Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə21/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

Sizlərdən  onu  tanıyan  varsa,  yəqin  bu  insanı  daim  üzügülər, 
şaqqıldayan  görmüsünüz.  Kədərli  çağlanna  çox  az  təsadüf etm isi­
niz.  Amma  onun  öz  dərdləri  vardı  (hər  birimizdə  olduğu  kimi), 
bu  dərdləri  ürəyində gizlədə bilirdi. Yəni, axtarsan  hamımızın  için­
də  yaşayan  dərdlər  idi  onlar.  M əsələn,  o,  Qarabağ  itkisinə  dözə 
bilmirdi.  Deyək  ki,  bu  dərdini  təkcə  yazmaqla  ovuda  bilməmişdi.
Uçur  qartal  kimi  tarixə  sarı,
O  mənim  səngiməz  həyəcanımdı.
Yiyə  durmayanda  mərd  oğulları,
Mənim  Qarabağım  çıxan  canımdı.
Bu  misralar  onun  80-ci  (bəlkə  də  70-ci)  illərdə  qələmə  aldığı 
“ Üzü  bəri  baxan  dağlar”  poemasındandır.
İsi  Məlikzadə  “İki günün  qonağı”  povestində  onun  bədii  obra­
zını  yaratmışdı.  Povestin  qəhrəmanı  İslam  öz  şair dostunu  (bu,  Sə- 
yavuz  Sərxanlı  idi)  götürüb  kəndə  gedir.  Doğulduğu  kənd  indi 
ona qəribə  gəlir,  sanki  “qayıt”  deyir.  Səyavuş  Sərxanlı  da  öz  doğ­
ma  kəndini  çox  sevirdi.  Məncə,  bu  sevgi  ona  bütün  sevgilərdən 
daha  doğma  idi.  Biz  hamımız  kənddən  pərvazlanmışıq,  istər-istə­
məz  kənd  sevgisi  -   kəndçiliyimiz  dünyanın  harasında  olsaq,  bizi 
tərk  etmir.  Amma  qayıda  bilmirik  və  o  kənd  həsrəti  içimizdə  tüs­
tülənə-tüstülənə  qalır.  Yanırıq,  qovruluruq,  hətta  kəndə  baş  çə­
kəndən  sonra  yenə  o  həsrət  bitib-tükənmir.  Səyavuş  da  bu  həsrə­
ti  içində  yaşadırdı.  Amma  bizdən  fərqli  olaraq,  o,  kəndə  tez-tez 
baş  çəkirdi.  Doyub  gəlirdi.  Təkcə  öz  kəndinə  yox,  hansı  rayona 
gedirsə...
“Duz-çörək?'  şeiri  Səyavuş  Sərxanlının  poeziyasına  bəxş  etdiyi 
nadir  incilərdən  biridir.  Xalq  ruhuna  hədsiz  sədaqət,  saflığa,  tə ­
biiliyə  çağırış,  kənd  sevgisi  bu  şeirin  mayasını,  cövhərini  təşkil 
edir.  Məmməd  Arazın  “Atamın  kitabı”  poemasından  sonra  (əslin­
də,  “Duz-çörək”  ondan  əvvəl  yazılıb)  Azərbaycan  poeziyasında 
bu  cür  sənətkarlıqla  yazılmış  əsərlərə  çox  az  təsadüf etmək  olar.
« a ?
Səyavuş  Sərxa n lı
-----------------------------------------------------------------------------------
_______________________________________   Vətən,  səslə  oğlunu
Bu  baxımdan  Səyavuşun  həmin  şeiri  də  istisna  deyildir.
Telli  sünbüllərin  əzizliyini,
Şehini  bal  kimi  içəndə  gördüm.
Dünyanın  ən  böyük  təmizliyini,
Zəmi  qırağından  keçəndə  gördüm.
Şeirimizdə  böyük  mənada  Vətən  sevgisi  əsl  istedad  qələmində 
qiymətə  minə  bilər.  S.Sərxanlının  “Azərbaycan”  adlı  bəlkə  heç 
bir  şeiri  yoxdur.  Amma  onun  əksər  şeirlərində  Azərbaycan  baş 
qəhrəmandır.  Vətənpərvərlik  hissini,  patriotizmi,  ümumi  sözlərlə 
yox,  obrazlı  şəkildə  ifadə  etməklə  Vətən  şeiri  yaratmaq  olar.  Yə­
ni  burada  mövzunun  heç  bir  əhəmiyyəti  yoxdur.  Bu  mənada 
“Qürbətdə  bir  ovuc  Vətən  torpağı”  şeirini  Səyavuşun  ən  güclü 
şeirlərindən  hesab  edirəm.  Şair  Vətən  həsrətilə  alışıb-yanan  qür- 
bətçilərin  intizarını  poeziya  həqiqətinə  çevirə  bilib:
Aylı  gecələrdə  uzun  ayları,
Onların  sinəsi  sökülüb  gedər.
Həsrət  çaylarıdı,  vətən  çayları,
Onların  gözündən  tökülüb  gedər.
Səyavuş  Sərxanlı  poeziyaya  60-cı  illərin  ortalarında  gəlmişdi. 
N.Xəzri  onun  ilk  şeirinə  “Uğurlu  yol”  yazmışdı.  Onun  şeirlərində 
təbiilik,  sadəlik  doğma  dilinin  təmizliyindən  gəlirdi.  Səyavuş  şeir 
dilini  gözəlləşdirən  şair  olubdur,  korlayan  yox.  Onun  yaradıcılı­
ğından  söz  açan  Məmməd  Rahim  və  Məmməd  Araz  da  bu  cəhəti 
qeyd  etmişdilər.  Ancaq  dilin  təmizliyi  ilə  gözəl  şeir  yaratmaq  hər 
şairə  müyəssər  olmur,  gərək  bu  dilin  poetik  cazibə  qüvvəsini  də 
nəzərə  alasan  -   şeir  dili  obrazlı  dil  olmalıdır,  hər  misra,  hər  beyt, 
hər  bənd  poetik  zəncir  kimi  hörülməlidir.  S.Sərxanlının  “Həkim 
haqqında  düşüncələr",  “Torpaq  axtarıram",  “Duz-çörək",  “Ko­
roğlu  heykəli”  və  digər  şeirləri  belə  “hörülmüşdür”.


Ömrün  çıraq-çıraq  sönən  anları,
Onun  sinəsini  dəlib-keçirlər.
Bütün  ölümlərin  meridianları 
Həkim  ürəyindən  gəlib  keçirlər.
Bütün  ürəklərdə  qopan  ağrılar,
Həkim  ürəyinə  yazılır  sanki.
Torpaqda  hər  dəfə  qazılan  məzar,
Onun  sinəsində  qazılır  sanki.
Bir  haşiyə:
...Səyavuş,  əziz  dostum,  dünyada  inanmadığım  çox  şeylər olub. 
Biri  də  sənin  ölümündür.  Axı  sən  dünənə  qədər  deyib-gülürdün, 
hərdən  bu  gülüş  səsləri  dağ  çaylarının  nəriltisinə  bənzəyirdi.  B ə­
zən  mənə  elə  gəlirdi  ki,  nikbinliyindən  yerə-göyə  sığmırsan.
Tez-tez  görüşürdük  və  müəyyən  səbəblərə  görə  işə  gəlm ə­
yəndə  də  telefonla  əlaqə  saxlayırdıq.  Səninlə  görüşəndə  də,  gö- 
rüşməyəndə  də  hiss  edirdim  ki,  bizi  bir-birinə  bağlayan  tellər  lap 
əzəldən  möhkəmdir.  Çünki  əvvəla,  poeziya  deyilən  sehrli  bir 
qüvvə  birləşdirirdi  bizi,  bəzən  saatlarla  oturub  şeirdən  danışırdıq.
Mənim  yaddaşımdan  süzülüb  gələn  misralar  bu  söhbətlərin 
axarını  təşkil  edirdi.  Səyavuş  deyirdi:  “Qadan  alım,  bir  də,  bir  də 
o  misraları  de”.
Dünya  səni  qocaltdı,
Yaşıdın  olsun  deyə.
Bunu  Əli  Kərim  deyib  -   Füzuliyə  həsr  etdiyi  şeirində.
Gecə  də,  gündüz  də  fikrimdə  sənsən,
Mən  kimin  fikrində  yaşayım,  söylə?
Bunu  da  o,  deyib.
Üzündə,  gözündə  heyrət  ifadəsi,  yenə  şeir  tələb  edirdi.  Bu  də­
fə  üzümü  klassik  poeziyaya  tuturdum.  Füzulidən  deyirdim:
< S O ?
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
Deyil  bihudə  gər  yağsa  fələkdən  başıma  daşlar, 
Binasın  tişeyi-ahımla  viran  etdiyimdəndir.
Beyti  gücüm  çatdığı  qədər  şərh  eləyirdim  və  heyrətlə  deyərdi: 
“Ay  Allah,  gör  nə  boyda  şairimiz  var?”  Və  bu  şeir  şousunun  so­
nunda  astaca  keçirdim  Səyavuş  Sərxanlının  öz  misralarına:  nər­
gizli  misralarına:
Bir  qız,
Gülüstandan  gül  istəyəndə,
Yaddaşıma  nərgiz  birinci  gəlir.
...  Saralıb-soluxan  bir  həsrət  kimi 
Sıxıram  sinəmə  nərgizləri  mən.
...  Qıraqdan  görüblər  Yer  kürəmizi  - 
Bir  topa  nərgizə  bənzəməyirmi?
Gülümsünürdün  və  bu  gülümsəməyində  bir  sevinc  şəlaləsi  gö­
rürdüm.  Hiss  edirdim  ki,  bir  şair  kimi  qürur  hissi  keçirirsən.
...Səyavuş  Sərxanlının  poeziyasında  car  olan  həqiqətlər  onun 
publisistikasında  da  eyni  coşqunluqla  davam  etdirilirdi.  O,  uzaq 
Sibirdə  yaşayan  azərbaycanlıları  soraqlayırdı,  onları  öz  xalqına  ta­
nıdırdı.  S.Sərxanlı  dünyadan  vaxtsız  köç  edən  sənət  adamlarının 
taleyini  qələmə  alırdı.  Təbiətin  ekoloji  nizamının  pozulmasından 
yazırdı.  Qətiyyətlə  demək  olar  ki,  onun  publisistikası  öz  vaxtında 
bu  janrın,  bu  sənət  növünün  necə  imkanlara  malik  olduğunu  bir 
daha  sübut  elədi.  Səyavuş  publisistikası  məncə jurnalistika  fakül­
təsində  tələbələrə  tədris  olunmalıdır.  “Ulduz”  jurnalında  çap  et­
dirdiyi  “Dünyanın  Qarabağ  dərdi"  publisist  yazısı  son  10  ildə  bu 
mövzuda  yazılmış  ən  maraqlı  nümunələrdən  biridir.
...Lakin  Səyavuş  Sərxanlıdan  söz  açanda  ancaq  ŞAİR  sözü 
yada  düşür.  Onun  publisistikası  da  elə  bilirəm  poeziya  üstündə 
köklənib.  Onun  həyata,  insanlara  münasibətində  də  şair  ədası, 
hökmü  duyulurdu.  Başdan-ayağa  şair  idi,  yəni  əgər  şair  obrazı 
haqqında  nəsə  düşünürüksə  xəyala  gələn  ilk  şairlər  sırasında  Sə-
------------------------------------------------------------------------------ 
Vətən,  səslə  oğlunu
3 0 ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə