SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

                                            
121 
Eyləyin qeyrət, ey ülül-əbsar!  
Bavücudi ki, rusdur o cənab,  
Şad olur elm kəsb edə tüllab.  
Ol bu əmrə görün, olur dilşad—  
Ki, müsəlmanlar olsun əhli-səvad.  
Seyyida, bəsdi, nəzmi qıl kutah,  
Xatirin cəm qıl ki, inşallah,  
Şeyxül-islamü müftiyi-xoşnam  
Uşqola əmrinə edər əncam! 
  


                                            
122 
HƏSƏNBƏY MƏLİKOVA 
(Möhsünə cavab)  
Məsnəvi 
Ey bizə xeyrxah olan Möhsün,  
Əhli-ehsanü xoşnişan Möhsün!  
Millətin qeyrətin çəkən qardaş,  
Töxmi-xoşbəxtlik əkən qardaş.  
Sözlərin dün gətirdi şurə məni,  
Şad qılsın görüm ilahi səni!  
Yazmış idin ki, ey güruhi-bəşər,  
Əhli-islam, qövmi-paksiyər,  
Ayılın bircə xabi-qəflətdən,  
Geri qaldıq təmam millətdən!  
Afərin, cy yeganeyi-dövran  
Pəndinə yoxdu şəkkü reybü güman.  
Məsəlin xub, sözlərin mərğub,  
Zövq edər guş edəndə əhli-qülub.  
Filhəqiqət dirəxti-nakamil,  
Tərbiyət feyzinə olur şamil.  
Növi-insan deyil ağacdan kəm,  
Qabili-tərbiyətdi hər adəm;  
Daşı təsiri-afitabi-fələk  
Döndərib ləli-nab edər bişək.  
Nafi-ahudə müşk edir qanı,  
Dürri-nab eylər abi-niysanı.  
Elm üçün, ari, əhli-hikmətlər,  
Çəkib aləmdə çox riyazətlər.  
Elmsiz kimsənə hünərsizdir,  
Elmi-bitərbiyət səmərsizdir.  
Tərbiyət mayeyi-səadətdir,  
Tərbiyət şəxsə malü dövlətdir.  
Eimlə hər o kəs ki, danadır,  
Qabili-feyzi-rəbbi-oladır.  
Lütf ilə mürdələr qılan ehya  
Qaçdı nadandan Həzrəti-İsa. 
  


                                            
123 
Elmdir baisi-tərəqqiyi-tam,  
Alimə tay deyil güruhi-əvam.  
Bunu da bil ki, ey qərini-şərəf,  
Elm ancaq deyil bu "Nəhv" ilə "Sərf'.  
Bu deyil ancaq elm, ey dana,  
Edəsən böl vəqti-istibra.  
Hələ qalsın bu rəmzlər bari,  
Elmsiz adəmin nə midqari?  
Möhsüna, ey fəda olum sənə mən!  
Etdiyin fikri-bikrə səd əhsən!  
Bilməyən yoxdu kim, bu mənanı:  
Tərbiyət kamil eylər insanı.  
Tutatım gəldik əmrə mərdanə,  
Baxmadıq tənü lənü nadanə;  
Tutalım eylədik bu əmrə tifaq,  
Tərbiyət biz görək ki, kimdən alaq?  
Hansı məktəbdə fövci-ətfali  
Hansı bir elmdən edək hali?  
Məktəbi-tibb, ya ki hikmətdən'?  
Ya ki hərbiyyə, ya ki hirfətdən?  
Necə ki ol "Vəkili-naməlum'
*
  
Eyləmişdi bu nüktəni mərqum.  
Əvvəla, bizdə yox o məktəblər- 
Ki, verə kəsbi-elmi xəlqə səmər.  
Nə o günə kitablar əlan- 
Ki, ola öz lisanımızda bəyan.  
Biza hasil nə şey olur yoxdan- 
Kim, itibdir kitabımız çoxdan.  
Ham bizdə "Xü1asə"nin səməri,  
Hanı "Cəbrül-müqabil"in xəbəri?  
Səhl dillərdə elmi-heyət yox,  
Cəmi təfriqü zərbü qismət yox.  
Nə təqiyyə, budur sözün safi,  
Küfrdir bizdə elmi-coğrafi.  
Hər vilayətdə var beş-on məktəb, 
                                                          
*
 M.F.Axundzadənin imzasıdır. 


                                            
124 
Edirik kəsb onda elmü ədəb.  
Məktəbin fərşi altı köhnə həsir,  
Neçə ətfali-müztər onda əsir.  
Dərsimizdü kitabi-"Gürbəvü muş",  
"Nəqli-həmdunə ", "Qisseyi -xərguş".  
Oxuruq, çox tərəqqi etsək əgər  
Cümlə "Tarixi-Nadir"i əzbər.  
Deyəcəksən ki, ey qərini-ədəb,  
Bəs gəlin tazədən açaq məktəb.  
Biz bu əmrə görək ki, ey xoşnam,  
Hansı qüdrətlə cyləyək iqdam?  
Pulumuz varmı ol sərəncamə,  
Ta yetişsin fəqirlər kamə?  
Əhli-islam eyləyibdi vəfat,  
Dəxi müşgül tapa bu qövm həyat.  
Məgər ol Əsgəri-Gorani gələ,  
Neçə məktəb gələ dəxi əmələ. 
Vəzirov bəlkə eyləyə imdad,  
Qıla bu qövmi elm üçün irşad.  
Aça onlar da mən kimi məktəb,  
Çəkələr ruzü şəb əzabü təəb.  
Alicaha, behörməti-Quran,  
Bizə çatdırsin onları sübhan.  
Seyyida, hər güruh içində ola,  
Daima əhli-elmə eylə dua. 
  


                                            
125 
HƏSƏNBƏY MƏLİKOVA 
Alişan Həsənbəy, əhsənəllahü haləhu ila əhsənil-hal bimühəmnıədin və alihi ila 
yövmil-əcal!  Nəhayət,  məruzi-hüzuri-bahirünnur  oldur  ki,  mənim  müəllim 
olmağıma  cənab  Axund  Molla  Məhəmmədin  və  Sizin  səy  vu  təlaşinizdən  qayət 
məmnun  və  məsrur  varam.  Lillahül-həmd  ki,  məqsudimiz  hasil  oldu.  Allah-təala 
Sizdən razı olsun və olavə bu günlərdə Şamaxı çox aramdır və hər yerdən asudədir 
[...]  Həqir  öz  ixlasımızı  və  padşaha  olan  sədaqətimizi  öz  türki  dilimizdə  rişteyi-
nəzmə çəkib hüzurunuza irsal qıldım. Ümidvaram ki, əgər layiq olsa çap edəsiniz. 
Çünki  söz  elə  sözdür,  amma  nəzmdə  ziyadə  təsir  eləmək  vardır.  Və  əlavə  bizim 
uşkolalarda  oxumağa  türki  dilində  uşaqlar  üçün  şəriəq  kitabları  yoxdur.  Mən  bir 
müxtəsər  türki  dilində  "Zakon-boj"  kitabı  yazmışam.  İstəyirəm  onu  "narodnı
uçilişenin" direktoruna irsal edim ki, əgər mümkün olsa, çap olunsun, ta ki uşaqlar 
oxusunlar.  Amma  əgər  sizin  qəzetənin  hürufləri  ilə  çap  olsa,  məsləhətdir.  Çünki 
çox  yaxşı,  aydın  oxunan  xətdir.  Təvəqqe  edirəm  ki,  bu  barədə  əgər  vaxtın  olsa, 
mənə bir cavab yazasız. 
Vəssəlam. 
Fi 20 oktyabr 1877-ci sənə. 
Müxlisi-Şüma Seyid Əzim Seyid Məhəmməd oğlu. 
Məktubi-mənzumeyi-Şirvaniyan. 
Məsnəvi 
Ey Həsənbəy, müəllimi-huşyar,  
Etməsin həqq vücudunu bimar.  
Sənə versin şəfa xudayi-əlim,  
Bədənin olmasın çahanda səqim.  
Çünki sən xeyrixahi-millətsən,  
Mədəni-lütfü kani-şəfqətsən.  
Qəzetin olmadi bu həftə əyan,  
Yüz yerə getdi zənnü fikrü güman.  
Belə fikr eylədik olub məsdud,  
Zaye oldu o gövhəri-məqsud.  
Çünki hər işdə macəra görünür,  
Hər sözü söyləmək xəta görünür.  
Çün bu günlərdə nəqli-qisseyi-cənk, 
    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə