SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

                                            
114 
  
Driğa, getdi dünyadən o şəxsi-arifü karail!  
Onun cənnətdə ruhun şad qılsın həzrəti-İsa. 
Əgərçi öz həyatında görübdür çox nəvazişlər,  
Vəli, bəd əz vəfat oldu ona həm hörməti-üzma. 
Hümayi-mülkü dövlət, imperaturi-müəzzəmdən  
Çıxıb fərman bu kim, təmir olunsun mərqədi-vala. 
Olub təmir o valanın məzarı hökmi-şah ilə,  
Şəhənşahi-müəzzəm qıldı öz asarını ibqa. 
Xudaya, baqi olsun dövləti-sultan Aleksandr- 
Ki, əhli-elmə etdi ehtiram ol şahi-bihəmta. 
Nəinki əhli-elmə hörmət eylər öz həyatında,  
Vəfatından sora elm əhlinin namın qılır ehya. 
Zəhi sultani-adil qədrdan kim, zati-valası,  
Tapıbdır rəfət ilə cümleyi-aləmdə istisna. 
Həmişə qıl dua, Seyyid, bu şahi-qədrdan üçün- 
Ki, oldur əhli-Qafqazə vəliyyi-neməti-kübra. 
İlahi, qıl özin, qardaşların, həm oğlunu daim,  
Bəlalərdən səlamət, cümleyt-düşmənlərin rüsva. 
  
  


                                            
115 
Məktublar 


                                            
116 


                                            
117 
HƏSƏN BƏY MƏLİKOVA 
Məsnəvi 
Ey Həsənbəy, müəllimi-dana!  
Ey edən əhli-aləmi ehya!  
Ey çatan aləmə səfa səndən,  
Eyləyir Seyyid iltica səndən- 
Ki, bu məktub kim, xəyalımdır,  
Əhli-Qafqazə ərzi-halımdır;  
Edəsən çap, ey gözüm nuri,  
Ta ola ruzigar məşhuri. 
* * * 
Əssəlam, ey əhaliyi-Qafqaz,  
Ey rəisani-sahibül-ezaz!  
Əssəlam, ey güruhi-xeyr-əsər,  
Millətin qeyrətin çəkən kəslər!  
Kişidə olmasa əgər qeyrət,  
Ondan, əlbəttə, yaxşıdır övrət.  
Dadü fəryad, ey güruhi-izam,  
Oldu zaye bu milləti-islam.  
Günü gündən zəlilü xar olduq.  
Möhnətü qüssəyə düçar olduq.  
Bu qədər dərd kim, olur hadis, 
Ona bielmlik olur bais.  
Bir bəladır bu dərdi-nadani- 
Ki, onun elm olubdıı dərmani.  
Bu təəccübdür, ey güruhi-bəşər,  
Bir kişi yatsa, naxoş olsa əgər,  
Axtarır bir təbibi-danadil,  
Ta ki, səhhət ola ona hasil.  
İndi naxoşdu milləti-islam,  
Ona lazımdır eyləmək əncam. 
    


                                            
118 
Dərdimizdir bu dərdi-nadanlıq- 
Ki, tutubdur bizi pərişanlıq.  
Qeyrilər etdilər tərəqqiyi-tam,  
Qaldı zillətdə firqeyi-islam.  
Kişinin olmadısa dünyası,  
Bari lazımdır olsun üqbası.  
Bizdə nə axirət, nə dünya var,  
Olmuşuq bir yaman bəlayə düçar.  
Hər vilayətdə var beş-on kəsəbə,  
Əlli min seyyidü axund, tələbə,  
Əlli dərviş, əlli mərsiyəxan,  
Hamının sözləri tamam yalan;  
Əlli min suxtə, əlli min sail,  
Əlli min hoqqabazi-naqabi1,  
Hamının fikri xəlqi soymaqdır,  
Quru yerdə bu xəlqi qoymaqdır.  
Xəlqə bunlar hamı qurublar dam,  
Bir bunu annamir bu qövmi-avam.  
Şiəmiz sünniyə edər töhmət,  
Sünnimiz şiədən edər qeybət. 
Bizi puç etdi şiə, sünni sözü,  
Əhli-islamın oldu kur gözü.  
Bizə sairlər eyləyir töhmət,  
Çün tərəqqi edibdir hər millət.  
Gərçi var iş qanan kişi tək-tək,  
Əksəri-xəlq əvamdir, bişək.  
Neyləsin iş qananlar, ay qardaş,  
Qurunun oduna yanır həm yaş.  
Babi-elm olmayıb bizə məsdud,  
Kəsb edən yoxdur anı, leyk, nə sud!  
Bundan əqdəm əgərçi kəsbi-ülum  
Müşkül idi və leyk, ey məxdum,  
İndi işlər çıxıbdır asanə,  
Rəsmi-dünya düşübdü samanə,  
Tapıb övzai-masiva təğyir, 
  


                                            
119 
Göyə çıxmağa xəlq edib tədbir.  
Paraxod oldu gəştiyi-yelkan,  
Özgə samanə düşdü xəlqi-cahan.  
Leyk biz bilmənük göz açmaği  
Köhnə işlərdə qalmışıq baqi.  
Babamizdan nə görmüşük əvvəl,  
Dəxi ondan səvayə olmaz əməl.  
Məsələn, bir müəllimi-ələm,  
Deyə xurşidi mərkəzi-aləm,  
Deyə sabit günü, yeri səyyar,  
Zəlzələ baisin bilirsə buxar;  
Deyə kim, var əraziyi-tisin,  
Yerin altında yoxdu gavi-zəmin;  
Şərh edə gün tutulmağın sözünü,  
Deyə kim, ay tutur günün üzünü,  
Tutulan vəqtdə məhi-taban,  
Deyə kim, zilli-ərz edir pünhan;  
Edə ərşin xürusunu inkar,  
Etməyə bu kəlamə istiğfar.  
Deyəcəklər ki, cümlə: kafərdir,  
Bu şəqi münkiri-peyəmbərdir!  
Bu nədəndir? Savadımız yoxdur,  
Elmdə ictihadımız yoxdur.  
Bilmirik biz hədis mənasın,  
Qanmırıq əhli-şər fitvasın.  
Bixəbər olmuşuq şəriətdən,  
Başımız çıxmır elmi-hikmətdən.  
Bağlanıbdır rəhi-məişətimiz,  
Gərçi var kəsbə istitaətimiz.  
Olmuşuq misli-tənbəli-Bəğdad,  
Edirik cümlə bəxt əlindən dad.  
Kəsb üçün həzrəti-rəsulüllah- 
Dedi: - "Əlkasibü həbibüllah'
*

   
  
                                                          
*
 Allah zəhmətkeşin dostudur



                                            
120 
Zinəti-şəxs elmi-ədyandır,  
Elmsiz şəxs misli-heyvandır.  
Sizə, ey xəlqi-bibəsər, əlan  
Rövşən olsun bu nükteyi-pünhan,  
Bu Həsənbəy ki xud müəllimdir,  
Tanıyırsız ki, bir onu kimdir?  
Bir ləim idi ol rəfii cənab,  
Məsqətür-rəsi qəryeyi-Zərdab.  
Oxuyub elm eylədi hasil,  
Ta ki oldu bu nemətə vasil.  
Elmdən oldu ol bülənd məkan,  
Qaldı yoldaşları vəli çuban.  
Əyyühənnas, kimyadır elm,  
Məzhəri-zati-kibriyadır elm.  
Çünki var idi bizdə nadanlıq,  
Bizə üz verdi çox pərişanlıq.  
İndi Şirvanda açmışıq məktəb,  
Dərsimiz rusü türkü farsü ərəb.  
Zəhmətim çoxdu, hiç nəfim yox,  
Leyk həqqə ümidvarəm çox- .  
Kim, bu zəhmətlər olmaya zaye,  
Bəlkə bu macəra ola şaye.  
Şeyxül-islamü müftiyi-islam  
İkisi bir olub, edə əncam.  
Çünki bunlar rəisi-millətdir,  
Mədəni-lütfii kani-qeyrətdir. 
Necə kim, ol müəllimi-əvvəl,  
Ona Tiflisdir məqami-məhəl,  
"Qafqazski uçebni"nin miri,  
Hikmətin canı, elmin iksiri,  
Mahi-fevralda ol səfaxanə,  
Mənə yazmışdı bir rizanamə.  
Sizi tari, bir eyləyin insaf,  
Gövhəri-mətləbə olun sərraf!  
Gör necə xeyirxah kəslər var, 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə