SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

                                            
58 
Bu qəzet kim, olub cahanda bina, 
Bunu kim ixtira edib aya? 
Hansı millət bunu edib icad? 
Hansı dövlət edib ona imdad? 
Nədir ol millətin görək qərəzi, 
"Həst əlbəttə dər diləş mərəzi" 
*
Hamı millətdə var qəzetlər çox 
Demə kim, bunda hiç faidə yox.  
Qəzetin çoxdu xəlqə mənfəəti, 
Nə bilir kim ki, yoxdu mərifəti, 
Nə deyim, vəhyi-asimanidir ol, 
Leyk ərbabi-hal canıdır ol 
Ümmül-əxbar, müxbirül-asar, 
Kaşifür-rəmz, vacibül-əsrar, 
Leyk vacibdü şərh edim hali  
Səni filcümlə eyləyim hali 
Rayizi-malikani- vadiyi-şövq, 
Qaidi-sakinani-aləmi-zövq 
Rəhbərü rəhnəvərdü rahnüma,  
Cəbrəili-əmini-əhli-səfa. 
Özünə eyləyib həmiyyəti fərz – 
Ki,  edə aləm içrə teyyül-ərz 
Gah olur əsbi-telqrafə səvar 
Şərqdən Qərbə söyləyir əxbar.  
Gəh qılır poçtaxanələrdə məqam, 
Xəlqə əxbar eyləyir elam. 
Nə qəzet, mayeyi-səadətdir 
Nə qəzet, eyni-etmi-hikmətdir 
Xassə 'Tiflisski Vestnik"in xəbəri 
Yetişir əhli-aləmə səməri. 
Bir qəzetdir ki, sadiqül-əxbar 
Müştərisi nücum tək büsyar. 
Xassə "Kavkaz" ki, əhli-Qafqazə
Hər zaman bir xəbər verir tazə. 
                                                          
*
 Əlbəttə, ürəyində dərdi var. 
  


                                            
59 
Xassə ol kim, "Əkinçi"yi-dana, 
Əhli-islamı eyləyib ehya 
Gah Peterburqdan olur guya, 
Gah olur Hindi-Şərqdən peyda. 
Gah Dunaydan qəzet verir xəbəri, 
Gah Parisdən gəlir onun əsəri. 
Kəşf edir karxanədən səməri, 
Söyləyir hər kraldən xəbəri. 
  


                                            
60 
HƏSƏNBƏY MƏLİKOVA 
"Əkinçi" qəzetinə yardım üçün 
Əssəlam, ey əhaliyi-zişan!  
Ey olanlar bəla oxuna nişan.  
Nə bəla? Cəhlü dərdi-nadanlıq 
Ey tutan cəmini pərişanlıq! 
Neçə müddətdi ki, Həsənbəyi-zar, 
Hüsni-tədbir ilə o fəxri-kibar 
Öz qədimi lisanımızda haman, 
Qəzetə çapını edib ünvan. 
İzn hasil qılıbdı dövlətdən; 
Biz gərək dəm vuraq səadətdən. 
Özünə gərçi yoxdu faidəsi, 
Leyk var xəlqə feyzi-zaidəsi. 
Feyzi-əvvəl budur ki, müxtəsəri, 
Yetirir ol cənab hər xəbəri 
Oluruq hali-aləmə vaqif, 
Bu bizə bəs deyilmi, ey arif? 
Feyzi-sani budur ki, hikmətdən 
Şərh edir kəsbdən, ziraətdən 
Əkibən elm töxmünü o cənab, 
Məzrəi-aləmi edir sirab. 
O1 bizə bir səhabi-rəhmətdir, 
Baisi-abruyi-millətdir. 
Gərçi hər dildə var qəzetlər çox 
Bizə ondan vəleyk faidə yox. 
Bilmirik rus, ya firəng dili, 
Hər dilin rəmzini öz əhli bili 
Bizdə yox rusi, həm firəngi səvad.  
Olmuşuq türki, farsiyə mötad 
Onu da hiç bilmirik kamil, 
Əksəri-xəlq əvamdır, cahil. 
Bəs "Əkinçi" bizə münasibdir 
Qiyməti yaxşı, mali-kasibdir. 
Bəs "Əkinçi" cəlalımızdı bizim, 


                                            
61 
  
Nasehi -xoşməqalımızdı bizim. 
Səy edin, ey güruhi-niksifat! 
Etməsin ta bizim "Əkinçi" vəfat.  
Sonra göydən əgər enə İsa 
Edə bilməz o mürdəni ehya. 
Ey "Əkinçi" xirid edən kəslər 
Verməsə cəngdən "Əkinçi" xəbər, 
Qəzetə tərkin etməyin zinhar, 
Nə gərəkdir bizə o nəqlü güzar 
Qədəğəndir o növ söhbətlər, 
Eşidin pəndlər, nəsihətlər.  
Biz gərak səy edək məişət üçün 
Sənətü kəsb üçün, ziraət üçün. 
  


                                            
62 
"ZİYA" QƏZETİNƏ 
İlahi, bu "Ziya" afaq ara gün tək ziyalənsin! 
Ziyai-tələtindən dideyi-aləm cilalənsin!  
Ona bani olan Haci Səidin kövkəbi-bəxti  
Səadət mətləindən zahir olsun, incilalənsin,  
İlahi, aləm içrə canişini -mülki-Qafqazın,  
Ədalət məsnədində  yüz min il ömrü bəqalənsin. 
Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar Süleymandır,  
Yetib Bülqeysi- mənayə gərək onlar Səbalənsin. 
Qezetdir peyki-ruhani ki, söylər sirri-pünhani 
Nə lazım peyki-həq künci-xəfadə ixtitalənsin. 
Bu kari-xeyrə kim, bir paktiynət eyləyib iqdam, 
Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin.  
Məsəldir söyləyib aqil ki, tək əldən səda çıxmaz, 
Gərəkdir el-ələ vermək ki ta ol əl sədalənsin.  
Çıxan dəm ceybi-qeybi-məşriq-lareybdən ol əl,  
Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin. 
Təəssübdən uzaq olmaz, ianət vəqtidir,  canım,  
Bilib əhvali-afaqı gərək millət səfalənsin.  
Həqiqət, yaxşı söz hər kəsdən olsa yaxşıdır, billah,  
Təəssüb əhli bu rəmzi-hədisə iktifalənsin. 
"Və la-tənzür ila mən qalə"yə
*
 qılsın nəzər hasid – 
Ki,  ta "Vənzur ila məqalə"dən

 çeşmi ziyalənsin.  
Məhəbbət-töxmin ək sinəndə, ta versın səmər rahət,  
Fəzüət nəxlinə rəşk etmə, qoy nəşvü nümalənsin.  
Miləl beynində bir rəftar qıl qanuni-hikmətlə - 
Ki, ta biganələr görsün kəmalın, aşinalənsin.  
İlahi, bu qəzetdən şad eylə əhli-afaqı,  
Zəri-məskuki-dövlət tək rəvacında rəvalənsin.  
Ziyası çün onun xurşidi-bürci-Rusiyətdəndir,  
Onun təhtəş-şüaində qalıb "Əxtər" sühalənsin.  
Qəzet təbində məzun eyleyib bir əhli-idraki – 
Ki, ta pəndin görüb əhli-məarif iqtidalənsin. 
                                                          
*
 Deyənə baxma 

 Deyilənə bax. 


                                            
63 
Bu işlər dövləti-Rusiyyənin ədlilə naşidir, 
 Xudavənda, bu dövlət günbəgündən etilalənsin. 
 O şahənşahi-adil, imperaturi-müəzzəm kim. 
 Hümayi-səltənətdir zillinə dəhr ilticalənsin. 
 Bizə bu izndən bihəd fəvaidlər ki, hasildir, 
 Yetişməz intəhayə gər yazam dəhr intahalənsin. 
İlahi, seyyidin qıl bu düasın sən icabət kim,  
"Ziya" gün tək ziyalənsin, cahanə müncəlalənsin! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə