SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

                                            
73 
Xəyali-kakilü zülfünlə kim, hər canibə baxdım,  
Biyaban oldu könlüm, çeşmimə aləm qəra gəldı.  
Həvayi-kakilü zülfünlə düşdüm özgə sövdayə,  
Olub divanə hərdəm başimə yüz macəra gəldı.  
Məbada inciyə tuli-süxəndən ol pəri, Seyyid,  
Yetir itmamə kim, bu şeri, hatifdən nida gəldi! 
  


                                            
74 
MƏHƏMMƏD SƏFANIN TƏRİFİ 
Ey qəmin bu dili-məhzunə səfa,  
Kəbeyi-kuyüvə eşq əhli fəda,  
Hər qədər eyləyəsən cövrü cəfa,  
Mən sənə eyləməzəm qeyri-vəfa,  
Hər nə hökm eylədin, ey mahliqa,  
Cümləsi oldu muradınca rəva. 
Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban sənə bu nalanın! 
Sərvərim, padşəhim, soltanım,  
Gülrüxüm, sərvqədim, reyhanım.  
Ey fərəhbəxşi-dili-suzanım,  
Bilmədim noldu mənim nöqsanım,  
Döndü, ey mah, belə dövranım,  
"Yan" dedin hicr ilə, yandı canım, 
Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban sənə bu nalanın! 
Söylədin eşq ilə zar ol, oldum,  
Hicr ilə sinəfikar ol, oldum,  
Nəzəri-xəlqdə xar ol, oldum,  
Qəmü ənduhə düçar ol, oldum,  
Zarü bisəbrü qərar ol, oldum,  
Dedin: "əğyar ilə yar ol", oldum, 
Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban sənə bu nalanın! 
Ta gözüm hicr ilə giryan oldu,  
Xatirin gül kimi xəndan oidu,  
Döndü vəslin mənə hicran oldu,  
İstədin dil ola viran, oldu,  
Gənci-eşqin ola pünhan, oldu,  
Dedin "olsun ciyərin qan", oldu. 


                                            
75 
  
Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban sənə bu nalanın! 
Eylədin dövr xilafi-məmul,  
Afitabi-əməlim etdi üful,  
Bənd olub zülfüvə oldum məğlul,  
Deyiləm gərçi bu sövdadə məlul,  
"Küntü fil-eşqi zəlumən və cəhul'
*
,  
Elədim hökmüvü can ilə qəbul. 
Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban səna bu nalanın! 
Gündə bir şəbədə ağaz etdin,  
Çox olan lütfü bizə az etdin,  
Üz verib, qeyri sərəfraz etdin,  
Bizi qoydun, onu mümtaz etdin,  
Hökmü fərmanuvi ibraz etdin,  
Məni hər nakəsə dəmsaz etdin, 
Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban sənə bu nalanın! 
Ey səri-zülfüvə qurban Seyyid,  
Oldu divaneyi-dövran Seyyid,  
Olub əhvalı pərişan Seyyid,  
Ki qalıb bisərü saman Seyyid,  
Ağlayır hicrin ilə qan Seyyid,  
Oldu torpaq ilə yeksan Seyyid. 
Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban sənə bu nalanın! 
  
                                                          
*
 Mən eşqdə məzlum və cahil oldum 


                                            
76 
ABDULLA BƏY ASİ VƏ XUDADAD BƏYİN  
VƏFATI MÜNASİBƏTİ İLƏ 
Tərkibbənd, mərsiyə 
Bu necə zülm idi, fey çərx ki, bünyad etdin,  
Niyə zülm etmək üçün təbüvi mötad etdin?  
Bir utan, ey fələki-süflə, bu dövranından,  
Gör kimi zarü həzin, kimləri dilşad etdin!  
Atəşi-hadisədən çox gözü qıldın pürtab,  
Min Süleymanı salıb torpağa bərbad etdin.  
Gah atıb tiri-bəla oxladın Abdullahı,  
Gah çəkib tiği-cəfa qəsdi-Xudadad etdin.  
Ta ki, Mərrixə inayət elədin tiği-sitəm,  
Bilmədim ki, onu bikəslərə cəllad etdin.  
Zülmkar ismi ilə aləmə oldum məşhur,  
Yeri, ey çərx, adın batsın əcəb ad etdin!  
Qüssədən günlərimi şamə bərabər qıldın,  
Giryədən gözlərimi Dəcleyi-Bəğdad etdin.  
Oldu Şirvan mənə Yəqub kimi Beytül-həzən,  
Ta ki, gürgi-əcəli Yusifə səyyad etdin.  
Bilmədim, heyf ki, ey çərx, nə əfsun oxudun,  
Qəleyi-Şişədə təsxiri-pərizad etdin.  
Hansı Yusif? O əzizi ki, sən əvvəldə onun  
Türbətilə şüəra silkinə ustad etdin.  
Niyə qıldın onu, ey çərx, sən axırda zəbun.  
Bu nə ayinü rəvişdir ki, sən iycad etdin? 
Ah, bu hiyləgərin dad əlindən, səd dad! 
İstəməz dəhrdə ərbabi-vəfanı dilşad. 
Cövrgüstər fələka! Bu nə cəfadır, nə sitəm?!  
Elədin qamətimi bari-müsibətdən xəm.  
Bəs deyilmiydi bizə daği-əzayi-Fələki?  
Bəs deyilmiydi bizə matəmi-Həssani-əcəm?  
Bəs deyilmiydi bizə daği-Xudadad, ey çərx?  
Elədin sən yenə amadə bir üzgə matəm. 
  


                                            
77 
Nə verirsən bu qədər aləmə dərd üstən dərd?  
Nə tökürsən bu qədər könlümə qəm üstən qəm?  
Qayəti-hüzn ilə əzbəs ki, yanıbdır cigərim,  
Saçılır aləmə odlar nəfəsimdən hər dəm.  
Necəsən indi ki, bir ahi-şərarbap çəkim,  
Yandırıb eyləyim, cy çərx, əsasın bərhəm?!  
Zatın olmuş məgər onduhü bəladən təxmir,  
Dəmbədəm aləmə səndən yetişir dərdü ələm?!  
Hansı kəsdir ki, ola dəhrdə səndən dilşad,  
Hansı dildir ki, ola dövrdə səndən xürrəm?!  
Neyləyibdir sənə, ey qatili-ənvai-bəşər!  
Neyləyibdir sənə, ey zalimi-nəsli-Adəm?  
Hər sürurundadı yüz dərdü müsibət müzmər,  
Hər nişatındadi min qüssəvü möhnət müdğəm.  
Ağlasam ol şəhi-iqlimi-vəfadən ötrü,  
Ahü faryadıma eyb eyləməyin, ey həmdəm! 
Necə ah eyləməyim, ah ki, şahım getdi!  
Qoydu tənha məni ol püştü pənahım getdi! 
Yenə ərbabi-vəfa aləm ara xar oldu,  
Əhli-dil ney kimi fəryadə gəlib zar oldu.  
Ey könül, bu güli-gülzari-vəfadən ötrü,  
Əşki-gülgün ilə gözlər yenə gülnar oldu.  
Dağlərdir çəkilən sinələrə lalə kimi,  
Ey cünun, seyr elə kim, mövsimi-gülzar oldu.  
Ta ki, qərq oldu bəla bəhrinə ol dürri-yətim,  
Sədəfi-didələrim bir düri-şəhvar oldu.  
Mərifət gövhəri olmuşdu cahan içrə kəsad,  
Ona sərrafı-əcəl gəldi, xəridar oldu.  
Saldı qəm daireyi-möhnətə üftadələri,  
Könül ol dairədə nöqteyi-pərgar oldu.  
Qafili etdilər agah çü bu möhnətdən,  
Möhnəti-hadiseyi-dəhrə giriftar oldu.  
Getdi mirati-dili-safi-Səfadən rövnəq,  
Ta ki, bu möhnəti-üzmayə xəbərdar oldu.  
Rağibin rəğbəti bilmərrə gedib dünyadən, 
     


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə