Çox ilhamlar qurub çağı sınanıblar,
Sözümüzün dan yeridir, alqış ona.
Ata-anam onu görüb inanıblar
Bu dünyada şeirin də iş olduğuna!
Ötərilik adamların çoxunda var,
Asan duyğu, asan əməl çoxsa - dərddir.
Buz bulağın gözü doğma, səsi tanışdır,
Onun şeir uçqunundan düşüb qalıb.
Qızıl Qala himə bənddir,
dindir, danışdır,
Məni yenə tənha görüb, çaşıb qalıb.
Dildən ağır,
Əldən yaman itidir dünya,
Uçurumlara kor işıqlar saçılıb yenə;
Gələn kimdi, gedən kimdi, ay gidi dünya -
Lalə - yerin qulağıtək açılıb yenə?
Ay qoca dağ, bir yol ayıl, adam tanı,
Qürubuna göz qoyaram gözüm yanar.
Hər addımın xatirələr qəbristanı -
Daşlarına üz qoyaram, üzüm yanar.
Bu qayalar nə tez belə çat-çat olur,
Dünən axı, şumalıydı, xınalıydı?
Onu döyən, qıran hansı qanad olub,
Hansı qışda,
hansı yazda,
hansı yayda?
Kor dərədə qaratoyuq pıqqıldadı,
Keçəl yoxuş şırımlandı ağız kimi.
Səyavuş Sərxanlı
--------------------------------------------------------------------.
----------------------------------------- Vətən, səslə oğlunu
Ö tənlərdən qopub gələn sel budadı
Onun şeir çəmənitək yaz fikrimi.
Ağ gülüşlə axıb getdi baxdım nəyə,
Ağ ayrılıq, zirvələrdən gülmə, kiri!
Qızlar qalxıb dağ başına qar yeməyə,
Qədəmləri cığırları gülləndirib.
Neçə arzu murazdadı, uğurdadı,
Baş qarışdı, nə qarışdı sözə-gapa!
Ağ yel əsdi, div dərələr uğuldadı,
İlxı daşlar yenə düşdü tapbatapa.
Güllər güldü üz-gözünü yuya-yuya,
Leysan gəldi -
təbiətin ilhamçısı;
Dağ sualtı qayıq olub batdı suya,
Mən də onun kapitanı, sükançısı.
Əziz qonaq ürəklərdə dönər şeirə,
Nə yaxşı ki, bir gəlişdən min iz qalar.
O, üz tutar üfüqlərə Araz deyə,
Ürəyində Kür çağlayar,
dəniz qalar!
Görüm ömrü uzun olsun Məmməd Arazın,
Səsi qalıb, sözü qalıb bu dağlarda;
Sərin sular sinəsinə qonaq sazın
Özü gedib,
Sözü qalıb bu dağlarda...
Şəmkir - Çənlibel
1977-ci il
Səyavuş Sərxanlı - ----------------------------------------------------
ANADİL
Dağın ətəyində,
Keçəl təpədə
Balaca bir uşaq qarmon çalırdı.
Mən onu görmüşdüm keçən həftə də,
Onda da yer qalxır,
Göy alçalırdı...
Onda da beləcə axırdı bu çay -
Arxayın, pərişan, sirli, dumanlı;
Üfüqdən beləcə diklənirdi ay -
Kalağay haləli, oraq nişanlı.
Mürgüyə dalmışdı qoca həyətlər,
Yığmışdı köçünü eldən-obadan;
Onda da pəjmürdə, dalğın söyüdlər
Qulaq kəsilmişdi ay doğanacan.
Sanki neçə ildi, neçə qərinə-
O uşaq çalırdı, özü də təkdi...
Yorulsa, bu kəndi onun yerinə
Anadil başına götürəcəkdi...
1973-cü il
GÖZƏLLİK DƏRSİ
O hələ nə qanır, lap uşaqdı ki,
Qanadı xallıca kəpənəkdi ki;
Gözünə gözəllik toxumu düşən
Balaca, heyrətli bir ürəkdi ki...
___________________________ Vətən, səslə oğlunu
Sən onu ayırma çöldən ,çəməndən,
Göz kimi açılan güldən, çiçəkdən;
Onun saflığını, uşaqlığını
İlahi bir nurla göylərə yazan
ulu şimşəkdən,
Körpə xəyalının uzaqlığının
Üfüqdə teyləyib, ulduzdan asan
nurlu küləkdən,
Muncuğa oxşayan qönçədən, şehdən,
Bağlara baş qoyan qövsü-qüzehdən,
Yolların tozundan ayırma onu;
Zəmi qırağından, dağ cığırından,
Dəlisov quşların çal-çağırından,
Göllərin qazından ayırma onu;
Nənə-babasının nəvəyə dərman
İsti nəfəsindən ayırma onu;
Cərrah əmisinin bayram günləri
Sözündən, sazından ayırma onu!
Qaydına qalacaq ruzili əllər -
Əllərin yazından ayırma onu,
Torpaq havasından ayırma onu...
Sellər aparacaq küsməyi,nazı,
Bulaqlar saçını uzadacaqdır.
Burda fidan-fidan böyüyən qızın
Orda budaq-budaq boy atacaqdır.
Oxuyub gedəcək yolçu yağışlar,
Sevinc qanadlıymış, heyrət qalanmış!
Onunçün dağlara yağacaq ilk qar,
Ayılıb görəcək nağıl yalanmış...
Oyadar yuxudan xoruz banları,
Kəhrizin laylası yatırar onu.
4 *5 5 ?
Səyavuş Sərxanlı------------------------------------------ —--------
Peyğəmbər kimidi kənd adamları,
Nə ki, istəyi var, çatdırar onu.
Açılar bir körpə qönçənin ağzı,
Təbiət nəyi var ona verəndə;
Göz yaşı içində gülər o yazıq
Oyuncaq yerinə dünya görəndə.
Yox, onu ayırma güldən, çiçəkdən,
O da bir qönçədi, yeri oradır.
Qoy yusun üzünü bir az duman-çən,
Qoy bir az ağarsın, qızın qaradır.
Körpə yaddaşına köz düşür hələ,
Bu günlər olmasa, xatirə olmaz.
Qıyma o yerlərdən ayrılıb gələ,
Qoy cüyür balamız gün görsün bir az.
Bulağa, bülbülə qoy çəksin səsi,
Uşaqlıq möhlətdi - o möhlət keçir;
Analar keçirsə analıq dərsi,
Gözəllik dərsini təbiət keçir...
1975-ci il
TOY
Ayrı yaşayırlar anamla atam...
N.Kəsəmənli
Necə oturubsan sakit, pərişan-
Şairə yaraşan hüzn, kədərlə.
Mən gördüm toyuna bu qərib axşam
Gəlmişdi analı xatirələr də.
Bir ana həsrəti alışıb köztək,
sst2S?
Vətən
,
səslə oğlunu
Tavandan məclisə nur ələyirdi.
Ay da pəncərədən pərişan göztək
Sənin toy süfrənə gülümsəyirdi.
Qızların həvəsi düşməz yaraqdan.
Süzürlər ortada mələklər kimi.
Bu sevinç günündə
baxsan qıraqdan-
Qəm vardı
Günəşdə bir ləkə kimi.
Şaddır ögey ana, nə var ki ona!
Keçib baş tərəfə-hazır yerinə.
Eh, bu dəm hardasa doğma bir ana
Qənim kəsilibdi öz qəmlərinə!
Səxavət əlini açıb hər ürək,
Təriflə bəzənir ömrün illəri.
Bəs niyə susurdum fikrə gedərək,
Bəs nəydi od olub qanıma girən?
Ürək kirimirdi bayaqdan bəri:
Bir ana bu toya gəlibmi görən?!
Toybəyi oynadır arvad-uşağı,
Alovlu simlərdə əriyir “Dilqəm”.
Bir qarı oturub başıaşağı,
Onsuz da yanan var, yanmasın Kərəm:
Bir ana bu toya gəlibmi görən?!
** *
Ah, kimi çağırar,
kimi səsləyər -
H əsrət dörd dolanar əli qamçılt.
teıt?
Dostları ilə paylaş: |