Axşamüstü Kobılyatski daha yeriyə bilmədi. Özü razı
olmasa da biz onu növb
ə ilə dalımıza götürür, geridə qalmasına
yol vermirdik. Çünki bunun n
ə ilə nəticələnəcəyini bilirdik.
Lakin biz özümüz d
ə güclə hərəkət edirdik. Kobılyatskini
dalımıza aldığımıza görə bir qədər də yavaş yeriməyə başladıq.
Bu, n
əzarətçilərin gözündən yayınmadı. Onlar dəstəni saxla-
dılar. Bütün yalvarış və təhdidlərimizə baxayaraq, Kobıl-
yatskini
əlimizdən aldılar.
Y
əhudi, Savelyev, Quruşeitski və mən onların üstünə
atıldıq, biz yoldaşlarımızı bəri, nəzarətçilər o yana dartırdılar.
Başımızın üstündən bir neçə güllə atıldısa da, buna əhəmiyyət
verm
ədik.
Savelyev dedi:
–V
ətəndaş nəzarətçilər, bu adamın xəstəliyi kor bağır-
sağının tutmasıdır, tezliklə sovuşub gedəcək. Onsuz da dura-
cağa az qalıb, qoyun dalımızda aparaq.
–
Axı bunun sizə nə ziyanı? – deyə mən yumşaqlıqla
soruşdum.
N
əzarətçi cavab əvəzinə əlindəki rezin şallağı iki-üç dəfə
başıma endirib, məni dəstənin içərisinə itələdi.
Yoldaşlarımı da döyə-döyə dəstəyə qoşdular və bizi
ir
əliyə qovdular.
Ko
bılyatski qarın içində qaldı.
Heç 1 km
aralanmamışdı ki, arxadan güllə səsi eşidildi.
Hamı papağını çıxartdı; bizim əziz yoldaşımız belə həlak oldu.
***
–
Ey, faşist! Zirək tərpənsənə!
– Tez olun, heyvanlar, sizd
ən ötəri bu soyuqda çoxmu
qalacağıq?
– Hey, qoca köp
ək, bir az zirək tərpənsənə!
10-15 n
əfər əli tüfəngli nəzarətçinin və bir sürü avçarka
itl
ərinin qabağına qataraq apardığı çoxlu dustaqların hərəkət
etdiyi yolda yalnız bu sözlər eşidilirdi.
~
188
~
Hava olduqca soyuq idi, 40
0
-
lik bu şaxtada özlərini
duracağa daha tez yetirmək üçün nəzarətçilər bu məzlum
insanları tələsdirir, söyür və təhqir edirdilər.
M
əhbuslar içərisində qocalar və xəstələr də var idi. Əgər
biz bu adamlara arxasındakı şələsi çox ağır olan bir-iki nəfəri
d
ə əlavə etsək, dəstənin çox yavaş yeriməli olduğunu görərik.
D
əstə doğurdan da çox yavaş hərəkət edirdi. Həm yor-
ğunluq, həm aclıq, həm də ruhi düşkünlük tez-tez yeriməyə
imkan vermirdi. N
əzarətçilər bu ağır tərpənmədən hiddətlənir,
əllərindəki rezin qamçılarla geri qalanların kürəyini ölçür,
insanı didməyə hazır olan afçarkaları məhbusların üzərinə
qısqırdırdılar.
Bird
ən şimal təbiətinə uyuşmayan sərt bir külək qopdu.
N
əzarətçilər üç mərtəbəli ana söyüşləri söyərək daha artıq
t
ələsməyə başladılar. Külək vıyıldayaraq qarı insanların üzə-
rin
ə çırpır, qabağa çıxan qar topaları adamların tez-tez yerə
yıxılmalarına səbəb olurdu. Tezliklə yüklülər öz yüklərini at-
malı, zəiflərə və qocalara kömək etməli oldular.
Gec
ə düşürdü. Duracağa çatmaq ümidindən əl çəkən
n
əzarətçilər dəstəni gecələmək üçün çölün ortasında saxlamağa
m
əcbur oldular. Əldən düşmüş, yorulmuş insanlar bu
dayanmağı özləri üçün xoşbəxtlik hesab etdilər. Hamı
yorğunluğunu çıxarmaq üçün qalın qarın üstündə oturdu. Lakin
tezlikl
ə məlum oldu ki, ayağa durub hərəkət etməsələr, bu
tufanda donub m
əhv olacaqlar. Nəzarətçilər öz xizəklərinin
üstünd
ə dəstənin başına fırlanıb və nisbətən özlərini gümrah
hiss edirdil
ər. Məhbusların isə aclıq və yorğunluqdan ayağa
durmağa taqətləri yox idi. Onlar artıq 23 gün idi ki, belə
şəraitdə şimala doğru irəliləyirdilər. Lakin indi, donub
öl
əcəklərini hiss etdikləri bir anda, sanki onlara pəhləvan
qüvv
əsi verildi. Həyat eşqi bu adamları ayağa durmağa məcbur
etdi. Onlar bir-birind
ən tutub göz-gözü görməyən zülmət
iç
ərisində kiçik bir sahədə dövrə vurmağa başladılar.
~
189
~
Yorğunluqdan dizlər bükülür, aclıqdan mədə ağrıyır,
yuxusuzluqdan başlar partlamaq dərəcəsinə gəlirdi. Lakin
çöllükd
ə donmamaq, məhbusluqda ölməmək üçün bu məzlum
insanlar sabaha q
ədər tufanın qabağında qarın üstündə təpik
döym
əli oldular. Ara-sıra yıxılanları zorla ayağa qaldırıb
yanlarınca sürüyür, ölmək vacib olan bu adamları ölməyə
qoymurdular.
Keşiş Milovanoviç məndən 2 adam irəlidə idi. Birdən
d
əstədən üzülüb qarın içərisinə yıxıldı. Ətəyindən tutduğum
Qorbatovski bunu görc
ək ayaq saxladı. Cəld keşişin yanında
yer
ə çöməlib:
– Siz
ə nə oldu, atacan, – dedi, – niyə yıxıldınız?
Keşiş üzgün bir halda:
– Ölür
əm, daha yeriməyə taqətim yoxdur, – dedi.
Qorbatovski onu yerd
ən qaldırmaq istədikdə keşiş hirs-
l
əndi:
– Ay A
llahın bəndəsi, – dedi, – məndən əl çəksənə. Öl-
m
əyə də qoymayacaqsan?
– Yox, – dey
ə Qorbatovski inamla səsləndi və Milova-
noviçi
ayağa durquzub özü ilə mənim aramda yeriməyə məcbur
etdi. Keşiş bir-iki addım atdıqdan sonra özünü təkrar yerə
vurdu. Bu d
əfə Qorbatovski onu ayağa qaldırıb, üzünə iki sərt
sill
ə vurdu və:
–
Əgər yeriməsəniz, sizi döyə-döyə öldürəcəyəm, – dedi.
Milovanoviçi zorla özümüzl
ə sürüməyə, yeritməyə başla-
dıq. Ölüm az qala ağzını açaraq yüzlərlə qadının və uşağın
intizarla gözl
əməkdə olduğu bu adamları məhv etməyə çalışır,
lakin buna nail ola bilmirdi.
Yavaş-yavaş səhər açılır, dan yerinə səda düşürdü.
Fırlanmaqda olan bu dəstənin irəlisində gedən Qorbatovski
sabahın alatoranlığında fırlandıqları sahənin ortasında 3-4
qaraltı gördü. İldırım vurmuşlar kimi dəstədən ayrılıb qaraltı-
~
190
~
Dostları ilə paylaş: |