Qızım, əməllərin, əyləncələrin
Səməndərə dönsün - ocağa bağlı.
Qızım, qarğışı yox, naxışları gör.
İnsanlıq fürsətdir qananlar üçün.
Qızım, görünməyən baxışları gör,
Dön qızıl payıza, yan bahar üçün.
Nə gülüşdən uyu, nə batma yasa,
Yerləri-göyləri gözündən keçir;
Ürək - dünyamıza oxşamayırsa,
İnsanın varlığı, yoxluğu heçdir.
Səninlə bir az da nurlandı yolum,
Bir az da yetirdim vüqara sarı.
Anaya qurban ol, qurbanın olum,
Anaya möhtacdı qız uşaqları!
Qeybətə can verib, şərə alışan,
Sənin uğuruna çıxmasın, qızım.
Bu sərvət, o nifrət dağ vurub şan-şan,
Sənin axırına çıxmasın, qızım.
Sən ucala bilsən, alçalacaq dağ,
Dağsız ürəklərdə yaz da qış oldu.
Doğulmaq deyil ki, hələ doğulmaq -
Bu sehrə məhəbbət qaranquş oldu!
Sən nura vurul ki, mən xar olmayam,
Pislik arzulamaq sənətim deyil.
Sənin toy gününə qalam, qalmayam -
Toylar heç əzəldən qismətim deyil!
Desinlər külfəti vardı bir çətən,
Gəzmə, arzulama sədasız evi.
Səyavuş Sərxanlı
---------------------------------------------------- --------
« s O ?
Vətən
,
səslə oğlunu
Uzaq ol tənhalıq səadətindən,
Qadın ol, balalı, bəlalı böyü!
H ər qurulu evə doğulmur səhər,
Kor qoyma sən rəhmin baxışlarını;
Unutma, qızıla ərə gedənlər
Töküb mirvaritək göz yaşlarını.
Dinəndə hündürdən dinən qızların
Gizlicə ahları bulud kimidir.
Maşından-maşina minən qızların
Gəlinlik maşını tabut kimidir!
Gözün görə-görə əridi baban,
Gözün görə-görə nənən də gedir;
Gedənlə, can qızım, getmir bu cahan,
Gedənlər cahanın çiynində gedir.
Vaxtsız yağışlara fikir ver, qızım,
Vaxtsız ölənlərin göz yaşlarıdır.
Quruyan ağacda dünya gör, qızım,
Quruyan kökləri baş daşlarıdır.
Kəsməsin səbrini yetən qar, dolu,
Adını bir halal çörəklə çıxart.
Ulu nəslimizdən gələn şah yolu
Sən zərif çiyninə ürəklə çıxart.
Hənirdə, səbirdə oxşa kömürə,
Yan, qızım, yan, qızım,
yan, qızım, qəlbən;
Bu qoca dünyada balaca ömrə
Bir yanmaq qalandır,
bir də ad,
Vətən!
Bir də bir nənən var - elə yaraşıq,
Sən onu tanrı bil özünə, qızım.
Sən ondan işıq al, işıq al, işıq
Ağlına, qəlbinə, gözünə, qızım.
Öyrən, öyrən ondan, qaragöz balam,
Yaza çox gərəkdi o qışın qan -
Atalı-analı böyü,
Qız Qalam,
Qanada möhtacdı qız uşaqları...
24 oktyabr 1975-ci il
Səyavuş Sərxanlı
----------------------------------------------------- --------------- --
ATA AĞRISI
Bu gün ad günümdür,
qarlı bir qışam;
Mən bu gün
Atamı xatırlamışam...
Mən bu gün atamı xatırlamışam,
Gülüşlü günlərim dolanır gendən;
Bir yol qırağında
tozlu bir daşam,
Onu soruşuram gəlib gedəndən.
Yer susur,
göy susur,
adamlar susur.
Yuvası dağılan qərib bir quşam;
Sizə qurban olum, a dostlar, susun,
Uçdu evimizdən bərəkət, ruzi,
Mən bu gün nəyəm ki - m ələr bir quzu,
Mən bu gün atamı xatırlamışam.
O qabarlı ələ gözümü dikdim,
Bu qələm li əlim
Gözümdə deyil.
Söndü od, ocağa-közə gecikdim,
İstisi hələ də gözümdə deyil!
Özünü min dəfə danla da, as da,
Dönməz o pir kişi, dönməz ehtişam;
Məni bu günlüyə unudun, dostlar,
M ən bu gün atamı xatırlamışam...
Ölüm baş çəksə də arabir kəndə,
Görmürük,
min işə qarışır başın.
Kimdi fikir verən yağış gələndə -
Tökülən damcıdı yoxsa göz yaşı?
Təsəlli verməsin hazır mövzular,
Tutmasın yoluma havayı min şam;
Təpilib sinəmə burulğan sular,
Mən bu gün atamı xatırlamışam.
Dəyərmi gözümə güləyən günəş,
Alışan ulduz da, ağaran ay da?
M ənəm fağır duman, farağat atəş,
Ufuldayan külək, tövşüyən çay da.
Səs olub, söz olub bizimlə gəzir:
“Deməyin mən sizi yadırğamışam...”
Payız yarpağıtək ürəyim əsir,
Mən bu gün atamı xatırlamışam.
Gəlir dalımızca getdiyi son yol,
Döyür qapımızı səhərə kimi.
____________________________________
Vətən, səslə oğlunu
Könül, minnətdar ol, ona qurban ol -
Çatdırıbdı bizi bu yerə kimi.
Mənə toxunmayın bu qərib axşam;
Bu böyük dünyanı hədiyyə edən,
Dünyadan gün kimi çəkilib gedən
Ən böyük adamı xatırlamışam;
Məni yaradanı xatırlamışam;
Atamı, atamı xatırlamışam...
Şəmkir,
28 fevral 1979-cu il
OĞULLAR, KİTABLAR
Hələ məktəbə getməyən Əlibəy bir dəfə ö zü n d ə n
yaşca böyük bacısı Hicrana demişdi: zəhmət çəkm ə,
atam öləndən sonra bu kitabların hamısı m ə n im
olacaq...
Bu kişi qeyrəti ola hamıda,
Sənin kitab deyən dilinə qurban!
Mənim “Qızıl qələm” medalımı da
Filana keçirən əlinə qurban.
İmam, peyğəmbər var yazı işində,
Nə varsa, din haqqı, kitablarda var:
Rus yiyə çıxdığı qara Puşkin də
Öləndə dedi ki: əlvida, dostlar!
Qoltuq ağacı da dar ağacıdı...
Kitab - həqiqətdi,
Dünya - oyuncaq;
Ən ağır dərdinin əlacını da
Kitabda taparsan,
kitabda, ancaq!
«
s
m ?
Səyavuş Sərxanlı
-----------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Oğul anasını belə duyanda.
Ürək - ellərimə xitaba dönür;
Əlibəy yatmayıb,
dərs oxuyanda -
Dünya gözlərimdə kitaba dönür...
17 avqust 1991-ci il
AYAQLAR, ADDIMLAR
İnsan bu dünyaya göz açdığı gün
Yolu da onunla oyaq doğulur;
Əllər qanad olur ucalmaq üçün,
Ayaqlar torpağa dayaq doğulur.
Cüt zümrüd quşudu -
dünyaları gəz,
Bəzən əlsizlərin əlidi onlar.
Yerindən qopdumu,
dağdı - əyilməz,
yerində saydımı,
ölüdür onlar!
Sükutun məzartək bitdiyi yerə,
Alova, atəşə bürünər gedər;
İnsanın ürəksiz getdiyi yerə
Ayaqlar can çəkər, sürünər gedər.
Ayaq addım olub ərzi tərpədir,
Addımların səsi cahana düşüb.
Ürək var - bir addım həsrətindədir,
Addım var - ürəksiz insana düşüb!
Dostları ilə paylaş: |