Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə13/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

tan  poetikasının  estetik  səciyyələrini  gətirdi  və  bununla  da  milli 
jurnalistikamızda  əsl  kəşf etdi.  Bu  kəşfin  çeşnəsindən  neçə-neçə 
gənc  yazar  günü  bu  gün  də  nur  içir.
Səyavuş  Sərxanlının  təfəkkürü  həmişə  apaydın  işləyirdi,  id- 
raki,  düşüncəsi  məntiqə  söykənirdi.  Lakin  bu  idrakla,  bu  təfək­
kürlə  onun  qəlbi  arasında  çox  uzun  məsafə  vardı.  Çünki  Səyavuş 
Sərxanlının  qəlbi  hər  vaxt  beş  yaşlı  uşaq  məsumluğunda  idi.
Məsumluq  Səyavuş  Sərxanlının  təkcə  cəmiyyətdəki,  kollek- 
tivdəki,  ailədəki  davranışında  nəzərə  çarpmırdı.  Bu  mənəvi  key­
fiyyət  onun  hər  cümləsinə,  hər  misrasına,  hər  sözünə  hopmuşdu. 
Onun  nə  şeirlərində,  nə  oçerklərində,  nə  publisist  romanlarında 
(məsələn,  “Sibir  nağılı”)  qeyri-səmimi  bircə  kəlməyə  də  rast  gəl­
mirsən.
Səyavuş  Sərxanlı  ata  mərdanəliyinə,  ana  qüdsiyyətinə  söykə­
nən,  nəsil  ülviyyətinə  tapınan  yaradıcı  ziyalı  idi.  Atası  Əli  kişi 
onun  qürur  dağı,  anası  Səadət  xanım  paklıq  mücəssəməsi,  son­
beşik  qardaşı  Telman  qürur  qalası  idi.  Qəribədir  ki,  Səyavuş  Sər­
xanlı  altmışı  adlayan  ömründə  hansısa  kürsüyə  qalxmaq  üçün 
ləyaqətini  zərrə  qədər  də  “xərcləmədi”.  Və  ümumiyyətlə  Səya­
vuş  anadan  məmur  doğulmamışdı.  O,  həm  ruhən,  həm  düşün- 
cəynən,  həm  də  bütün  varlığıynan  azad  sənətkar  idi.  Bu  azadlıq 
ənginliyinin  daxilində  kövrək  sadəlik  və  bəlkə  də  kimlərəsə  qey­
ri-adi  görünən  sadəlik  və  sadəlöhvlük  vardı.  Məsələn,  Səyavuş 
Sərxanlı  Kəlbəcər  dağlarından  dərdiyi  zərif çiçəyi,  Şirvan  meşə­
lərindən  gətirdiyi  kiçik  budağı,  dağ  çaylarından  yığdığı  alabəzək 
daşları,  Göyçay  narını,  Ordubad  cevizini,  Sibirdən  gətirdiyi  ağca­
qayın  qabıqlarını  bəzən  illərlə  evində  saxlayardı.  O  gül  güllüyün­
dən,  o  budaq  budaqlığından,  o  nar  narlığından,  o  ceviz  cevizliyin- 
dən  çıxardı,  amma  nə  həyat  yoldaşı  Elmira  xanımın,  nə  qızı  Hic­
ranın,  nə  oğlu  Əlibəyin  ixtiyarı  yox  idi  ki,  ona  əl  vursunlar,  ya 
atmaq  istəsinlər.
Səyavuşun  Şəmkirin  şəhərə  birləşmiş  Sərxan  kəndindəki  ata 
yurdunda  çəpərin  ayağından  kəhriz  şaqqıldayıb  axırdı.  Suyu  göz 
yaşı  kimi  dupduru,  buz  kimi  sopsoyuq  idi.  Aylarla  Bakıda  “ilişib
S O ?
Səyavuş  S ərxa n lı
---------------------------------------------------------------- -— -- ----------
qalanda”,  özü  demişkən,  bumunun  ucu  kənd  üçün  göynəyəndə 
Sərxana  dönən  Səyavuş  yaya-qışa  baxmazdı,  mütləq  o  kəhrizdə 
çimərdi  və  sanki  bundan  sonra  ruhu  coşardı,  özü  cana  gələrdi.
Səyavuşun  məclisliyi  bir  özgə  aləmiydi.  Bir  yerdə  olduğumuz 
neçə  ildə  heç  vaxt  görmədim  ki,  süfrə  başında  kiminsə  arxasınca 
danışsın,  kiminsə  qeybətini  eləsin.  Söhbət  zamanı  sözünə,  fikrinə 
söykək  tutmaq  üçün  şeir  misraları  söyləyərdi.  Amma  bu  şeirlər 
həmişə  Əhməd  Cavaddan,  Səməd  Vurğundan,  Mikayıl  Müşfiq­
dən,  Hüseyn  Arifdən,  Nəbi  Xəzridən,  Məmməd  Arazdan,  Musa 
Yaqubdan...  olardı.  Nadir  hallarda  öz  şeirindən  misal  çəkərdi.
Azərbaycanın  bir  sıra  bölgələrinə  birgə  səfərlərimiz  olub.  Bir 
də  görürdün  Səyavuş  yoxa  çıxıb.  Ora  Səyavuş,  bura  Səyavuş, 
axtarırdıq,  axtarırdıq...  gəlib  görürdük  ki,  çöməlib  yerə,  bir çiçəyə 
tamaşa  eləyə-eləyə  dərin  fikrə  gedib.  Yaxud  çay  daşının  üstündə 
oturub,  qaynar  gözlərini  qayğılı-qayğılı  zilləyib  sulara.  Belə  vaxt­
larda  ona  dəyməzdik.  Handan-hana  özü  xəyaldan  ayılardı,  cibin­
dən  bir  kağız  vərəqi  çıxarıb  qeydlər  edərdi.  Sonra  gələrdi  məc­
lisə  və  deyərdi-gülərdi,  şaqqanaq  çəkib,  qıyya  qoparardı.  Bayaqkı 
xəyalpərvər  Səyavuşdan  əsər-əlam ət  qalmazdı.  Sonralar  həmin 
qeydlərdəki  fikirlər  misra-misra  şeirlərə  süzülərdi.
Səyavuş  Sərxanlı  əvvəllər  “Naxçıvan”  (indiki  “Həyat”)  ote­
linin  həndəvərindəki  liSovetski  vyezd"  deyilən  ünvanda  birotaqlı 
mənzildə  yaşayırdı.  Biz  dostlar  üçün  Bakıda  o  mənzildən  böyük, 
o  otaqdan  geniş  yer  yoxuydu.  Hətta  o  evdə  yeyib-içdiyimizin  da­
dına  da  dad  çatmazdı.  Bəzən  o  evdə  15-20  qonaq  da  olurdu  və 
hətta  həmin  müsafirlərin  bir  neçəsi  orada  gecələyirdi.  Səyavuş 
bunun  fərqinə  varmırdı.  M ətbəxdə  “məskunlaşan”  ev  sahibəsi  El­
mira  xanım  isə  qonaqlara  elə  xoş  sifət  göstərərdi  ki,  deyərdin  bəs 
onotaqlı  mənzildə  yaşayır.
Səyavuşun  süfrəsi  başında  kəndlərindəki  bütün  qohum-əqraba- 
ları  duz-çörək  kəsiblər.  Amma  mən  bir dəfə  də  görmədim  ki,  Sə­
yavuş  və  ya  Elmira  xanım  kiməsə  üzünü  turşutsun,  dodaq  sallasın. 
Qonaq  onların  evlərinin  tacı  idi.  O  bir  otaqda  hərdən  qəhqəhələr 
o  həddə  çatırdı  ki,  deyirdin  bəs  bu  saat  tavan  çökəcək,  divar  yan-
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


lacaq,  döşəmə  çatlayacaq...
Bəzən  adama elə  gəlirdi  ki,  Səyavuş  hansısa  ictimai-sosial  haq­
sızlığa  biganə  qala  bilir,  dost  xəyanətini  unudur,  yaradıcılıqda 
gördüyü  riyakarlıqlara  laqeyd  olmağı  bacarır.  Bu,  qətiyyən  belə 
deyildi.  Səyavuş,  yuxarıda  dediyim  kimi,  çox  həssas  adam  idi  və 
hər  cür  riyakarlıqları  bəlkə  də  hamıdan  tez  duyurdu.  Duyurdu  və 
bütün  ağrı-acını,  keçirdiyi  daxili-psixoloji  sarsıntıları  içində  sax­
layırdı.  İllər boyu  üzləşdiyi  həyat amansızlıqlarını  beynində  eynən 
götür-qoy  edir,  hər  şeyə  özünün  haqq-mizan  tərəzisində  qiymət 
verirdi.  Bəlkə  də  elə  buna  görə  Səyavuş  Sərxanlının  beyni  aman­
sız  xəstəliyə  düçar  oldu.
Hərdən  onu  unutqanlıqda  da  qınağa  çəkirdilər.  Əslində  mən  və 
bir  neçə  başqa  yaxın  dostları  və  çiyindaşı  Elmira  xanım  bilirdik 
ki,  Səyavuş  biganə  və  unutqan  deyil.  Səyavuş  hər hansı  qəmi  pör- 
şələnən  ürəyində  soyutmağı  cəngavər  kimi  bacarırdı.  Onu  da  bili­
rəm  ki,  dəfələrlə  Səyavuşun  ata  ocağında  qonaq  olmuş,  atasına 
ata,  anasına  ana  demiş,  öz  evində  günlərlə  Elmira  xanımın  süfrəsi 
başına  yığılmış  iki  şair  dostu  vardı.  O  şair  dostlarının  ikisindən 
əvvəl  Səyavuş  Sərxanlının  şeirləri  populyarlaşmışdı  və  sevilirdi. 
Ancaq  onlar  Səyavuşa  qəfildən,  gözlənilmədən  namərdcəsinə  xə­
yanət  etdilər.  Bu  ağrı  onun  sağlamlığına  çox  baha  başa  gəldi.  O 
ağrının  qəm  yükünü  Səyavuş  özüylə  bərabər  Sərxandakı  məzar 
evinə  apardı.
Mənim  Səyavuşla  bağlı  çox  xatirələrim  var və  onların  arasında 
oxuculara  çatdırılması  vacib  olanları  da  çoxdur.  Amma  bu  mə­
qamda  onları  qələm ə  almaq  istəmirəm.  Çünki  gərək  oxucular  ilk 
növbədə  Səyavuş  Sərxanlını  mən  gördüyüm  kimi  görsünlər  ki, 
sonrakı  söhbətlərimiz  öz  məcrasına  düşsün.
Qoy  oxucular  şair  Səyavuşun,  publisist  Səyavuşun,  torpaq  vur­
ğunu  Səyavuşun,  qəlbi  uşaq  yaşından  çıxmayan  Səyavuşun  səmi­
miyyətini  və  əsl  nağıl  qəhrəmanı  olduğunu  duysunlar...
Mənim  dost  kimi  Səyavuşa  bir  borcum  qalıb  və  təəssüf  ki,  o 
mənəvi  borcu  heç  vaxt  qaytara  bilməyəcəm.
Nədir  həmin  mənəvi  borc?
< O ?
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
1976-cı  ilin  “Novruz”unun  bayram  axşamı  idi.  Vidadi  küçəsi 
ilə  Maksim  Qorki  küçəsinin  kəsişdiyi  tində  kirayədə  qalırdım. 
Tək  idim.  Əvvəldən  qərarlaşmışdıq  ki,  bayram  axşamını  bir  yerdə 
olaq.  Həmin  gün  tezdən  Yevlaxdan  məktəb dostlarım  Rauf və  Mi­
sir bizə  gəldilər.  Necə  deyərlər,  paylı-püşlü,  qazanlı-çömçəli  gəl­
mişdilər  ki,  bir  yerdə  bayramlaşaq.  Açarı  onlara  verib  işə  getdim, 
axşam  saat  6-ya  vədələşdik.  İşdə  telefonla  Səyavuşla  danışdım  və 
qonağım  gəldiyi  üçün  axşam  onlara  gedə  bilməyəcəyimi  dedim. 
Sevinib  nərə  çəkdi:
-  
Veliki  (m ənə  uzun  illər  ya  belə,  ya  da  “İliko”  deyib),  lap 
əla oldu,  uşaqları  da  götür gəl.  Saat  yeddidə  sizi  gözləyirəm.  Qur­
tardıq!
Bunu  deyib,  dəstəyi  asdı.  Bilirdim  ki,  onu  fikrindən  döndər­
mək  müşkül  işdi.  Xülasə,  axşam  vədə  vaxtı  qazanlarımızı  da  özü­
müzlə  götürüb  gəldik  Səyavuşgilə.  Gecədən  xeyli  keçmişdi,  am­
ma  biz  hələ  süfrə  başından  durmamışdıq.  Kefimiz  yuxarıydı,  de­
yib-gülürdük.  Düzdür,  yemək-içmək  qurtarmışdı,  keçmişdik  ça­
ya...  Səyavuş  da  yavaş-yavaş  pivə  içirdi.  Rauf Səyavuşun  vaxtilə 
“Ulduz” jurnalında  çap  olunan  “Ölüm  sevinməsin  qoy..."  rubrikalı 
yazılarını  çox  təriflədi.  Şair  uşaq  kimi  qızardı  və  hətta  kövrəldi. 
Həmin  silsiləyə  ara  verməsinin  səbəblərini  danışanda  başladı  əsə­
biləşməyə,  çünki  bu  m əsələdə  də  onun  yaradıcılığına  pəl  vuran­
lar  tapılmışdı.  Gördüm  ki,  Səyavuş  əməlli-başlı  coşub.  Onun  kön­
lünü  almaq  üçün  dedim:
Səyavuş,  elə  bil  ki,  ölmüşəm,  mənim  haqqımda  nə  yazar­
dın?
Özündən  asılı  olmayaraq  cavab  verdi:
İliko,  Allaha  and  olsun,  sən  öl,  gör  sənin  haqqında  necə 
yazıram.  Bu,  həmin  silsilədə  mənim  son  yazım  olacaq.  O  yazını 
çap  eləməyən  redaktorun  lap...
Gördü  ki,  biz  gülüşürük,  elə  bil  yuxudan  ayıldı,  şaqqanaq  çə­
kib  güldü:  “Ay  üzünə  lənət”,  deyib  bir də  güldü.  Sonra  həyat  yol­
daşına  sarı  çöndü:
Elmira,  eyvandakı  o  başı  xamırlını  gətir.  Bir  sağlıq  deyə-
------------------------------------------------------------------------------ 
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə