SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

                                            
98 
  
Hər şeydə sən görərdin əyatı həqq surətin.  
Ol gün ki, gördü yarımı Adəm, behiştdən  
Düşdü həvayi-vəslinə, tərk etdi cənnətin.  
Axırda oldu mətəkifi-babi-dövləti,  
Darüssəlamə vasil olub tapdı behcətin.  
Seyr et Nəcəf diyarını, qap dürri-vəhdəti,  
Bundan ziyadə mən nə açıra yar söhbətin?  
İnsanı xəlq eylədi öz surətində həqq,  
Bax arizi-nigarıma, gəl gör əlamətin.  
Varımdı Misri-qəlbdə bir Yusifi-əziz,  
Həq doldurubdu könlümə mehrü müvəddətin.  
Ol Yusif eşqi eylədi vadar kim, məni  
Təhrir edim bu növ ilə Yusif hekayətin  
Gəh qazeyi-kəlam qılar hüsni-Yusifi,  
Gəh faş edər o mahə Züleyxa iradətin.  
Şayəd ki, rəmzdən olan agah halıma,  
İzhar edə bu aşiqi-zarə inayətin.  
Ey dil, bu halə gətdi səni badeyi-vila,  
İnkar qılma piri-muğanın kəramətin.  
Seyyid, bir özgə rəmz göründü bu nəzmdən.  
Hal əhlinin bu rəmz füzun etdi halətin. 
  


                                            
99 
ŞƏRAB HAQQINDA 
Məsnəvi 
Evlər yıxıldı dəhrdə şürbi-şərabdən,  
İbrət gotür şərabın üzündə hübabdən,  
Hali-hübab mətləbimə bir işarədir,  
Bu ariyətsəradə sözüm istiarədir.  
Əql itədir şərafəti-insan zəmanədə,  
Pamal qılma əqli şərabü müğanədə.  
Mey bəzminin dolanma, əzizim, kənarına,  
Dəyməz səfayi-badeyi-gülgun xumarına.  
Hər kimsənin ki, xatiri mail əyağədir,  
Tutmaz əlini əql ki, meyli əyağədir.  
Badə dimağı fasid edər, ehtiraz elə,  
Naçar eyləsən bu təbəhkarı, az elə.  
Təqlid ilə bu mətləbi mən qılmıram bəyan,  
Bir neçə dəfə badə içib etdim imtəhan.  
Gördüm ki, içmişəm çıxıb əqlü şüurdən,  
Fərq etmədim cahanda ünası zükurdən.  
Məst olmasaydım, olmaz idim maili-zina,  
Məst olmasaydım, etməz idim cəngi-bərməla.  
Gərçi günahı az görünür camü badənin,  
Amma dərini fəth qılır hər iradənin.  
Harutu qıldı şürbü onun dərdə mübtəla,  
Marutu qıldı şürbü onun varidi-bəla.  
İçmə şərabi-nabı ki, ümmül-fəsaddır,  
Hər fitnədən şərab fəsadı ziyaddır.  
İçmə onu ki, içmədi peyğəmbəri-xuda,  
İçmə onu ki, içmədi sultani-övliya.  
Mey şürbü bil şəriəti-adəmdədir həram,  
Bu əmrə ənbiyayi-izam etməyib qiyam.  
Meyl etmə kim, şərabə, dimağə ziyanı var,  
İçməz o kimsə ki, xirədi-nüktədanı var.  
Seyyid edibdi tövbəni şürbi-şərabdən,  
Ümmidi var çəzadə qutarsın əzabdən.  
Asi qulundu əfv qıl, ey xaliqi-rəhim,  
Feyzindən eyləmə onu novmid, ya kərim! 
  


                                            
100 
ƏHİBBANIN RİCASI 
Məsnəvi 
Nə olur, ey ədibi-əhli-cahan, 
 Edəsən pəndimi qəbul əlan, 
 Çəkəsən şiveyi-qəzəldən əl, 
 Qəzələ qoymayır qəzal məhəl. 
 Bəsdir etdin bu dəkli şerə həvəs, 
Şeri almaz şəirə əsla kəs. 
 Ehtiraq etdi kövkəbi-şüəra, 
 Biəsərdir Ütaridü Şira. 
 Sədi-əkbər qalıb səadətdən, 
 Sədi-əsğər düşüb kəramətdən 
 Kövkəbi-Müştəri vəbalə düşüb,  
Afitabi-səfa zəvalə düşüb. 
Əhli-izzət cahanda xar olub, 
 Qəsri-nadan zərnigar olub. 
 Huşə gəl, mərdük zamanı deyil, 
 Dəxi bidərdlik zəmanı deyil. 
 Olma bikar, ol mübaşiri-kar, 
 Gərçi bimüştəri qalıb bazar. 
 Yox mətai-hünər xəridarı 
, Saldı gərdun kəsadə bazarı
. Demə əşar, rəsmi-şeri unut, 
İndi sən bir təriqi-digər tut, 
 Nə olur nəqli-ənbiyayi-cahan 
, Ola türki dilində xəlqə bəyan? 
 Cümlə ətfali-türkü şad edəsən, 
 Özünə həm cahanda ad edəsən. 
 Qala aləmdə yadigar sözün, 
 Ola rövşən bu macəradə gözün. 
 Sözü ol yarın eylədi təsir, 
 Necə kim, mey dilə verir təşvir 
. San Məsih idi ol mələksima, 
 Eylədi mürdə könlümü ehya. 
 Qıldı tərğib ol fəriştənihad, 
    


                                            
101 
  
Oldu ruhül-qüdüs mənə ustad, 
Oldu təlim Adəmə əsma, 
Sənə hərad olsun, ey ilahi-səma! 
Pir idim, tifl oldu ustadım, 
Feyzi-həqdən yetişdi imdadım 
Badeyi-nitqi etdi məst məni, 
Eylədi əmrə paybəst məni. 
Eylədim şerhi-halə bəs iqdam, 
Eylədi övni-qadirü əllam. 
Bu hekayətlər ənbiyadəndir 
Şərh olub "Rövzətüs-səfa"dəndir. 
Bikəmü biş etmişəm təhrir, 
Vermədim hiç nüktəyə təğyir. 
Cümlə bir qövmə kim, olub havi 
Dedim: "Əl öhdətü ələrravi"
*

                                                          
*
 Babalı deyənin boynuna



                                            
102 
TƏSVİRİ AMAXININ VƏZİYYƏTİNİN 
Mürəbbə-dördlük     
Saqiya, ey büti-gülçöhrə, gəlir fəsli-bahar, 
Meyi-gülfamı gətir, mövsümi-işrət görünür 
Ruhi-Cəmşidi qılıb şad, gətir mey camın, 
Yenə təbimdə mənim türfə bəşarət görünür. 
Var ümidim, yenə güllər açılıb yaz olacaq, 
Bülbüli-suxtədillər yenə dəmsaz olacaq,  
Çox olub cyşü tərəb, möhnətü qəm az olacaq,  
Açılıb laləvü gül, gör nə lətafət görünür! 
Neçə illərdi ki, Şirvanə gəlib rəncü əzab, 
Oldu çox kimsənələr zəlzələdən xanəxarab, 
Kimiya kimi olub rahi-mədaxil nayab, 
Neçə müddətdi ki, bu əhldə üsrət görünür. 
Şəhri-Şirvan idi Qafqazdə hər ölkəyə baş, 
Xəlqinin könlü hami gen, üzü gül tək bəşşaş, 
Qəhtdən, zəlzələdən bizlərə təng oldu məaş. 
İndi bizlərdə nə bir malü nə sərvəf görünür. 
Qəhtdə, zəlzələdə üsrətimiz gördü əyatı
İmperaturi-müəzzəm bizə qıldı ehsan, 
Nəqd pul, möhləti-tövci, bəm əta eylədi nan, 
Filhəqiqət ki, bu dövlətdə səxavət görünür. 
Həqq edə Sani Aleksandra daim rəhmət, 
Eyləsin mənzilü məvasını baği-cənnət, 
Verməsin salis Aleksandra hərgiz afət- 
Ki, bu övladdə asari-ədalət görünür. 
Şəhri-Moskovda bu il kim, o siracü vəhhac 
May ayında qoyacaq izzət ilə başına taç 
Gərçi xurşidi-cahan tacə deyildir möhtaç 
Padşəhlərdə və lakin belə adət görünür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə