– H
ə, nə deyirsiniz, – dedi, – hər şeyi olduğu kimi bizə
açıb danışırsınızmı?
M
ən başımla “yox” işarəsi verdim, çünki danışılası bir
sözüm yox idi.
– Dem
ək, canınıza yazığınız gəlmir? Axı siz mədəni bir
insan, yazıçısınız. Sizə yaşamaq, yaratmaq, vətən naminə çalış-
maq lazımdır. Bir düşünün, siz bu sarsaq inadkarlığınızla özü-
nüzü nec
ə də pis günə salırsınız. Bizə onsuz da hamısı bəllidir.
Siz dövl
ət əleyhinə təbliğat aparmış və əksinqilabi təşkilatda
işləmişsiniz. Bu olduqca böyük cinayətdir. Lakin bunu özünüz
biz
ə boyun alsanız, bəzi aydın olmayan məsələləri şərh etsəniz,
t
əşkilatda daha kimlərin olduğunu desəniz sizi inandırıram ki,
tam azad edilm
əsəniz də, bir neçə aylıq cəza alarsınız.
M
ən ağır-ağır dedim:
– M
ən nə dövlət əleyhinə təbliğat aparmış, nə də əksin-
qilabçı təşkilatda çalışmışam. Odur ki, sizə heç nə deyə bilmə-
y
əcəm.
Müst
əntiq hirsindən qıpqırmızı qızardı:
– Dem
ək belə! Demək, siz hələ də öz düşmən fikirləri-
nizd
ən əl çəkməmişsiniz.
– M
ən düşmən deyiləm, - deyə mən az qala bağırdım.
– Sus, alçaq! – dey
ən müstəntiq əlində oynatdığı kiçik
tapanç
anın dəstəsini başıma vurdu. Qan fışıltı ilə yuxarı atıldı
v
ə sonra üstümə tökülməyə başladı. Müstəntiq stolunun yeşi-
yini açıb oradan götürdüyü bir parça binti mənə atdı.
M
ən bintlə başımı sarıdım, lakin isti qan yavaş-yavaş
boynuma süzülür v
ə oradan bədənimə keçərək məndə xoşagəl-
m
əz bir gizilti əmələ gətirirdi.
Müst
əntiq yenə kommutator vasitəsilə 48-dən bir icra
qrupu g
ətirdi. Gələn 3 nəfər məni aralarına alıb apardılar.
Yeraltı binada kiçik bir kameraya salıb, qapını bağladılar.
M
əni təəccüb bürüdü. “Əgər məni cəza üçün buraya
g
ətirmişlərsə, burada nə var ki?” – deyə düşündüm. Təqribən
~
145
~
3-4 d
əqiqədən sonra divarlarda nə isə qəribə bir fışıltı səsi
eşidildi. Doğrusu, mən bir qədər qorxdum da.
Bird
ən divarların arasından yüzlərcə yerdən buğ çıxmağa
başladı. Buğ bir an içərisində qatılaşdı. Nəfəsim təngləşirdi.
Qapının bağlı olduğunu bilsəm də, onu itələyir, açmaq istəyir-
dim.
M
ən boğulurdum, gözlərim yaşarır, ürəyim hədsiz sürətlə
çırpınırdı. isti buğu udmamaq üçün əlimlə ağzımı və burnumu
tuturdumsa da, bu çox az köm
ək edirdi.
Tezlikl
ə huşumu itirdim.
Ayılarkən başqa bir yerdə idim. Üstümə su tökdükləri
üçün paltarım tamam yaş idi. Başımın üstündə duran həmin
“h
əkim” nəbzimi tutdu və yanındakılara:
– Götürün, – dedi, –
bir şey olmaz.
Qollarımdan və qıçlarımdan yapışıb məni əvvəlki yerimə
g
ətirdilər və isti buğun içinə atdılar. Mən “atdılar” deyirəm,
çünki üsulluca yer
ə qoymayıb, məhz tulladılar. Hətta mən bir
q
ədər əzildim də.
Dey
əsən, bu dəfə əvvəlkindən bir az artıq dözdüm. İsti
buğu udduqca qəfəsə salınmış vəhşi heyvan kimi otağın içində
çırpınır, bircə udum təmiz hava axtarır, təəssüf ki, tapmırdım.
Bir q
ədərdən sonra yenə huşumu itirdim və ayılarkən
yen
ə də o “həkim”i və iş icraçılarını başımın üstündə durmuş
gördüm.
M
ənim üstümə bir vedrə soyuq su töküb, təzədən buğun
iç
ərisinə tulladılar.
Görünür, bu d
əfə huşumu lap tez itirmişəmmiş. Çünki
heç bir şey yadıma gəlmir. Fəqət ayrılarkən özümü öz kame-
ramda gördüm. Yaxşı ki, daha başımın üstündə duran yox idi.
M
ən yorulmuşdum. Döyülmək, üç dəfə o müdhiş buğun
iç
ərisinə atılmaq məni yormuşdu. Mən dincəlmək, doyunca
yatmaq ist
əyirdim.
~
146
~
Lakin istintaq orqanları da deyəsən bunu bildikləri üçün
m
əni dincəlməyə qoymur, müxtəlif cəza tədbirlərini təcrübədən
keçirir, m
əni etmədiyim cinayətləri boynuma almağa məcbur
etm
ək istəyirdilər.
T
əxminən, 2 saat keçdi. Məni ayağa qaldırıb kameradan
çıxartdılar. Qarovullar məni dövrəyə alıb həbsxananın həyətinə
çıxardılar və burada biz bir yeraltı binaya – karsera daxil olduq.
Bura t
əxminən 10 metr yerin altında idi. Mən bunu en-
diyimiz pill
ələrin sayından müəyyən etdim, çünki biz 62 pillə
enmişdik.
H
ər tərəf zülmət qaranlıq idi. Yalnız qarovullar arabir
əllərindəki cib fənərləri ilə yolu işıqlandırırdlar. Nəhayət, biz
lazım olan yerə çatdıq. İrəlidə gedən qarovulçu durdu, əyilib
yerd
ə olan dəmir qapının qıfılını açdı, o biri iki nəfər məni
götürüb aşağı salladı və qapını qıfıllayıb uzaqlaşdı.
M
ənim düşdüyüm yer, təxminən, 2 metr dərinliyində
olub, qurşağıma qədər su ilə dolu idi. Mən əllərimi sürtə-sürtə
mü
əyyən etdim ki, buranın eni və uzunu təxminən bir metrdir.
Yorulduğum üçün divara söykəndim, lakin sən demə suyun
qıraqlarında xüsusi oyuqlar qayrılıbmış və bu oyuqlara iri
siçovullar salınıbmış. Mən divara söykənən kimi onlardan bir
neç
əsi mənim paltarımı çeynəməyə başladı. Doğrusunu deyim
ki, h
ələ azadlıqda olanda belə mən siçan və siçovullardan
çiyrin
ərdim. Onları görəndə, nə isə ətim ürpəşdi. İndi burda
onlarla bir yerd
ə, özü də qaranlıqda qalmaq mənə pis təsir etdi.
C
əld bu divardan ayrılıb o birisinə söykəndim. Buradakı
siçovullar lap h
əyasız imiş. Onlardan birisi mənim kürəyimə
dırmaşdı və boynumu çeynəmək istədi. Mən dəli kimi yerim-
d
ən tullandım və siçovul üstümdən suya düşdü. O civildəyə-
civild
əyə suyun içindən çıxıb yuvasına girdi.
M
ən daha divarlara söykənməkdən qorxduğum üçün kar-
sın dik ortasında dayandım.
~
147
~
Dostları ilə paylaş: |