini  evi­
mizə  məhrəm  sayırdılar,  sıxıntı  çəkmirdilər.  O  evdə  çox  qəribə 
bir  ərk  var  idi.  Çox  güman  ki,  70-ci  illərin  tanınmış  qələm  ustala­
rının  əksəriyyəti  bizimlə  eyni  vaxtda  oxuduqlarından  (bir  kurs 
yuxarı,  bir  kurs  aşağı)  hamı  biri-birini  tanıyırdı  və  bu  da  onlara 
özlərini  sərbəst  hiss  etməyə  imkan  verirdi.  Mən  də  onların  hamı­
sını  qayğıkeş  bacı  kimi  qəbul  edir  və  hörmətlə  yola  salırdım.
Bir  gün  yenə  uşaqlar  bizim  evə  yığışıb  dərdləşir,  yeyib-içir­
dilər.  Hamı  dağılandan  sonra  məlum  oldu  ki,  Səyavuşu  «Qızıl 
qələm »  mükafatına  layiq  görüblər.  Lakin  diplom  yazılan  gündən 
seyfə  qoyulub,  səhəri  günü  isə  siyahıya  tamam  başqa  bir  adamın 
(o  adamın  ki,  Səyavuş  onlar  üçün  misralarını  düzəldib,  onlara  şeir 
yazmaq  öyrədib)  adı  çəkilib.  İstedadı  məhv  etməyin  yollarından 
biri  də  bu  idi:  -   «Bax,  sən  layiq  olsan  da,  haqqını  başqalarına 
veririk»...  İnsanı  həyatdan  çiyrindirməyin  nə  iyrənc  yolları  var­
mış?..  Üç  dəfə  bu  fəxri  ad  ona  yazılıb,  başqalarına  verilib...  dərd 
bu  idi  ki,  ailəmiz  bu  hadisənin  üçündən  də  xəbərdar  idi,  lakin  nə 
Səyavuş,  nə  də  mən  bir  adama  bu  haqda  giley-güzar  etmədik.
Amma  bir  müddətdən  sonra  onu  xəbərsiz-ətərsiz  iki  dəfə  «Qı­
zıl  qələm »  mükafatına  layiq  gördülər,  diplom  də  verdilər,  amma 
nə  mənası...  Artıq  gec  idi.  O  şirinlik  qalmamışdı.  Zərbəni  zərbə 
dalınca  alan  Səyavuş  artıq  həyata  təslim  olurdu.  Ürəkparası  san-
« 5 E S ?
___________________________________________________  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə