Səyavuş Sərxanlı------------------------------------------ -
Ürəyi ha təklə, ürəkdi yenə,
Hamıya bir gözlə baxıb bu həyat;
Çörəyin boyatı çörəkdi yenə,
İnsanın boyatı... vay dad, vay bidad!
Bu qəmi duymazdı əlim yanmasa,
Canımdı üzülən sözümdə mənim;
Böyüklər sadəlik bacarammasa,
Sadəlik böyüyər gözümdə mənim.
Ömür dedikləri canlı xəzinə -
Borc ala bilməz ki, adam adamdan!
Nəyi sevirdimsə,
sevirəm yenə,
Nəyi sevmirdimsə,
çıxıb yadımdan.
Bir əldən tutanda, qola girəndə,
Fərəhim, şadlığım başımdan aşıb.
Balaca ürəkli adam görəndə
Gözümdə dünya da balacalaşıb.
Niyə gülüş sınsın, gülsün göz yaşı?
Tutqun ömürlərə doğan dan olaq.
Söyməyi bacaran var addımbaşı,
Öyməyi bacaran oğuldan olaq.
Ürək xeyirxahsa, çiçəklənəcək,
Ömür narahatsa, bar verəcək, bar.
Bu nökər torpaqdan şahlıq öyrənək,
Gəlin, torpaq kimi olaq, adamlar!
Vətən, səslə oğlunu
Hərə özü boyda canlı əsərdir,
Siz məni tanıyın, siz məni duyun:
Məndən deyilənlər tərcümələrdir,
Gəlin, məni tapın, məni oxuyun!
A könlüm, ağlını almasın zaman,
Döyməsin qapını şöhrət qorxusu.
Hikmət dərsi al ki, ağıllılardan,
Sənin də söhbətin hikmət qoxusun.
Dərdə çevirməyək hər sözü-gapı,
Dünya - yad deyil ki, sənin evindir.
Gözləmə, hardansa açılar qapı,
Sən özün qapı aç, ürək sevindir.
Bir duyaq-düşünək, sehrli, səssiz,
Nə kiçiyi danaq,
Nə böyükləri;
Qoşa relsə dönək - mehirli, əziz,
Keçsin çiynimizdən dünya yükləri.
Ömür sirr yoludur yaranışından,
Həyatın əzəli bir qanunu var:
Ə ldən-ələ düşüb döyülən zaman
Dəmir fəryad edər,
Qızılsa susar...
Sizin sağlığınız deyildi həzin,
Sizə üz tutaram,
Sizə, adamlar:
Özgə taleyinə göz dikilməsin,
Hərənin öz yeri, öz qisməti var...
GÖZÜMÜN İŞIQLARI!
“İtaliya dəftəri” silsiləsindən...
Gözümün işıqları!
Orda nə təhərsiniz,
Qapınızı o döyən dərs ili nə gətirir?
Siz dərdli ürəyimdən qopan nəğmələrsiniz,
Öpüb,
sizi gözümün üstə qoyuram bir-bir!
Az toy tutun, o tənha,
o əziz ananıza,
Toy kimicə böyüyün, oğul bala,
qız bala!
Sizə məndən də artıq o canı yananıza
Bircə xətər yetincə
yetər mənə yüz bəla...
Mənə sarı yüyürən
O nənə işığında
Bu gün yenə sizsiniz,
siz ey dəcəllərim, siz!
Hərəniz bir gözümdə dünya yaraşığında,
Gözümün işıqları, öldüm, nə təhərsiniz?!
Hələ kəpənəksiniz - ayrılmayın bahardan,
Övlad ata-anasız
deyim sonra kim olur:
Atasız böyüyərsə - yetim qalır vüqardan,
Anasız böyüyərsə - rəhmdən yetim olur...
Florensiya, 1978-ci il
Səyavuş Sərxa n lı
------------------------------------------------------------------------------
_____________________________ Vətən, səslə oğlunu
KEFLƏRDƏN DOĞULMUŞUQ...
Ömür gülüstan yolu -
Açmayan qönçə də var:
Dərdi dünyadan ulu,
Xəlvət... gecələr ağlar.
Gözlərini torpağa
Dikib nə gözləyərlər?
Ömrü başdan-ayağa
Dəfinə gözləyərlər.
Düymə incilər kimi,
Könlü incələr kimi
Eyni taleyə tuşuq:
Həsrətlə açarıq biz -
Keflərdən doğulmuşuq,
Qəm lərə düçarıq biz...
Eyni haldı - sevgidə
Tələsdin, ya ləngidin;
Ey eşqi məktəb bilən,
Çalınan qom zəngidi!
Qəlbini atlanmağa
Ağrılar üzən idi;
Üz-gözündən o baxan
Ayrılıqlar rəngidi.
Ömür - ömür ha deyil,
Qayğıların cəngidi:
Biri qovar,
birinin
Dalınca qaçarıq biz -
Keflərdən doğulmuşuq,
Qəmlərə düçarıq biz...
Can verdik, can istədik
Biz hər şeyə, yaşadıq.
Tanrım, baxtıma yar ol -
Deyə-deyə yaşadıq.
Özgələri gül sanıb,
Öyə-öyə yaşadıq.
Özümüzü kəl sanıb,
Döyə-döyə yaşadıq.
Ömür adlı bu dağda
Döndük neyə, yaşadıq.
Əli odda-ocaqda,
Üzü göyə yaşadıq...
Taleyə qul olmuşuq,
Önündə naçarıq biz;
Keflərdən doğulmuşuq,
Qəm lərə düçarıq biz...
Min qurulu məzardan
Bir quru can yaxşıdı.
Yüz ağlın buz nurundan
Bir həyəcan yaxşıdı.
Göz ağlada-ağlada,
Könül açan yaxşıdı...
Qəlbimiz - zümrüd quşu,
Dərdlərə açarıq biz;
Mən deyirəm, özün qan -
Keflərdən doğulmuşuq,
Qəmlərə düçarıq biz...
1981-ci il
Səyavuş Sərxanlı
------------------------------------------------------------------- .
t o ?
------------------------------------------ Vətən, səslə oğlunu
ADSIZ KÖRPƏ AĞISI
Yarımçıq doğuldu...
Boğuldu səma,
Ötdü istəklərin yanıqlı neyi.
Özü bələnmədi bircə yol, amma
Həsrətə bələdi neçə ürəyi.
Bir yol göz yaşını silməyən insan,
Bir evə tor atdı düşüncələrdən.
H ələ iməkləmək bilməyən insan
Büdrətdi gör neçə ümidi birdən!
Ömür tüstülənər, yanarmış demə -
Ürəyə yağanda ayrılıq qarı;
Danışa bilmədi ikicə kəlmə,
Dindirib oxutdu bayatıları...
Özü say bilmədi, ölçü bilmədi,
Həsrəti böyüdü asiman qədər.
Dünyaya bir insan gələ bilmədi -
Dünya tez qocalar bir insan qədər!
Gecə uzaqlara ulduz ələnər,
Bir ana laylası batar yarıda;
Bir çiçək dəsinə sükut bələnər,
Batar boş beşiyin qulaqları da.
Üzü dönməz olar ağrı-acının,
İzi evdə qalar, eşikdə qalar;
Gəlmədi ... onunçün bircə bacının
Yığdığı bəzəklər beşikdə qalar.
’m
?
Dostları ilə paylaş: |