SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə26/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

62 
 
ilə ittiham olunur. 
7.
 
Sedrak Vlasov - Sadıq bəy Ağalarovun ifadəsi ilə ittiham olunur. 
8.
 
Samvel Doliyev - dəllək, yuxarıdakı şahidlərin ifadəsi ilə ittiham olunur. 
9.
 
Petrosyants  -  Şamaxıda  Qırmızı  küçədəki  baqaliyyə  mağazasının  sahibi,  Hacı 
Kərim Əziz oğlunun ifadəsi ilə ittiham olunur. 
10.
 
Ata  İvanov  -  Şamaxıda  gön-dəri mağazasının sahibi,  Alıxan bəy Əyyubovun 
və Asif bəy Şıxəlibəyovun ifadəsi ilə ittiham olunur. 
11.
 
Oğul İvanov - yuxarıdakı şahidlərin ifadəsi ilə ittiham olunur. 
12.
 
Ovanes - Şamaxıda dəllək, yuxarıdakı şahidlərin ifadəsi ilə ittiham olunur. 
13.
 
Sandrik Aqrayev - dəllək, yuxarıdakı şahidlərin ifadəsi ilə ittiham olunur. 
14.
 
Artyom Ter-Matevosyans - Sadıq bəy Ağalarovun ifadəsi ilə ittiham olunur. 
15.
 
Yaqub  Martirosyants  -  dəllək,  Süleyman  Məşədi  Rəhim  oğlunun  ifadəsi  ilə 
ittiham olunur. 
16. Armenak  Yaquboviç  Martirosyants  -  həmin  şahidlərin  ifadəsi  ilə  ittiham 
olunur. 
17.
 
Aleksandr Xaçaturov – çəkməçi. 
18.
 
Mixail Xaçaturov – çəkməçi. 
19.
 
Dyuni bəy çəkməçi (pinəçi). 
20.
 
David (soyadı bilinmir). 
21.
 
Qaspar  -  Saqiyan  kənd  sakini,  Abdulla  Abdullayevin  şahidliyi  ilə  ittiham 
olunur. 
22.
 
Gerasim Aqriyev - Mədrəsə sakini, Məlik Nemət oğlu Məlikovun şahidliyi ilə 
ittiham olunur. 
23.
 
Mixail  Karabanov  -  malakan,  Şamaxı  xəzinədarlığın  işçisi  -  Cəlil  bəy 
Cəbrayılov və Tərlan bəy Əliyarbəyovun şahidliyi ilə ittiham olunur. 
24.
 
Gülbəndov  -  Zabit,  Arşak  Gülbəndovun  oğlu,  keçmiş  poçt-teleqraf 
kontorunun rəisi,  1) həkim Vladimir Pavloviç  Sazanov; 2) Əliheydər Tağıyev; 3) 
Asif bəy Şıxəlibəyovun; 4) Tərlanbəy Əliyarbəyovun şahidliyi ilə ittiham olunur. 
25.
 
Xaçanov - Şamaxının keçmiş pristavı 
26.
 
Şabanov - Şamaxı şəhər sakini həkim Sazanovun şahidliyi ilə ittiham olunur. 
27.
 
Mixail Ter - Qriqoryev - Şamaxı şəhər sakini 
28.
 
Arşak Tarasov – Şamaxı şəhər sakini 
29.
 
Artamanov – rus, Cabanıda müəllim 
30.
 
Boris Polovşekin 
31.
 
Semyon Polovşekin 
32.
 
Vladimir Domiev, 
33.
 
Mamikon Doliv və s. 47 nəfər Çuxuryurd kənd sakinləri. 
34.
 
Babacan Maçekislov – Şamaxı sakini Əliheydər Hacı Ağa oğlunun şahidliyi 
ilə ittiham olunur. 
35.
 
Atabəyov – Şamaxının keşmiş komissarı Siracəddin Əfəndiyevin şahidliyi ilə 
itttiham olunur. 


63 
 
36.
 
Serebriyakov – Şamaxı şəhər sakini 
37.
 
Artur Xaçaturov – bənna 
38.
 
Kolye (Nikolay) – erməni, Şamaxıda silah ustası, Məşədi Heydər Sultanovun 
şahidliyi ilə ittiham olunur. 
39.
 
Tumas – Şamaxı şəhər sakini 
40.
 
Marazyants - Şamaxı uyezdinin Saqiyan kənd sakini 
41.
 
Matras - dəmirçi 
42.
 
Nikitov  Camiran  oğlu  -  Şamaxı  sakini  Hacı  Hüseyn  Salamovun  şahidliyi  ilə 
ittiham olunur. 
Yuxarıda  göstərilənlərə  əsaslanaraq  mən  hesab  edirəm  ki,  adları  çəkilən 
cinayətkarlar cəzalandırma və Baş Məclisin 13, 129, 927, 1633, 1636, 1607, 1153 
maddələri ilə ittiham olunmalıdırlar. 
Qeyd:  Adları  göstərilməyən  cinayətkarlar  Şamaxı  şəhərində  yaşamış  və 
tədqiqat zamanı iştirak edə bilməmişlər. 
 
Komissiya üzvü: A.Novatski
75
 
 
Həmin  cinayətkarların  bir  çoxu  haqqında  qəbul  edilmiş  qərarda  isə 
oxuyuruq: 
“1919-cu il iyul ayının 12-də, Azərbaycan  fövqaladə  İstintaq Komissiyası, 
həmin  komissiyanın  üzvü  Novatskinin  məruzəsini  dinləyərək,  Bakı  şəhər  sakini 
Stepan  Lalayev,  Şamaxı  şəhər  sakinləri  Qavril  Qaraoğlanov,  Arşak  Gülbəndov, 
Mixail  Arzumanov,  Karapet  Karamanov,  Simvel  Doliyev,  Petrosyans  (adı  məlum 
deyil), İvanov-oğul (zabit, adı məlum deyil), Ovanes (dərzi, familiyası naməlum), 
Armenak  Yaqubov  Martirosyans,  Yaqub  Martirosyans  -  Aleksandr  Xaçaturov, 
Mixail  Xaçaturov,  Allahverdi  Minasov,  Krikor  (dəmirçi,  familiyası  bilinmir), 
Karabanov (adı bilinmir  -  keçmiş Şamaxı Xəzinadarlıq işçisi), Gülbəndov (Arşak 
Gülbəndovun  oğlu),  Xaçanov  (keçmiş  pristav,  adı  bilinmir),  Şabanov  (keçmiş 
zabit,  adı  bilinmir).  Vladimir  Doliyev,  Mamikon  Doliyev,  Babağan  Mikakiyev, 
Nikolay (silah ustası, familiyası bilinmir), Arutyun Xaçaturov (bənna), Artamanov 
(Cabani-rus  kəndinin  keçmiş  müəllimi),  Gerasim  Ağrıyev  (Mədrəsə  kənd  sakini, 
Sandrik Ağrıyev (Saqiyan kənd sakini), Qaspar və Ağamalovu (Qarabağ ermənisi, 
üzüm  istehsalı  üzrə  instruktor)  Şamaxı  şəhəri  və  Şamaxı  qəzasının  yüzlərlə 
kəndlərində  düşünülmüş  surətdə,  əvvəlcədən,  bir  neçə  minlik  güclü  silahlanmış 
dəstələr yaradaraq, dini köklərə əsaslanaraq, IX mart 1918-ci ildən başlayaraq bir 
neçə  gün  ərzində,  minlərlərə  günahsız  insanları  -  uşağı,  qadını,  qocanı,  kişini 
vəhşicəsinə  məhv  etdikləri  üçün  təqsirli  bilir.  Bu  faciə  törədilərkən,  həmin 
cəlladlar,  qeyri-insani  vəhşiliklərə  əl  atmışlar  -  insanların  qulaqlarını  burunlarını 
kəsmiş,  gözlərini  çıxartmış,  qadınların  qarınlarını  yırtmış,  körpə  uşaqları  süngiyə 
                                                           
75
 Az.R. DA f. 1061, 1. İş. 87, v. 6-8. 


64 
 
keçirmişlər. 
Silahlar 
əsasən 
toplardan, 
pulemyotlardan, 
tüfənglərdən, 
tapançalardan, qılınclardan ibarət olub. Basqın zamanı yüzlərlə zorlama hadisələri 
qeydə  alınmışdır.  Daşınan  əmlakın  talan  edilməsi,  bir  milyard  manatdan  çox 
hesablanır. 
Şamaxı  şəhərinin  müsəlman  yaşayan  hissələri  tamamilə  yandırılmış  və  ya 
məhv  edilmişdir.  Şamaxı  və  onun  qəzasında  13  məscid  xarabaya  çevrilmişdir. 
Bütün bunlara əsaslanaraq, Azərbaycan Respublikasının 21 mart 1919-cu il tarixli 
qərarı  və  Azərbaycan  Ədliyyə  Nazirliyinin  25  iyun  1918-ci  il  tarixli  3166  N-li 
sərəncamına əsasən qərara alır: 
Adları  yuxarıda  göstərilən  müqəssirlər  Cinayət  Məcəlləsinin  13,  129,  922, 
927, 1630, 1633, 1637, 1453 və 1607 maddələri ilə ittiham olunsunlar. 
 
Komissiyanın sədri: (imzası) Kommisiyanın 
 üzvləri: (4 üzvün imzaları)
76
 
* * * 
Azərbaycan  Demokratik  Cümhuriyyəti  tərəfindən  hər  ili  mart  ayının  31-i 
soyqırımı – matəm günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti 
Heydər  Əliyev  cənabları  26  mart  1998-ci  il  fərmanında  bu  işə  xüsusi  qiymət 
verərək  yazır:  “Azərbaycan  Demokratik  Cümhuriyyəti  yaranandan  sonra  1918-ci 
ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 
15-də bu faciənin tədqiqi məqsədilə fövqalədə İstintaq Komissiyasının yaradılması 
haqqında  qərar  qəbul  etdi.  Komissiya  mart  soyqırımını,  ilk  ilkin  mərhələdə 
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır 
cinayətləri  araşdırdı.  Dünya  ictimaiyyətinə  bu  həqiqətləri  çatdırmaq  üçün  Xarici 
İşlər Nazirliyi nəzdində  xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 
31-i  ilk  dəfə  Azərbaycan  Demokratik  Cümhuriyyəti  tərəfindən  ümummilli  matəm 
günü kimi qeyd edilmişdir”.
77
 
Bu komissiya Şamaxıda soyqırımı törədən cinayətkarları müəyyən edəndən 
sonra  xeyli  müddət  istintaq  aparılmışdır.  Komissiya  ilk  əvvəl  Şamaxıda  bu  işə 
rəhbərlik edən Stepan Lalayevin  mühakiməsi ilə bağlı 14 mart 1919-cu il tarixdə 
cinayət işi başlamışdır. Erməni terrorçusunun törətdiyi bütün cinayətlər, şahidlərin 
ifadəsi ilə sübuta yetirilmişdir. S.Lalayevin cinayətləri barədə məhkəmə müstəntiqi 
Komarovskinin tərtib etdiyi bir çox sənədlər mövcuddur. 
İş N-22 Əlahiddə işlər üzrə, məhkəmə müstəntiqi Komarovski, 13 1453 N-li 
1525-1606 maddələr üzrə, ittiham olunan Stepan Lalayevin işi 
Baş: 20
/
II-1919-cu il. 
 
                                                           
76
 ARDA foid 1061 siy. 1, iş 108, s.15 
77
 Azərbaycanlıların  soyqırımı  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı,  Xalq  qəzeti, 
26.III.1998. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə