Çənlibel - dumanlı, çənli, avazlı;
O gəlir, bir qara-qorxutək gəlir,
Bir əli qılınclı,
Bir əli sazlı!
Gəlir... dalınca da dağlar qartalı
Yeddi min
yeddi yüz
yetmiş yeddi ər!
O gəlir,
Canının hayına qalıb,
Dəyirman axtarır keçəl həmzələr.
İllərlə nizələr yazdi şeirimi,
Düşmədi dillərdən tarixin adı...
Vəfasız gözəllər basdı şeirimi,
Nigar mərdliyindən söz açılmadı.
Halal baxtımıza kor yaranmışıq,
Öz əlim özümə yer bölür hələ,
Koroğlu dastanı bitməyib, aşıq,
Koroğlu heykəli yol gəlir hələ.
Gəlir,
Misrisini suvarıb kində,
Nərəsindən göylər halsızlayacaq,
Sasunlu David də, Dolqoruki də
Tərpənib atım mahmızlayacaq.
O gəlir el əhdi, el istəyincə,
İşığı bərq vurur dağlar dalında.
Ona veriləcək meydandan əvvəl
Bu meydan sinəmdi pyedestalı da!
Ey Bakı! Başına heykəllər yığan!
Qoy bir sabahın da gül-çiçək olsun.
Səyavuş Sərxanlı
— ---------------------------------------------------
Vətən, səslə oğlunu
Qıratın belində
dəryadan çıxan
Koroğlu heykəlin mübarək olsun!
1980-ci il
AND
Öləziyən çıraqlara and olsun!
Əl istəyən yaraqlara and olsun!
El istəyən soraqlara and olun!
Çöl istəyən oraqlara and olsun!
Tel istəyən barmaqlara and olsun!
Dil istəyən varaqlara and olsun!
Tüstüləyən ocaqlara and olsun!
Dost diləyən bucaqlara and olsun!
Məst eləyən qucaqlara and olsun!
Qəsd eləyən qaçaqlara and olsun!
Üstələyən qoçaqlara and olsun!
Dərs biləyən uşaqlara and olsun!
O yellənən yaylıqlara and olsun!
O tellənən oylaqlara and olsun!
O şellənən yaylaqlara and olsun!
O sellənən çaylaqlara and olsun!
O dillənən bulaqlara and olsun!
O güllənən ayaqlara and olsun!
Öpdüyümüz dodaqlara and olsun!
Öpdüyümüz yataqlara and olsun!
Öpdüyümüz qundaqlara and olsun!
Öpdüyümüz qonaqlara and olsun!
Səyavuş S ərxa n lı---------------------------------------------
Öpdüyümüz bayraqlara and olsun!
Öpdüyümüz torpaqlara and olsun!..
KOTAN BULAĞI
Gəldim görüşünə həsrət ürəklə,
Elimsən, obamsan, Kotan bulağı.
Yenə qarşıladın güllə-çiçəklə,
Ən solmaz dünyamsan, Kotan bulağı.
Ulduzlu göyləri səndə görmüşəm,
O duzlu neyləri səndə görmüşəm.
Nərgizli dilbəri səndə görmüşəm,
Qüdrətdən aynamsan, Kotan bulağı.
Yarpızlı suyundan qumrular içər,
Lilparlı yolundan cüyürlər keçər.
Gözəllər tel sayar, sirrini açar,
Min əhdə peymansan, Kotan bulağı.
Neçə el-obadan ətir tutubsan,
Hörmət gözləyibsən, xətir tutubsan.
Salxım söyüdünlə çətir tutubsan,
Halıma yanansan, Kotan bulağı.
Başında bağrımı şanalamışam,
Daşında adımı xınalamışam.
Çox sevib seçmişəm, sonalamışam,
Birinci sonamsan, Kotan bulağı.
Əysilib başımdan dostum, sirdaşım,
Gözümdən tökülür gözünün yaşı.
S O ?
----------------------------------------- Vətən, səslə oğlunu
Sarı yal atamdır, dağlar qardaşım,
Sən mənim anamsan, Kotan bulağı...
Şəmkir-Yasamal,
1984-cü il
QUŞLAR ASILACAQ
ZƏNGULƏSİNDƏN...
Güldanlar gül kimi çıxır eyvana,
Evlər çaya tutur qulaqlarını.
Yastığı, yorğanı çırpan bir ana
Çırpır qara qışın qalıqlarını.
Nur salır bir günəş yaraşığında
Tüstüsü düz çıxan doğma ocaqlar.
Çiçəklə ulduzun ağ işığında
Qönçə m əhəbbətlər açılacaqlar.
Evlər adamları çıxarır çölə,
Yollar puçurlayan budağa dönüb.
Ney nə deyibdisə, bilmirəm hələ,
Bulaq öpülməli dodağa dönüb.
Bənövşə
düz-dünya yaz olub deyə,
Göz sıxır badamı bəbəklərinə.
Taleyi bir gözdən asılıb deyə,
Qısılıb kolların ətəklərinə.
Keçi məməsitək dolub tumurcuq,
Bircə himə bənddi zoğ atmaq üçün.
Nizə buzların da sellənir ucu,
Xəzəlli arxları oxutmaq üçün.
«aıs?
Üzünə tilsimlər toxunub nədi,
Yanır alçalıqda "qar" çıraq-çıraq.
Vətəndaş sərçələr uğunub gedir.
Qürbətdən qayıdan qaranquşa bax?
Şimşək üfüqlərdən göz elədikcə,
Dağlar
dünya görmüş ozana dönür.
Yağış yal-yamacı nizələdikcə,
Bulaqlar qaynayan qazana dönür.
Bir qızıl inəktək
torpaq oyanıb,
Tərpənən döşündən süd buğu qalxır.
Qovaqlar uçmağa hazır dayanıb,
Çöldə dəli yazın quyruğu qalxır.
Qoşulun sulara, çalın çağırın,
Küsməyi tərgitsin bir az o yar da.
Göy otla bəzənib gülən cığırın
Bir ucu qışdadı, biri baharda...
Daşa da can verir bu səs, bu səda,
Gizli bir hənirdi yayan baharı.
Hayandan gəlsə də,
Nə vaxt gəlsə də,
Ürəkdir birinci duyan baharı!
Üfüq hallanacaq göyün səsindən,
Bizdən çox irəli yaz olduğutək;
Quşlar asılacaq zənguləsindən -
Qəlbimiz ümiddən asıldığıtək...
Səyavuş Sərxa n lı
----------------------------------------------------------
« 3 ?
____________________________ Vətən, səslə oğlunu
DURNA DƏYƏLƏRİN KÖÇÜ
Açıldı son dəfə qanadlar kimi,
Yüklərə çatıldı duma dəyələr.
Sürülər sürünən buludlar kimi
Arana üz tutdu bu qərib səhər.
Son dəfə bulağa səyirt kəhəri,
Orda xatayilər alışar daha.
Hirsindən qaralan ocaq yerləri
Gecə ulduzlarla danışar daha.
Ötdü duma səsi, dünya səngidi,
Qartal öz asudə göyünü istər.
Daha göy qayalar göy üzəngidi,
Çobanı haraylar,
Neyini istər.
Səbri daralıbdı zülmə qalmışın -
Meşənin əlindən yuxusu düşər.
Yolun o üzünü tutan yağışın
Yolun bu üzünə qorxusu düşər.
Daha tüfəngin də səsi nəmləyər,
Yığar göy üzündən toy-düyününü.
Kəklik bikefləyər,
dovşan qəmləyər,
Gözləyər ağ qışı - qara gününü.
Bircə yol bəri çıx, dağlara sən bax -
İlxı kişnərtisi qulaq dələndə.
Sabahkı nənəyə, babaya dön bax:
Xurcuntayı gedir ulaq belində.
< i O ?
Dostları ilə paylaş: |