Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə23/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

gəmədilər.  Səyavuş  isə  bunlara  baxmırdı,  başını  salıb  işini  görür, 
sözünü  deyirdi.  Onun  işi-gücü  sözün  nazıyla  oynamağıydı,  sözün 
qayğısını  çəkməyiydi.  Onları  ləklərə  düzüb  sığallamaqdan,  oxşa­
maqdan,  öpüb-öpüb  gözünün  üstünə  qoymaqdan  doymurdu  ha 
Səyavuş  Sərxanlı!
Səyavuş  S ərxa n lı
------------------------------.----------------------------------------------------
İnci  suyu  oynaşardı,
Gül  əllərə  yaraşardı.
Gözündə  göz  qaynaşardı,
Bulaq  durur,  gözlər  hanı?
Bu  yolları  kimlər  açdı?
Biçənəklər  gözü  yaşdı...
Sinəmizdə  qara  daşdı,
Ocaq  durur,  közlər  hanı?
Haçansa  bulaqların  gözündə  gözlərin  oynaşdığını  görən  şair 
yenə  bulaq  başındadı,  ancaq  o  gözləri  görmür,  halı  pozulur,  bulaq­
dan  o gözləri  soruşur.  Sinəmizdə  yanan  ocaqların  qara  daşı  -  ocaq 
daşı  durur,  ocaq  durur,  ancaq  köz  yoxdu.  Yəni  ocaqlar  közsüzmü 
yanır?  Şair  bulaq  başındakı  gözləri  bulağın  gözündə  qaynaşan  gö­
zəlləri,  ocaq  qalayıb  başında  köz  kimi  yanan  cavan-cumrulları  ax­
tarır.  Səyavuşun  axtardığı  ayrı  şeyiydi.  O,  saflıq,  duruluq,  gözəllik 
axtarırdı.  Qatığa  qara,  qarışqaya  fil  deyənlərin  sözündən,  yeddi 
yerindən  qatlana-qatlana  müdirlərin  qapısından  girənlərin  üzün­
dən  qaçıb  dağlarda  o  dumduru  bulaqların  gözündən  öpmək  istə­
yirdi.
***
Səyavuş  Koroğlu  yurdunda  doğulub  boya-başa  çatmışdı.  Onun 
doğma  kəndi  Sərxan  düz  Çənlibelin  ətəyində,  Cəyir  çayının  qı- 
rağındaydı.  Qırxdəyirmanlar  da  elə  ordadı.  Koroğlunu  Həmzənin 
aldatdığı  Qırxdəyirmanları  deyirəm.  Orda  sular  Koroğlu  havası
üstündə  köklənib  zümzümə  eləyir.  Quşlar  Koroğlu  nəğməsi  oxu­
yurlar.  Küləklərə  qulaq  kəsiləndə  görürsən  ki,  onların  səsində  bir 
“Hoydu,  dəlilərim,  hoydu!”  harayı  var.  Ağacların  duruşundakı  vü­
qar,  qayaların  baxışındakı  sərtlik  Koroğlunu  yada  salır.  Nərgizlər, 
bənövşələr,  lalələr  Yağı  qoruğunda  gəzən  gözəllərdi,  güllərə,  çi­
çəklərə  dönüblər.
Burda  şimşək  çaxanda  adama  elə  gəlir  ki,  Misri  qılınc  qından 
çıxdı.  Burda buludlar toqquşanda adama  elə  gəlir ki,  Koroğlu nərə 
çəkdi.  Burda  qulağını  torpağa  söykəyib  dinşəyəndə  saz  səsi,  at 
kişnəməsi  eşidirsən.
Səyavuş  Sərxanlı  mənim  “Koroğlu”  eposu  ilə  bağlı  kitabımı, 
araşdırmalarımı  oxuyub  deyirdi:
-   Sən  məni  təzədən  Koroğlu  dünyasına  qaytardın.  Ayə,  bu 
namərdlər  Koroğlunu  da  gözdən  salmağa  çalışırdılar.  Nə  yaxşı  bu 
kitabı  yazdın.  Nə  yaxşı  Koroğluya  hücumlara  sinə  gərdin.
Məmməd  Orucla  bir  otaqda  otururdular.  Bir  neçə  dəfə  Məm­
məd  Oruc  radio  üçün  məndən  “Koroğlu”  eposu  ilə  bağlı  müsahibə 
götürdü.  Onda  Səyavuşun  söhbətə  necə  diqqətlə  qulaq  asdığını, 
mənim  dediklərimi  eşitdikcə  çöhrəsinin  gül  kimi  açıldığını  ay­
dınca  sezirdim.  Ona  görə  də  mənim  50  yaşımla  bağlı  “Azər­
baycan”  dərgisinin  2004-cü  il  I  sayında  çap  olunmuş  “Öz  sözü­
nün,  ruhunun  qoruqçusu”  adlı  yazısında  Səyavuş  Sərxanlı  Koroğlu 
haqqında  duyğularını  söyləməyi  də  unutmadı:
“Onun  1998-ci  ildə  “Azem əşr”də  çap  etdirdiyi  “Koroğlu  kim 
olub?”  adlı  kitabı  isə,  sözün  əsl  mənasında,  böyük  marağa  səbəb 
oldu,  elmi  hadisəyə  çevrildi.  Bu  kitabında  şair-tədqiqatçı  uzun 
illər  boyu  Koroğluşünaslıqda  kök  salmış  boyu  Koroğlunun  guya 
XVI-XVI1  əsrlərdə  yaşadığı,  cəlalilər  hərəkatı  başçılarından  biri 
olduğu  kimi  yanlış  tezisləri  alt-üst  etmişdir.  Müəllif  tarixi  də­
lillərə  istinad  edərək,  Koroğlunun  XIV-XV  əsrlərdə  yaşadığı  qə­
naətinə  haqq  qazandırmışdır.  Bu  kitabın  bir  üstün  cəhəti  də  onda­
dır  ki,  m üəllif  xalq  qəhrəmanının  yaşadığı  tarixi  mühiti,  Çənli­
belin  harda  yerləşdiyi,  Koroğlu  səfərlərinin  mahiyyəti,  onun  şair-
___________________________________________________  
Vətən,  səslə  oğlunu
4äSÜS?


liyi,  aşıq lığı,  qoşduğu  şeirlər,  yaratdığı  saz  havaları  barədə  də  ə t­
raflı  inandırıcı  (Vəli  Xuluflu,  Təhmasib,  Əlizadə  dastanlarından 
çıxış  edərək)  məlumatlarla  sözünün  (çox  “alimlərdə”  etiraza  sə­
bəb  olsa  da)  çəkisini  artıra  bilmişdir.  Heç  təsadüfi  də  deyil  ki,  bu 
gərəkli  kitaba  türkşünas,  tədqiqatçı  alim,  professor  Elməddin  Əli- 
bəyzadə  fərəhləndirici  ön  söz  yazmışdır”.
Səyavuş  Sərxanlı  bu  gün  Çənlibelin  ətəyində  uyuyur  və  əm i­
nəm  ki,  Koroğlunun  taleyindən  də  nigaran  deyil.
***
Səyavuş  üzə  vurmasa  da,  çox  şey  bilirdi.  Özü  demirdi  ha  mən 
çox  şey  bilirəm.  Sözlərini  oxuyanda,  söhbətlərinə  qulaq  asanda, 
hətta  baxışından,  duruşundan,  üzünün  cizgilərindən  duyurdum  ki, 
təzənəni  hansı  simlərə  vurur.  Təzənə  də  ürəyin  güzgüsüdü.  Ü rək­
də  dərinlik,  genişlik  olmayandan  sonra  təzənə  neyləsin?  Səyavuş 
çox  şey  bilirdi.  Bilirdi  ki:
Torpaq  da  öyünər  bu  təmiz  adla,
Şairsiz  bir  elin  yediyi  qəmdir.
Xalq  uçar  tarixə  qoşa  qanadla  - 
Biri  süngüdürsə,
Biri  qələmdir.
Səyavuş  çox  şey  bilirdi.  Bilirdi  ki,  dünyanın  malı  dünyada  qa­
landı.  Ona  görə  gözü-könlü  toxuydu,  heç  kimdən  heç  nə  ummur­
du.  Bircə  umacağı  varıydısa,  o  da  insanlığıydı.  Onu  da  kimdən 
umurdusa,  çox  zaman  umudu  boşa  çıxırdı.
Səyavuş  çox  şey  bilirdi.  Bilirdi  deyəndə,  şair  idi  təpədən  dır­
nağa,  hiss,  duyğu  adamıydı,  hər  şey  onun  ürəyinə  damırdı.  M ə­
sələn,  onun  ürəyinə  dammışdı  ki...
Qələmim  qurudu,  ürəyim  əsdi.  Onun  ürəyinə  damanı  mənim 
qələmim  yazmaq  istəmədi.  Ürəyimdən  keçdi  ki,  ölüm  haxdı,  bu 
qapı  hamının  üzünə  açılacaq,  o  qapıdan  hamı  keçəcək.  Hərənin 
öz  alın  yazısı,  taleyi  var.  Başqasının  ölümünə  yalnız  öz  ölümünü
s * 0 ?
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------------------------------
unudanlar  sevinirlər.  Bilmirəm  niyə  hamıdan  insaf,  mürvət,  in­
sanlıq umanlar başqalarına qarşı bu qədər insafsız, mürvətsiz,  aman­
sız  olurlar?!
Səyavuşun  ürəyinə  də  bu  dammışdı  elə.  Yox,  deyəcəyəm  onun 
ürəyinə  damanı,  deməsəm  ürəyim  partlayar.  Səyavuşun  ürəyinə 
dammışdı  ki,  heç  onun  yeddisi  çıxmamış  İntiqam  Qasımzadə  bir 
təqdimat  yazacaq.  Anar  bir  əmr  qollayacaq  və  Qəşəm  Nəcəfzadə 
də  Səyavuşun  doğmaları  yasdan  çıxmamış  sevinə-sevinə  gəlib 
oturacaq  onun  yerində.  Səyavuşun  əbədiyyətə  qovuşduğu  hələ 
yeddi  gün  olmamış?  İndi  gəl  insanlıqdan  danış!  İndi  gəl  insana, 
dosta,  yoldaşa,  qələmdaşa,  sirdaşa  etibardan,  sədaqətdən  danış!
Vallah,  burda  boğazım  qurudu,  nitqim  tutuldu.  Allah,  özün 
saxla,  bu  nə  dəhşətdi?!
***
Bir  uşaq  varıydı.  Dağlara  çıxıb  nərgiz  toplayardı.  Onları  qom- 
qom  bağlayıb  yoldan  ötənlərə  bağışlayardı:
Dağlardan  nə  qədər  nərgiz  toplayıb,
Yoldan  ötənlərə  bağışlamışam.
Güllərlə,  çiçəklərlə  oynayan  bu  uşaq  böyüdü.  Tanrı  onun  sinə­
sini  ilhamla  doldurdu.  Sözlərdən  çiçək  kimi  gözəl-gözəl  çələnglər 
hörüb  oxucularına  bağışladı.  İndi  neçə-neçə  oxucunun  yaddaşında, 
evində,  döş  cibində  Səyavuş  Sərxanlının  söz  çələngləri  -   şeirləri 
yaşayır.
Çənlibelin  ətəklərində,  Sərxanın  yal-yamacında  yenə  gül-gülü 
çağırır,  bülbül-bülbülü.  Gözləri  yol  çəkən  nərgizlər  bir-birinə 
doğru  əyilib  pıçıldaşırlar.  Baxışlarından  oxuyuram  ki,  Sərxanda 
nərgizlər  Səyavuşu  soruşur.
islam  SADIQ, 
şair
------------------------------------------------------------------------------ 
Vətən,  səslə  oğlunu
• S O ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə