Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə32/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   28   29   30   31   32   33   34   35   ...   76

dığı  dostlarından  biri  ona  verilmiş  evini,  ocağını  əlindən  almışdı. 
«Dost»u  şəhərdən  kənarda  yerləşən  üç  otağını  kiməsə  verib,  mər­
kəzdə  Səyavuşa  verilən  üçotaqlı  mənzilə  köçmüşdü  (bu  da  növ­
bəti  zərbə).  Bunu  da  həzm  etdi  (etdik).  Səsimiz  çıxmadı.
1986-cı  ildə  «Yazıçı»  nəşriyyatına  təqdim  olunmuş  şeirlər  ki­
tabı  artıq  15  ilə  yaxın  idi  ki,  çap  olunmadan  nəşriyyatda  yatırdı. 
Bir  gün  o,  ustuf  addımlarla  gedib,  qovluğunu  nəşriyyatdan  götü­
rərək  evə  gəlmişdi.  Qovluğu  görüncə  bənizimdə  qan  qalmadı. 
Heç  nə  soruşmadım.  Çünki  özü  məndən  də  betər  halda  idi.  Din­
mirdi,  sakitcə  yuyunub,  gəlib  çörəyini  yedi,  bir  az  içdi.  Danışma­
dım.  H ər  ikimiz  dolmuşduq.  İkimizin  də  için-için  ağlayıb  boşal­
mağa  ehtiyacımız  var  idi  O,  öz  görkəmi  kimi  naqis  bir  adamdan 
daha  bir  zərbə  almışdı...  İndi  məni  yandıran  o  idi  ki,  sən  demə,  o 
vaxtlar  Səyavuş  bərk  ağrıyırmış.  Ağrı  ona  güc  gəldikcə,  o,  içkiyə 
meyillənir,  ağrılarını  sakitləşdirirdi.  Onun  iş  otağına  nə  vaxt  keç­
səm,  həmişə  şamı  yandırıb,  onun  işığına  qarşısındakı  vərəqə 
qeydlər  etdiyini  görürdüm.  Çox  kövrək  olduğunu  bilirdim.  Ona 
bildirmədən  gözlərinə  baxırdım.  Gümanımda  yanılmırdım.  Onun 
yanaqlarından  yaş  süzülürdü.  Mən  bunu  heç  kimə  demirdim.  Hər 
ikimiz  sakitcə  oturub  dərdləşər  və  ürəyimizi  boşaldardıq.
Son  zərbə  çox  ağır  və  ağrılı  oldu.  Bir  gün  dərdlərini  ovudub, 
ağrıların  əlindən  özünü  birtəhər  yuxuya  verib  yatırdı  şair.  Qəfil 
bir  zəng  oldu.  Danışan  rəhbər  işçilərdən  biri  idi.  Mənə  dedi  ki, 
Səyavuşa  çatdır  ki,  axşam  televizora  baxsın.  Bu  gün  ona  “Əmək­
dar  İncəsənət  Xadimi”  adı  verilməsi  haqda  sərəncam  oxunacaq. 
Səyavuş  bu  haqda  mənə  demişdi,  amma  əlavə  etmişdi  ki,  «Əgər 
qoysalar!..»
Çox  tərəddüddən  sonra  gedib  onu  qaldırdım  və  dedim  ki,  bəs, 
belə  bir  söhbət  var,  əgər  qalxa  bilərsənsə,  qalx,  birlikdə  qulaq 
asaq.
«Uşaqlara  da  xəbər  elə»  -   dedi  və  durub  ağır-ağır o  biri  otağa 
keçdi.  Veriliş  başladı.  O  isə  həyəcanını  boğmağa  çalışırdı.  Adlar 
bir-bir  oxunurdu.  Nəhayət,  Səyavuş  adını  eşidəndə  dik  ayağa 
qalxdı.  «Ura!»  demək  istədi,  amma  Sərxanlı  yerinə  Məmmədzadə 
oxunanda  yerə  çökdü  (Bu  sonuncu  zərbə  idi).
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
Həmin  gecə  dərdlərini,  ona  edilən  halsızlıqları  ürəyində,  için­
də  əridib  həzm  edən  Səyavuş  gecəyarısı  elə  çığırdı  ki,  mən  özü­
mü  onun  otağına  çatdıranda  bir  də  bərkdən  qışqırdı.  Bu  qışqırtını 
bütün  bina  eşitdi.  «O  qara  kişi  məni  əlimdən  bərk  vurdu»  -   dedi. 
Əlini  açıb-yığdım,  qolu  rahat  qatlanırdı.  Onu  sakitləşdirdimsə  də, 
səhər  açılıb,  yerişini  görəndə  hər  şeyi  başa  düşdüm,  amma  üzünə 
vurmadım.  Öz  çəkisindən  qat-qat  ağır  dərdlərini  sinəsində  hüznlə 
daşıyan  Səyavuşu  iflic  vurmuşdu...  əli  sinəsi  üstə  qatlanmış,  sol 
ayağı  isə  axsayırdı.  O,  işə  gedəcəyini  bildirdi  və  xahiş  etdi  ki, 
makinanı  gətirim.  Növbəti  ezamiyyətə  çıxması  haqda  ərizə  yaza­
caqdı...  Yazdı...  və  son  nöqtəni  vuranda...  elə  bil  kimsə  makinanı 
qaldırıb  yerə  vurdu,  makina  öz-özünə  yerə  düşdü,  ikiyə  bölündü... 
Mən  heç  nə  olmamış  kimi  makinaya  əhəmiyyət  vermədən  oğlunu 
çağırdım  ki,  qaldır,  biz  ata  ilə  Yazıçılar  Birliyinə  gedib qayıdırıq...
Ağrıyan  ayağı  ilə  çox  çətinliklə  dördüncü  mərtəbəyə  gedib 
çıxdıq.  Hamı  ilə  görüşdü.  Heç  kimə  heç  nə  deməsək  də,  onun 
əlində,  ayağında  -   yerişindəki  dəyişikliyi  hamı  hiss  etdi.  Qayı­
danda  ona  çoxlu  şeirlər  gətirməsini  tapşırdılar.  O  da  gülə-gülə 
«sağlıq  olsun,  qayıtsam,  gətirəcəyəm»  -   dedi.  Mən  artıq  hiss 
edirdim  ki,  bu  onun  sonuncu  iş  günüdür.
Şəmkiro  -   ata  ocağına  yola  düşdük.  O,  bu  ocağın  həsrətilə  40 
il  Bakıda  yaşadı.  Həmişə de  yaşadığı  kəndinin,  ocağının,  kəhrizin, 
Kotan  bulağının,  evlərinin  qarşısındakı  döşün  həsrətilə  yaşadı. 
Mən  özüm  ona  dedim  ki,  Səyavuş,  gəl  kəndə  gedək,  doktor  Tel­
man  (qardaşı)  sənə  baxsın,  nə  lazımsa,  o  özü  edəcək.  Getdik... 
Arada  bir  dəfə  onu  Bakıya  qaytardıq.  «Suda  batan,  saman  çöpün­
dən  yapışar»  deyiblər...  Onu  bir  də  aparata  saldıq.  Başında  xər­
çəng  yuva  salmışdı.  O,  zəbt  etdiyi  yuvanın  tam  sahibi  idi.  Hə­
kimlər  hər  şeyin  çox  gec  olduğunu  bildirib  təcili  geri  qayıtma­
ğımızı  məsləhət  gördülər,  artıq  onun  günləri  sayılırdı.  Bu  gəlişi 
və  qayıdışı  özümə  bağışlaya  bilmirəm.  Ona  nə  qədər əziyyət  ver­
diyimi,  yolda  onu  nə  qədər  narahat  etdiyimi  düşündükcə,  onun  bir 
günlük  geri  qayıtması  üçün  nələri  qurban  verərdim,  anlada  bil­
mərəm.  Amma...  çox  gec  idi...  40  il  Şəmkirə  köçməyə  can  atan 
Səyavuşu  bu  qayıdışı  ilə  ədəbilik  Şəmkirə  qaytarırdım  və  bir
t C J ?
-----------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


gündən  sonra  onu  altı  qardaş  (onlar  yeddi  qardaş  bir  bacı  idilər) 
bir  bacıya,  ata  və  anasına  tapşırıb  geri  qayıtdım.
O  zaman  heç  təsəvvür  edə  bilməzdim  ki,  mən  bütün  həyatımı 
da  Səyavuşla  birgə  qəbrə  gömmüşəm.  Ondan  ayrılmaqla  mən 
həyatdan  ayrıldım.  Geri  dönəndən  sonra  hər  şeyim  ola-ola,  “qey­
rətlilər sayəsində”  heç  nəyin  sahibi  ola bilmədim.  Sən  demə,  mən 
həyatımın  davamını  da  Səyavuşla  birgə  basdırmışam.  Yaşayıram, 
amma  yoxam...
Səyavuşun  ruhuna  dərin  hörmət  və  izzətlə: 
Elmira  SƏRXANLI
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
ŞEİRLƏR
I  HİSSƏ
A


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə