SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

                                            
46 
  
Xud tutaq Sadiqə lazım görünürdü böhtan,  
Neyləmişdi sənə Mahmud ağa, ey ruhi-rəvan? 
Şərm edib gözləmədin həqqi-nəmək, hörməti-nan,  
Gedibən Qələyə həqqində danışdın hədyan,  
Filhəqiqə, nə onu, sən özüvi xar elədin. 
Ağanın neməti-əlvanı gözündən gəlsin!  
Süfreyi-bəzmi-Süleymanı gözündən gəlsin!  
Kababı, çaxırı, büryanı gözündən gəlsin!  
Meyi olsun cigərin qanı, gözündən gəlsin!  
Çünki həqqində olan feyzini inkar elədin. 
Gəlmisən bir neçə dəfə sən özün Şirvanə,  
Hüsndə bənzər idin mehrü məhi-tabanə,  
Sənə də Mahmud ağa etdi xəyanət, ya nə?  
Niyə bica yerə saldın kişini böhtanə?  
Binəvanın nə üçün fisqini iqrar elədin? 
Nəğəmat əhlinə Mahmud ağanın rəğbəti var,  
Bilməyən yoxdu, bu əsrarə onun şöhrəti var,  
Gər ola, həqqi də vardır, kişinin dövləti var,  
Dövləti, mərifəti, ləzzəti var, hörməti var.  
Sən bu zahir işi bais nədir inkar elədin? [...] 
  


                                            
47 
ABİD ƏFƏNDİNİN HƏCVİNDƏ 
Əyyühənnas, bilin, türfə rəvayətdir bu,  
Nə riyadır bu, nə böhtan, nə zərafətdir bu,  
Demə şair sözüdür, nəzmi-ibarətdir bu,  
Ya ki əlfazi-bəlağət və fəsahətdir bu,  
Şəhrdə vaqe olan əsli hekayətdir bu. 
Demə kim, münkiri-şeyxəm, eşidib əhvalı,  
Mən özüm yaxşı müridəm, sözümə ol hali,  
Övliyadən bu fəna mənzili olmaz xali,  
Yoxsa hər tülküsifət kim, uzada saqqalı,  
Demək olmaz ki, ona əhli-kəramətdir bu. 
Bundan əqdəm dəxi çox şeyx gəlib dünyayə,  
Lütfdən feyz veriblər mələyi-əlayə,  
O Hacı Əhməd əfəndi ki, köçüb üqbayə,  
Özünü salmadı o cifə üçün dünyayə,  
Tarı rəhmət eləsin, vasili-rəhmətdir bu. 
Var ona eylə müridlər ki, onu şah bilir,  
Bəzilər nəhs üzün mehr sanır, mah bilir,  
Bəzilər dərgəhini həqqə gedən rah bilir,  
Bəzi də var ki, şeyxin özün Allah bilir,  
Qəsəm ol xaliqə kim, eyni zəlalətdir bu. 
Bircə gör Abidin əhvalını, ey sahibi-hal,  
Gözü hər övrətə düşsə ki, olur anə həlal,  
Bax, bu məlun özünü gör kimə eylər timsal!  
Qıldı axır bu ləin şəri-rəsulu pamal,  
Yenə derlər ki, ona əhli-şəriətdir bu. 
Necə ki, şahidi-əhvaldı bu əmrə bu kar,  
Guş ver, ta ki qılım mən sənə ani izhar,  
Eşidib ta qılasan abidə lənət büsyar.  
Gərçi təfsilən edim şərhin, olursan bazar.  
Müxtəsər şerimə şərh oldu, kifayətdir bu. 
  


                                            
48 
Şiəməzhəbləri rüsva eləmişdi babi,  
Sünnidən həm dəxi bir şeyx çıxıb qüllabi,  
Cəm edib başına hər bisərü pa kəzzabi,  
Dişi-erkək qarışıb rəqsə, çalallar qabi,  
Bircə bax diqqət ilə, gör ki, nə adətdir bu! 
Bəlgədildə bir əfəndi var idi piranə,  
Hər kəramət eləmişdi ona bir dürdanə,  
O da vermişdi onu bir üzü gül oğlanə,  
Vəh nə oğlan ki, üzü güldü, gözü məstanə,  
Qamətin gör, demə kim, sərvi-qiyamətdir bu. 
Zahirən aşiq imiş abid həm ol simbərə,  
Eşidib ta ki atası ki, onu verdi ərə,  
Minibən atını bədzat qoyub üz şəhərə,  
Eyləyib ərz ki, salsın işini bir təhərə - 
Ki, naçalnik, sənə qurban, nə ədalətdir bu? 
Alıb arvadımı zur ilə əlimdən Ağa bəg,  
Verib öz növkərinə, hörmətimi eylədi hək.  
Mənə bundan sonra bəs vacib olubdur ölmək?  
Sünniməzhəb, məni-biçarəyə sən eylə kömək,  
Demə şeyxəm məni, qapında bir ümmətdir bu. 
Bu sözü ta ki naçalnik eşidib qıldı qəzəb,  
Yazılıb hökm, qılıb hamını divanə tələb,  
Şəhrə ta varid olub Ağa bəyi-alinəsəb,  
Abidin kizbi büruz olmağına oldu səbəb,  
Bildilər cümlə xəlayiq ki, nə illətdir bu. 
Mənə təhrik verirdi bu işə bir neçə kəs,  
Mən də ta ki təməi-xamə düşüb etdim həvəs, 
 Ya bağışla məni sən, ya başımı tərsinə kəs,  
Qoyma, qurbanın olum, xəlqə yayılsın ki, bu səs,  
Bilmişəm qəlpimi kim, eyni hamaqətdir bu 
  


                                            
49 
ƏRƏB ƏFƏNDİZADƏ MAHMUD ƏFƏNDİYƏ 
Var ərzi-salamım sənə, biçarə əfəndi,  
Ey əsl vətəndən düşən avarə, əfəndi,  
İqbalı dönən dəhrdə idbarə, əfəndi,  
Vey tiri-cəfadən cigəri yarə əfəndi,  
Biçarə kişi, bikəsü bikarə əfəndi! 
Agahü xəbərdar ol, əya arifü kamil,  
Bir siz təki alim nə rəvadır ola cahil,  
Bir para xəbərsizdən olubdur bizə vasil,  
Bir mətləb o ətvardən olmaz sənə hasil,  
Təğyir münasibdü bu ətvarə, əfəndi! 
Ol gün ki, səni xəlq elədi xaliqi-əkbər,  
Həm ruziyi-ruzii şəbüvi qıldı müqərrər,  
Hər yerdə ki, olsan çatacaq rizqi-müqəddər,  
Bir parə çörəkdən ötəri fikr elə axər,  
Dönmək nə rəva rubəhi-məkkarə, əfəndi! 
Qeybət nə rəvadır, kişi, tərk et bu sifatı,  
Yaxşıydı Ağa bəy sənə verdikdə bəratı,  
Hər il düyünü, buğdanı, arpanı, həm atı,  
Yaxşıydı kəsəndə çuxanı, kürki-Heratı,  
İndi yaman oldu, a yüzi qarə əfəndi? 
Bihal gəlib Sədərəyə, hal ilə getdin,  
Yəni ki, doşab ilə, bal ilə getdin,  
Həm atü öküz, bir neçə baş mal ilə getdin,  
Şahanə qəbavü kəmərü şal ilə getdin,  
Döndərmiş idin vəsfüvi tüccarə, əfəndi. 
Qorxma Ağa bəydən, o deyildir elə övlad – 
Kim, sən təki biçarələrə eyləyə bidad,  
Sən kimi deyil təbi onun pisliyə mötad,  
Sidq ilə çağırsan yenə eylər sənə imdad,  
Hər yerdə fələk salsa səni darə, əfəndi. 
  


                                            
50 
SALYANLI AXUND MOLLA  
MƏHƏMMƏDHƏSƏN HAQQINDA 
Gördüm yuxuda şəhi-bəlanı,  
Məzlumi-diyari-Kərbəlanı.  
Qəmgin idi, zar, əşk-rizan,  
Giryan eləyirdi masivanı.  
Öpdüm ayağın təzərrə etdim – 
Key, möhnəti ağladan səmanı!  
Bais nədi göz yaşın rəvandır?  
Şərh eylə mənə bu macəranı.  
Bir ah çəkib buyurdu ol şəh;  
Gör dəhrdə çəkdiyim cəfanı.  
Yetmiş iki tən şəhid olduq,  
Çəkdik ələmü qəmü bəlanı.  
Bunlar hamı səhldir və lakin,  
İncitdi məni, görün, filani,  
Bir mərsiyəxani-hərzə-göftar,  
Minbərdə ipə düzür yalanı.  
Ta ağlada bir neçə əvamı,  
Bağlar bizə hərdəm iftiranı.  
Sordum ki, o kimdir, ey mükərrəm?  
Ver bircə nişan o qəltəbanı.  
Bir ah çəkib dedi o sərvər:  
Salyanın o zişt rövzəxanı.  
O1 Molla Məhəmmədi-Həsən kim,  
Satdı pula din ilə imanı. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə