Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə40/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   36   37   38   39   40   41   42   43   ...   76

Ölümlər  həyatı  dimdikləyirlər,
Qara  gün  ağ  gündən  sağ  olmaq  üçün;
Sonra  da,
əzizim,
nə  olacaq  ki  -
Məzar,  sinəmizə  dağ  olmaq  üçün.
Barmaqlar  sözləri  dimdikləyirlər,
Yaxşılıq  -   su  ömrü  qazansın  deyə;
Sonra  da,
əzizim,
nə  olacaq  ki  -
Adamlar  ellikcə  qızınsın  deyə.
Şeirlər  günəşi  dimdikləyirlər,
Dünya  gecələr  də  nur  olsun  deyə;
Sonra  da,
əzizim,
nə  olacaq  ki  - 
Ürəklər  təzədən  qurulsun  deyə...
Moskva  -   Gəncə  reysi, 
dekabr,  1979-cu  il
Səyavuş  Sərxa n lı
---------------------------------------------------------------------------
s ö ?
------------------------------------------  Vətən,  səslə  oğlunu
ATA  QƏBRİ
“Ata  itirmək  -   dağ  itirməkdir”. 
Məmməd Arazın  teleqramından
Düşürəm  qatardan...
Qarşıma  çıxan
Ata  məzarının  həsrəti  olur.
Özünü  bağrımın  başına  sıxan 
Həsrətlə  görüşmək  çox  çətin  olur.
Nə  bilim,  nağıldı  dünyanın  işi,
Kimə  doğan  zaman,  kimə  batan  gün.
Yola  yaxın  yerdə  yatır  o  kişi 
Addım  səslərini  eşitmək  üçün.
Duma  qatandı  sinəmə  enən,
Qəbiristan  köz  kimi, 
qəbiristan  soyuq...
Onun  baş  daşına  qonub  deyinən 
Boz  sərçə  qədər  də  etibarım  yox!
Gəlib  qayıdıram...  qonaqsayağı,
Bu  dünya  hay  salıb,  sinəmlə  gedir.
Qoca  anamla  da  görüşüm,  axı,
Onunla  başlanır,  onunla  bitir...
Ölərəm  o  ata  alqışı  üçün  - 
Daha  nə  danlamır,  nə  də  öyməyir;
Gərməşov  çubuqlu  “naxışı”  üçün 
Bu  meydan  belimin  yeri  göynəyir!
Ona  yaraşsaydım,  Tanrım,  nə  dərdim!
Nə  içdim  o  rəhmin  yağışlarından?
«e?


Səyavuş  Sərxa n lı--------------------------------------------------------
Ax...  ölüb,  yeddi  qat  yerə  girərdim,
Bircə,  o  dilsizcə  baxışlarından!
Dağtək  söykənirəm  o  təmiz  ada,
O  var  ki...  dünyada  bu  gün  mən  varam; 
Atasız  böyüyən  dostlarıma  da 
Mən  indi  dolan  bir  gözlə  baxıram.
Ona  qurban  olum,  min  qurban  olum, 
Gözümdə  gözləri  yaşlanır  indi;
Bir  ata  qəlbindən  başlanan  yolum  - 
Bir  ata  qəbrindən  başlanır  indi...
Şəmkir  -   Novruz  bayramı, 
mart,  1977-ci  il
YAŞAMAQ  DEYƏ
Cilovsa  əlində  dağ  cığırları,- 
Sıldırım  dağlar  da  sənindir  demək; 
Yağırsa  başından
dəli  quşların 
qıy-qışqırıqları, 
çal-çağırları  -
Bağçalar,  bağlar  da  sənindir  demək; 
Düşüb  uşaqlığın  iziylə  gələn, 
Müdrik  qocalığın  gözüylə  gülən 
Həsrətli  çağlar  da  sənindir  demək; 
Bir  qız  baxışını,  dost  itkisini, 
Ata-anaların  kövrək  səsini 
Yollara  ehtiyat  götür,  götür  sən, 
Dayanma,  duruxma,  soruşma  niyə  -
& 2 Я
Yaşamaq  deyə!
Dikdə  şimşəklərin  rəqsini  görüb,
Dərənin  köpürən  sularına  bax;
Göldə  qovaqların  əksini  görüb,
Göydə  dumaların  qatarına  bax;
Zirvədə  sal  buzdan  güzgünü  görüb,
Cadar  düzənlərin  qubarına  bax.
Quc,  quc  təbiəti  parça-parça  sən,
İç,  iç  gözəlliyi  marçamarçla  sən,
Dayanma,  duruxma,  soruşma  niyə  -
Yaşamaq  deyə!
------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
Səfərə  çıxmısan... 
hələ  nəyin  var?  - 
Götür,
obaların  ərkini  götür!
Hələ  ümidlərə  isinməyin  var  - 
Götür,
babaların  kürkünü  götür!
heyrətə  qərq  olub  gəzinməyin  var  -
Götür,
duyğuları  Kür  kimi  götür!
Demirəm  bir  quru  sədaya  dön  sən, 
Sevgi  dənizində  adaya  dön  sən,
Dayanma,  duruxma,  soruşma  niyə  -
Yaşamaq  deyə!
Dolasın  boynuma  kənd
doqqazları,
Öpüm  dönə-dönə  kəhrizlərindən. 
Obamın  o  qara,  göyçək  qızları 
Keçsinlər  billurluq  dəhlizlərindən. 
Alça  ağacları
dümağ  yaz  qarı... 
Uzağam  səyahət  pəhrizlərindən!
s ?


Səyavuş  Sərxa n lı---------------------------------------------------------
Ayları,  illəri  səsləyirəm  mən  - 
Körpətək  çiynimdə  daşımaq  üçün.
Elə  hey  doğulmaq  istəyirəm  mən,
Bir  ömrü
ömürtək  yaşamaq  üçün...
Şəmkir, 
1965-ci  il
HABİL  “SEGAH” I
Dağların  başında  bir  çəngə  bulud 
Bir  çəngə
yolunmuş  saça  dönübdür;
Gözümün  önündə  adicə  bir  val 
Hissləri  qovuran  saca  dönübdür!
Sinələr  söküldü  gözümdə  şan-şan,
Xallar  -
keçmişlərə  pəncərə  kimi;
Kamana  dönərək
bir  qədim  insan
Danışır  öz  qədim  hekayətini.
Yerin  qulaqları  yenə  kar  olub,
Bu  odu  şimşəktək  yerə  ötürür.
Dünyada  nə  varsa, 
bəstəkar  olub.
Biri  bəstələyir, 
biri  bitirir.
Ay  batdı,  gün  doğdu, 
yandı  üfüqlər,
• S O ?
Vətən,  səslə  oğlunu
Orda  ruhsuzların  başı  əzilmiş.
Kaman  hönkürəndə
gördüm  bir  səhər
Şirindil  çayların  səsi  kəsilmiş...
Hardasa  mənzilə  tələsdi  qatar, 
hardasa
bir  hicran  şaqqanaq  çəkdi; 
Elə  sehrləri  açdı  ki,  xallar  - 
Qəlbimi  bir  anda
yüz  yana  çəkdi.
Kaman  nağıl  dedi 
qocalar  təki,
Dedi  ürəyini  çox  yandır  hələ;
Arzuyla
Azadlıq  arasındakı 
Sərhəd  dağlarında
tufandır  hələ!
Hardasa  bir  eşqə  gecikdi  ürək,
Bir  günahsız  tale  gör  nəyə  döndü; 
Xallar  töküldükcə
qaqqıltılartək,
Kaman  yaralanmış  dumaya  döndü.
Dağların  başında  bir  çəngə  bulud 
Bir  çəngə  yolunmuş  saça  dönübdür; 
Gözlərim  önündə
adicə  bir  val
hissləri  qovuran  saca  dönübdür...
ЧС2?
Sumqayıt, 
1968-ci  il


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə