Г]
ОШ Ш ЯГ!
Ruhi Seyfullayev
İslamda idman
15
11 FƏSİL
OLİMPİYA TARİXİ
Qədim Yunanıstanda hələ 28 əsr bundan əvvəl kimin
daha güclü, çevik və cəldə olduğunu aşkara çıxarmaq üçün
atletlərin yarışı keçirilərmiş. Bu oyunlar müxtəlif yarışlar
dan ibarət idi və bayram zamanları Yunanıstanın müxtəlif
yerlərində Olimpiyada, Delfı və Korinf bərzəxində keçiri
lirdi. Ən böyük və məşhur idman yarışlar isə Olimpiya şə
hərində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları ad
lanırdı.
İlk Olipiyada bizim eradan əvvəl 776-cı ildə qədim Yu-
nanıstanda Pelopennes yarımadasındakı Olimp şəhərində
keçirilib. Onun əsasını tanrılar tanrısı Zevsin göstərişi ilə
yarı insan-yarı tanrı Herakl qoymuşdur. Rəvayətə görə
Herakl həm Yunanıstanda idman yarışlarının keçirilməsi
üçün birinci stadionu tikmiş, həm də qaçış üzrə ilk olim-
pionik (olimpiya çempionu) olmuşdur. Olimpiya oyunları
yunanıstanda böyük bir bayram sayılırdı və 1417 gündən
bir, yəni dörd ildən bir keçirilirmiş. Bu yarışlarda iştirak et
mək istəyənlər yarışdan bir il əvvəl xüsusi siyahılara yazı
lırdılar. Hətta məktəblərdə də yarış üçün xüsusi hazırlıqlar
aparılardı.
Olimpiya oyunlarının təntənəli açılışına yunan aləminin
müxtəlif yerlərindən çoxlu xalq axışıb gələrdi. Bütün yunan
dövlətləri bu oyunlara öz elçi və nümayəndələrini gön
dərərdilər. Oyunlar müddətində ayrı-ayrı dövlətlər ara
sındakı çəkişmələr və hətta müharibər dayandırılırdı. Tən
tənəli oyunlar müddətində «müqəddəs barışıq» deyilən bir
vaxt qoyulurdu. Bunların hamısı yunanların keçirilən
Olimpiya oyunlarına verilən dəyərdən irəli gəlirdi. Əvvəllər
16 Cənnət müəllim
İslamda idman
olimpiyaçılar yalnız qaçışın sürətinə görə yarışırmışlar. La
kin illər keçdikcə Olimpiya Oyunları yarışlarının proq
ramına həmçinin pentatlon (beşnövçülük: qaçmaq, nizə və
disk tullamaq, uzununa tullamaq, güləşmə), yumruq döyü
şü, ikitəkərli arabalarda yürüşdə daxil edilir. Qaliblər isə
ömürlük vergidən və yüksək əmək haqqı ilə bərabər baş
larına zeytun budağından hörülmüş çələng qoyularaq yarı-
insan-yarı tanrı statusuna da layiq görülmüşlər. Buna görə
də çox vaxt onların heykəlləri qoyularıdı. Yunanların adə
tinə görə, Olimpiya oyunları günlərində hətta müharibər
dayandırılırdı. Olimpiya bayramlarında incəsənət müsabi
qələri də keçirilirmiş, məsələn, şairlər Olimpiya oyunlarının
şərəfmə qoşduqları şerləri və himnləri oxuyar, natiqlər
qalibləri tərifləyərmişlər. Yunanlar Olipiya oyunlarına o
dərəcə böyük əhəmiyyət verirdilər ki, il hesabım da ilk
oyunlardan başlayaraq hesablaardılar. Lakin eramızdan
əvvəl 146-cı ildə Roma inperiyasının təsiri altında düşən
Yunanıstan müstəqiliini itirir. Xristianlığın Roma im
periyasının dövlət dininə çevrilməsi müqəddəs, çoxəsirlik
tarixə malik olan Olipiya oyunlarının süqutu ilə nəticələnir.
Eramızın 393-cü ilində keçirilmiş Olipiya oyunları
çoxəsirlik oyunların sonuncusu olub. Belə ki, 393-cü ildə
Roma inperatoru Feodosinin qərarı ilə Olimpiada tur
nirləri ləğv edilir. Bunun nəticəsində Olmpiada yarışları
unudulmağa başlamış və olmpiadaları xatırladan abidələr
demək olar ki, tamamiylə silinmişdi. Nəhayət 1875-ci ildə
alman arxeoloqu Ernest Kertis qədim tikililərin özəyini üzə
çıxartdı. Bu səbəbələdə 1894-cü ildə baron Pyer de Kuber-
ten oimpiada turnirlərini yenidən bərpa etməyi təklif etdi.
Həman dövrdə də Beynəlxalq Olipiya Komitəsi yaradıldı.
1924-cü ildə isə ilk dəfə olimpiadaların devizi yarandı «Da
ha sürətli, daha hündür, daha güclü!»
Müasir Olimpiya Oyunlarının tarixi XIX əsrin axırların
dan başlanır. 1896-cı ildə Afina şəhərində antik Olimpiya-
/A
S
5
*
f
Ruhi Seyfullayev
İslamda idman
dalarının nümunəsi əsasında çox böyük beynəlxalq idman
yarışları keçirilirdi. O vaxtdan hər dörd ildən bir Olimpiya
Oyunları keçirilir. Yalnız 1916, 1940 və 1944-cü illəTdə mü
haribə ilə əlaqədar olaraq yarışma təxirə salınmışdı.
Yay Olimpiya Oyunlarının proqramına ən kütləvi yayıl
mış idman növləri-yüngül atletika, üzgüçülük, gimnastika,
basketbol, boks, səbəst və klassik güləş, velosiped idmanı,
voleybol, avarçəkmə idmanı, atçılıq idmanı, müasir beş-
növçülk, ağır atletika, futbol, ot üzərində hokkey və baş
qaları daxildir. Yay Olipiya oyunlarına aid ilk yarışlar
1896-cı il aprelin 5-də Yunanıstanın Afina şəhərində keçi
rilib. Burada 13 ölkənin 311 idmançısı medallar uğrunda
mübarizə aparıb. İndiyədək sayca 27-ci Yay Olimpiya
oyunları keçirilib (Olipiya oyunlarının keçirilmədyi hallar
da da olimpidaya nömrə verilir). 1924-cü ildən isə Ağ
Olimpiada adlanan Qış Olimpiya Oyunları keçirilir. Onun
proqramına xizəksürmə idmanı, konki ilə qaçmaq, biaton,
fiqurlu sürüşmə, şaybalı hokkey və s. daxildir. «Ağ Olim
piya» adlanan ilk yarışlar 1924-cü ildə fransanın Şamoni
şəhərində keçirilib. Burada 16 ölkənin 293 idmançısı
medallar uğrunda mübarizə aparıb. İndiyədək sayca 20-ci
Qış Olipiya oyunları keçirilib.
Bizim dövrümüzdə Olimpiya Oyunları əsl idman bayra
mına çevrilmişdir. Bu oyunlarda dünya ölkələrinin əksəriy
yətinin ən yaxşı idmançıları iştirak edirlər. Olimpiya oyun
ları müxtəlif vaxtlarda Avropa, Amerika, Asiya və Avs
traliyanın ayrı-ayrı şəhərində keçirilmişdir. Antik Olim-
piyadaları xatırlamaq üçün növbəti oyunlar başlanan gün
Olimpiya Oyunlarının keçirildiyi baş stadionda olimpiya
məşəli yandırılır.
Azərbaycanın bir sıra idmançıları da Olimpiya oyunla
rında müvəffəqiyyətlə çıxış edirlər.
sbm .
Uı
■' ' ı—
!
f i w f l
—***v .•»'
»
Azərbaycan Respublikası
Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI