Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə30/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

riz  bəy,  Firdovsi  xan,  Nənəş  xanım”  -   deyib,  bizi  bağrına  bas­
mayacaq,  hayqırmaq,  nalə  çəkmək  keçir  ürəyimdən.
Dünya  çox  qəribədir,  bu  qəribəliklərlə  dolu  dünyaya  gəlirik 
və  qəribəliklərlə  dolu  dünyanı  tərk  edirik.  Tale  hərənin  qismə­
tini  özü  yazır  alnına.
Sənin  bu  dünyadan  gedişinə  inana  bilmirəm,  əmi.  Çünki  bu 
gediş  quş  uçuşu  kimi  oldu:
Milyon-milyon  yuva  quran  o  quşdu, 
Milyon-milyon  sorğulardan  sovuşdu.
Asta  yeri,  dörd  yan  eniş-yoxuşdu,
Ömür  kimi  çox  narahat  dünyadı.
Bəli,  dünya  həmin  dünyadı,  belə  gəlib,  belə  də  gedəcək. 
Ancaq  dostlar  dəyişməyə,  xislətlər,  qəlblər  dəyişməyə,  insan­
lar,  etibar,  ilqar  dəyişməyə.
Allah  amanında,  yaxşı  yol  sizə,
Ey  arxa  çevirib,  gedən  dostlarım.
Ötüb,  dil-dil  ötüb,  indi  kiməsə 
Ey  təzə  nəğmələr  ötən  dostlarım.
Hələ  kefiniz  kök,  halınız  xoşdur,
Hərəniz  bir  ciyər  parası  kimi.
Haçan  qayıtsanız,  yeriniz  boşdur 
Sinəmdə  bir  güllə  yarası  kimi.
Qayıtdınız,  ancaq  gec  qayıtdınız.  Çünki  dost  sevgisi  ilə  dolu 
bir  qəlb  artıq  döyünmürdü.  Dost  eşqi  ilə  yanar  gözlər  artıq  qa­
panmışdı.  “Dost”  söyləyən  dil  artıq  susmuşdu.
...Sərxana  qədəm  qoyub,  uyuduğun  məzarıstan  qarşısından 
keçəndə  başdaşın  görünür.  Qəbrini  ziyarət  edəndə  canlı  bir var­
lıq  kimi  səninlə  danışmaq  istəyirəm.  Demək  istəyirəm  ki,  açıq 
bir  kitabsan,  heç  kim  səni  axıra  qədər  oxuyub  qurtara  bilməz. 
Çünki  səni  heç  bir  şairə  bənzədə  bilmərəm.  Sinə  daşın  isə
Səyavuş  S ərxa n lı
---------------------------------------------------------------------------------
4 0 ?
sənin  üçün  artıq  qapanmış  bir  dünya  kitabıdır.  O  kitabı  yalnız 
sən  özün  oxudun,  sən  anlaya  bildin...  Çünki  dünyanı  başa  düşüb 
duymaq  bacarığı  güclü  idi  səndə.
Sənin  haqqında  yazmaqla,  danışmaqla  qurtarmaq  olmaz, 
əmi!  Həmişə  fəxr  edirəm  ki.  Səyavuş  Sərxanlı  mənim  əmim­
dir.  Sənin  böyüklüyün  qarşısında  baş  əyirəm.  Allah  sənə 
rəhm ət  eləsin  deyirəm,  əmi.  Torpağın  nurla  dolsun,  yerin  cən­
nət  olsun...
----------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
Məhəbbət  Mirzəqızı, 
müəllim
(şairin  qardaşı  qızı)
4 0 ?


BİR  AN  KİMİ  KEÇƏN  ÖMÜR...
1963-cü  il  sentyabrın  2-si  idi 
(1 
sentyabr  bazar  günü  idi).  ADU-nun 
filologiya  fakültəsinə  daxil  olmuşdum. 
Bizimlə  eyni  vaxtda  (həmin  ildə)  fa­
kültəmizin  daxilində  jurnalistika  böl­
məsi də  açılmışdı.  Həmin  günü  iki  fa­
kültənin  tələbələri  br auditoriyada  mü­
hazirəyə  qulaq  asırdıq.  Çoxları  müha­
zirəni  yazırdı,  o  cümlədən  mən  də. 
Qəfildən  qələmim  yazmadı.  Geri  qal­
mamaq  üçün  yazıya  karandaşla  davam 
etdim.  Arxadan  mənə  bir  balaca  kağız 
uzatdılar.  Yanımda  əyləşən  qız  kağızı  alıb  mənə  verdi.  Onu  oxu­
dum.  «Niyə  karandaşla  yazırsınız?».  Heç  məhəl  qoymadan  bir 
parça  kağıza  zarafatyana:  «Kasıbçılıqdan  qələm  almağa  imkanım 
yoxdur»  -   sözünü  yazıb,  geri  göndərdim.  Fasilədə  naməlum 
müəllif özünü  təqdim  etdi:
-   Səyavuş  Sərxanlı.
Tanış  olduq.  Mən  rəfıqələrimlə  tez  ünsiyyət  qurdum.  O  da  öz 
qrupunda  çoxlu  dost  qazanmışdı.  Fasilələrdə  yığılıb  diskussiyalar 
keçirirdik.  On  dəqiqəlik  fasilə  zamanı  Səyavuş  Sərxanlı  o  biri 
uşaqlardan  çox  seçilirdi.  Günlər  keçdikcə  biz  dostlaşırdıq.  Ara­
mızda  bir  səmimiyyət  yaranırdı.  Bu  səmimiyyət  onun  dünyagö­
rüşünün  genişliyindən,  fəlsəfi  fikirlər  yürütməsindən  irəli  gəlirdi. 
O,  dünyada  həyatın  bütün  girdablarına  batıb-çıxmış  bir  insanın 
səviyyəsində,  kifayət  qədər  həyat  təcrübəsi  olan  adamlar  kimi 
dərdli-dərdli  danışar,  əhatəmizdəki  yaşlı  nəsli  də  öz  söhbətlərinə 
cəlb  edərdi.  Ən  maraqlısı  bu  idi  ki,  yaşca  ondan  çox  böyük  olan 
nəslin  nümayəndələri  gözləri  dolaraq  onun  dediklərinə  şərik 
olurdular,  ona  «sənin  gələcəyin  var»  deyirdilər.  Bu  sadə,  lakin 
çox  təvazökar,  qürurlu  oğlanın  yaşına  yaraşmayan  çox  qəmli  göz­
ləri,  məğrur  duruşu  olsa  da,  onun  nədən  qəmləndiyini,  nədən 
dolduğunu  heç  cür  anlaya  bilmirdim.  Çox  sonralar  boynuna  aldı
S O ?
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
ki,  o,  1960-cı  ildə  əla  qiymətlərlə  indiki  ATU-nun  müalicə-pro­
filaktika  şöbəsinə  daxil  olub,  bir  qızı  sevib  və  onu  faciəvi  şəkildə 
itirib.  Sonra  seminarlarda  meyidi  gözləri  ilə  görəndə  diksinib  və 
birdəfəlik  Tibb  Universitetini  tərk  edib.  Şəmkirdə  fəhlə,  qəzetdə 
korrektor  və  s.  vəzifələrdə  işləyib.  O,  tələbə  ikən  insan  anatomi­
yasının  xəritəsini  o  qədər  dəqiq  çəkibmiş  ki,  tələbələr  uzun  müd­
dət  o  xəritədən  istifadə  ediblər.  İnstitutun  partiya  təşkilatı  katibi 
rektorun  göstərişi  ilə onun  dalınca gəlib  instituta qayıtmasını  xahiş 
edib.  O  isə  qayıtmayıb.  İki  ildən  sonra  təsadüfən  jurnalistika  fa­
kültəsi  açılıb  və  o  da  həmin  fakültəyə  daxil  olub.
Yanvarın  8-də  ilk  imtahanlar  başladı.  O  vaxtlar  ADU-nun  bi­
nası  indiki  İqtisad  Universitetinin  binasında  idi.  Birinci  mərtəbədə 
kitabxananın  oxu  zalı  yerləşirdi.  İmtahanı  verib  auditoriyadan  çı­
xanda  kitabxananın  qarşısında qələbəlik gördüm. Mən  də içəri  keç­
dim.  Və...  S.Sərxanlının  gözəl  bir  poemanı  əzbərdən  söylədiyini 
gördüm.  Sonra  öyrəndim  ki,  rəhmətlik  Əkbər  Ağayev  (o,  xarici 
ölkələr ədəbiyyatından  dərs  deyirdi)  Səyavuşdan  imtahan  götürər­
kən,  Səyavuş  söyləyib  ki,  o,  Hötenin  «Faust»  əsərinin  bir  fəslini 
tərcümə  edib,  əgər  icazə  versələr,  söyləmək  istəyir.  Əkbər 
müəllim  də  icazə  verib.  Əkbər müəllimin  tərcüməni  axıradək  din­
ləyib  gözlərinin  yaşını  sildiyini  gördüm.  Həyəcanlandım...  Otaqda 
o  qədər  adam  var  idi  ki,  sanki  imtahan  getmirdi,  poeziya  gecəsi 
keçirilirdi.  Əkbər  müəllim  başını  qaldırıb  «Sən  böyük  şair  olacaq­
san,  oğlum»  -   dedi  və  tapşırdı  ki,  imkan  daxilində  poemanı  axı­
radək  tərcümə  etsin  və  əlavə  etdi:  -   Əgər  mən  sənə  «əla»  qiymət 
yazmasam,  biləklərim  sınar!  Elə  bu  vaxt  oxu  zalından  elə  bir 
avasiya  qalxdı  ki,  gəl  görəsən.  Ürəyim  sevincimdən  elə  döyünür­
dü  ki...
İlk  dəfə  həmin  gün  onu  taleyimə  «mayak»  seçdim.  Biri-biri­
mizdən  xəbərsiz  idik.  Sən  demə  elə  həmin  günü  o  da  mənə  ürə­
yini  açacağına  qərar  veribmiş.  Biz  1964-cü  il  yanvar  ayının  8-də 
imtahandan  sonra  oturub  söhbət  edirdik  və  o,  gözləmədiyim  halda 
məndən  doğulduğum  günü  soruşdu.  Mən  də  ağlıma  heç  nə  gətir­
mədən  dedim  ki,  fevralın  28-i.  O,  güldü  və  zarafatyana mənə  dedi 
ki,  sən  mənim  pasportuma  nə  vaxt  baxmısan?  Mən  heç  nə  başa
___________________________________________________  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə