SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

                                            
64 
"ZİYA" QƏZETİNƏ 
Ey "Ziya", ey ziyayi-çeşmi-cahan! 
Ey olan afitab tək rəxşan! 
Ey "Ziya", ey bəridi-əhli-kəmal 
Nəşri-əxbər üçün açan pərü bal. 
Hüdhüdi-nüktəsənci-badi-səba. 
Qasidi-xoş-nəsimi-baği-vəfa 
Ey "Ziya", ey bəridi-ruhani, 
Kaşifi-rəmzhayi-pünhani, 
Ey səvadın səvadi-dideyi-hur  
-Ki, savadındı çeşmi-aləmə nur 
 Ey olan nəfi aləmə calib 
Sənə əhli-kəmaldır talib 
Ey olan rəşki-tələti-əxtər, 
Sənə söylər bəsirət əhli-nəzər 
Yetə hər vəqt söz həqiqətdir, 
Hər sözün bir kitabi-hikmətdir 
Hər bəyanın misali-dövri-qədəh, 
Yetirir zövq ilə qülubə fərəh. 
Ey verən vəcdü zövq Qatqazə
Səndədir hər xəbər ki, var tazə, 
Bu "Ziya" rövşən etdi İranı. 
Ey olan əhli-mərifət canı
Şüərayi-Şəmaxiyü Şirvan  
Səndən eylərlər iltica, ey can 
Edəsən ərz ol nikunamə, 
Həzrəti-pak şeyxül-islamə- 
Ki, əya pişvayi-əhli-kəmal, 
Mədəni-feyz, mənbəi-əfzal 
Ey təvarixi-dəhrdən müxbər, 
Sənə tarix əhli xidmətgər 
Yazdığın nükteyi-dilaralər, 
Bikr məzmunü bikr mənalər  
Bu duagulərə olub vasil, 
     


                                            
65 
  
Oldu yüz faidə bizə hasil. 
Qismi-əhdi-əşər bəyan oldu, 
Dili-əhbab şadman oldu. 
Budur ümmid kim, o mövladən 
Bir qədər kəşf edə bu mənadən. 
Verə təfsil rəmzi-icmalə, 
Gətirə zövq əhlini halə. 
Ola lütfü mürəbbiyi-şüəra 
Eyləyə tazədən bizi ehya 
Şad olub mümtəru mücövhərdən, 
Edə vaqif bizi bu cövhərdən 
Oldu məlum rəmzi- "Müstəfa", 
Sirri-məbsutü nəqli-müstəsna. 
Həm müsərrəh rümuzu oldu sərih, 
Həm mürəssə bəyanı çıxdı səhih, 
Həm mürəttəbdə kəşf olub tərtib, 
Həm mütəvvəcdə oldu vəcd nəsib. 
Feyz alıb qibleyi-müqabilədən 
Həm müzəlləldə nüktə oldu Həsən 
Cəbri-nöqsanda hasil oldu kəmal, 
Mərhəba, ey sipehri-məcdü cəlal. 
Xeyli dəmdən bu feyzə rağib idik,  
Bir əziz ustadə talib idik 
Gərçi bir parə bişüurə bu hal 
Eyləməz ləzzət, ey cahani-kəmal. 
Çünki nadanda yoxdu zövqi-ülum, 
Olmayıb kəşf o qövmə bir məlum 
Xəlq əvam olduğuçün, ey mövla, 
Etməz elmin təriqətinə vəfa. 
Elmdir neməti-xudayi-cahan- 
Kim, edib həqq onu sizə ehsan.  
Kimə həqq elm eyləsə əta, 
Ona xeyri-kəsir edibdir əta. 
Neməti-paki-rəbbi eylə hədis, 
Qoy həsəddən ölə bu qövmi-xəbis. 
    


                                            
66 
  
O zaman kim, bina olurdu "Ziya" 
Xatirə gəlmiş idi bu məna- 
Ki, gərək rəyi-paki-zivəri-Şeyx,  
Xatiri-atiri-münəvvəri-Şeyx,  
Verə müsvəddeyi- "Ziya"yə ziya, 
Sayəgüstər ola o bali-hüma.  
Şükrlillah ki, hasil oldu məram, 
Seyyida, şükr qıl bu halə müdara! 
  


                                            
67 
"ZİYA" QƏZETİNƏ 
Ey verən səfheyi- "Ziya"yə ziya, 
Ey edən dəhri vadiyi-Sina.  
Nəfsi-Firon səndən oldu əlil, 
Eylədin ani qərqi-lücceyi-Nil. 
Ali-Firon əlində zarü zəlil, 
Daimi qalmaz ali-İsrail. 
Hansı Fironi-cəhlü kibrü qürur, 
Düşməni-əqlü fəhmü huşü şüur 
Qoymaz aləmdə elm edək hasil 
Ta olaq bir məqamə biz vasil 
Qurtaraq bu xəyali-vəhşətdən,  
Oyanaq bircə xabi-qəflətdən. 
Dolana rahi-rüşdə niyyətimiz, 
İltiyamin tapa cərahatimiz.  
Yaralanmızçün axtaraq məlhəm,  
Özgə növ ilə dövr edə aləm 
Oxuyaq biz qəzetlər əhvalın,  
Ta bilək əhli-aləmin halın – 
Ki, görək xəlq nə kəmaldədir,  
Qeyr nə lıkr, nə xəyaldədır?  
Özgələr eyləyib tərəqqiyi-tam,  
Niyə biz qalmışıq bu növ əvam?  
Niyə biz bunca bikəmal olduq,  
Ayaq altında payimal olduq?  
Bəsdi tədrisi-dərsi-"Gürbəvü muş",  
"Leyli-Məcnun"ü "Vəsfi-badəfüruş".  
Demirəm tutma ruzə, eyləmə həcc,  
Leyk zahir olubdu üsrü hərəc.  
Demirəm ki, nəmaz batildir,  
Rədd hər kim deyərsə cahildir.  
Demirəm, ey əziz, vermə zəkat,  
Ver zəkat, eylə dəmbədəm xeyrat.  
Allah ehsanını qəbul eləsin,  
Tanrı məqsudini hüsul eləsin.  
Nə səbəbdən zəlilü xar olduq,  
Ərzəli-xəlqi-nızigar olduq?  
Gər özün tapsan, ey vəfa kanı,  
Sənə qurban bu Seyyidin canı 
  


                                            
68 
"ZİYA" QƏZETİNƏ 
İrəvanlı Abbas ağa haqqında 
Mərhəba, ey İrəvanın xaki-zibamənzəri – 
Kim, gəlib səndən vücudə əhli-məna sərvəri.  
Mərhəba, ey İrəvan, ey məcməül-bəhreyn-əsər,  
Bəhrsən, Abbasi-namavər o bəhrin gövhəri.  
Gövhəri-qabil, münni-əhli-ürfan, feyzi-həq – 
Kim, olubdur zatı bir alicənabın yavəri.  
Eyləyib himmət "Ziya" haqqında ol xurşidfər,  
Ta "Ziya" olsun cahanda əhli-həqqin rəhbəri.  
Aləmə açsın zəbani-pənd, töksün dürrlər,  
Zöhrəvü Xürşidü Məh olsun o dürrə müştəri.  
Mərhəba, ey sahibi-himmət Məhəmmədzadə kim,  
Sən bu imdad ilə şad etdin dili-peyğəmbəri.  
Çün qəzetdən şad olur əhli-səvadi-ruzigar,  
Sən onu ehya edib, şad eylədin aləmləri.  
Sən təki bir beş nəfər qeyrətkeş olsaydı əgər,  
Çəkməz idik aləm içrə minnəti-gavü xəri.  
Gər qəzet qədrin hələ bilməzsə bu qövm, eybi yox,  
İbtidadə hər işi, ari, sanırlar sərsəri.  
İbtida Musanı təkzib etdi qövmi-Qibtiyan,  
Bildilər gövsaləni məbud qövmi-Samiri.  
Aqibət öz nurini izhar qıldı ləmyəzəl,  
Oldular ol zatlər hər eybü nöqsandan bəri.  
Bilməsə nadan qəzet qədrin, əzizim, nəqsi yox,  
"Qədri zər zərgər şünasəd, qədri cövhər cövhəri"
*
.  
Əhli-ürfanə nıüin olmaq kəmal istər özü,  
Bikəmalın yox kəmal əhlilə meyli-xatiri.  
Nükteyi-"mən ləm yərək ləm yörifə"

 ol qutəvər,  
Ta sənə ol nüktə açsın bir mütəvvəl dəftəri.  
Sən qəzet tərcihinə aləmləri təhris edib,  
Aləmi tutdun əziz, aləmdə xar etdin zəri. 
  
                                                          
*
 Zər qadrini zərgər bilər, gövhər qədrini sərraf.  

 Səni görməyən tanımaz {hədis). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə