Sizlərdən onu tanıyan varsa, yəqin bu insanı daim üzügülər,
şaqqıldayan görmüsünüz. Kədərli çağlanna çox az təsadüf etm isi
niz. Amma onun öz dərdləri vardı (hər birimizdə olduğu kimi),
bu dərdləri ürəyində gizlədə bilirdi. Yəni, axtarsan hamımızın için
də yaşayan dərdlər idi onlar. M əsələn, o, Qarabağ itkisinə dözə
bilmirdi. Deyək ki, bu dərdini təkcə yazmaqla ovuda bilməmişdi.
Uçur qartal kimi tarixə sarı,
O mənim səngiməz həyəcanımdı.
Yiyə durmayanda mərd oğulları,
Mənim Qarabağım çıxan canımdı.
Bu misralar onun 80-ci (bəlkə də 70-ci) illərdə qələmə aldığı
“ Üzü bəri baxan dağlar” poemasındandır.
İsi Məlikzadə “İki günün qonağı” povestində onun bədii obra
zını yaratmışdı. Povestin qəhrəmanı İslam öz şair dostunu (bu, Sə-
yavuz Sərxanlı idi) götürüb kəndə gedir. Doğulduğu kənd indi
ona qəribə gəlir, sanki “qayıt” deyir. Səyavuş Sərxanlı da öz doğ
ma kəndini çox sevirdi. Məncə, bu sevgi ona bütün sevgilərdən
daha doğma idi. Biz hamımız kənddən pərvazlanmışıq, istər-istə
məz kənd sevgisi - kəndçiliyimiz dünyanın harasında olsaq, bizi
tərk etmir. Amma qayıda bilmirik və o kənd həsrəti içimizdə tüs
tülənə-tüstülənə qalır. Yanırıq, qovruluruq, hətta kəndə baş çə
kəndən sonra yenə o həsrət bitib-tükənmir. Səyavuş da bu həsrə
ti içində yaşadırdı. Amma bizdən fərqli olaraq, o, kəndə tez-tez
baş çəkirdi. Doyub gəlirdi. Təkcə öz kəndinə yox, hansı rayona
gedirsə...
“Duz-çörək?' şeiri Səyavuş Sərxanlının poeziyasına bəxş etdiyi
nadir incilərdən biridir. Xalq ruhuna hədsiz sədaqət, saflığa, tə
biiliyə çağırış, kənd sevgisi bu şeirin mayasını, cövhərini təşkil
edir. Məmməd Arazın “Atamın kitabı” poemasından sonra (əslin
də, “Duz-çörək” ondan əvvəl yazılıb) Azərbaycan poeziyasında
bu cür sənətkarlıqla yazılmış əsərlərə çox az təsadüf etmək olar.
« a ?
Səyavuş Sərxa n lı
-----------------------------------------------------------------------------------
_______________________________________ Vətən, səslə oğlunu
Bu baxımdan Səyavuşun həmin şeiri də istisna deyildir.
Telli sünbüllərin əzizliyini,
Şehini bal kimi içəndə gördüm.
Dünyanın ən böyük təmizliyini,
Zəmi qırağından keçəndə gördüm.
Şeirimizdə böyük mənada Vətən sevgisi əsl istedad qələmində
qiymətə minə bilər. S.Sərxanlının “Azərbaycan” adlı bəlkə heç
bir şeiri yoxdur. Amma onun əksər şeirlərində Azərbaycan baş
qəhrəmandır. Vətənpərvərlik hissini, patriotizmi, ümumi sözlərlə
yox, obrazlı şəkildə ifadə etməklə Vətən şeiri yaratmaq olar. Yə
ni burada mövzunun heç bir əhəmiyyəti yoxdur. Bu mənada
“Qürbətdə bir ovuc Vətən torpağı” şeirini Səyavuşun ən güclü
şeirlərindən hesab edirəm. Şair Vətən həsrətilə alışıb-yanan qür-
bətçilərin intizarını poeziya həqiqətinə çevirə bilib:
Aylı gecələrdə uzun ayları,
Onların sinəsi sökülüb gedər.
Həsrət çaylarıdı, vətən çayları,
Onların gözündən tökülüb gedər.
Səyavuş Sərxanlı poeziyaya 60-cı illərin ortalarında gəlmişdi.
N.Xəzri onun ilk şeirinə “Uğurlu yol” yazmışdı. Onun şeirlərində
təbiilik, sadəlik doğma dilinin təmizliyindən gəlirdi. Səyavuş şeir
dilini gözəlləşdirən şair olubdur, korlayan yox. Onun yaradıcılı
ğından söz açan Məmməd Rahim və Məmməd Araz da bu cəhəti
qeyd etmişdilər. Ancaq dilin təmizliyi ilə gözəl şeir yaratmaq hər
şairə müyəssər olmur, gərək bu dilin poetik cazibə qüvvəsini də
nəzərə alasan - şeir dili obrazlı dil olmalıdır, hər misra, hər beyt,
hər bənd poetik zəncir kimi hörülməlidir. S.Sərxanlının “Həkim
haqqında düşüncələr", “Torpaq axtarıram", “Duz-çörək", “Ko
roğlu heykəli” və digər şeirləri belə “hörülmüşdür”.
Ömrün çıraq-çıraq sönən anları,
Onun sinəsini dəlib-keçirlər.
Bütün ölümlərin meridianları
Həkim ürəyindən gəlib keçirlər.
Bütün ürəklərdə qopan ağrılar,
Həkim ürəyinə yazılır sanki.
Torpaqda hər dəfə qazılan məzar,
Onun sinəsində qazılır sanki.
Bir haşiyə:
...Səyavuş, əziz dostum, dünyada inanmadığım çox şeylər olub.
Biri də sənin ölümündür. Axı sən dünənə qədər deyib-gülürdün,
hərdən bu gülüş səsləri dağ çaylarının nəriltisinə bənzəyirdi. B ə
zən mənə elə gəlirdi ki, nikbinliyindən yerə-göyə sığmırsan.
Tez-tez görüşürdük və müəyyən səbəblərə görə işə gəlm ə
yəndə də telefonla əlaqə saxlayırdıq. Səninlə görüşəndə də, gö-
rüşməyəndə də hiss edirdim ki, bizi bir-birinə bağlayan tellər lap
əzəldən möhkəmdir. Çünki əvvəla, poeziya deyilən sehrli bir
qüvvə birləşdirirdi bizi, bəzən saatlarla oturub şeirdən danışırdıq.
Mənim yaddaşımdan süzülüb gələn misralar bu söhbətlərin
axarını təşkil edirdi. Səyavuş deyirdi: “Qadan alım, bir də, bir də
o misraları de”.
Dünya səni qocaltdı,
Yaşıdın olsun deyə.
Bunu Əli Kərim deyib - Füzuliyə həsr etdiyi şeirində.
Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?
Bunu da o, deyib.
Üzündə, gözündə heyrət ifadəsi, yenə şeir tələb edirdi. Bu də
fə üzümü klassik poeziyaya tuturdum. Füzulidən deyirdim:
< S O ?
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
Deyil bihudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahımla viran etdiyimdəndir.
Beyti gücüm çatdığı qədər şərh eləyirdim və heyrətlə deyərdi:
“Ay Allah, gör nə boyda şairimiz var?” Və bu şeir şousunun so
nunda astaca keçirdim Səyavuş Sərxanlının öz misralarına: nər
gizli misralarına:
Bir qız,
Gülüstandan gül istəyəndə,
Yaddaşıma nərgiz birinci gəlir.
... Saralıb-soluxan bir həsrət kimi
Sıxıram sinəmə nərgizləri mən.
... Qıraqdan görüblər Yer kürəmizi -
Bir topa nərgizə bənzəməyirmi?
Gülümsünürdün və bu gülümsəməyində bir sevinc şəlaləsi gö
rürdüm. Hiss edirdim ki, bir şair kimi qürur hissi keçirirsən.
...Səyavuş Sərxanlının poeziyasında car olan həqiqətlər onun
publisistikasında da eyni coşqunluqla davam etdirilirdi. O, uzaq
Sibirdə yaşayan azərbaycanlıları soraqlayırdı, onları öz xalqına ta
nıdırdı. S.Sərxanlı dünyadan vaxtsız köç edən sənət adamlarının
taleyini qələmə alırdı. Təbiətin ekoloji nizamının pozulmasından
yazırdı. Qətiyyətlə demək olar ki, onun publisistikası öz vaxtında
bu janrın, bu sənət növünün necə imkanlara malik olduğunu bir
daha sübut elədi. Səyavuş publisistikası məncə jurnalistika fakül
təsində tələbələrə tədris olunmalıdır. “Ulduz” jurnalında çap et
dirdiyi “Dünyanın Qarabağ dərdi" publisist yazısı son 10 ildə bu
mövzuda yazılmış ən maraqlı nümunələrdən biridir.
...Lakin Səyavuş Sərxanlıdan söz açanda ancaq ŞAİR sözü
yada düşür. Onun publisistikası da elə bilirəm poeziya üstündə
köklənib. Onun həyata, insanlara münasibətində də şair ədası,
hökmü duyulurdu. Başdan-ayağa şair idi, yəni əgər şair obrazı
haqqında nəsə düşünürüksə xəyala gələn ilk şairlər sırasında Sə-
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
3 0 ?
Dostları ilə paylaş: |