SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

                                            
83 
MİSKİN DÜNYADAN ŞİKAYƏT 
Qəsidə 
Cahan mülkündə zər müşkülgüşadır,  
Nə mətləb istəsən ondan rəvadır.  
Əgər bir kəsdə olsa mali-dünya,  
Təmamən xəlq oniylə aşinadır.  
Gədani zər qılır aləmdə sultan,  
Əgər sultan ola bizər, gədadır.  
Bu söz şərən əgər küfr olmasaydı,  
Deyərdim filhəqiqət zər xudadır.  
Desəm gər qaziyül-hacat, həqdir,  
Desəm gər kaşifül-qəmdir, rəvadır.  
Mühafillər içində əğniyanın,  
Kəlamı san kəlami-övliyadır.  
Əgər bir kəs mənim tək olsa müflis,  
Kəlamı kizbdir, qövlü xətadır.  
Könül, qəm çəkmə müflislər pənahi  
Vəliyyül-həq Əliyyül-Mürtəzadır.  
Vəsiyyi-Əhmədi-mürsəl ki, zati  
Haman məmsusi-zati-kibriyadır.  
Onun vəssafi-zati-bimisalı  
Hamı Quran, nə tənha "Hələtadır".  
Fütüvvət kişvərinin padşahı  
Bilir aləm ki, "Şahi-lafətadır".  
O əllər kim ki, tutmaz damənindən,  
Könül, dusti-Əli, dusti-xudadır:  
Fəda ol dəstə kim, Mərhəbfikəndir,  
Fəda ol şəstə kim, Xeybərgüşadır.  
Əlidir caili-ərzü səmavat,  
Əli xəllaqi-yeksər masəvadır.  
O əldən tinəti-Adəm müxəmmər,  
O yüzdən mahi-gərdün biziyadır.  
Əlidəndir vücudi-küll mövcud, 
    


                                            
84 
  
Əli bənna, Əli dəhrə binadır.  
Özü məxluqdur, əmma o sərvər  
Həman xəllaqi-ərzü həm səmadır.  
Qəsimi-cənnətü duzəxdir ol şəh,  
Şəfri-ərseyi-ruzi-cəzadir.  
Yetiş fəryadinə, ya şahi-Xeybər- 
Ki, Seyyid bir qulami-rusiyadır! 
  


                                            
85 
FƏRHAD MİRZƏYƏ 
Qəsidə 
Ey könül, bir müjdə ver kim, cismə ondan can gəlir,  
Can çıxar şövq ilə istiqbalə kim, canan gəlir. 
Bu haman fəsli-humayundur çıxıb Mizandən,  
Bürci-Əqrəb seyrinə xurşidi-nurəfşan gəlir. 
Bürci-mizandan gələn xurşidi-rəxşandır və ya  
Sahəti-İrandan şahi-fələkfərman gəlir. 
Ya Süleymandır büsat üzrə və ya Kənandən  
Ərzi-didar etməyə Misrə Məhi-Kənan gəlir. 
Verdilər dün müjdə kim, məhruseyi-Tehrandən  
Sahəti-Qafqazə bir şahzadeyi-dövran gəlir. 
Xosrovi-şirinzəban Fərhad Mirzə kim, bu gün  
Şəkkəri-mədhilə tuti tək mənə əlhan gəlir. 
Bağlayıbdır Kəbeyi-məqsudə ehrami-səfa – 
Kim, minayi-eşqdə zibh etməyə qurban gəlir. 
Zilli-həqdir Nasirəddin şəh, bu anın sayəsi,  
Sayeyi-sultanda müzmər sayeyi-yəzdan gəlir. 
Əhli-islamı sərəfraz etməyə hər səfhədə  
Lütfi-həq, bürhani-mütləq, ayeyi-Quran gəlir. 
Lütf ilə feyzi-qüdumindən bu rizvanbargah  
Etməyə Rusiyyə mülkün rövzeyi-rizvan gəlir. 
Həbbəza, ey dövləti-Rusiyyə, fəxr et kim, sənə  
Bir hümayi-övci-istiğna bu gün mehman gəlir. 
Seyti-ədliylə bu gün məmlüvv edib əfaqı kim,  
Söyləyirlər tazədən Şirvanə Nuşirvan gəlir. 
      


                                            
86 
Bistümi-mahi-siyami eydi-Şəvvl et, könül – 
Kim, bu gün Şirvanə ol Mehrü Zühəl dərban gəlir. 
Mən deməzmidim, könül, qəm çəkmə dərdi-fəqrdən – 
Kim, olur bir gün ki, axır dərdüvə dərman gəlir? 
Mən deməzmidim ki, qalmaz çox da bijən çahdə,  
Qurtarırsan qüssədən çün Rüstəmi-dəstan gəlir? 
Daim olmaz səfheyi-aləmdə Keyvan cilvəgər,  
Müştəri iqbal edir, ol gövkəbi-rəxşan gəlir. 
Daim olmaz şahidani-bağ Bəhməndən təbah,  
Açılır gülşəndə güllər, mövsümi-niysan gəlir. 
Daim olmaz Yusifi-Kənanə qəhti-müştəri, Bir əzizi- 
Misr olur peyda, şəhi-saman gəlir. 
Şükrlillah, gəldi bir şəhzadeyi-vala gühər – 
Kim, səxasın gər görə Hatəm, gözündən qan gəlir. 
Ey fələkçakər ki, hər gün dərgəhi-əfzalüvə  
Əl açıb sailliyə yüz Hatəmü Neman gəlir. 
Sənsən ol xaqangühər kim, mətbəxi-ehsanüvə  
Kasə əldə Çindən Fəğfur ilə Xaqan gəlir. 
Gər səni Qeysər desəm, vardır qüsuri nəzmimin,  
Gər səni Kəsra desəm, əlbəttə kəsri-şan gəlir. 
Gər desəm xurşidi-rəxşansan, zəvalım var mənim,  
Gər desəm mahi-fələksən, söz mənə nöqsan gəlir. 
Bilmişəm, ey məzhəri-əsmai-hüsna kim, nəsən,  
Gərçi fikri-bikrimə hər ləhzə bir ünvan gəlir. 
Aləmi-nasut üçün qövsi-nüzulin teyy edib,  
Surəti-insan ilə dünyayə bir rəhman gəlir. 


                                            
87 
Ey riyazi elminin aləm ara İqlidisi,  
Məktəbi-təlimüvə dərs almağa Loğman gəlir. 
Versələr əhbabüvə gər zəhr lütfündən sənin,  
Zəhri-qatüdən xəvasi-çeşmeyi-heyvan gəlir. 
Düşmənin gər abi-kövsər içsə guya zəhr içər,  
Dideyi-bədxahüvə baği-cinan niran gəlir. 
Sərvəra, alinəjada, şahi-gərdun rüfəta, 
Ey ki, vəsfindən təni-efkarə hər dəm can gəlir. 
Mövsümi-əhyadə gəldin xitteyi-Şirvanə sən,  
Mürdələr ehyasına həqdən bu gün fərman gəlir. 
Barilaha, bu səfər olsun mübarək kim, sənə  
Bu səfərdən buyi-xeyr, ey şahi-zil ehsan, gəlir. 
Yavərim ol, qıl bu gün lütfünlə ehya Seyyidi – 
Kim, sənə məhşər günü yavər şəhi-Mərdan gəlir. 
  


                                            
88 
QƏSİDƏ 
Söylədim yarə ki, ey məh, gəlib əyyami-bahar,  
Güldü naz ilə ki, bilməm yenə bu sözdə nə var.  
Dedim: - Ey mayeyi-can, gülşənü səhra dəmidir- 
Ki, gülü laləyə pirayə qılır badi-bahar.  
Pərdədən çıxdı yenə gülşən-ara şahidi-gül,  
Qalmadı xatiri-bülbüldə dəxi səbrü qərar.  
Sünbülün türrəsini şanə qılıb badi-səhər,  
Kuhü səhraları hər ləhzə qılır qaliyəbar.  
Dəşt-ara qülqüleyi-qümriyü sarü səlsəl,  
Nərgisin açdı gözün xabdən etdi bidar.  
Lalə doldurdu meyi-jalə ilə camını kim,  
Bağ şahidlərini qoymaya bir dəm huşyar.  
Bir tərəf tarü dəfü hayü heyi-sadəpərəst,  
Bir tərəf nayü neyü nöqlü meyi-badəgüsar.  
Qarışıb bir-birinə şeyxü müridü mürşid,  
Səhni-gülzarı qılır seyr, çıxıb xurdü kübar.  
Dedi: - Ey aşiqi-dilsuxteyi-xamtəmə,  
Belə bihudə xəyalatdən et istiğfar!  
Aşiqi-zarə və lazımdı təmaşayi-çəmən,  
Talibi-yarə nə hacətdi həvayi-xəsü xar?  
İstəsən laləvü gül, qıl rüxi-alimə nəzər,  
Eyləsən meyfi-çəmən, et səri-kuyimə güzar.  
Qönçəni eylə təsəvvür ki, dəhanım kimidir,  
Leyk yox qönçədə hərgiz belə şirin göftar.  
Sünbülü tut ki, səri-zülfümə bənzər, amma,  
Bağlıdırmı ona zülfüm kimi yüz min dili-zar?  
Hanı zülfüm kimi sünbül, hanı ruyim kimi gül,  
Hanı güldə bu təravət, hanı sünbüldə bu tar?  
Ola bir yerdə ki, zülfi-siyəhim nafəgüşa,  
Nə rəvadır ki, edə ərz mətaın əttar.  
Nərgizi tut ki, bieyneh, elə, bənzər gözümə,  
Hanı nərgizdə bu qəmzə, hanı onda bu xumar?  
Tutalım ki, qədi-movzunuma xud bənzər sərv,  
Bu rəvişdə hanı bir sərvdə movzun rəftar? 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə