SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

60 
 
Qafqaz  İslam  Ordusu  Şamaxını  azad  edəndən  sonra  Bakı  uğrunda 
mübarizəyə başladı. Avqust ayında türk ordusu şəhəri mühasirəyə aldı. Bu zaman 
düşmən qüvvəllərinin  -  Şaumyanın tərəfdarlarının  sayı xeyli güclənmişdi.  Bakıda 
olan  ingilis  əsgərləri  də  erməni-bolşevik  qüvvələrinin  tərəfinə  keçmişdilər.  Odur 
ki,  Nuru  Paşa  Qafqaz  İslam  Ordusunun  Bakı  Komissarının  5-ci  Qafqaz 
Diviziyasına belə bir tapşırıq verdi: “Bakıda  yerləşən ingilislər Azərbaycanın çox 
hissəsini  ermənilərə  verərək  onların  üstünlüyünü  yaratmağa,  istər  Qafqaz,  istərsə 
də Gürcüstan müstəqil hökumətinə hədə-qorxu gəlməyə çalışacaqlar. Bu vəziyyəti 
nəzərə  alaraq,  Bakıya  hücum  edilməli,  ingilislər  və  erməni  bolşevikləri  şəhərdən 
çıxarılmalıdır”.
72
 
Düşmən  qüvvələrinin  gücünün  artdığını  görən  Nuru  Paşa  “Azərbaycanda 
olan  Osmanlı  birləşmələrini  möhkəmləndirmək  və  Azərbaycan  Milli  ordusunun 
təməlini  qoymaq  məqsədilə  Azərbaycan  korpusu  təşkil  etmək  üçün  13  avqust 
1918-ci  ildə  bir  əmr  verdi.  Nuru  Paşanın  bu  korpusu  qurmaqda  məqsədi  osman 
birlikləri Azərbaycandan getdikdən sonra yaranacaq boşluğun bu korpus tərəfindən 
doldurulması və Azərbaycan Cümhuriyyətinin təhlükəsizliyinin qorunması idi”. 
Müzəffər  Qafqaz  İslam  ordusunun  uğurlu  döyüşü  nəticəsində  sentyabr 
ayının  15-də  Bakı  şəhəri  düşmənlərdən  tamamilə  azad  olundu.  Ordunun  başçısı 
Azərbaycan Cümhuriyyətinə - Gəncəyə təbrik teleqramı göndərdi. Şübhəsiz ki, bu 
uğurlu  döyüşdə  Qafqaz  İslam  Ordusu  da  xeyli  itki  vermişdi”.  Avqust  ayının 
əvvəllərindən  başlayaraq,  Bakı  cəbhəsində  olan  5-ci  Qafqaz  Diviziyasının  15 
sentyabra  qədər  verdiyi  itki  isə  30-u  zabit  olmaqla,  1130-a  yaxın  idi.  Bakı 
hücumunda  azərbaycanlı  dəstələrdən  meydana  gələn  qarnizonun  11  şəhidi  və  44 
yaralısı vardır”.
73
 
“Bakının  azad  olunması  mübarək  bir  gün  olan  Qurban  bayramına  təsadüf 
etmişdi. Azərbaycan türkləri ikiqat bayramı bir aləmdə yaşayırdı”.
74
 
Azərbaycanın  erməni-bolşevik  bəlasından  xilas  edilməsində  qardaş  türk 
xalqının qəhrəman döyüşçüləri ilə yanaşı  Nuru Paşa, Musa Paşa İzzət Paşa, Cəlil 
Cahid    bəy  (Toydəmir  bəy),  Halım  Perənev  bəy,  Mürik  Paşa  və  Ənvər  Paşanın 
misilsiz xidmətləri olmuşdur. 
Bir  sözlə,  türk  qardaşlarımız  xalqımızı  bu  müdhiş  bəladan  böyük  itkilər 
bahasına  xilas  etdikləri  kimi,  erməni  terrorçularına  da  əməlli-başlı  dərs  verdilər. 
Amma S.Şaumyan və onun əlaltılarının təşkil etdiyi və qəsdən törətdiyi 1918-ci il 
soyqırımı nəticəsində Azərbaycan başdan-başa dağıdılmış, yandırılmış, xalqımızın 
əsrlərin  sınaqlarından  keçmiş  yüzlərlə  memarlıq  abidələri,  tariximizi,  adət-
ənənələrimizi  özündə  yaşadan  qədim  əlyazmalar,  kitabələr,  sənədlər  bilərəkdən 
                                                           
72
 “Zaman” qəzeti, 16 may, 1998-ci il. 
73
 Birinci Dünya Müharibəsində Osmanlı Ordusunun Qafqaz hərəkatı - Bakı, 1998, səh. 42.  
74
 Yenə orada, səh. 51. 
 


61 
 
məhv edilmişdir. Odur ki, Fövqəladə İstintaq Komissiyası Şamaxıya dəymiş maddi 
ziyanın  miqdarını,  təxmini  də  olsa,  müəyyən  etmişdir.  Belə  ki,  “hesablamalara 
görə,  Şamaxının  müsəlman  əhalisinə  dəyən  ziyan  bir  milyard  manatdan  çox 
olmuşdur”.  Amma  Şamaxıya  dəymiş  mənəvi  ziyanı  isə  heç  cür  dəqiqləşdirmək 
mümkün deyildir. 
*** 
“Şamaxını  darmadağın  etmiş  və  yandırmış  terrorçuların  əsas  ideyası: 
“öldürmək və qarət etmək, qarət etmək və öldürmək” olmuşdur. Şamaxı şəhərinə 
hücum,  kütləvi  dağıntılar  və  qətllər  millətçi  S.Şaumyanın  rəhbərliyi  və  yerli 
ermənilərin  əli  ilə  hazırlanmış  və  əsasən,  Stepan  Lalayev,  Qavril  Qaraoğlanov, 
Arşak  Gülbəndov,  Mixail  Arzumanov,  Karapet  Aramanov,  şuşalı  Ağamalov, 
Sedrak Vlasov, Samvel Doliyev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Ovanes 
və başqaları tərəfindən həyata keçrilmişdir, icra edilmişdir. Bütün bu erməni quldur 
başçıları  öz  bandaları  ilə  birlikdə  Şamaxıda  kütləvi  yanğınlar  və  qətllər  təşkil 
etmişlər. 
Ümumiyyətlə,  yuxarıda  göstərilən  cinayətlər,  kifayət  qədər  dəlil  və 
sübutlarla təsdiq olunmuş aşağıda adları qeyd olunan zərərdidə şahidlər tərəfindən 
təsdiq olunmuşdur. 
1. Stepan Lalayev - aşağıdakı şahidlərin verdikləri ifadələrə əsasən ittiham  olunur: 
1)  Mövsüm  bəy Sadıqbəyov; 2) Əbdülhüseyn Əliyev; 3) Hacı Kərim Əziz oğlu; 
4)  Məhyəddin  Əfəndi  oğlu;  5)  Nəsrulla  Hacı  Süleyman  oğlu;  6)  Məhəmməd 
Əbdülrəhim  oğlu  Abdullazadə;  7)  Hacı  Heydər  Hacı  Yusifoğlu;  8)  Abdulla 
Abdullayev; 9) Məlik Nemət oğlu Məlikov; 10) Kərbəlayi Yusif Məmmədov; 11) 
Alixan  bəy  Əyyubbəyov,  12)  Cavad  bəy  Məmmədov;  13)  Hüseyn  Baba  Məşədi 
Əbdüləli oğlu; 14) Siracəddin Əfəndiyev. 
2.
 
Qavril  Qaraoğlanov  -  Şamaxı  qəza  rəisinin  keçmiş  köməkçisi,  aşağıdakı 
şahidlərin verdikləri ifadələrə əsasən ittiham olunur:  1) Mövsüm bəy Sadıqbəyov; 
2)  Əbdülhüseyn  Əliyev;  3)  Hacı  Kərim  Əziz  oğlu;  4)  Cəlal  Molla  Fətti  oğlu;  5) 
Sadıq bəy Ağalarov; 6) Məhyəddin Əfəndi oğlu; 7) Məşədi Rəsulhüseyn Əli oğlu; 
8) Nəsrulla Hacı Sultan oğlu; 9) Məhəmməd Əbdül Rəhim oğlu Abdullazadə; 10) 
Abdulla  Abdullayev;  11)  Məşədi  Ələkbər  Kərim  oğlu;  12)  Məlik  Nemət  oğlu 
Məlikov;  13)  Ağasəlim  Hacı  Əliyev;  14)  Əli  Heydər  Tağıyev;  15)  Alıxan  bəy 
Əyyubov; 16) Cavad bəy Məmmədov. 
3.
 
Arşak  Gülbəndov  -  Şamaxı  poçt-teleqraf  kontorunun  keçmiş  rəisi,  yuxarıdakı 
şahidlərin ifadəsi ilə ittiham olunur və əlavə 17) Panteleymanov İvanoviç Puqaçov, 
18) Asif bəy Şıxəlibəyov, 19) Siracəddin Əfəndiyev. 
4.
 
Mixail  Arzumanov  -  Şamaxı  aptek  mağazasının  sahibkarı,  həmin  şahidlərin 
ifadəsi ilə ittiham olunur. 
5.
 
Karapet  Karamanov  -  Hacı  Kərim  Əfəndi  oğlunun  və  Məhyəddin  Əfəndi 
oğlunun ifadələri ilə ittiham olunur. 
6.
 
Ağamalov  -  Qarabağ  ermənisi,  Şamaxıda  təlimatçı,  həmin  şahidlərin  ifadələri 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə