83
MİSKİN DÜNYADAN ŞİKAYƏT
Qəsidə
Cahan mülkündə zər müşkülgüşadır,
Nə mətləb istəsən ondan rəvadır.
Əgər bir kəsdə olsa mali-dünya,
Təmamən xəlq oniylə aşinadır.
Gədani zər qılır aləmdə sultan,
Əgər sultan ola bizər, gədadır.
Bu söz şərən əgər küfr olmasaydı,
Deyərdim filhəqiqət zər xudadır.
Desəm gər qaziyül-hacat, həqdir,
Desəm gər kaşifül-qəmdir, rəvadır.
Mühafillər içində əğniyanın,
Kəlamı san kəlami-övliyadır.
Əgər bir kəs mənim tək olsa müflis,
Kəlamı kizbdir, qövlü xətadır.
Könül, qəm çəkmə müflislər pənahi
Vəliyyül-həq Əliyyül-Mürtəzadır.
Vəsiyyi-Əhmədi-mürsəl ki, zati
Haman məmsusi-zati-kibriyadır.
Onun vəssafi-zati-bimisalı
Hamı Quran, nə tənha "Hələtadır".
Fütüvvət kişvərinin padşahı
Bilir aləm ki, "Şahi-lafətadır".
O əllər kim ki, tutmaz damənindən,
Könül, dusti-Əli, dusti-xudadır:
Fəda ol dəstə kim, Mərhəbfikəndir,
Fəda ol şəstə kim, Xeybərgüşadır.
Əlidir caili-ərzü səmavat,
Əli xəllaqi-yeksər masəvadır.
O əldən tinəti-Adəm müxəmmər,
O yüzdən mahi-gərdün biziyadır.
Əlidəndir vücudi-küll mövcud,
84
Əli bənna, Əli dəhrə binadır.
Özü məxluqdur, əmma o sərvər
Həman xəllaqi-ərzü həm səmadır.
Qəsimi-cənnətü duzəxdir ol şəh,
Şəfri-ərseyi-ruzi-cəzadir.
Yetiş fəryadinə, ya şahi-Xeybər-
Ki, Seyyid bir qulami-rusiyadır!
85
FƏRHAD MİRZƏYƏ
Qəsidə
Ey könül, bir müjdə ver kim, cismə ondan can gəlir,
Can çıxar şövq ilə istiqbalə kim, canan gəlir.
Bu haman fəsli-humayundur çıxıb Mizandən,
Bürci-Əqrəb seyrinə xurşidi-nurəfşan gəlir.
Bürci-mizandan gələn xurşidi-rəxşandır və ya
Sahəti-İrandan şahi-fələkfərman gəlir.
Ya Süleymandır büsat üzrə və ya Kənandən
Ərzi-didar etməyə Misrə Məhi-Kənan gəlir.
Verdilər dün müjdə kim, məhruseyi-Tehrandən
Sahəti-Qafqazə bir şahzadeyi-dövran gəlir.
Xosrovi-şirinzəban Fərhad Mirzə kim, bu gün
Şəkkəri-mədhilə tuti tək mənə əlhan gəlir.
Bağlayıbdır Kəbeyi-məqsudə ehrami-səfa –
Kim, minayi-eşqdə zibh etməyə qurban gəlir.
Zilli-həqdir Nasirəddin şəh, bu anın sayəsi,
Sayeyi-sultanda müzmər sayeyi-yəzdan gəlir.
Əhli-islamı sərəfraz etməyə hər səfhədə
Lütfi-həq, bürhani-mütləq, ayeyi-Quran gəlir.
Lütf ilə feyzi-qüdumindən bu rizvanbargah
Etməyə Rusiyyə mülkün rövzeyi-rizvan gəlir.
Həbbəza, ey dövləti-Rusiyyə, fəxr et kim, sənə
Bir hümayi-övci-istiğna bu gün mehman gəlir.
Seyti-ədliylə bu gün məmlüvv edib əfaqı kim,
Söyləyirlər tazədən Şirvanə Nuşirvan gəlir.
86
Bistümi-mahi-siyami eydi-Şəvvl et, könül –
Kim, bu gün Şirvanə ol Mehrü Zühəl dərban gəlir.
Mən deməzmidim, könül, qəm çəkmə dərdi-fəqrdən –
Kim, olur bir gün ki, axır dərdüvə dərman gəlir?
Mən deməzmidim ki, qalmaz çox da bijən çahdə,
Qurtarırsan qüssədən çün Rüstəmi-dəstan gəlir?
Daim olmaz səfheyi-aləmdə Keyvan cilvəgər,
Müştəri iqbal edir, ol gövkəbi-rəxşan gəlir.
Daim olmaz şahidani-bağ Bəhməndən təbah,
Açılır gülşəndə güllər, mövsümi-niysan gəlir.
Daim olmaz Yusifi-Kənanə qəhti-müştəri, Bir əzizi-
Misr olur peyda, şəhi-saman gəlir.
Şükrlillah, gəldi bir şəhzadeyi-vala gühər –
Kim, səxasın gər görə Hatəm, gözündən qan gəlir.
Ey fələkçakər ki, hər gün dərgəhi-əfzalüvə
Əl açıb sailliyə yüz Hatəmü Neman gəlir.
Sənsən ol xaqangühər kim, mətbəxi-ehsanüvə
Kasə əldə Çindən Fəğfur ilə Xaqan gəlir.
Gər səni Qeysər desəm, vardır qüsuri nəzmimin,
Gər səni Kəsra desəm, əlbəttə kəsri-şan gəlir.
Gər desəm xurşidi-rəxşansan, zəvalım var mənim,
Gər desəm mahi-fələksən, söz mənə nöqsan gəlir.
Bilmişəm, ey məzhəri-əsmai-hüsna kim, nəsən,
Gərçi fikri-bikrimə hər ləhzə bir ünvan gəlir.
Aləmi-nasut üçün qövsi-nüzulin teyy edib,
Surəti-insan ilə dünyayə bir rəhman gəlir.
87
Ey riyazi elminin aləm ara İqlidisi,
Məktəbi-təlimüvə dərs almağa Loğman gəlir.
Versələr əhbabüvə gər zəhr lütfündən sənin,
Zəhri-qatüdən xəvasi-çeşmeyi-heyvan gəlir.
Düşmənin gər abi-kövsər içsə guya zəhr içər,
Dideyi-bədxahüvə baği-cinan niran gəlir.
Sərvəra, alinəjada, şahi-gərdun rüfəta,
Ey ki, vəsfindən təni-efkarə hər dəm can gəlir.
Mövsümi-əhyadə gəldin xitteyi-Şirvanə sən,
Mürdələr ehyasına həqdən bu gün fərman gəlir.
Barilaha, bu səfər olsun mübarək kim, sənə
Bu səfərdən buyi-xeyr, ey şahi-zil ehsan, gəlir.
Yavərim ol, qıl bu gün lütfünlə ehya Seyyidi –
Kim, sənə məhşər günü yavər şəhi-Mərdan gəlir.
88
QƏSİDƏ
Söylədim yarə ki, ey məh, gəlib əyyami-bahar,
Güldü naz ilə ki, bilməm yenə bu sözdə nə var.
Dedim: - Ey mayeyi-can, gülşənü səhra dəmidir-
Ki, gülü laləyə pirayə qılır badi-bahar.
Pərdədən çıxdı yenə gülşən-ara şahidi-gül,
Qalmadı xatiri-bülbüldə dəxi səbrü qərar.
Sünbülün türrəsini şanə qılıb badi-səhər,
Kuhü səhraları hər ləhzə qılır qaliyəbar.
Dəşt-ara qülqüleyi-qümriyü sarü səlsəl,
Nərgisin açdı gözün xabdən etdi bidar.
Lalə doldurdu meyi-jalə ilə camını kim,
Bağ şahidlərini qoymaya bir dəm huşyar.
Bir tərəf tarü dəfü hayü heyi-sadəpərəst,
Bir tərəf nayü neyü nöqlü meyi-badəgüsar.
Qarışıb bir-birinə şeyxü müridü mürşid,
Səhni-gülzarı qılır seyr, çıxıb xurdü kübar.
Dedi: - Ey aşiqi-dilsuxteyi-xamtəmə,
Belə bihudə xəyalatdən et istiğfar!
Aşiqi-zarə və lazımdı təmaşayi-çəmən,
Talibi-yarə nə hacətdi həvayi-xəsü xar?
İstəsən laləvü gül, qıl rüxi-alimə nəzər,
Eyləsən meyfi-çəmən, et səri-kuyimə güzar.
Qönçəni eylə təsəvvür ki, dəhanım kimidir,
Leyk yox qönçədə hərgiz belə şirin göftar.
Sünbülü tut ki, səri-zülfümə bənzər, amma,
Bağlıdırmı ona zülfüm kimi yüz min dili-zar?
Hanı zülfüm kimi sünbül, hanı ruyim kimi gül,
Hanı güldə bu təravət, hanı sünbüldə bu tar?
Ola bir yerdə ki, zülfi-siyəhim nafəgüşa,
Nə rəvadır ki, edə ərz mətaın əttar.
Nərgizi tut ki, bieyneh, elə, bənzər gözümə,
Hanı nərgizdə bu qəmzə, hanı onda bu xumar?
Tutalım ki, qədi-movzunuma xud bənzər sərv,
Bu rəvişdə hanı bir sərvdə movzun rəftar?
Dostları ilə paylaş: |