Səyavuş Sərxanlı---------------------------------- ----------
Ömrün çıraq-çıraq sönən anları,
Onun sinəsini dəlib keçirlər.
Bütün ölümlərin meridianları
Həkim ürəyindən gəlib keçirlər.
Onun səsindəki ən gizli qəm də
Xəstəyə dağ yükü olub deyirəm.
Harda bir otağa həkim girəndə,
Ora ümid seli dolub deyirəm.
Cərrah bıçağına lap heyranam mən -
Qurmaqdı, tikməkdi yarmaqları da.
Ən güclü cərəyan məftillərindən
Güclüdür həkimin barmaqları da!
Nə xəyanət bilər, nə də ki, hiylə,
Mikrob ömür hara, loğmanlıq hara?
Gülər ağ saçların qəhqəhəsiylə
Bütün xırdalara, xırdalıqlara.
Bütün ürəklərdə qopan ağrılar,
Onun ürəyinə yazılır sanki.
Torpaqda hər dəfə qazılan məzar,
Həkim sinəsində qazılır sanki.
Elə bil ağarır, yanır od kimi,
Ürəyi köksündə tonqalmı yenə?
Qəbiristan yolları bir tabut kimi
Yüklənər həkimin çiyinlərinə.
Sanki təbiətlə giribdi bəhsə,
Əbədi, narahat ömür olubdur;
Bütün ölənlərlə bir ölübdüsə,
Bütün körpələrlə bir doğulubdur.
« & L I?
_____________________________ Vətən, səslə oğlunu
Ən ağır xəstədir biliksiz həkim,
O hələ qayğıyla sağalmalıdır.
Ən böyük canidir ürəksiz həkim,
O, yer kürrəsindən qovulmalıdır!
Kədərlə toqquşar ömür uzunu,
Ağ günü soyunub-geyinəndi o.
Xəstəsi sağalıb ayaq tutdumu,
Körpə uşaq kimi sevinəndi o.
Bir zümrüd quşudu çətində, darda,
Yüz elin-obanın çıxan canıdır.
Məndən inciməsin əczaçılar da -
İnsan təbiətin şah dərmanıdır!
Bir çöz də deməyə can atır qəlbim,
Bu söz qanadlansın, hamıya çatsın:
Ən ağır xəstəni ən gözəl həkim
Ürəklə sağaltsın, sözlə sağaltsın!..
Bakı, 1966-cı il
ÜZEYİR BƏY ÜÇÜN
DUBULTADAN YAZILMIŞ ŞEİR
Şeir sorağında yandı ömür-gün,
Çaylar adlamışam, dağlar aşmışam;
Dünyanı qəlbimə gətirmək üçün
Baş alıb dünyadan uzaqlaşmışam.
Gözümə yaş səpir səsi küləyin,
Ölsün o adam ki, həsrəti yoxdur.
Səyavuş Sərxanlı-----------------------------------------------
Qurbanı olduğum duzun-çörəyin
Yeri həmənkidir, ləzzəti yoxdur.
Dost - tale dərsidir, çoxu unudub,
Dostluq biçənəkmi gedək biçməyə?
Çaylar bulaqların əlindən tutub,
Aparır okean dərsi keçməyə!
Bir qələm, bir ürək baş-başa yanar,
Daş da dilə gəlmək həvəsindədir;
Tufanlı sinəmdən bir səs boylanar -
Mənim rahat günüm dost səsindədir...
Riqa, 1976-cı il
ÖZÜMLƏ DAVAM VAR HƏLƏ...
Böyüklər -
ömrümdə uğurlar kimi,
Böyüklük yanında yalan olmuşam.
Çıxmışam yollara cığırlar kimi,
Yollar ayrıcında talan olmuşam.
Hələ gərək ellər məndən inciyə,
Nə dost yarıtmışam
nə də yar hələ;
Bir özüm bilirəm kiməm, nəçiyəm -
Özümlə davam var, davam var hələ!
Dayazda qərq olur bəzən dərin də,
Bu dərd - səhərimi axşam eyləyir;
Karvanlar adlayan Xudafərində
Qarışqa karvanı bayram eyləyir.
Çoxu da yarı böl,
'
5615
?
Vətən
,
səslə oğlunu
Azı da yarı,
Yağır gül yuxuma ağır qar hələ;
Siz gedin iş görün, iş adamları,
Özümlə davam var, davam var hələ!
Cavidin, Müşfiqin əməllərini
Cavada açılan yaxam bilmişəm.
Mən Nəbi Xəzrinin mərd əllərini
Qardaş qollarıma qalxan bilmişəm.
Hələ çox Bəxtiyar yetirəcəkdir
Vurğunlu, Rəsullu bu diyar hələ!
Gözümdə dastanlar ləçək-ləçəkdir,
Özümlə davam var,
davam var hələ!
Gün - göyə çəkilib,
Ney baxtımıza,
Oba düymə-düymə,
El çiçək-çiçək;
Heykəllər şəhəri paytaxtımıza,
Səttarxan qənşərli yol çiçək-çiçək...
Babəkin kəsilən qolu kimiyəm,
Dünya çox genişdi, imkan dar hələ -
Bir yağa bilməyən dolu kimiyəm,
Özümlə davam var,
davam var hələ!
Tarixin “Çaldıran” savaşmı da,
Köçürək laqeydlik quzeylərindən;
Böyük Nizaminin başdaşını da
Qaytaraq Fransa muzeylərindən!
Gözü yollardadı “Qorqud Kitabın”,
“Avestam” qürbətdə çəkir car hələ;
Özgələr!
Adımla siz şöhrət tapın,
Özümlə davam var,
davam var hələ!
Yağımı bol qatdım qonşu aşına,
Haqq oldu - boş qazan yiyəsi oldum.
Keçirdim dığanı ocaq başına,
Axırda başıma döyəsi oldum!
Bilin ki, nə vaxtdan mən çaşmaz oldum -
Özümü gəlməyə sanmadım kölə.
O gündən özümlə barışmaz oldum -
Özümlə davam var,
davam var hələ!
Bu həyat - əkinçi toyu kimidi -
Nuru göydən enir,
ya daşdan çıxır.
Ehtiyat - dəyirman suyu kimidi -
Bu başdan salırsan,
o başdan çıxır...
Haradı yolların yönü bilmirəm,
Bakıya gəlməyib Şəhriyar hələ;
Bircə öləcəyim günü bilmirəm -
Özümlə davam var,
davam var hələ!
Qayğısız, qələmsiz keçir ömür-gün,
Fikrimdə dağları daşımamışam.
Bir eli-obanı yarıtmaq üçün
Bir insan ağrısı yaşamamışam.
Bir şeir,
on şeir,
azdı, azdı, az...
Toyda çalınmamış havam var hələ,
Səyavuş Sərxanlı
-------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Yurdu bölünənin şairi susmaz -
Özümlə davam var, davam var hələ!
1980-ci il
SEVƏNLƏR, SEVMƏYƏNLƏR
Ey məni sevənlər,
ey sevməyənlər,
Sizi düşünürəm, qurbanam sizə.
Dalımca yaxşı söz, pis söz deyənlər,
Qəlbimi döşərəm qədəminizə.
Nə fərqi var imiş - eyni yoldayıq,
Siz bir az qabaqda,
Mən bir az dalda;
Nə fərqi var imiş - eyni haldayıq,
Mən bir az qabaqda, siz bir az dalda.
Hərəmiz bir tale əlindən tutub,
Pənah gətirmişik paytaxtımıza.
Bəs niyə insafı, rəhmi unudub,
Qapını bağlayaq öz baxtımıza?
Yaşıl duyğulara qar ələnməsin,
Kövrək addımları salmayaq oda.
Heç kəs boy göstərib qürrələnməsin,
Hərədən böyüyü varsa dünyada.
«SEİSi?
Dostları ilə paylaş: |