SƏYAVUŞU XATIRLAYARKƏN...
Adətən, qələm adamının sözü ilə
tanışlıq onun özü ilə olan tanışlığı qa
baqlayır. Mənim də Səyavuşla ilk ta
nışlığım onun yaradıcılığından başla
yıb. Hələ orta məktəbdə oxuyarkən
Səyavuş Sərxanlının şeirləri, publisis
tik yazıları ilə tanış idim. Onun “Qayit”
adlı kitabı haqda mətbuatda çoxlu təq
diredici rəy lər söylənilmişdi. Şagird
yoldaşlarım arasında onun şeirlərini əz
bərdən bilənlər də az deyildi. Bizə dərs
deyən müəllimlər arasında şairlə eyni
vaxtda - eyni universitetdə təhsil alan, onunla tanış olan müəllim
lərimiz də vardı.
Xatırlayıram. Maşınqayırma zavodunun yataqxanasında o za
man bir qrup cavan şairlə görüş keçirilirdi. Görüşün təşkilatçı
larından biri də m ən idim. Çıxışçılar arasında ən çox alqışlanan
Səyavuş Sərxanlı idi. Onu auditoriyaya sevdirən başlıca cəhət Sə
yavuşun səmimiyyəti, oxuduğu şeirlər və təbii ki, bir də yüksək
natiqlik qabiliyyəti idi. Görüş iştirakçıları, xüsusən, Səyavuş şeir-
sevər gənclərin gətirdiyi gül yağışının altında qalmışdı. Unudul
maz anlar idi. Həmin görüşdən sonra yadiğar şəkil çəkdirdik və
həmin şəkil indiyəcən mənim şəxsi arxivimdə qalmaqdadır.
Xatırlayıram. Moskvada çap olunan (radio və televiziya veri
lişlərindən bəhs edən), nüfuzlu jurnallardan birinin üz qabığında
Səyavuş Sərxanlının yazıçı N.Hacızadə ilə birlikdə şəkli çap edil
mişdi. Təsadüfən Səyavuş “Tarqovf’da - Nəsiminin heykəlinin
yanında rast gəldi. Qoltuğumdakı jurnalda öz şəklini ğörüb uşaq
kimi sevindi. Yaxınlıqdakı köşkdən bir dəstə jurnal alıb zarafatla
dedi: “Bu cür xoş xəbərləri yalnız Şamxor (Şəmkir-red.) konyakı
ilə yumaq olar”. O illərdə şair, bəlkə də öz şöhrətinin zirvəsində
Səyavuş S ərxa n lı
-----------------------------------------------------------------------------------
s o ?
idi. Xüsusilə, “Ulduz” jurnalında davamlı çap edilən, öz üslub tər
zi, mövzü dairəsi ilə seçilən silsilə yazıları, Az.TV-də ardıcıl ola
raq apardığı vətənpərvərlik ruhu ilə dolu verilişlər Səyavuşu çox
geniş bir auditoriyanın fövqünə qaldırmışdı.
Xatırlayıram. İnstitutu bitirəndən sonra bir müddət təyinat ye
rində, daha sonra hərbi xidmətdə olduğum üçün, Bakıya az-az
yolum düşürdü. Nəhayət, elə bir vaxt gəldi ki, aspiranturada təhsi
limi davam etdirməkdən ötrü Bakıya köçəsi oldum. Səyavuşla
rastlaşdım. Mənim arabir mətbuatda çıxan yazılarımdan söhbət
açdı, xoş sözlər dedi. Şair dostlarından birinin ona haqsız hücu
mundan, haqqında qeyri-obyektiv məqalə yazmağından gileyləndi.
Görüşüb ayrılanda Səyavuş işlədiyi jurnalda mənim yolumu yeni
yazılarla birgə gözlədiyini dedi. Yarızarafat-yarıciddi dedim ki, ta
ədəbiyyatdan uzaqlaşıb elm ə-fəlsəfəyə keçmişəm.
Xatırlayıram. 90-cı illərin ortalarında Səyavuşun çalışdığı
“Azərbaycan” jurnalında “...Qapı...” romanım çap olunmuşdu. İlıq
bir yay günü idi. Jurnalın yaradıcı heyəti ilə birgə Dənizkənarı
Milli parkda - açıq səma altında, yaşıllıqlarla əhatə olunmuş
yeməkxanalardan birində toplaşmışdıq. Təbii ki, bu xoş gündə qə
ləm dostlarım mənim haqqımda xoş sözlər deyir, əsərin məziy
yətlərindən söz açırdılar. Səyavuşun çıxışı yaxşı yadımdadır. O,
əsəri geniş təhlil etdi, romanın ilk baxışda, ilk oxunuşda “görün
məyən”, “gizli” tərəfləri barədə orijinal fikirlər söylədi.
Xatırlayıram. Yazıçılar Birliyində rastlaşdıq. Səyavuş gürcü ya
zıçısı Nodar Dumbadzenin “Əbədiyyət qanunu” romanını tərcümə
etdiyini söylədi. Amma əsərin çapının bir çox çətinliklərlə üzləş
diyini qeyd etdi. Sonra gün-güzərandan, həyatın çətinliklərindən,
torpaqlarımıza qarşı qəsddən söhbət düşdü. Mən qəfildən yadıma
düşən və söhbətin axarına uyğun gələn iki misranı ona xatirlat-
dım:
Dünyanın işindən baş açmaq üçün,
Bir başın içində min baş gərəkdir.
Səyavuş azacıq fikrə gedib dedi ki, kim deyibsə yaxşı deyib.
s o ?
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Mən güldüm. O, təəccüblə üzümə baxdı. Mən bu şeirin kimə
məxsus olduğunu soruşdum. O, çiynini çəkdi. Mən şeir müəl
lifinin... Səyavuş Sərxanlı olduğunu bildirəndə onun sifətindəki
təəccübü əsl uşaq heyrəti əvəz etdi. Arayış üçün deyim ki,
Səyavuş bizim söz adamları arasında öz dərin mühakiməsi ilə
yanaşı, kəskin yaddaşı ilə fərqlənən sənətkar idi. Həmin anlarda
Səyavuş əlini-əlinə vurub qəşş elədi: “Bu da mənim tərifli yad
daşım...”
Mən Səyavuşu xatırlayarkən gözlərim önündə onun unudulmaz
obrazı canlanır. Alovlu publisist, orijinal şair, istedadlı tərcüməçi
kimi ədəbiyyatımızda onun öz yeri, öz dəst-xətti vardır.
Məncə, Səyavuş Sərxanlının obrazı və şeirləri poeziyasevər-
lərin yaddaşında həmişə yaşayacaq.
Firuz MUSTAFA,
Fəlsəfə doktoru
Səyavuş S ərxa n lı
-----------------------------------------------------------------------------------
$ e s i ?
______________________________________ Vətən, səslə oğlunu
O, COŞQUN ŞAİR, NURLU İNSAN İDİ...
Səyavuş Sərxanlı istedadlı şair,
işıqlı, halal insan, əvəzsiz publisist,
alovlu tribun, yaxşı dost idi. Onunla
uzun illər bir redaksiyada çalışmışıq.
Ailəlikcə də yaxın idik.
Səyavuş Sərxanlı əsl söz, ədəbiyyat
adamı idi. O, istər şeirlərində, istərsə
də publisistikasında həyat həqiqətlə
rindən, oxucunu düşündürən obyektiv
likdən kənara çıxmır, qələmiylə Və
tənə, xalqa xidmət etməkdən qürur
duyurdu.
70-ci illərdə “Ulduz”, sonralar isə “Azərbaycan” jurnalında ça
lışdığı vaxtlarda neçə-neçə maraqlı rubrikaların yaradıcısı, müəl
lifi məhz Səyavuş müəllim idi. “Ölüm sevinməsin qoy"... bu
sırada heç unudularmı?
Ədəbiyyata, sənətə çox sədaqətliydi. Bir misal: şair Zöhrab
Boranla yaxın dost idilər. Amma Səyavuş müəllim onun şeirlərini
çapa layiq görmürdü. Bu barədə söz düşəndə gülümsəyərək de
yirdi: “Sən hələ bizim “Azərbaycan” jurnalı üçün yetişməmisən,
tezdi”.
Qələm dostumuzun xatirəsi qəlbimizdə əzizdir. Tez-tez onu
yada salır, Səyavuş müəllimin söz dünyasından, səmimiyyətindən,
insanlığından danışdıqca danışırıq.
Nə isə... Allah ona qəni-qəni rəhmət eləsin!
Tofiq MAHMUDOV,
“Azərbaycan” jurnalının
məsul katibi
m
Dostları ilə paylaş: |