SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

                                            
89 
BAHARİYYƏ 
Məsnəvi 
Dəmi ki, etmiş idi dərdü qüssə könlümü xun,  
Məlalü möhnətimi eyləmişdi çərx füzun,  
Nə bir rəfiq ki, bu qəmdə qəmküsarım ola.  
Ənisi-xatiri-qəmdidəvü fikarım ola,  
Gözüm piyaləsi məmlüvv əşki-həsrət ilə.  
Keçib məlalilən əyyam min kədurət ilə.  
Könüldə yüz qəmü möhnət, nə taqəti-təqrir,  
Nə dərdü qüssəyə çarə, nə möhnətə tədbir – 
Ki, bir rəfiqi-vəfaşivəvü kərəmkirdar,  
Təriqi-lütf ilə dildarlıq qılıb izhar.  
Dedi ki, ey bu cahanda səramədi-üşşaq,  
Hərifi-məclisi-rindan, rəfiqi-xoşəxlaq,  
Zəmanə əhli səni əhli-dil edəllə hesab,  
Həmişə maili-eyşü nişat, çəngü rübab.  
Bəiddir ki, məqamın ola bu guşeyi-qəm,  
Məlalü möhnət ilə yar, dərd ilə həmdəm.  
Əcəb bu qəflətə səndən, bu guşeyi-pünhan,  
Ələlxüsus ki, fəsli-bahardır bu zaman.  
Edib nəsimi-səba kuhü dəşti müşkamiz,  
Tutubdu suhni-gülüstanı səbzeyi-novxiz.  
Füruği-çöhreyi-gül səhni-bağə nur salıb,  
Nəvayi-bülbülü qümri cahanə şur salıb,  
Behişt səfhəsi tək səhni-bağ xürrəmdir,  
Bənafşə - susənə, nəsrinə - lalə həmdəmdir.  
Sədayi-kəbki-xüramanü naleyi -dürrac,  
Qərarü səbrini eşq əhlinin edib tarac.  
Ayəğə dur ki, edək bir zaman səyahəti-bağ – 
Ki, bəlkə nəfheyi-güldən edək əlaci-dimağ.  
Məni-şikəstəkönüi, dərdü qüssədən əfkar,  
Bu qissəni eşidib laəlacü həm naçar.  
Səyahət əzmi ilə üz qoyüb gülüstanə,  
Bəli bir əldə sürahi, bir əldə peymanə.  
Fəzayi-gulşəni gördüm əcəb dilaradır, 
  


                                            
90 
Həvayi-bağ fərəhbəxşü rahətətzadır.  
Behişt əlaməti gülzardən büruz etmiş,  
Şükufə xələti-əşcan nüqrəduz etmiş.  
Görüb bu növ ilə gülzarı xürrəmü şadab,  
Xitab saqiyə qıldım ki, bir qədəh meyi-nab!  
Edib piyaləni ləbriz söylədi saqi – 
Ki, yoxdu zəhri-qəmin bundan özgə tiryaki.  
Əzəl piyalə ki, əvvəl qədəmdə nuş etdim,  
Nəvayi-faxtədən bu sədanı guş etdim – 
Ki, ey şəvahidi-gülzar, sakinani-çəmən,  
Edən bu rövzcyi-cənnətmisal içində vətən.  
Bilin ki, xosrovi-gülgunqəbayi-xitteyi-bağ  
Sizə bu növ ilə hökm etdi, ta edəm iblağ – 
Ki, ta qüdumi-bahar ilə bağdır xürrəm,  
Büsati-işarətidən xali olmayın bir dəm.  
Büsati-işrəti çəksinlə tərfi-gülzarə,  
Kimisi dairə götsün, kimisi nəqqarə.  
Bənəfşə zülfünə badi-səba yetirsin tab – 
Ki, tutsun aləmi yeksər şəmimi-ənbəri-nab.  
Qəbayi-lalə bu mövsümdə ləlfam olsun,  
Byşərti-inki əlində müdam cam olsun.  
Gərək bu bəzmə verə əndəlib sövti rəvac – 
Ki, hüsni-sövtə bu fərxəndə bəzmdir möhtac.  
Kənari-cuydə sərvi-səhi məqam etsin,  
Vəli gəlib-gedənə yaxşı ehtiram etsin.  
Səyahət etməyə gülzarə hər kəs etsə xüram.  
İcazə verməyə şimşadə eyləsin iqdam.  
Bisati-səbzəni ta bir kəs etməyə pamal,  
Əlində xəncər ona susən etsin istiqbal.  
Yetirdi çün bu pəyamı o mürği-xoşəlhan,  
Gəlib nəşatə gülü lalə, sünbülü reyhan.  
Məni-füsürdə bu hali görüb, gəlib halə,  
Dedim: - Səbəb nədi, saqi, bu qədr ehmalə?  
Edib piyaləni ləbriz ol nikuməslək,  
Tutub bərabərimə söylədi: "həni ən lək'
*
 
  
                                                          
*
 
Nuş olsun
 


                                            
91 
İkinci camı ki, nuş eylədim məni-məcnun,  
Edib xümarımı əvvəlki camdən əfzun,  
Zəmanə dərdü məlalından etdi könlümü pak,  
Gətirdi şurə məni, baş açıq, giriban çak.  
Dedim ki, bir dolanım canibi-gülüstanı,  
Tapım qərargəhi-bülbüli-xoşəlhanı – 
Ki, həm nəvası ilə bir zaman olum dilşad,  
Qüdumi-güldən edim həm ona mübarəkbad – 
Ki, var onun da mənim tək başında sevdası,  
Çəkib fəraq ələmin, vəsldir təmənnası.  
Könül bu fikrdə, gəz maili-nəzareyi-bağ,  
Fəzayi-gülşəni seyr etməyə götürdüm ayağ – 
Ki, bir pərivəşə çeşmim sataşdı, gözləri məst,  
Gəlib xüramə ki, ta sərvi-nazı eyləyə pəst.  
Fəriştə xuyü firəngi-xisalü kafərkiş,  
Xədəngi-qəmzəsi hazır könüllər etməyə riş.  
Tökübdü tərfi-binaguşə türreyi-müşkin,  
Salıbdı çöhreyi-xurşidə müşki-tərdən çin.  
Kəməndi-zülfünə təhriki-şanə vermiş tab,  
Mərizi-eşqə ləbi-ləli şərbəti-innab.  
Çəkibdi lövhi-cəbinində dəsti-qüdrəti-həq,  
İki hilal, vəli, müşkdən verib rövnəq.  
Olub mənimlə müqabil o dilbəri-tənnaz,  
Təriqi-tənz ilə dürci-əqiqin eylədi baz – 
Ki, "mərhəba ləkə", ey şairi-bədii-kəlam,  
Sənə səyahəti-gülşən mübarək ola müdam!  
Məgər gətirdi səni təngə eşq sevdası – 
Ki, oldu seyri-çəmən xatirin təmənnası?  
Dedim ki, ey məni rüsvayi-xəlq edən dildar,  
Büti-Məsihtəkəllüm, nigari-xoşgöftar,  
Xədəngi-qəmzən edib, bos deyilmi könlümü riş,  
Dəxi bu söz nə rəva zəxmim üzrə vurmaq niş?  
Həmişə istərəm olsun qəmin könüldə füzun,  
Məlalü möhnətü eşqinlə bağrım olsun xun.  
Kəməndi-həlqeyi-zülfünlə gərdənim ola bənd,  
Neçin ki, layiqi-divanədir həmişə kəmənd.  
Vəli həvayi-çəmən kuyüvün nişanəsidir, 
  


                                            
92 
Camali-laləvü gül ruyüvün nişanəsidir.  
Edəllə bir-birə lafi şəvahidi-gülzar,  
Bizimlə həmdəm olan istəməz bir özgə nigar.  
Gəlib itabə bu sözdən o mahi-müşkniqab,  
Məni-şikəstəyə bu nəhv ilə yetirdi cavab:  
Mənim ki, hüsnü cəmalım salıbdı aləmə şur,  
Cəmalü surətinə, söylə kim olub məğrur?  
Dedim ki, qəddin ilə sərvi-naz eylər laf,  
Dedi: - Güman budu, qəddim görə, verər insaf.  
Dedim: - Bənəfşə edər laf o zülfdən izhar,  
Dedi: - Əbəs döyü başı aşağı, xicləti var.  
Dedim: - Durubdu üzün qarşısında laleyi-al,  
Dedi; - Onu da edər şərmsar üzümdəki xal.  
Dedim: - Gözünlədi həmçeşm nərgisi-məxmur,  
Dedi ki, gözlərimi görsə gözləri olu kur.  
Dedim: -Dəhanuva bəs qönçənin nə nisbəti var?  
Dedi; - Dəhanıma bənzər və leyk yox göftar.  
Dedim: - Ləbinlədi gül-bərgi-tər mübahisəsi,  
Dedi: - Xəzanın ona tez yetər həvadisəsi.  
Dedim: - Qaşınla müqabil durub fələkdə hilal,  
Dedi ki, çərxə qaşımdan düşüb bu türfə misal.  
Dedim: - Üzünlə bərabər tutar özüm məhi-tam,  
Dedi: - Edən onu sərgəştə bu həvəsdi müdam.  
Dedim ki, ləlüvə bənzər əqiqi-rümmani,  
Dedi: - Bəli, əgər etsəydi xəndə pünhani.  
Mənim ki, hüsni-cəmalımda əqldir heyran,  
Səbəb budur ki, mənəm bəndeyi-şəhi-imkan.  
Dəxildir bu şəhə Seyyidi-ələmpərvər,  
Cəza günündə onu qoyma zar, ey sərvər.  
Şəhi-səriri-xilafət, əmiri-hadiyi-rah,  
Əmiri-ənfüsi-afaq Əli vəliyullah.  
Vəsiyyi-mütləqi-xeyrulbəşər, imami-mübin  
Müini-məzhəbü millət, şəhi-Qiyasəddin. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə