Səyavuş Sərxanlı--------------------------------------------
Açıb ürəkləri səssiz-xəbərsiz,
Bəzərik mənalı düşüncələrlə.
Axdıqca ürəyə fikrin işığı,
Könül də yanıqlı bir neyə dönər.
Bir ömrün əbədi pərişanlığı
Milyon ürəklərçün nəğməyə dönər.
Bəzən qorxuluyuq uçurum kimi,
Demə, ömrümüzdən kimə nə düşür!
Qayğısız günümüz ildırım kimi
Kiminsə qayğılı ömrünə düşür!
Əzəldən yananı sevmişik axı,
Bulana-bulana ömür durulmuş.
Bəşərin ən böyük qəhrəmanlığı
Fatehlik olmamış, insanlıq olmuş!
Narahat dənizdi insanlıq bu gün,
Dostu tanımağa yaddaş gərəkdir.
İyirminci əsrin insanlığıyçün
Bir başın içində min baş gərəkdir!
Orbitdə vurnuxan planet kimi
Qaça bilməyirik öz-özümüzdən.
Biri adımızla bəzər eşqini,
Heyf ki, biri də dərd alar bizdən.
İllərdən-illərə bahar ötüşər,
Günlərin başına çiçək ələnər.
Kiminsə gözündən bir damla düşər,
Kiminsə ömründə yer silkələnər.
__________________________ _ Vətən, səslə oğlunu
Odlardan keçmirmi insanın ömrü,
Ürəkdən alovlu bir kürrəmi var?
Sənətkar ömrüdür - vulkanın ömrü,
Qəfil sönəni var, püskürəni var!
Hissimiz yandıqca atəş oluruq,
Ürəyi kül edib dağıtmaq üçün.
Ağlımız yandıqca günəş oluruq -
İnsanlıq adını doğrultmaq üçün.
Ocaq da od alar başdan-binadan,
Verər özgələrə öz istisini;
Özünün olammaz narahat insan -
Özünün olmayan gözəllik kimi!..
ƏLİM HAMİLƏDİR
GÖZƏLLİKLƏRƏ...
Əlim hamilədir gözəlliklərə -
Qəlbimdən od alıb
dönəndə şama,
Ulduz yağdıracaq
yetsə axşama,
Gündüz yaradacaq çatsa səhərə.
Bəlkə nağıl kimi görükər sizə
Hamilə əllərin
şeir başlığı?
Doğur ağ günləri ellərimizə
Sağ əlin
sol əllə çiyindaşlığı.
Onun həniridi can verən neyə,
Odur qanad olan ovqata, heyə,
4 ( 25 ?
Onsuz qara ölüm dönərdi neyə,
Tanndan o çıxıb dünyaya yiyə;
Əl tutmaq Əlidən qalıbdı deyə -
Əlim hamilədi gözəlliklərə.
Əlim hamilədi gözəlliklərə -
Ulduz yağdıracaq
yetsə axşama,
Gündüz doğulacaq çatsa səhərə;
Ölüncə... beləcə dönəcək şama!
Bakı, 1992-ci il
Səyavuş Sərxanlı
---------------------------------------------------- ------------------
ŞEİRDƏN GETMƏ...
Şeir də çörəkdi, duzdu - yeyilən,
Ondan üz çevirmək günah işidir.
Bu şeir deyilən, bu söz deyilən
Allaha and olsun, Allah işidir!
Göylə, ucalıqla işi var onun,
O səsi hər tale götürə bilməz,
O dərsi hər ürək bitirə bilməz;
Bir yönü bəri dur, qələm dostunun
Üzünə rəhm elə, şeirdən getmə,
Qəsdən, bilə-bilə şeirdən getmə!
Şair yeriməsə, şair getməsə,
Addımı altında fırlanmazdı yer.
Gözəllik köksünü inildətməsə,
İnsanın başına dolanmazdı yer.
İlham dağlardan da sehrkar, ulu -
Çaylar nəğməsini səndən gözləyir,
t!2S?
Neylər naləsini səndən gözləyir;
Duma bulaqların yanğı, yaş dolu
Gözünə rəhm elə, şeirdən getmə,
Qəsdən, bilə-bilə şeirdən getmə!
Gendən bir olsa da duma qatarı,
Hər quşun öz ayrı qanadı olur.
Adda oxşasa da bulaq suları,
Dadda hər bulağın öz adı olur.
Ömür çıraq-çıraq sualdı, sirdi;
Qəmi çaşdırarsan bir açıq üzlə,
Dağı aşırarsan bir işıq - sözlə,
Bir şeirin sehrinə min el əsirdi -
Dözümə rəhm elə, şeirdən getmə,
Qəsdən, bilə-bilə şeirdən getmə!
Necə yanmayasan qəlbə dəyəndə
Rəhmin soyuqluğu, dərdin sərini?
Yaz ki, darıxanda, qəribsəyəndə,
Təpək gözümüzə şeirlərini!
Dil dönməz deyəm ki, getdi o çağın;
Sevinməyən gözlər göz dikib sənə,
Sevilməyən kəslər göz dikib sənə;
Sinəndə çathaçat yanan ocağın
Közünə rəhm elə, şeirdən getmə,
Qəsdən, bilə-bilə şeirdən getmə!
Atlı qəm yollan yorur hələ də
Bir Araz yası var -
yiyəsi qaçaq;
O tabut ortada durur hələ də.
Qardaş, o tabutu kim qaldıracaq?!
Heyrətsiz gözümdən utanır heyrət,
Bir elin "masqaya" çox oxşarı var -
------------------------------------------------------
Vətən, səslə oğlunu
Bir üzü gülərdi, bir üzü ağlar...
Mən həsrət dərirəm, sən də o qeyrət
Səsinə rəhm elə, şeirdən getmə,
Qəsdən, bilə-bilə şeirdən getmə!
Fələyin başında qırmanclarıq biz,
Mərhəmət diləkli,
İşıq arzulu.
Taleyi gec gülən ağaclarıq biz,
Dili köklərində,
Əli ruzulu.
Dəryalar, dənizlər çağlasın qanda,
İlhamı dağa vur, daşa vur görək,
Hər günü şeirlə başa vur görək -
Kim solar,
Kim qalar bu gülüstanda? -
Özünə rəhm elə, şeirdən getmə!
Qardaş! Bilə-bilə şeirdən getmə!
Moskva, 1980-ci il
Səyavuş Sərxanlı
-------------------------------------------------- ------------------- .-----
------------------------------------------ Vətən, səslə oğlunu
HƏKİM HAQQINDA DASTAN
Unudulmaz insan, gözəl həkim
Əmir Şəmsiyevin xatirəsinə...
Rəhmin, insanlığın o xoş qılığı,
Yaradandı desəm, sözüm ağ olmaz;
Yığsan da qatara min yaxşılığı -
Bir həkim borcunu qaytarmaq olmaz!
O, dost doğulubdu günəşlə, ayla,
Ondan zülmət qaçar, ondan qəm qaçar.
Açdığı palata qapılarıyla
Dar gündən xoş günə qapılar açar.
Bir arzu söndümü, işıq keçdimi -
Qəlbinin oduyla alışdırar o.
Öz ağ xalatında gur işıq kimi
Ölümün gözünü qamaşdırar o.
Deyirəm sehri var onda baharın,
Açdığı ürəklər toy-düyündədir.
Həyatdan məzara gedən yolların
Çilovu həkimin əllərindədir.
İnsanlıq sərhəddi böyüyən yerdə,
Nəfsin sərhədləri kiçilməlidir.
Bütün duyğuların saflığı bəlkə
Həkim duyğusuyla ölçülməlidir.
Yol çəkər hicrandan vüsala kimi,
Yüz ili yaşayar bircə gündə o.
Ucalar basılmaz bir qala kimi
Həyatla ölümün sərhəddində o.
д а ?
Dostları ilə paylaş: |