Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə24/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

SƏYAVUŞU  XATIRLAYARKƏN...
Adətən,  qələm  adamının  sözü  ilə 
tanışlıq  onun  özü  ilə  olan  tanışlığı  qa­
baqlayır.  Mənim  də  Səyavuşla  ilk  ta­
nışlığım  onun  yaradıcılığından  başla­
yıb.  Hələ  orta  məktəbdə  oxuyarkən 
Səyavuş  Sərxanlının  şeirləri,  publisis­
tik yazıları  ilə tanış idim.  Onun  “Qayit” 
adlı  kitabı  haqda  mətbuatda  çoxlu  təq­
diredici  rəy lər  söylənilmişdi.  Şagird 
yoldaşlarım arasında onun  şeirlərini  əz­
bərdən  bilənlər də az deyildi. Bizə  dərs 
deyən  müəllimlər  arasında  şairlə  eyni 
vaxtda -   eyni  universitetdə  təhsil  alan,  onunla  tanış  olan  müəllim­
lərimiz  də  vardı.
Xatırlayıram.  Maşınqayırma  zavodunun  yataqxanasında  o  za­
man  bir  qrup  cavan  şairlə  görüş  keçirilirdi.  Görüşün  təşkilatçı­
larından  biri  də  m ən  idim.  Çıxışçılar  arasında  ən  çox  alqışlanan 
Səyavuş  Sərxanlı  idi.  Onu  auditoriyaya  sevdirən  başlıca  cəhət  Sə­
yavuşun  səmimiyyəti,  oxuduğu  şeirlər  və  təbii  ki,  bir  də  yüksək 
natiqlik  qabiliyyəti  idi.  Görüş  iştirakçıları,  xüsusən,  Səyavuş  şeir- 
sevər  gənclərin  gətirdiyi  gül  yağışının  altında  qalmışdı.  Unudul­
maz  anlar  idi.  Həmin  görüşdən  sonra  yadiğar  şəkil  çəkdirdik  və 
həmin  şəkil  indiyəcən  mənim  şəxsi  arxivimdə  qalmaqdadır.
Xatırlayıram.  Moskvada  çap  olunan  (radio  və  televiziya  veri­
lişlərindən  bəhs  edən),  nüfuzlu  jurnallardan  birinin  üz  qabığında 
Səyavuş  Sərxanlının  yazıçı  N.Hacızadə  ilə  birlikdə  şəkli  çap  edil­
mişdi.  Təsadüfən  Səyavuş  “Tarqovf’da  -   Nəsiminin  heykəlinin 
yanında  rast  gəldi.  Qoltuğumdakı  jurnalda  öz  şəklini  ğörüb  uşaq 
kimi  sevindi.  Yaxınlıqdakı  köşkdən  bir  dəstə jurnal  alıb  zarafatla 
dedi:  “Bu  cür  xoş  xəbərləri  yalnız  Şamxor  (Şəmkir-red.)  konyakı 
ilə  yumaq  olar”.  O  illərdə  şair,  bəlkə  də  öz  şöhrətinin  zirvəsində
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
s o ?
idi.  Xüsusilə,  “Ulduz” jurnalında davamlı  çap  edilən,  öz  üslub  tər­
zi,  mövzü  dairəsi  ilə  seçilən  silsilə  yazıları,  Az.TV-də  ardıcıl  ola­
raq  apardığı  vətənpərvərlik  ruhu  ilə  dolu  verilişlər  Səyavuşu  çox 
geniş  bir  auditoriyanın  fövqünə  qaldırmışdı.
Xatırlayıram.  İnstitutu  bitirəndən  sonra  bir  müddət  təyinat  ye­
rində,  daha  sonra  hərbi  xidmətdə  olduğum  üçün,  Bakıya  az-az 
yolum  düşürdü.  Nəhayət,  elə  bir vaxt gəldi  ki,  aspiranturada təhsi­
limi  davam  etdirməkdən  ötrü  Bakıya  köçəsi  oldum.  Səyavuşla 
rastlaşdım.  Mənim  arabir  mətbuatda  çıxan  yazılarımdan  söhbət 
açdı,  xoş  sözlər  dedi.  Şair  dostlarından  birinin  ona  haqsız  hücu­
mundan,  haqqında  qeyri-obyektiv məqalə  yazmağından  gileyləndi. 
Görüşüb  ayrılanda  Səyavuş  işlədiyi  jurnalda  mənim  yolumu  yeni 
yazılarla  birgə  gözlədiyini  dedi.  Yarızarafat-yarıciddi  dedim  ki,  ta 
ədəbiyyatdan  uzaqlaşıb  elm ə-fəlsəfəyə  keçmişəm.
Xatırlayıram.  90-cı  illərin  ortalarında  Səyavuşun  çalışdığı 
“Azərbaycan” jurnalında  “...Qapı...”  romanım  çap  olunmuşdu.  İlıq 
bir  yay  günü  idi.  Jurnalın  yaradıcı  heyəti  ilə  birgə  Dənizkənarı 
Milli  parkda  -   açıq  səma  altında,  yaşıllıqlarla  əhatə  olunmuş 
yeməkxanalardan  birində  toplaşmışdıq.  Təbii  ki,  bu  xoş  gündə  qə­
ləm  dostlarım  mənim  haqqımda  xoş  sözlər  deyir,  əsərin  məziy­
yətlərindən  söz  açırdılar.  Səyavuşun  çıxışı  yaxşı  yadımdadır.  O, 
əsəri  geniş  təhlil  etdi,  romanın  ilk  baxışda,  ilk  oxunuşda  “görün­
məyən”,  “gizli”  tərəfləri  barədə  orijinal  fikirlər  söylədi.
Xatırlayıram.  Yazıçılar  Birliyində  rastlaşdıq.  Səyavuş  gürcü  ya­
zıçısı  Nodar  Dumbadzenin  “Əbədiyyət  qanunu”  romanını  tərcümə 
etdiyini  söylədi.  Amma  əsərin  çapının  bir  çox  çətinliklərlə  üzləş­
diyini  qeyd  etdi.  Sonra  gün-güzərandan,  həyatın  çətinliklərindən, 
torpaqlarımıza  qarşı  qəsddən  söhbət  düşdü.  Mən  qəfildən  yadıma 
düşən  və  söhbətin  axarına  uyğun  gələn  iki  misranı  ona  xatirlat- 
dım:
Dünyanın  işindən  baş  açmaq  üçün,
Bir  başın  içində  min  baş  gərəkdir.
Səyavuş  azacıq  fikrə  gedib  dedi  ki,  kim  deyibsə  yaxşı  deyib.
s o ?
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Mən  güldüm.  O,  təəccüblə  üzümə  baxdı.  Mən  bu  şeirin  kimə 
məxsus  olduğunu  soruşdum.  O,  çiynini  çəkdi.  Mən  şeir  müəl­
lifinin...  Səyavuş  Sərxanlı  olduğunu  bildirəndə  onun  sifətindəki 
təəccübü  əsl  uşaq  heyrəti  əvəz  etdi.  Arayış  üçün  deyim   ki, 
Səyavuş  bizim  söz  adamları  arasında  öz  dərin  mühakiməsi  ilə 
yanaşı,  kəskin  yaddaşı  ilə  fərqlənən  sənətkar  idi.  Həmin  anlarda 
Səyavuş  əlini-əlinə  vurub  qəşş  elədi:  “Bu  da  mənim  tərifli  yad­
daşım...”
Mən  Səyavuşu  xatırlayarkən  gözlərim  önündə  onun  unudulmaz 
obrazı  canlanır.  Alovlu  publisist,  orijinal  şair,  istedadlı  tərcüməçi 
kimi  ədəbiyyatımızda  onun  öz  yeri,  öz  dəst-xətti  vardır.
Məncə,  Səyavuş  Sərxanlının  obrazı  və  şeirləri  poeziyasevər- 
lərin  yaddaşında  həmişə  yaşayacaq.
Firuz  MUSTAFA, 
Fəlsəfə  doktoru
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
$ e s i ?
______________________________________ Vətən,  səslə  oğlunu
O,  COŞQUN  ŞAİR,  NURLU  İNSAN  İDİ...
Səyavuş  Sərxanlı  istedadlı  şair, 
işıqlı,  halal  insan,  əvəzsiz  publisist, 
alovlu  tribun,  yaxşı  dost  idi.  Onunla 
uzun  illər  bir  redaksiyada  çalışmışıq.
Ailəlikcə  də  yaxın  idik.
Səyavuş  Sərxanlı  əsl  söz,  ədəbiyyat 
adamı  idi.  O,  istər  şeirlərində,  istərsə 
də  publisistikasında  həyat  həqiqətlə­
rindən,  oxucunu  düşündürən  obyektiv­
likdən  kənara  çıxmır,  qələmiylə  Və­
tənə,  xalqa  xidmət  etməkdən  qürur 
duyurdu.
70-ci  illərdə  “Ulduz”,  sonralar  isə  “Azərbaycan” jurnalında  ça­
lışdığı  vaxtlarda  neçə-neçə  maraqlı  rubrikaların  yaradıcısı,  müəl­
lifi  məhz  Səyavuş  müəllim  idi.  “Ölüm  sevinməsin  qoy"...  bu 
sırada  heç  unudularmı?
Ədəbiyyata,  sənətə  çox  sədaqətliydi.  Bir  misal:  şair  Zöhrab 
Boranla yaxın  dost  idilər.  Amma  Səyavuş  müəllim  onun  şeirlərini 
çapa  layiq  görmürdü.  Bu  barədə  söz  düşəndə  gülümsəyərək  de­
yirdi:  “Sən  hələ  bizim  “Azərbaycan”  jurnalı  üçün  yetişməmisən, 
tezdi”.
Qələm  dostumuzun  xatirəsi  qəlbimizdə  əzizdir.  Tez-tez  onu 
yada  salır,  Səyavuş  müəllimin  söz  dünyasından,  səmimiyyətindən, 
insanlığından  danışdıqca  danışırıq.
Nə  isə...  Allah  ona  qəni-qəni  rəhmət  eləsin!
Tofiq  MAHMUDOV, 
“Azərbaycan”  jurnalının 
məsul  katibi
m


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə