SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

                                            
36 
Ata-babanız şiələr öldürdü imamı,  
Qıldız onu siz sünnüyə nisbət, köpək oğlu! 
Baş çapmaq ilə, şaxi
*
 olubdur sizə adət,  
Ey məzhəbi-dini olan adət, köpək oğlu! 
Ol kimsənə ki, məhlədə illərlə tapılmaz,  
Nə xeyrə yarar, nə şərə nikbət, köpək oğlu! 
Əyyami-məhərrəmdə olur Rüstəmi-sani,  
Mərvan tək edər xəlqə siyasət, köpok oğlu! 
Ancaq Quba üstündə deyildir bu məzəmmət,  
Hər şəhrdə var kani-şərarət, köpək oğlu! 
Amma Qubanın bişəsi çox, çaqqalı çoxdur,  
Etdiz ki, toyuq tumağa adət, köpək oğlu! 
Bəs, lazım olub çaqqal üçün bir tələ qurmaq,  
Ta dəf ola bu rəncü məzəmmət, köpək oğlu! 
Aya, demədiz təziyeyi-sərvəri-dindir.  
Batildi belə bəzi ədavət, köpək oğlu! 
Bu təziyənin sahibi sultani-şəhidan,  
Sizdən edəcək həqqə şikayət, köpək oğlu! 
Dünyada zinakarsız, üqbadə ziyankar,  
Tutdu sizi aləmdə xəsarət, köpək oğlu! 
Baş çapmağa, ox taxmağa etdiz əbəs adət,  
Nə fərzdi bu əmr, nə sünnət, köpək oğlu! 
Boynunda kəfən, əldə qılınc baş çapırsız,  
Görsün məni ta bir neçə övrət, köpək oğlu! 
                                                          
*
 Şaxsey 


                                            
37 
Etdim ürəfayə sözü filcümlə işarət,  
Ariflərə bəsdir bu işarət, köpək oğlu! 
Aldanma, yalandır süxəni-mərsiyəxanə,  
Cənnətlə sizə versə bəşarət, köpək oğlu! 
Cənnət harada, siz hara tövlə döyü cənnət,  
Eşşək balası, dağ ayısı, it köpək oğlu! 
Çün hər bir əməl niyyətə mövquf olubdur,  
Siz eyləmisiz bicliyə niyyət, köpək oğlu! 
Səd heyf ki, Qudyaldan ağa eylədi rehlət,  
Qaldı sizə meydani-rəşadət, köpək oğlu! 
Əmir Həsən ağa edə gər dəxli-təərrüf,  
Olmazdı dəxi sizdə cəsarət, köpək oğlu! 
Bisahib olub dəşt, donuz təllə çıxıbdır,  
Tülkü bəy olubdur, dərə xəlvət, köpək oğlu! 
Tutduz bir əməl ki, elədiz milləti rüsva,  
Yandırdı məni nari-xəcalət, köpək oğlu! 
Bu fel ki, var sizdə şəhənşahi-rüsuldan,  
Tutmun dəxi ümmidi-şəfaət, köpək oğlu! 
Bir təziyəvüz var idi övladi-rəsulə,  
Ancaq bu idi əcri-risalət, köpək oğlu! 
Verdiz ona indi ki, aləmdə xələl siz,  
Bir gözləmədiz əcrü qərabət, köpək oğlu! 
Cəddim tüpürür görsə sizi ruzi-cəzadə,  
Söylər ki, deyilsiz mənə ümmət, köpək oğlu! 
  


                                            
38 
Bir də, bu fəsadi ki, siz etdiz, sizə eylər – 
Göylərdə mələklər hamı lənət, köpək oğlu! 
Hərçənd başın Şüınri-şəqi kəsdi İmamın,  
Ağladı yenə, eylədi riqqət, kopək oğlu! 
Siz ağlamasız, öldürüsüz yeddi imamı, 
Yox zərrə qədər sizdə mürüvvət, köpək oğlu! 
Gər daşdı desəm qəlbüvüzi səxt əcəbdir,  
Yox daşü dəmirdə bu qəsavət, köpək oğlu! 
Vardır elə daş ki, yarılıb xövfi-xudadən,  
Cari olub ənhari-lətafət, köpək oğlu! 
Vardır elə daş yumbalanıb xişyəti-həqdən,  
Yox qəhri-xudadən ona taqət, köpək oğlu! 
Quranda sizin qəlbüvüzi zikr qılıb həq,  
Get, eylə "əlif-lami" qiraət, köpək oğlu! 
Sizdəndir uzaq dəhrdə əlbəttə pəyəmbər,  
Nazil sizə olmuşdu bəraət, köpək oğlu! 
Seyyid cühəla fövcinə bu sözləri yazdı,  
Ta eyləyəsiz haldən ibrət, köpək oğlu! 
Minbəd dəxi tutmayın ol növ ilə işlər – 
Kim düşmən edə tənü şəmatat, köpək oğlu! 
Yoxsa ki, gəlir sizlər üçün həcv dəmadəm,  
Vermə dəxi bu Seyyidə zəhmət, köpək oğlu! 
  


                                            
39 
NƏSRƏDDİN ŞAHIN HƏCVİNDƏ 
Nasirəddin şəhi-adil ki, səmimi-dildən, 
Ömri-tulanıdı həqdən ona daim diləyim. 
Gəzdi Rusiyyəni, həm Rumü Firəngistanı, 
Tutdu avazəsi afaqı, açıldı ürəyim. 
Xəlq derlərdi ki, İskəndəri-sanidir şah, 
Bu səyahətdə dəxi qalmadı bir zərrə şəkim. 
Bu xəbər çıxdı ki, nagah gəlir Şirvanə, 
O güli-gülşəni-İran, açıldı çıçəyim. 
Hər o şəxsin ki, evi uçmuş idi, zəlzələdən, 
Dedi kim, şah gəlir, oidu qızıldan dirəyim. 
Şüəra, həm füqəra cümləsi göz dikdi yola, 
Filhəqiqət ki, rəhi-şahə dıkildi bəbəyim. 
Mən də bir türki qəsidə yazıb inşa elədim, 
Duzlu, şirin söz idi, nə özümü nəzmə çəkim. 
Həqqi, zənnim budu kim, söz tanıyan kimsədi şah, 
Sayeyi-qadiri-sübhan olacaqdır köməyim. 
Qissə kutəh, gecədən bir neçə pas ötmüş idi, 
Şəhrə şəh varid olub yatdı, qutardı küləyim. 
Sübh mindi karuta
*
, sürət ilə oldu rəvan, 
İltifat etmədi bir şəxsə nə arif, nə həkim, 
Tutdular xəlq çörək, kəsmədi çün bir löğmə, 
Görüb ol surəti bildim ki, kəsildi çörəyim. 
Nə mənim şerimə baxdı, o nə dərvişlərə, 
Dedi: bu xəlqdən əfzəldi mənə bir qəpəyim. 
Dedilər kim, mənə bu qissəyə yaz bır tarix, 
Mən dedim kim, demənəm, zaye olubdur əməyim. 
Leyk Seyyid dedi tarixini, bir əksiyi var, 
Niyə gəldi, niyə getdi bu

 
                                                          
*
  Kareta. 

 Son misra əbcədlə hesablandıqda 1281-ci il alınır. Bu rəqəmə bir əlavə etdikdə və miladi tarixə 
çevirdikdə 1865-ci il alınır. 


                                            
40 
SULTANOV HADİYƏ 
Ey bizi mədh qılan Hadiyi-dövran əxəvi!  
Bu nə zəhmətdir, əya mənbəyi-ürfan əxəvi!  
Seyyidi eyləmisən mədhi-firavan, əxəvi,  
Şad səndən olacaqdır şəhi-Mərdan, əxəvi! 
Çəkdi ol gün ki, Hüseyn Kərbübəlayə ləşkər,  
Qaldı ol ərsədə tənha o şəhi-təşnəcigər,  
Sən əgər olsa idin orda, əya paksiyər  
Canım eylər idin ol şəhə qurban, əxəvi! 
Çatmayıb çün əlin ol feyzə, əya xoştiynət,  
İndi övladına bəsdir ki, edirsən hörmət,  
Cəddimiz şad olacaq olsa sizin tək ümmət,  
Mərhəba, namxuda, sahibi-iyman əxəvi! 
Məni əfv eylə ki, öz cürmümə iqrar etdim,  
Anladım səhvimi, iqrarımı inkar etdim,  
Sənə baş çapma dedim, tövbə-stiğfar etdim.  
Keç bu təqsirdən, ey mənbəyi-ehsan əxəvi! 
Ülasan eşqdə divanə, məhəbbətdəndir.  
Çapasan başını mərdanə, məhəbbətdəndir,  
Tökəsən qanını meydanə, məhəbbətdəndir,  
Olmuşam eylədiyim zəmmə peşiman, əxəvi! 
Leyk gəl indi biz əyri oturaq, düz danışaq,  
Elə bil küslü idik, gəl təzədən bir barışaq,  
Şərdə var isə baş çapmaq biz də qarışaq,  
Bir görək varmı buna höccətü bürhan, əxəvi? 
Belə fitvanı görək verdi bizə hansı imam?  
Ya ki, onlar özü də etdi bu əmrə iqdam?  
Bədənin zəhməti gər şərdə olmazsa həram,  
Biz də başlar çapıban cari edək qan, əxəvi! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə