SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

99 
 
sakinlərinin  yaddaşından,  folklor  nümunələri  ilə  yanaşı,  kollektivləşmə,  kolxoz 
yaranması, 1937-ci il faciəsi və erməni qırğını ilə bağlı çoxlu faktlar aşkar etdik.
112
 
Yaddaşlardan: “Erməni vəhşilərinin kəndə tərəf gəlişini eşidən camaat Çöl-
Göylərə tərəf qaçmağa başladı. Atam mal-qaramızı tezdən aparmışdı. Anam xəstə 
idi. O, gedə bilmirdi. Odur ki, kəndin ortasında olan Pir-Mərdəkan qəbristanlığına 
pənah  apardıq.  Qəbristanda  olan  uçuq  karvansaranın  içində  gizləndik.  İki  gün 
qaldıq. Ermənilər qəbristanlığa girmədilər. Onlar kəndi yandırıb, taladılar (Sehrab 
Alış oğlu - 86 yaş). 
Qardaşxan  Uhud  oğlunun  dediklərindən  (1908-1999).  “Camaatın  çoxu  lap 
ertədən  kəndin  Küdriyə  baxan  hissəsində  Dibəyliyə  yığışmışdı.  İngilis  silahı  ilə 
silahlanmış ermənilər Çarhandan Qaçanoya tərəf yol alanda kənddə qalan adamlar 
da  yenidən  qaçmağa  başlayırlar.  Qaça  bilməyən  yaşlı  qadın  və  kişilər,  xəstələr 
kəndin müxtəlif yerlərində gizlənirlər. Belələrindən biri də Eminə Şirali qızı oldu. 
O, məscidin minbələrinə çıxıb gizlənir. Ermənilər məscidin içini ələk-vələk edir və 
sonra  od vururlar. Məscid alışır, amma  qadın bir təhər  minarədən düşür və  qaçıb 
başqa  yerdə gizlənir. İki gün içində erməni,  yaraqlılarının kənddə törətdiyi qırğın 
və faciənin gözi ilə görənlər danışanda nitqləri tutulurdu. Göz yaşları rəvan olurdu. 
Kəsilən  başlar,  qollar,  qulaqlar,  çıxarılan  gözlər,  nizəyə  taxılan  uşaqlar  onların 
yaddaşında  əbədi  həkk  olunmuşdur.  Bu  qırğında  kənddə  ona  görə  az  adam 
öldürülmüşdür  ki,  camaat  bu  vaxt  hələ  dağa  çıxmamışdı.  Əhalinin  yarıdan  çoxu 
qışlaqda yaşayırdı. Yoxsa bu böyük eldə daha çox qırğın olardı”. 
Bilal  Nuriyevin  yaddaşından  (1892-1895):  “Dibəyliyə  tərəf  baş  alan  kənd 
əhalisinin  çoxusunun  əsasən  də,  qadın-uşaqların,  qorxusundan  ürəyinin 
düşüncəyini hiss edən Qafur Süleyman oğlu bu vəziyyəti qeyrətinə  sığışdırmayır. 
Atının  başını  geri  çəkir.  Yerə  düşüb  beşatlanı  ilə  kəndə  sarı  güllə  yığdırmağa 
başlayır.  Ermənilər  beşatlanın  səsindən  təşvişə  düşürlər.  Elə  yəqin  edirlər  ki, 
müsəlmanlara  haradansa  kömək  gəlib.  Odur  ki,  cəlladlar  daha  camaatın  ardınca 
getmirlər”. 
“Atamın xalası Nurşərəf arvad əri ilə kənddən uzaqlaşa bilmirlər.   Odur  ki, 
şirəlikdə    gizlənirlər.  Ermənilər  onları  görürlər.  Gizləndikləri  yerdən  çıxarıb, 
onlardan  qızıl  tələb  edirlər.  Ər-arvad  and-aman  edirlər.  İşi  belə  görən  ermənilər 
onların hər ikisinin başını kəsirlər”. 
Mənbələrdə Göylər kəndində qətlə yetirilənlərin sayının 90 nəfər olduğunu 
göstərirlər. Erməni qırğınını öz gözləri ilə görən və şahidlərin dediklərindən aydın 
olur ki, kənddə qətlə yetirilənlərin sayı 120-150 nəfər olmuşdur. Həmin şəhidlərin 
bir  qisminin  adını  da  dəqiqləşdirə  bilmişik:  Ağacan  Səfi  oğlu,  Alıcan  Səfi  oğlu, 
Allahverdi  Səfər  oğlu,  Anaxanım  Əhməd  qızı,  Badam  Bəşir  qızı,  Babalı 
Hacıməmməd  oğlu,  Bəyalı  Ağa  oğlu,  Babaxan  Sayad  oğlu,  Eyvaz  Mürşüd  oğlu, 
                                                           
112
 Toplanılan faktlar arxivimizdədir - S.Q. 
 


100 
 
Eldar Hüseyn oğlu, Ədil Bayram oğlu, Əhməd Məhəmməd oğlu, Əhmədalı Qasım 
oğlu,  Əlmustafa  Məhəmməd  oğlu,  Əmir  Əhməd  oğlu,  Zərnişan  Məhəmməd  qızı, 
Sürcə  Alı  qızı,  Musa  Soltan  oğlu,  Yemən  Söhbət  qızı,  Gülsüm  İsmayıl  qızı, 
Məhəmməd Əhməd oğlu, Məmmədalı Bəşir oğlu, Minə Murad qızı, Mılxısa Nadir 
qızı,  Meyrənisə  Cəbrayıl  qızı,  Meyxanım  Hüseyn  qızı,  Murad  Aydın  oğlu,  Nadir 
Dünyamalı oğlu, Nəsir Dadaş oğlu, Nigar İsgəndər qızı, Nənəxanım Mikayıl qızı, 
Sayad  Cəbrayıl  qızı,  Sarya  Hüseyn  qızı,  Urfulla  Heybət  oğlu,  Ağamoğlan 
Ağakərim  oğlu,  Fərzalı  Səlim  oğlu,  Həmid  Şaban  oğlu,  Qasım  İsmayıl  oğlu, 
Hüseyn Adgözəl oğlu, Həlimə Məhərrəm qızı, Şahsuvar Şikar oğlu. 
 
CABANI SOYQIRIMI 
 
Cabanı  kəndində  törədilən  qırğın  barədə  Eyvaz  Barat  oğlu  (1908-1996), 
Misir Ələkbər oğlu (1909),  Zərifə  Mürsəliyeva (1900-1992), Şahpələng   Vəliyev   
və    başqalarından    müəyyən    məlumatlar  öyrəndik.  Bu  insanlar  80-90  yaşlarında 
olmalarına baxmayaraq, kövrələ-kövrələ çözələdilər yaddaşlarını. 
Misir  Ələkbəroğlu:  “1918-ci  ilin  əvvəlləri  idi.  Kəndimizə  xəbər  yayıldı  ki, 
ruslar və ermənilər Qızmeydanda toplaşıblar. Məqsədləri müsəlmanları qırmaqdır. 
Atam  yüzbaşı  idi.  Odur  ki,  hər  gecə  qohum-qonşular  bizə  yığılardılar.  Bu 
məsələnin  doğru  olub-olmadığını  yəqin  etməyə  çalışırdılar.  Atamın  həm  şəhərdə, 
həm  də  qonşu  kəndlərdə  dostları  çox  idi.  Ən  nəhayət,  atam  dəqiqləşdirdi  ki,  “bu 
kafirlər”  nəsə,  qan  salmaq  istəyirlər.  şamaxıdakı  vəzifəlilərin  çoxu  da  rus  və 
ermənilərin  əlindədir.  Bir  gün  axşam  atam  kənd  camaatına  gizli  xəbər  verdi  ki, 
yaxın  vaxtlarda  Xilmilli  və  Qızmeydanda  olan  “kafirlər”  müsəlman  kəndlərinə 
hücum edəcəklər. odfur ki, yubanmadan kənddən çıxmaq lazımdır. Səhəri günü biz 
yaxın  qohumlarımızla  heyvan-qaramazı  da  götürüb  Şamaxıya  gəldik.  Özümüz 
şəhərdə  yerləşdik.  Heyvan-qaranı  şəhərin  kənarındakı  “Qəriblər”  qəbristanlığının 
yanında  saxladıq  ki,  iki  gün  sonra  xəbər  çıxdı  ki,  ermənilər  Kürdəmici  kəndini 
yandırıblar. Çarəsiz qalıb yola düzəldik. Çarhan, Nüydi kəndlərindən keçib, Küdlü 
düzünə  çatdıq.  Yolda  aclıq  və  soyuqdan  xeyli  adam  öldü.  Bir  çoxları  xəstəliyə 
tutuldu. Oradan Göyçaya getməyi qət etdik. Orada Bağır və Şəjər kəndləri arasında 
bizim  kəndin  qışlağı  var  idi.  Odur  ki,  orada  mənzil  saldıq  (indi  də  həmin  ərazi 
“Cabanı yeri” adlanır). Bu zaman ermənilərin böyük bir qoşun dəstəsi Törə dağının 
arxasında  hücuma  hazır  vəziyyətdə  daynmışdı.  Bir  neçə  gün  Türk  qoşunlarının 
gəlmə  xəbəri  çıxdı.  Doğrudan  da,  heç  iki  gün  keçməmişdir  ki,  türklər  gəlib 
çıxdılar.  Törə  dağı  yaxınlığında  böyük  savaş  oldu.  Ermənilər  türklərin  qarşısında 
tab gətirə bilmədilər. qırılanlar qırıldı, qalanları çəkilməyə başladılasr. 
Mırtıda  yenidən  savaş  oldu.  Ermənilər  türklərin  qarşısını  ala  bilmədilər. 
müzəffər türk ordusu şamaxılıların köməyinə can atırdılar. Türklər Şamaxını azad 
edəndən sonra kəndə qayıtdıq. Kənd tamamilə məhv edilmişdir”. 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə