Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə20/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

Yenə  duyğu  dağların,
Yenə  sevgi  anların,
Yenə  dəli  çağların,
Səyavuşu  qayıtdı...
P.S.  Bu  ailəni  tərk  edib  gedərkən  istedadlı  şair-publisist 
Səyavuş  Sərxanlıya  qarşı  qəlbimdə  baş  qaldıran  ehtiram  hiss­
lərini  Səməd  Vurğunun  dili  ilə  dodaqlarım  obrazlı  şəkildə 
biixtiyar pıçıldayırdı:
Ölüm  sevinməsin  qoy,  ömrünü  vermir  bada, 
El  qədrini  canından  daha  əziz  bilənlər.
Şirin  bir  xatirətək  yaşayacaq  dünyada, 
Sevərək  yaşayanlar,  sevilərək  ölənlər!..
Əli  HƏSƏN, 
şair-publisist
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------
SƏYAVUŞUN  ÇİNARI
Mən  hələ  orta  m əktəbdə  oxuyarkən 
Səyavuş  Sərxanlının  şeirlərini  “Azər­
baycan  gəncləri”  qəzetində  oxuyub  tə­
sirlənmişdim. Və elə təsirlənmişdim  ki, 
nəinki  imzası,  hətta  şeirlərindəki  bəzi 
misralar  da  yadımda  qalmışdı.  1965-ci 
ildə  universitetə  qəbul  olandan  bir  ne­
çə  ay  sonra  məni  Səyavuşla  Fərman 
Kərimzadə  tanış  elədi.
-   Məmmədin  yaxşı  şeirləri  var,  -  
dedi,  -   kömək  elə,  çap  olunsun.
O  zaman  hələ  Səyavuş  tələbə olsa 
da,  mən  ona  ustad  şair  kimi  yanaşır­
dım,  hətta  yanında  siqaret  çəkməyə  də  utanırdım.  Amma  bu  ta­
nışlıq  çox  tezliklə  dostluğa  çevrildi  və  o  ilin  payızında  Səyavuşun 
xəstələndiyini  eşidəndə  qrup  yoldaşlarına  qoşulub  ona baş  çəkmə­
yə  getdim.  Amma  nə  bizi  palataya  buraxdılar,  nə  o  palatanın  yo- 
lunu-yolağasım  bizə  tanıdan  arıq,  uzun  hörüklü  qara  şirin  qızı. 
Neyləyə  bilərdik  ki?  Pəncərədən  baxa-baxa  qaldıq.  O  qızın  da 
gücü  göz  yaşlarına  çatdı.  Bir  neçə  aydan  sonra  yenidən  Səyavuşa 
baş  çəkməyə  gedəndə  mən  o  qızı  yenə  həmin  pəncərənin  qarşı­
sında  gördüm.  Yenə  də  gözləri  yaş  içində  idi  və  deyəsən  onu  ye­
nə  də  içəri  buraxmaq  istəmirdilər.
Biz  yenə  Səyavuşla  pəncərədən  hal-əhval  tutduq.  Amma  o  qız 
içəri  girməyə  yol  tapdı  və  qayıdanda  bizə  xoş  xəbər  gətirdi:
-   Bir  həftədən  sonra  onu  evə  buraxacaqlar,  -   dedi.  O  qızın 
kimliyi  ilə  maraqlananda,  -   tələbə  yoldaşıdır,  -   dedilər.  Amma, 
sən  demə,  o  qız  Səyavuşun  yalnız  tələbə  yoldaşı  deyilmiş...
Həyat  elə  gətirdi  ki,  mən  Səyavuşla  iki  ilə  qədər  bir  otaqda 
qaldım.  O  qız  yenə  də  hərdənbir  görünürdü.  Amma  həmişə  gülə- 
gülə  gəlirdi,  ağlaya-ağlaya  qayıdırdı.  Artıq  Səyavuşu  bütün  res­
publika  tanıyırdı.  O,  Azərbaycan  televiziyasında  veriliş  aparırdı. 
Aparıcılığı  öz  yerində,  qəzetlərdə  “padval-padval”  məqalələr  ya­
zırdı.  Bir  dəfə  yenə  o  uzun  hörüklü  qız  bizim  kirayə  elədiyimiz 
otaqdan  incik  çıxanda  Səyavuşdan  soruşdum:
<5£ŞS?
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


-   Sən  o  qızı  niyə  incidirsən?
-   Heç  mən  onu  incidərəm,  -   dedi.  Məni  həyata  həkimlər  yox, 
o  qız qaytarıb,  bütün qadınlar kimi  o  da ağlağandı,  mən neyləyim?
Heç  bilmirəm  necə  oldu  ki,  onların  toyunda  iştirak  edə  bil­
mədim.  Bir  də  eşitdim  ki,  onların  ilki  dünyaya  gəlib.
O  zaman  mən  daha  şeir  yazmağın  daşını  atmışdım,  hekayə  ya­
zırdım.  Bir  dəfə  o  hekayələrdən  birinin  əlyazmasını  Səyavuşa 
verdim  ki,  oxuyub  fikir söyləsin.  Amma  bir-iki  ay  keçəndən  sonra 
Səyavuş  dedi  ki,  bəs  hekayəni  itirmişəm.  Amma  fikirləşdim  ki, 
yəqin  xoşuna  gəlməyib,  ona  görə  belə  deyir.  Üstünü  vurmadım, 
amma  bir  neçə  ay  sonra  hekayəni  “Ulduz”  jurnalında  görəndə 
gözlərimə  inanmadım...
Bu,  mənə  ilkin  ədəbi  hörmət  öz  yerində,  hətta  bir  qədər  də 
şöhrət  gətirən  “Kamal  müəllimin  mahnısı”  hekayəsi  idi.
Mən bu hadisənin  təfsilatını  “Ulduz” jurnalının  (1977-ci  il,  №3) 
sayında  yazmışam  və  Səyavuşun  haqqında  ötən  il  bir  neçə  radio 
verilişi  hazırlamışam  və  verilişlərdə  karıma  gələn  Səyavuşun  səsi 
olub.  Nə  yaxşı  ki,  sağlığında  onu  bir  yox,  bir  neçə  dəfə  danışdı­
rıb-dindirmişəm,  xalq  yaradıcılığı  ilə  bağlı  bir  neçə  söhbətini  len­
tə  almışam.
Yaradıcılığına  yaxşı  bələd  olduğumu  bilirdi.  Bir  dəfə  soruşdu:
-   Ən  çox  hansı  şeirim  xoşuna  gəlir?  -   mən  fikirləşmədən 
dedim  ki,  Elmira  xanıma  yazdığın  bütün  şeirlər.  Ucadan  güldü. 
Mən  soruşdum:
-   Bəs  indi  niyə  elə  şeirlər  yazmırsan?  -   O  yenə  ucadan  güldü, 
amma  birdən-birə  səsi  titrəyə-titrəyə,  -   ağac  ildə  bir  dəfə  çiçək­
ləyər,  -   dedi.
Son  illər  ağaclara  adamlardan  çox  mehr  salmışdı.  Yazı  masası­
nın  üstündə  mütləq  ağac  budağı  olardı.  Sahil  bağındakı  çinarlar­
dan  birinə  isə  deyəsən  vurulmuşdu,  -   o  mənim  çinarımdı,  -   de­
yirdi.
M.F.Axundov  adına  kitabxananın  qənşərindəki  o  bəyaz gövdəli 
çinar  bu  il  də  yarpaqlayıb,  amma...
Məmməd  ORUC, 
nasir-şair
m
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
д а ?
ÖZÜ  GETDİ,  SÖZÜ  QALDI  DÜNYADA
Onun dünyaya  gəlişindən  ancaq  ata­
sı,  anası,  əzizləri  xəbər  tutdu.  Böyüdü, 
yaşa  doldu,  tanındı,  sevildi.  Qəfil  ölü­
mü  isə  hamını sarsıtdı. Şəxsən  mən  ne­
çə  gündür  ki,  bu  dost  itkisinin  əzabını 
çəkirəm.
Futbol  olan  gecələri  əvvəlcə  bizə 
zəng  vurardı,  oğlum  Vidadidən  matç­
ların  vaxtını  soruşardı,  sonra  da  mə­
nimlə  hal-əhval  tutardı.  Sevdiyi  ko­
mandalar  çox  idi:  Azərbaycan  yığma­
sı,  “Real”  (Madrid),  “Milan”,  bir  də 
“Şəmkir”.  “Şəmkir”in  iki  dəfə  çempion  olması  ona  hədsiz  sevinc 
bəxş  etmişdi.  Son  illərdə  isə  bu  komanda  tənəzzül  keçirirdi  və 
artıq  onun  əzabını  üzündən  hiss  eləyirdim.
Səyavuş  Sərxanlı  ilə  dil  tapmaq  mənim  üçün  çox  asan  idi.  Ne­
çə  il  bir  otaqda  işləmişdik,  dərdimiz-sərimiz  bir  idi.  Yəni  bu  dün­
yada  nə  hadisə  baş  verirdisə,  o  barədə  düşüncələrimizi  bölüşmə- 
liydik.
Səyavuş  Səxanlı  Şəmkirin  Sərxan  kəndində  dünyaya  göz  aç­
mışdı.  Atasını  doyunca  görməmişdi,  anası  isə  Səyavuş  əllini  keç­
məmiş  vəfat  elədi.  Ana  itkisi  onu  yaman  sarsıtmışdı.
Ana  -   ilk  məhəbbət  sözü  kimidir,
Safdır  hər  niyyəti,  hər  arzusu  da.
Ana  -   təbiətin  özü  kimidir,
Bir  əli  oddadır,  bir  əli  suda.
Ana  məktəbini  keçməyən  həyat,
Özünə  bir  ömür  qazana  bilməz.
Bir  ana  kölgəsi  düşməyən  həyət 
Yüz  ocaq  yansa  da,  qızına  bilməz.
------------------------------------------------------------------------------ 
Vətən,  səslə  oğlunu
д а ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə