Şeirlərinə mərdlik, dostluq, insanlıq, haqq-ədalət, azadlıq səpə
lənib. Tale aman vermədi. Qələmini sındırdı. Bir şairi vaxtsız
apardı. Mən də bir dost itirdim.
O gün, o qədər adamın içində mənim nə çəkdiyimi bilən,
şirvanlı eyhamını başa düşən, qolumdan tutan Səyavuş idi...
Fikrət SADIQ,
xalq şairi
QOŞA ŞƏKİL
B ilgəhdə ürəyimlə bağlı m üalicə
olunurdum. Ürəyimin dərm anı təkcə
Bilgəhin sağlam havası, həkim lərin
qayğısı deyil, həm də orda bizi sevən,
duyan, qiymətləndirən insanların sev
gisi, məhəbbəti idi. Ürəyimin ağrısına
baxmayaraq əhvalım çox yaxşı idi. Ona
görə ki, hər addımında şeiri sevən,
şairə yüksək qiymət verən insanlarla
qarşılaşırdım. Bir gün ürək həkimim
mənə bildirdi ki, şair Səyavuş Sərxanlı
da müalicəyə gəlib. Bu xəbərə həm sevindim, həm də
kədərləndim. Sevindim ki, məni duyan və mənim duyduğum şair
dostumla həmdərd, həmsöhbət olacağam. Kədərləndim ki, ey da-
di-bidad, Səyavuş Sərxanlı da xəstələnərmiş. Təklifsiz, zəngsiz,
icazəsiz qapısını döydüm. Qapını özü açdı. Məni görən kimi qol
ları qartal qanadı kimi açıldı, məni doğma qardaşı kimi bağrına
basdı. Uzun illərin həsrətlisi kimi görüşdü. Dərddən də danışdıq,
dərmandan da, xəstəlikdən də söz açdıq, sağlamlıqdan da. Keç
mişdən də söhbət elədik, gələcəkdən də. Sözümüz-söhbətimiz
şeirlə başlayır, şeirlə qurtarırdı. Yatanda yuxuma da girməzdi ki,
< s o ?
Səyavuş S ərxa n lı
-----------------------------------------------------------------------------------
onu belə tez itirəcəyik. Gümrah səsi, şaqqanaq çəkib gülməsi,
hərdən qara gözlərinin dolması, söhbətimizin şirin yerində şappıltı
ilə əlini-əlinə vurub heyrətini və heyranlığını bildirməsi, qara şə
və saçlarını barmaqları ilə daraması, vüqarlı yerişi, ayağa duruşu,
çox səliqəli geyimi, zahiri və daxili gözəlliyi ilə gözəllərin ürə
yinə od salması ayrıca bir tamaşa idi, gözəllik sərgisi idi. Onu
çoxlarından fərqləndirən gözəl publisistikasını da, şeirlərini də se
və-sevə oxuyardım. Həmişə də təbriklərimi çatdırar, səmimi ürək
sözlərimi əsirgəməzdim. 1979-cu ildə Kəlbəcərdə Aşıq Şəmşirin
85 illiyində yol yoldaşı, könül sirdaşı olmağımız ən kövrək, ən
şirin xatirə kimi zaman-zaman mənimlə bir yerdə olacaq. Aşıq
Şəmşirin ona məhəbbəti, sevgisi, gözəl şairimizə yazdığı şeirləri,
az qala hər şeirində Səyavuş Sərxanlının adını çəkməsi böyük
ağsaqqalın cavan bir Azərbaycan şairinə dərin rəğbətinin, hör
mətinin ifadəsi idi. Bu, Səyavuş Sərxanlının saza, şifahi xalq
ədəbiyyatına, zəngin folklorumuza dərin bağlılığından irəli gə
lirdi. Səyavuş Sərxanlı bu gün həyatda olmasa da mənim üçün
diri və duru, çılğın və qaynar, deyən-gülən, zarafatcıl, səmimi bir
insan və gözəl şair olaraq qalır. Mən onu belə görmüşəm və
həmişə o mənim üçün beləcə də qalacaq: şirin, dadlı-duzlu, sə
mimi, mehriban, dost sevincinə sevinən və bütün varlığı ilə ha
mını sevindirən publisist dostumuz, şair qardaşımız, vətəndaş sə
nətkarımız!
Poeziyanın, ilhamın işığı qəbirdə də öz gözəlliyini, təsirini, ca
zibəsini itirmir. İşığın mübarək, gorun nurla dolsun, işıqlı ziyalı
mız, Səyavuş Sərxanlımız! Bilgəhdə, X əzər sahilində çəkdirdiyi
miz qoşa şəkili ən mübarək bir əmanət kimi əzizləyirəm. Bu şə
kildə Xəzərdən əsən yellər sənin qara, şəvə saçlarını dalğalandı
rır, sən də küləklərə meydan oxuyursan, ölümün acığına, həyatın
eşqinə o şəkil bizim yadigarımız kimi övladlarımıza qalacaq. Qəb
rin, ruhun və xatirən önündə baş əyirəm, mənim şair qardaşım.
Zəlimxan YAQUB,
xalq şairi
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
O GÜNÜ GÖZLƏYİRƏM Kİ...
Səyavuş Sərxanlı haqqında düşüncələr
Saralıb-solmuş köhnə qəzet və jur
nalları seçib-seçmələyir, dəcləyə-dəc
ləyə qutulara yığırdım. Əlimin altında
zamanın axarında ömrünü başa vur
muş, gərəkliyini itirmiş nəşrlər də var
idi. Düşünürdüm ki, bunlar sonuncu
axşamdır ki, mənim evimdə «qonaq»-
dır, sabah atılacaq. Nədənsə ürəyimi
anlaşılmaz, xəfif bir qüssə bürümüşdü.
Hisslərim, duyğularım isə Səməd Vur
ğunun «İllər gəlib keçdi, ömürdən il
lər» misrası üstündə köklənmişdi.
Birdən gözüm «Radio i Televidenie SSSR» jurnalını aldı. Gö
türüb baxdım. 1969-cu il nüsxələrindən biri idi. Üz qabığında bo
yaboy gənc, yaraşıqlı, ilk çıxışları ilə bütün teatr aləmini heyrət
ləndirən, məftun edən aktrisa Şəfiqə Məmmədovanın portreti ve
rilmişdi.
İçəridə daimi müəlliflərimizdən sayılan şair Səyavuş Sərxan-
lının, baş rejissor Bünyad Məmmədovun və mənim şəkillərimiz,
həm də müsahibələrimiz verilmişdi. Materiallar bununla bitmirdi.
Jurnal bütünlüklə bizim «Gənclik» baş redaksiyasının fəaliyyətinə
həsr olunmuşdu. Televiziyanın keçib gəldiyi illər ərzində ilk də-
fəydi ki, Azərbaycana bu qədər geniş yer ayrılırdı.
Mən cəmi beş-altı ay idi ki, baş redaktor işləyirdim. Televizi
yaya təzəcə isinişirdim. Təbii ki, bu xoş hadisəyə kollektiv də
sevinirdi, mən də. Komitənin rəhbərliyi də qürrələnirdi ki,
ümumittifaq miqyasında yaradıcılıq işlərimiz təqdir olunur,
nümunə göstərilir. Sədrimiz Qurban Yusifzadə jurnaldan bir neçə
nüsxə aldırıb, Mərkəzi Komitədə, Nazirlər Sovetində televiziya
ilə bağlı olan məsul işçilərə çatdırmışdı.
Səyavuş S ərxa n lı
--------------------------------------------------------------- — -------------
Kollektivimizlə qaynayıb-qarışan, doğmalaşan Səyavuş Sər
xanlı o günlər bəlkə də hamımızdan çox sevinirdi. Köşklərdə jur
nal qoymamışdı. Bir ucdan hey alıb yaxın adamlarına, dostlarına
paylayırdı...
Onunla qabaq-qənşər oturmuşduq. Gözlənilmədən Nəbi Xəzri
qapı ağzında göründü. İkimiz də dik atıldıq. Nəbi müəllim irəli
gəlib, əl verdi. Sonra üzünü gənc qələm dostuna tutub:
- Ay Səyavuş, əzizim, - dedi, - axşam yatdım, səhər ayıldım,
bir də gördüm ki. Sakit okeandan, Şimal Buzlu okeanından üzü-
bəri, Baltik sahilləri, Qara dəniz boyunca SSRİ kimi nəhəng bir
ölkə tanıyır ki, Səyavuş Sərxanlı kimi bir publisist Azərbaycan
Televiziyasının «Gənclik» baş redaksiyası ilə əməkdaşlıq edir.
Təsəvvür elə ki, indi jurnal 15 respublikanın bütün televiziya
larında yüzlərlə, minlərlə adamın stolunun üstündədir. Mən hələ
ölkə, diyar, vilayət televiziyalarını demirəm. Tirajına baxsan,
bunu özün daha aydın təsəvvür edərsən.
- Təsəvvür eləyirəm, çox sağ olun, ay ustad, - dedi Səyavuş.
- Yerdən göyə qədər razıyam.
Nəbi Xəzri cavabında:
- Ay Səyavuş, bu sevinc yaxşıdır, ürəkaçandır, - dedi. - An
caq yaddan çıxarma ki, sən şairsən, publisistsən, yəni sənin çağlar
təbin, təkrarsız qələmin var. Sən jurnalist kimi geniş arenaya çıx
dın. Arzum budur ki, poeziyada da, publisistikada da geniş üfüqlər
fəth edəsən. Həmişə xoş sorağın gəlsin. Biz də sevinək, fəxr
edək.
Mən söhbətə qoşuldum:
- Nəbi müəllim, Allahın köməyilə belə də olacaq.
Nəbi müəllim qapıya sarı yönələndə ayaq saxlayıb:
- İşinizdə olun, - dedi, - Sizə daha böyük uğurlar, sevinclər
arzulayıram.
İndi o vaxtdan çox illər keçib, çox sular axıb. Ancaq ürəyə
yazılan anlar, məqamlar unudulmur, tez-tez yada düşür xatirələr...
....Televiziyada ilk iş günüm «letuçka» ilə - həftəlik veriliş
lərin müzakirəsi ilə başladı. Camaat dağılışanda Komitə sədrinin
« a e a ?
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Dostları ilə paylaş: |