bizi bağlayan tellərdən biri, həm də onun sevdiyi gənc Elmira idi.
Elmira bizimlə bir kursda oxuyurdu. Onun fakültədə müəllimlər
arasında da yaxşı nüfuzu var idi. Sonralar Səyavuşla bizim çox
görüşlərimiz oldu. Biz ədəbi mühitdən, gənclikdən və s. çoxlu
söhbətlər edirdik. O vaxtlar biz Səyavuşdan öyrənirdik. Etiraf
edim ki, mən mətbuatda az çap olunurdum. Çap olunduğum yer
isə İrəvanda “Sovet Ermənistam” qəzeti olmuşdu. Səyavuş isə
Azərbaycan mətbuatında tez-tez çap olunurdu. Onu tanıyır, yazı
larını və şeirlərini bəyənirdilər. Sonralar mən ailə vəziyyətim və
əsgərliyə çağrılmağımla əlaqədar olaraq təhsilimi qiyabi şöbədə
davam etdirməli oldum. Amma onunla əlaqələrimi davam etdi
rirdim. Mən Bakıda olanda həmişə onunla görüşürdüm. İrəvanda
olanda da bizim telefon əlaqələrimiz olurdu. Nəzərinizə çatdırım
ki, mən hələ tələbə ikən C.Cabbarlı adına İrəvan Azərbaycan
Dövlət Dram Teatrının direktoru işləyirdim. Məni o zamanlar
İrəvanın ədəbi mühiti yaxşı tanıyırdı. Tez-tez buradakı mətbu
orqanlarda şeirlərim və publisist yazılarım dərc olunurdu. Mən
dram əsərləri də yazmağa başlamışdım. 1970-ci ildə “Məni səslə
yəndə” adlı ilk şeirlər kitabım çap olundu. İlk şeir kitabım İrə
vanda çap olunmuşdu. Mən onu Azərbaycanda yaşayan yaxın
dost-tanışa, o cümlədən, yaxın dost hesab etdiyim Səyavuş Sər-
xanlıya da göndərdim. Sonralar “Ulduz” jurnalının yeni nömrəsi
gəlib mənə çatanda gördüm ki, orada Səyavuşun həmin kitab
barəsində yazdığı “Ömürlə yol yoldaşı' yazısı çap olunmuşdur.
Məqalə mənim kitabımın mahiyyətini çox geniş şəkildə açır, onu
oxucuya təqdim edirdi. Həm də qeyd edim ki, “Ulduz” jurnalında
bu məqaləyə olduqca geniş yer ayrılmışdı.
Sonralar Bakıda yaşayarkən mən barəmdə yazılmış məqalələri
bir yerə toplayaraq bir biblioqrafik kitab çap etdirdim. O kitab
Səyavuşun həmin məqaləsi ilə açılırdı. Belə çıxır ki, mənim haq
qımda ilk sanballı söz deyən də, məhz Səyavuş olmuşdu. Bu
məqalə də təxminən 1970-ci ildə yazılmışdı. Vaxtilə Səyavuşun
yazdığı həmin yazını kitaba vermək istədiyimdən onu Səyavuşa
qaytardım ki, həmin yazıya nə isə əlavə etsin. O, çox səmimi
s s ü ä ?
Səyavuş Sərxa n lı
-----------------------------------------------------------------------------------
şəkildə razılıq verdi və məqaləni məndən aldı. Günlərin bir günü
zəngləşib görüşdük. O, həmin yazını mənim özümə qaytararaq
dedi ki, bu yazıya əl vurmağa lüzum görməyibdir və həmin yazı
tarixi yazı olduğu üçün ona yalnız bir cümlə əlavə edə bilibdir.
Həmin əlavə etdiyi sözlər aşağıdakılardan ibarət idi: "Nə az, nə
çox, düz otuz üç il bundan irəli yazdığım bu qeydləri təzədən
diqqətlə oxudum və inanın ki, tam səmimiyyətimə təəccübləndim:
yəni, necə olub ki, o uzaq illərdən mən Hidayət ömrünün bugünkü
zirvəsini belə tam aydınlığı ilə görə bilmişəm!... Bu yazıya yalnız
dahi Səttar Bəhlulzadədən aldığım müsahibədən bircə fikri əlavə
eləyirəm, o demişdi ki, əsl fitri, yaradıcı insanın gərək üfüqləri gö
rünməsin... Ürəkdən şadam ki, Hidayət də məhz belə insanlardan
biridir: şair, nasir, dramaturq, publisist, ictimai xadim...
Min şükür!...”
Səyavuşun gözəl bir şeiri "Körpə yatır” adlanır. Vaxtilə bu şei
ri oxuyan zaman mənim bu şeirdən çox xoşum gəlmişdi. Bizim
evdə körpələr olanda bu şeirin təsiri altında mən də belə bir şeir
yazdım və adını da "Yatır körpələrim” qoydum. Özü də şeiri Sə
yavuş Sərxanlıya ithaf etmişdim.
O zamanlar Səyavuş “Ulduz” jurnalında işləyirdi. Həmin ərə
fədə “Ulduz” jurnalında mənim şeirlərim çap olunurdu. Bu şeir
də çap olunacaq şeirlərin arasında idi. Rəhmətlik Əhməd Cəmil
o dövrdə jurnalın baş redaktoru idi. O, şeirlərimi məhz bu şeirə
görə bir neçə gün saxladıqdan sonra Səyavuşu yanına çağırmışdı.
Əhməd Cəmil gülə-gülə ona: - şeir çox gözəldir, söyləmişdi.
Ancaq Səyavuş, bəlkə bu şeirdəki ithafı buradan çıxaraq. Çünki
sənə həsr olunubdur, sən isə bu jurnalda işləyirsən. Qorxuram
belə bir fikir yarana bilər ki, sən burada işlədiyin üçün bu şeir
sənə ithaf olunubdur. Lakin Səyavuş demişdi ki, mən Hidayəti
yaxşı tanıyıram, bu şeir də mənim şeirimdən təsirlənərək yazıl
mışdır və odur ki, buna görə narahat olmağına dəyməz. Sonra Əh
məd Cəmil həmin şeiri olduğu kimi çap etməyə icazə vermişdi.
Sonralar Səyavuş İrəvana gəldi. Təxminən 70-ci illərin sonu,
80-ci illərin əvvəlləri idi. Biz qədim İrəvanın küçələrini piyada
t t U J ?
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
dolaşa-dolaşa tarixdən, ədəbiyyatdan, olandan-keçəndən söhbətlər
edirdik. Mən Zənginin “Dəlmə” deyilən bağlarının xarabalıqlarını
ona göstərirdim. İndi orada restoranlar, kafelər tikilmişdi. Keç
diyimiz küçələrin çoxunda vaxtilə azərbaycanlıların yaşadığını
ona danışırdım. Mən İrəvanın qədim Azərbaycan abidələrini də
ona göstərirdim. M əsələn, qədim Cümə məscidini ona göstərdim
və dedim ki, indi oranı Ermənistanın Dövlət muzeyi ediblər. Bu
Səyavuşu çox mütəəssir etmiş, onu kədərləndirmişdi.
Sonra biz Komsomolun Mərkəzi Komitəsinin həyətinə gedib
çıxdıq. Məni görənlər yaxma gəlib bizimlə çox səmimi görüş
dülər. Mən oradakı adamlara Səyavuşu təqdim etdim. Və dedim
ki, Səyavuş Sərxanlı Bakıdan gəlmiş adi adam deyildir. O, Azər
baycanın tanınmış şairi və publisistidir. Səyavuş burada məni yax
şı tanıdıqlarını görüb, hətta bir qədər təəccüblənmişdi də.
Mən Bakıya köçəndən sonra, yəni 1984-cü ildə “Gənclik” nəş
riyyatının baş direktoru vəzifəsində çalışmağa başladım. Səyavuş
la hər dəfə görüşəndə ona təklif edirdim ki, öz şeirlərini və pub
lisist yazılarını bizə təqdim etsin ki, onu çap edək. Lakin o, bunu
nədənsə hər dəfə təxirə salırdı.
Səyavuş o dövrün ən qüdrətli publisisti idi. Onun ifadələri,
yazı manerası hələ də mənim yadımdadır. Mən onun publisistika
sını çox sevirdim və mütəmadi olaraq dərc olunan bütün yazılarını
oxuyurdum. Onun özünəməxsus dili və yazı manerası var idi.
Düzdür, publisist yazılar yazanlar çox idi. Lakin Səyavuş kimi
yazanı yox idi.
90-cı illərdə Milli m əsələlər üzrə dövlət müşaviri işlədiyim
vaxtlarda işim həddindən çox olduğundan mən onu uzun müddət
görmədim. Bir gün imkan tapıb özüm onun telefonunu yığdım.
Əvvəlcə Elmira xanım telefonu götürdü. Sonra o, telefonun dəs
təyini Səyavuşa verdi. Məlum oldu ki, həmin gün onun 60 yaşı
qeyd olunur. Düzü, mən bunu bilmirdim. Amma soruşdum ki,
məni niyə dəvət etməmisən? Dedi ki, hələlik bunu ancaq ailə
daxilində qeyd edirik. Sonra bunu geniş miqyasda keçirəndə səni
də mütləq çağıracağam. Amma onu da əlavə etdi ki, mən indi də
Səyavuş S ərxa n lı
-----------------------------------------------------------------------------------
------------------------------------------------------------ Vətən, səslə oğlunu
onlara gələ bilərəm. Bu onun ürəyinin böyüklüyündən irəli gə
lirdi. Əfsuslar olsun ki, o, 60 yaşını geniş miqyasda qeyd etmədi.
Sonra biz bir neçə dəfə görüşdük. Onun arzusu Misirə gedib
orada işləmək idi. M üsəlman dövlətlərindən yalnız Misiri görmək
istəyirdi. Bu barədə hətta mənə müraciət edib kömək etməyimi
də xahiş etmişdi. O zamanlar imkan olmadığından mən onun bu
xahişinə əməl edə bilmədim. Ancaq nə vaxtsa ona bu işdə əlim
dən gələn köməyi edəcəyim i düşünürdüm. Amma buna əcəl im
kan vermədi. Günlərin bir günü eşitdim ki, Səyavuş bərk xəstə
lənibdir və onu Şəmkirə, doğma Sərxan kəndinə aparıblar. Bu
gediş Səyavuşun doğma ata-baba ocağına son gedişi oldu. Bir
müddətdən sonra eşitdim ki, istedadlı şair-publisist, səmimi və
gözəl insan, qələm və ürək dostum Səyavuş Sərxanlı artıq həyat
da yoxdur. Amansız ölüm onu öz ağuşuna alıb sıralarımızdan
apardı. Onun ölüm xəbərini ürəkağrısı ilə qarşıladım. Lakin mən
bu gün də Səyavuş Sərxanlını təmiz hisslərlə xatırlayır, qələm
dostumun həmişə sıralarımızda olduğunu düşünürəm. Çünki, o,
hələ sağlığında ikən Azərbaycanın ədəbi mühitində özünə yer
qazana bilmişdi. Bu yer isə əbədi olaraq onun adına yazılıbdır. Nə
qədər ki, Azərbaycan var, onun ədəbi mühiti var, Səyavuş Sər-
xanlının da yeri daima bilinəcəkdir. Allah ona rəhmət eləsin!
Aşağıda Səyavuş Sərxanlıya ithaf etdiyim şeiri təqdim edirəm:
YATIR KÖRPƏLƏRİM
Səyavuş Sərxanlıya
Yatır körpələrim, yatırlar hələ...
Yatırlar anamın öz laylasında,
Hələ nə at çapır belədən-belə,
Nə nəğm ə deyirlər el havasında.
Ömür karvanının körpə çağında
Yatır üç şəhərin narahat yolu.
ç o ?
Dostları ilə paylaş: |