Səyavuş Sərxanlı-----------------------------------------------------
Ayırırsan yaxşı-pisi,
Tanıyırsan yaxşı, dünya;
Aparırsan gör kimləri -
Necə deyim naşı dünya?
VI
Torpağın sinəsində
İsti qəm yeri qaldı.
Göyçay xiyabanında
Şeir karvanımızın
Ağır ləpiri qaldı.
Qaldı canlı bir məzar,
Əli - içində çıraq.
Ana yer doğma qəlbin
Oduna qızınacaq.
VII
Baş daşı barmaq olub,
Silkələndi dostlara:
Məni unutmayın ha...
1969-cu il
Böyük mövzularda yaza bilmirəm...
Məni bağışlayar tənqidçi qardaş;
Bir zərif çiçəkdir gözümdə aləm -
Canında titrəyiş, bəbəyində yaş.
4 0 ?
Vətən, səslə oğlunu
Bir azca çəkmişəm el adamına,
Hərdən köhnəlikdən səs eləyirəm.
Söykənib dünyanın qara damma,
Gəlmişi-keçmişi vəsf eləyirəm.
İnsan bənzəm əz ki, ötərgi səsə,
O gəlmir dünyaya seyrici kimi -
Gəlir ki, özündən sonrakı nəslə
Danışsın dünyada gördüklərini.
Üstümə hər yerdə kəndçi günlərim
Gözünün yaşını ələyib gələr.
Batsa bir bulağım - bir dağlı pərim,
Sinəmdə dəryalar mələyib ölər.
Əlim toxumlara qol-qanad oldu,
Qəlbim qaranquşla yuva tikdi də;
Dünyanın baş yolu, prospekti də
Üstümə yüyürən bu kənd yoludu!
Odur könlüm nuru, başım tacı da,
Onsuz göy də mənə bir yük görünür.
Kəndimin balaca tut ağacı da,
M ənə dünyamızdan böyük görünür...
1985-ci il
Səyavuş Sərxanlı-------------------------------------------— -
DÜNYA HAQQINDA İKİ QOŞMA
Nə müddətdi üz sürtürəm üzünə,
Köksü geniş, yollan dar dünyadı.
Ana deyib baş qoymuşam dizinə,
Can desə də, bietibar dünyadı.
Uşaq olub şirni aldım əlindən,
Cavan olub yerə dəydim belindən,
Baş açmadım fitnəsindən, felindən,
Qəmində gül, gülündə qar dünyadı.
Göz qamaşır günəşinin gözünə,
Evindəyik, nə deyək ki, üzünə?
Eh, məni də oxşadıbdı özünə,
Yazda xəzan, qışda bahar dünyadı.
Kimə yoldu, kimə yükdü, kimə at,
Kimə dostdu, kimə yardı, kimə yad,
Nar bağına oxşayırsa kainat-
Qoynundakı ən şirin nar dünyadı.
Onun bulaq dodaqları bizik, biz,
Onun yarpaq qulaqları bizik, biz,
Onun torpaq qonaqları bizik, biz,
Gözü gülər, köksü ağlar dünyadı.
Milyon-milyon yuva quran o quşdu,
Milyon-milyon sorğulardan sovuşdu.
Asta yeri, dörd yan eniş-yoxuşdu,
Ömür kimi çox nahamvar dünyadı.
Yiyə çıxan ona görən kim idi?!
Küləkləri talelərin simidi;
----------------------------------------- Vətən, səslə oğlunu
Gah müdriklər, gah keflilər kimidi,
Gahdan ayıq, gahdan xumar dünyadı.
Ey Səyavuş, oddan köynək geyirik.
Yarat deyə, ömrümüzü yeyirik;
İnanma ki, qoca dünya deyirik-
Əlində gül, dilində yar dünyadı...
1981-ci il
Yenə gizli-gizli nə söyləyirsən,
Mənim ölüm adlı yarıma, dünya?
Yenə dörd yanıma gileylənirsən
Adıma, baxtıma-barıma, dünya!
Nə olsun ürəyim bir ayparadır,
Dost-yar yanında ki, üzüm qaradır!
Onsuz da bu sinəm para-paradır,
Niyə duz basırsan yarama, dünya?
Eşqi, məhəbbəti azara verib,
Namusu, qeyrəti bazara verib;
Cavan oğulları məzara verib,
Belə arsız-arsız qarıma, dünya!
Ahımdan dumanlar çəkdin, bilmədim,
Məni əkin-əkin əkdin, bilmədim,
Məni hansı eşqə bükdün, bilmədim -
Harda öldü-qaldı yarım, a dünya?
Doğrunu-yalanı kösövləyirəm,
Öləni-qalanı vəsf eləyirəm,
Səyavuş Sərxanlı--------------------------------------------------------------
Çoxdan o dünyadan səs eləyirəm,
Məni bu dünyada arama, dünya!
Gündə bir at sürdün, fərman buyurdun,
Gedənə gəlməzi dərman buyurdun,
Ta baş da qoymadın - xırman buyurdun,
Daşını salacam harama, dünya?
Qanlar tökə-tökə qansızlayırsan,
Canlar sökə-sökə cansızlayırsan;
İpək torundayıq - nə sızlayırsan,
Barama, barama, barama dünya?!.
Şəmkir - Morul - Sərxan obası
1985-ci il
“Sibir dəftəri silsiləsindən -
DÜNYAYA BİR UŞAQ
GƏLİRDİ GÖYDƏ
Sibir cəngavəri Fərman Salmanova...
O axşam Salexard - Tümen yolunda
Qəfildən bir gəlin çəkdi içini.
Göyün nə qatında, sükan dalında
Qan-tər yudu getdi təyyarəçini.
Biri yalvarırdı: qardaş, qulaq as,
Sən Allah, yeyin sür yada ki, saxla.
O da qışqırırdı: gözləsin bir az,
Gələn neyləyəcək mən saxlamaqla!
«SgOfjo
----------------------------------------- Vətən, səslə oğlunu
Təyyarə gülüşdən qanad bağladı,
Adamlar belədi - danla da, öy də;
Gəlin ağlayanda kimsə ağladı -
Dünyaya bir uşaq gəlirdi göydə...
Təyyarə tələsir, şütüyür, axır,
Burda hara ensin - tayqada qışdı.
Naznazı qızlara çəpəki baxıb,
Topsaqqal bir qoca qol çırmamışdı.
Biri qənd payını tez saldı çaya,
Biri paltar gəzdi, biri yer-yemək;
Şair də söz atdı stüardessaya:
- Vətəndaş biletsiz minibmiş demək?
Güldü göz yaşları içində gəlin...
Nə fərqi, ya oğul, ya da qız olsun -
Dedik, dünyamıza göydə gələnin
Gərək oyuncağı ay-ulduz olsun!
1973-cü il
Öm ürdən -gündən...
ÖMRÜMÜZ-GÜNÜMÜZ
Biz ki, narahatıq -
Bizim deyilik
Odlardan doğulan al səhər kimi;
Saçları ağ olan analar kimi,
Dalğası dağ olan dənizlər kimi.
Masa arxasında otursaq da biz,
Ağıl səfərdədi, ürək səfərdə...
<Ц0%>
Dostları ilə paylaş: |