Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə11/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

dər  də  çox  olmadı.  İllərlə  qəlbində  yaşatdığı,  əlyazması  stolunun 
üstündə  qalaqlanan  “Ağ  dünya”  romanı  da  kitaba  çevrilmədi.  O, 
latın  qrafikası  ilə  çap  olunmuş  heç  olmasa  bircə  kitabının  belə  se­
vincini  yaşaya  bilmədi.
Səyavuş  Sərxanlı  qədim  Şəmkir  torpağından  qanadlanmışdı. 
Doğulduğu  o  sazlı-sözlü  diyarda  ulularının  uyuduğu  torpağa  qa­
rışdı...
Qələm  dostumuzun  ömür-sənət  manifesti  beləydi:  “Dünya 
sevənlərindir”.  Ürəkdən  inanıram  ki,  şair,  publisist  və  tərcüməçi 
kimi  böyük  sevgi  qazanmış  Səyavuş  Sərxanlınm  bütün  kitabları 
cəmlənib,  çəmlənib,  özünün  dediyi  bu  başlıq  altında  latın  qra­
fikası  ilə  nəşr  olunacaq,  gələn  nəsillərlə  yenidən  görüşəcək,  ülfət 
bağlayacaqdır.  Bilmirəm  bu  işi  kim  görəcək?  Ömür-gün  yoldaşı 
Elmira  xanımmı,  oğlu  Əlibəymi,  qızı  Hicran  xanımmı?
Oxucular  Səyavuş  Sərxanlı  sözü  üçün  qəribsəyiblər.  Gəlin 
onları  qəribsəməyə  qoymayaq.
O  günü  gözləyirəm  ki,  unudulmaz  dostumun  dediyim  o  kitabı 
bir  gün  mənə  də  yetişəcəkdir.
Nahid  HACIZADƏ, 
yazıçı
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
« a ?
------------------------------------------------------------  Vətən,  səslə  oğlunu
BIR  ARI  ...  ÇİÇƏYİN  ÜSTƏ...
Tək  yazılarından  yox,  ən  xırda  hə­
rəkətlərindən  belə  istedadlı  olduğu  bi­
linən,  yəni,  ilk  baxışdan  da  istedadıyla 
tanınan  idi.  Çox  incə,  zərif,  sözün  əsl 
mənasında  ürəkaçan  yumoru  vardı;  sö­
zü  mənasıyla  birgə  göydə  tutardı,  ko­
budluğun  harada  olduğunu  bildiyinə 
görə  o  səmtə  yaxın  düşməzdi.  Mən 
onun  kobudluq  etdiyini,  əsəbilik  gös­
tərdiyini  görmədim,  ara-sıra  buna  şə­
rait yaransa  da...  eləcə,  əllərini  yarıbü- 
külü  yanlara  açar,  başını  bulaya-bulaya 
dünya  haqqında  bir  qatar  fəlsəfi  fikir  söyləyərdi...  kədərlənər, 
yaraşıqlı  çöhrəsi  qaralardı...  hərəmiz  bir  tərəfdən:  -   Qara  Saşka, 
Qara  Saşka,  -   deyə-deyə  güldürərdik,  özünün  sözü,  dönəlgəsi  ya­
xın,  yəni,  tez  yolagələn  idi...
Son  dərəcə  azad  adam  idi,  şairliyə  lazım  olandan  da  çox 
azadlıq...  mən  elə  bilirəm  ki,  yaşadığı  bütün  dövrlərdə  bu  azadlığı 
əldə  elədi,  çünki  həmişə  sevgilər,  doğmalıqlar  əhatəsində  oldu... 
Əsl  şair  ömrü  yaşasa  da  şairlik  eləməyə  az  vaxt  ayırdı,  daha  doğ­
rusu,  istedadı,  hazırlığı  qarşılığında  az  yazdı...  yetmişinci  illərdə 
özü  haqda  belə  deyirdi:
Hərə  özü  boyda  canlı  əsərdir,  - 
Siz  məni  tanıyın,  siz  məni  duyun;
Məndən  deyilənlər  tərcümələrdir,
Gəlin  məni  tapın,  məni  oxuyun...
Səyavuş  Sərxanlı  bunu  təsadüfi  olaraq  demirdi,  öz  gücünə 
inandığı  üçün  deyirdi.  Bilirdi  nə  deyir,  ona  görə  də  zarafatyana 
yazdığı  bir  şeirində  özünün  cizgilərini  dahiyanəliklə  çəkirdi:
«
?


Ömrün  günlərində,  -   hücrələrində 
Şeir,  nəğmə  dolu  mücrülərində,
Mən  özüm-özümü  həbs  eləyirəm.
Ömrün  gündüzündə,  gecələrində,
Boğub  çox  arzunu  qönçələrində  - 
Mən  özüm-özümə  qəsd  eləyirəm.
Hisslər  daşqınından  günü  keçirib,
Bir  az  nəğmə  verib,
Şeir  içirib,
Dəcəl  ağrıları  məst  eləyirəm...
Uzun  müddət  bir  yerdə  işləmişik,  yaxına-uzağa  səfərlərimiz 
olub,  bir-birimizə  dərindən  bələd  idik,  bütün  bu  dediyim  xüsusiy- 
yətləriylə  yanaşı,  qanrılıb  arxaya  baxaraq  hər  anına,  hər  saatına, 
gününə  hesabat  verən  idi;  əllərini  yarıbükülü  yanlara  açar:  “...bir 
şey  bulamadım  gün  axşam  oldu..."  türkülərdən  götürdüyü  bu  mis­
ranı  özünə  lazım  olduğu  kimi  dəyişib  söyləyərdi.  Çox  duyğulu, 
çox  həssas,  ürəyi  çox-çox  geniş  olan  bir  adam  idi.  Heç  kəs  onun 
kiminsə  haqqında  pis  söz  dediyini  eşidə  bilməzdi,  xırdaçılıqlarla 
işi  yox  idi...
Onun  publisistikası,  bu  gün  qətiyyətlə  deyə  bilərəm  ki,  geniş 
tədqiqatlara  layiqdir.  Çünki  Səyavuş  Sərxanlı  publisist  kimi  geniş 
yaradıcılığa  yeniliklər gətirdi.  Bu  yenilik  hər şeydən  əvvəl  düşün­
cə  tərziylə,  bu  düşüncənin  yeni  ifadə  formasıyla  nəşr olunan  gün­
dən  seçilməyə  başladı.  Onun  publisistikasındakı  doğmalıq  birbaşa 
yaddaşdan  gəlirdi;  bu,  yaddaşımızdakı  təmiz,  arı-duru  dilin  səs- 
lənməsiydi,  ona  görə  də  hamımıza  təsir  etmişdi.
1970-ci  illərin  ortalarında  görkəmli  neftçi  Fərman  Salmanova 
həsr  etdiyi  “Sibir nağılı"  silsilə  məqaləsi  doğrudan  da  böyük  rəğ­
bətlə  qarşılandı.  Ərəb-fars  ifadələrindən  təmizlənib  yüngülləşmiş, 
doğma  insani  münasibətlərlə  zəngin  detallar,  hər  şeydən  əvvəl 
böyük  səmimiyyət,  o  dövrün  oxucu  baxışlarına ciddi  təsir etmişdi. 
Yaxşı  yadımdadır,  fikirləşirdim  ki,  Səyavuşda  hadisələrə,  qələmə 
almaq  istədiyi  mövzulara bu  yeni  yanaşma tərzi  hardandı...?  Anla-
« ö t ?
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
dim  ki,  dediyim  kimi  bu,  yaddaşdan,  -   çoxlarımızın  xəbər  tutma­
dığı  yaddaş  məktəbindən  gələn  bilgi  və  doğmalıqdandı...
Elə  bir  dövr  idi  ki  Aşıq  Ədalət  dahiyanə  çalğısıyla  könüllərə 
hakim  kəsilmişdi,  yaddaşlarda  az  qala  görünməz  olmuş  sazı  uc­
qarlardan,  diblərdən  -   köşələrdən  çıxarıb  bayraq  kimi  dalğalan­
dırırdı,  artıq  bunu,  -   bu  ucalığı  görməmək  mümkün  deyildi.  Ya­
zılar  yazılırdı,  şeirlər  həsr  olunurdu,  dövlət  tədbirlərinə  qatılırdı. 
Amma  Səyavuş  Sərxanlının  Aşıq  Ədalətə  həsr etdiyi  yazı  dediyim 
həmin  ucalığı  elə  o  səviyyədə  də  ifadə  etməyi  bacardı.  İlk  baxış­
dan  adicə  görükən  m əqalədə  aşıq  Ədalətin  yaradıcılığının  mö­
cüzəsi  və  qara  sazın  yaşadığı,  keçib  gəldiyi  minilliklər  vardı,  bu 
yazıda  hər  şey  qədim  idi,  hətta  sözlər  də,  deyimlər  də  minillik­
lərdən  qalma  idi.
Uzun  müddət  ayrı-ayrı  yerlərdə  işlədiyimizə  görə  görüşə  bil­
mirdik,  günlərin  birində  təsadüfən  görüşdük,  necə  vardısa  eləcəy- 
di,  amma  bir  teli  də  düşmədən  dəyişib  yaşlanmışdı,  tək  gülüşün­
dən  başqa,  gülüşü  həmənkiydi,  ikimiz  də  üzümüz-gözümüz  dolu­
su  dinib-danışmadan  bir-birimizə  baxıb  güldük...  vəssalam,  sonun­
cu  görüşümüz  oldu...
İndi  onun  “Sevgi  aydınlığında”  adı  altında  yazdığı  bir  şeiri  xa­
tırlayıram:
Bir  arı  ölürdü  çiçəyin  üstə,
Apaydın,  alagöz  may  səhəriydi.
Onu  əzizləyən  ləçəyin  üstə 
Günəşin  qayğılı  şəfəqləriydi....
“...bir  arı  ölürdü  çiçəyin  üstə...”
Ruhuna  dərin  hörmətlə: 
Mövlud  SÜLEYMANLI, 
nasir
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə