Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə10/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

Səyavuş  S ərxa n lı---------------------------------------------------------------
demişkən:  “Nə  ömrə  acıyır,  nə  yaşa  dünya!”
***
Səyavuş  Sərxanlı  ilə  qəlbən,  ruhən  bir-birimizə  çox  yaxın  idik, 
dostlaşıb,  doğmalaşmışdıq.  O,  bizim  evin  əziz  adamı  idi.  Ancaq  iş 
elə  gətirmişdi  ki,  mən  onun  qapısını  heç  vədə  açmamışdım.  O, 
hərdən  bununla  bağlı  gileyini  gizlətmirdi.
Bir  gün  özümüz  də  bilmədən  evlərinin  qabağında  üz-üzə  gəl­
dik.  Göz  qırpımında  qartal  kimi  qanadlanıb  üstümə  yeridi:
-   Nahid  müəllim,  kasıbın  da  Allahı  var,  -   dedi,  -   öz  ayağınla 
gəlib  bizim  tərəflərə  çıxmısan.  Dünya  dağılsa  da  səni  buraxdı 
yoxdu,  qalxacağıq  bizə.
-   Qalxmağına  qalxarıq,  ancaq...
-   Ancağı-mancağı  yoxdur,  qardaş,  heç  bəhanə-zad  axtarma.
-   Ə,  Səyavuş,  əliboş  ayıbdır  axı?  Gedək  heç  olmasa  bir  qutu 
konfet  alaq.
-   A  kişi,  konfet-zad  nəyə  gərəkdi?  -   Qolumdan  bərk-bərk  ya­
pışıb,  evə  sarı  dartdı.  -   Gedək,  gedək!  Mən  də  darıxırdım,  Allah 
səni  yaman  yetirdi.  Oturub  bir  az  dərdləşərik.  Xeyli  təzə  şeir yaz­
mışam,  sənə  oxumaq  keçir  ürəyimdən.  İkimizdən  başqa  evdə  heç 
kim  olmayacaq.
-   Bəs  arvad-uşaq  haradadır?
-   Kitabımı  çapa  hazırlayıram.  Sağ  olsunlar,  mənə  şərait  yara­
dıblar.
-   Öz  aramızdır,  ay  Səyavuş,  bəlkə  də  səni  bu  dünyada  Elmira 
xanım  kimi  başa  düşən  ikinci  bir  adam  yoxdur.
Mənim  sözüm  ürəyincə  oldu.
-   Düz  sözə  nə  deyəsən.  Elmira  mənim  yolumda  çox  əzablar 
çəkib,  ömrünü  şam  kimi  əridib,  məni  yaşadıb.  Bütün  taleyimlə, 
yaradıcılığımla  həyatım  boyu  ona  minnətdaram.
-   Qardaş,  onda  bu  səmimiyyətinə  görə  mən  sənin  qulluğunda 
hazır!
-   Allahına  qurban  olum,  niyə  ürəyimi  üzürsən,  bunu  bayaqdan
Ç J38JO
Vətən,  səslə  oğlunu
de  də!
-   Əsas  budur  ki,  saqqızımı  oğurladın.
-   Onda  getdik.
O,  Moskvada  M.Qorki  adına  Ədəbiyyat  İnstitutunun  nəzdin­
dəki  ikiillik  kurslarda  oxuyanda,  hər  dəfə  ezamiyyətə  gedərkən 
onu  mütləq  axtarıb-tapırdım.  Ən  azından  günaşırı  görüşürdük.  Gö­
rüş  yerimiz də adətən  «Baku»  restoranı  olurdu.  Orada mənim  Alik 
Rəsulov  adında  yaxın  qohumum  yaşayırdı.  Səyavuşla  da  tanış  et­
mişdim.  Bərk  dostlaşmışdılar.  Alik  də  şeir-sənəti  sevən  bir  gənc 
idi.  Söz-söhbətləri  tuturdu.  Həmişə  də  bir-birini  itirib-axtarırdılar. 
Səyavuş  onun  barəsində  həmişə  xoş  sözlər  deyirdi:  «Alik  ürəyə­
yatan  oğlandır.  Ona  möhkəm  bağlanmışam.  Hardasa  mənə  qərib­
liyi  unutdurur».
Bir  dəfə  iş  elə  gətirdi  ki,  Səyavuşla  görüşmyə  macal  tapma­
dım.  Hər  saatım  hesabda  idi.  Şair  dostumuz  İlyas  Tapdıq  Mosk­
vaya  kursa  getmişdi.  Tərslikdən  buz  bağlamış  səkidə  sürüşüb  qı­
çını  sındırmışdı.  Xeyli  vaxt  idi  ki,  xəstəxanada  yatırdı.
Mən  Moskvada  çıxacaq  kitabımın  tərcüməsini  gözdən  keçir­
məli,  həm  də  İlyası  xəstəxanadan  çıxarıb,  qatarla  Bakıya  gətirmə- 
liydim.  Moskvada  havalar  qarlı-çovğunlu  keçirdi.  Gözümə  dur­
muşdu  ki,  qoltuq  ağacının  köməyilə  hələ  güclə  addım  atan  İlyası 
təkbaşına  dəmiryol  vağzalına  necə  aparacaq,  vaqona  necə  qaldırıb 
rahatlayacağam.  Xəstəxana  şəhərin  ucqarında  idi.  Taksi  tutub  yola 
düzəldim.  Fikirli-fikirli  maşının  pəncərəsindən  çölə  baxırdım,  gö­
züm  səkidən  gəlib-keçən  adamlar  arasında  bir  tanış,  həmdəm  ax­
tarırdı.  İşıqfor  yananda  maşın  dayandı.  Gördüm  ki,  Səyavuş  pal­
tosunun  boynunu  qaldırıb,  qarşı  tərəfdən  bizə  sarı  gəlir.  Elə  bil 
üstümə  gün  doğdu.  Həyəcanımı  saxlaya  bilmədim.  Sürücüyə 
sevinclə  dedim:
-   Qardaş,  yaşıl  işıq  yananda  maşını  sağa  verib,  saxla!  Dostumu 
götürüb  gəlirəm.
Maşından  düşüb  səkiyə  atıldım.
t e a ?


-   Səyavuş,  Səyavuş!
Məni  görəndə  uşaq  kimi  sevindi.  Qucaqlaşıb  öpüşdük.  Tezcə 
də  onu  çəkib  maşına  oturtdum.
-   İndi  hara  gedirik?  -   soruşdu.
-   Xəstəxanaya,  İlyas  Tapdıq  sürüşüb  ayağını  sındırıb.  İki  ay 
olar.  İndi  gedirik  onu  çıxarmağa.
-  Ay  aman,  nə  pis  iş olub,  -  rəngi  avazıdı.  -  Gör ha,  heç  xəbə­
rim  olmayıb.  Yanma  gedib-gələrdim,  yemək  aparardım.
-   Daha  keçib.  Əsas  budur  ki,  işlər  yaxşılığa  doğru  gedir.
-   Nə  yaxşı,  nə  yaxşı,  -   dedi  Səyavuş.
Yol  boyu  çox  şeydən  danışdıq,  çox  mətləblərə  toxunduq.
-   Səyavuş,  -   dedim,  -   əlinə  gözəl  fürsət  düşüb,  çalış  burada 
jurnallarla,  qəzetlərlə,  nəşriyyatlarla  əlaqə  qur.  Şeirlərini  çap  et­
dir,  kitab  buraxdır.  Başqa  respublikalardan  olan  şairlərlə  yaxınlaş, 
dostluq  elə.  Sənə  gələcəkdə  çox  kömək  olar.
-   Bunlar  çox  vacibdir,  -   deyə  mənim  fikirlərimə  şərik  çıxdı.  -  
Gərək  vaxtı  küləyə  verməyək.
Qar  getdikcə  şiddətlənirdi.  Mənzil  başına  çatdıq.  Yuxarı,  dör­
düncü  mərtəbəyə  qalxdıq.  İlyası  belə  xəstə,  sınıxmış  vəziyyətdə 
görəndə  Səyavuş  varından  yox  oldu.  Bərk  qəhərləndi.
-   Şair,  qadan  alım,  fikir-zad  eləmə,  işdi  olub,  neyləyək,  -   dedi 
İlyas  Tapdıq.
***
Səyavuş  bizi  qatara  mindirdi.  Fit  səsi  eşidilənə  kimi  bizdən 
ayrılmadı.  Qatar  tərpənəndə  onu  perronda  bizə  əl  eləyən  gördük.
İlyas  Tapdıq  dedi:
-   Səyavuş  öz  yaşıdları  arasında  bəlkə  də  hamıdan  istedadlıdır. 
Müəyyən  məsələlərdə  təvazökarlığı  əl-qolunu  bağlayır.  Başqaları 
kimi  ütük  olsaydı,  ola  bilsin  Azərbaycanın  indi  ən  çox  tanınan 
şairlərindən  biri  olardı.  Özünə  də  ürəyi  istəyən  kimi  gün-güzəran 
düzəldərdi.  Ailəsini  çox  çətinliklə  dolandırır.
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
t e a ?
Vətən,  səslə  oğlunu
Tanrı  Səyavuş  Sərxanlıya  dünyaya,  insanlara  sevgi  dolu  ürək 
və  qanadlı  istedad  vermişdi.  Qəlbinin  yelkənini  poetik  söz  dün­
yasına  açmış,  onunla  ürək-ürəyə  verib  doğmalaşmışdı.  Səyavuş 
üçün  dünya  poetik  sözdən  başlayırdı.  Könlü  həmişə  sirli-sehrli 
sözün  sorağında  idi.  Deyirdi:
Şeir  sorağında  yandı  ömür-gün,
Çaylar  adlamışam,  dağlar  aşmışam.
Dünyanı  qəlbimə  gətirmək  üçün,
Baş  alıb  dünyadan  uzaqlaşmışam.
Səyavuş  ürəyəyatımlı  ilk  şeirlərindən,  qaynar  nəfəsli,  cazi­
bədar publisistik  yazılarından  yetərincə  sevilmiş,  geniş  auditoriya 
qazanmışdı.  Səsi  gah  gənc  şairlərin  Almatıda  pərvazlanan  poeziya 
festivalından,  gah  Sibirdə  keçirilən  sovet  ədəbiyyatı  günlərindən, 
gah  da  Pribaltikada  düzənlənən  Azərbaycan  poeziya  günlərindən 
gəlirdi...
Səyavuş  tanındıqca,  populyar olduqca  daha  da  sevilir,  şöhrətlə­
nirdi.
Savadı,  biliyi,  mədəniyyəti,  yetkin  qələmi  onun  qarşısında  ge­
niş  üfüqlər  açırdı.  O,  taleyini  əvvəllər  “Ulduz”,  sonra  da  “Azər­
baycan”  jurnalı  ilə  bağlamışdı.  Ən  yüksək  vəzifəsi  şöbə  müdiri 
idi.  Gözü-könlü  tox,  səmimi,  mehriban,  qayğıkeş  bir  insan  kimi 
tanınırdı!
“Ulduz”  jurnalında  çox  sevilən  rubrikası  var  idi  -   “Ölüm  se­
vinməsin  qoy".  Bu  rubrikaya  görə  jurnal  əldən-ələ  gəzirdi.  Sə­
yavuşun  cazibədar  dili,  hisslərinin,  duyğularının  saflığı,  duruluğu 
və  insana  tükənməz  məhəbbətinin  ülviliyi  oxucuların  qəlbini  tit­
rədirdi.
O,  yorulmaz,  sönüb-səngiməz  bir  istəklə  yazıb-yaradırdı.  Şeir­
ləri,  oçerkləri,  publisistik  yazıları,  yol  qeydləri  kitablara  çevrilir, 
oxuculara  üz  tuturdu.  Coşqun  istedadı,  qüdrətli  qələmi  və  çağla­
yan  yazmaq  ehtirası  ona  oxucuları  kitab  yağışına  tutmaq  imkanı 
verirdi.  Ancaq  bunu  etmədi.  Buna  görə  də  kitablarının  sayı  o  qə-
' a t a ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə