SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

                                            
159 
Əgər mey olsa kövsərdən ibarət,  
Dəxi Seyyid, yoxumdur hiç rəğbət.  
Meyi-gülfamdən əstəğfürullah,  
Mənü səccadəvü kunci-ibadət.  
Şikəst et, Bixuda, cami-şərabı,  
Dürüst et, Zöviya, əsbabi-taət! Oyan,  
Qafil, götür əl cami-meydən,  
Səni məst etməsin bu xabi-qəflət!  
Gözün yum, Didə, ruyi-dilsitandan,  
Şərabi-nabə, Rağib, etmə rəğbət!  
Səfa, düşsün səfadən təbi-pakın,  
Zühur etsin Zühuridən küdurət.  
Pozun, ey dustan, divani-şeri,  
Meyü məhbubdən etmin rəvayət! 
Neçün kim, Asiyi-zarü fitadə  
Edibdir Şişə içrə tərki-badə. 
  


                                            
160 
ABDULLA BƏY ASİYƏ 
Müxəmməs 
Asiya, sözlərüvün hər biri min canə dəyər,  
Bir sözün qədrdə yüz min düri-qəltanə dəyər,  
Nəzminin hər biri yüz ləli-Bədəxşanə dəyər,  
Bəhri-təbin ki, gühər kanıdı, min kanə dəyər,  
Xatirin gülşəni yüz rövzeyi-rizvanə dəyər. 
Gərçi tifli-süxənə çoxlar olubdur dayə,  
Leyk bihudə salıblar başını qövğayə,  
Dəstrəs olmadı hər kəs gühəri-mənayə,  
Gərçi çoxlar bu ərusi eləyir pirayə,  
Sanma xamən kimi zülfi-süxənə şanə dəyər. 
Şişə içrə səni ol kimsə ki, etmiş iyead,  
Hər pərizad visalilə edibdir dilşad,  
Xatirin xoş meyi-gülgun ilə, təbin mötad,  
Fərəhin çox, kədərin yox, dəxi mülkün abad,  
Bu şərəf qədr ilə yüz monsəbi-sultanə dəyər. 
Bu da bir lütf ki, aləmdə xudavəndi-kərim,  
Lütf edibdir kərəmindən sənə bir təbi-səlim,  
Olu viranə bu məmurədə hər mülki-qədim,  
Leyk itməz əsərin, şer ilə bir dürri-yetim,  
Bu fərəh, həqqi ki, yüz mülki-Süleymanə dəyər, 
Təb-şerin ki, sənin şöhrət edib dövranə,  
Leyk, əfsanəyə sərf eyləməyin əfsanə,  
Gəldi bir həcv bu günlərdə yenə Şirvanə,  
Demiş idiz onu bir nəsli-əzimüş-şanə- 
Ki, dəri-dövləti yüz dərgəhi-xaqanə dəyər. 
Tapmısız eyb bunu ol gühəri-yektadə- 
Ki, gedib seyyidə, namusunu vermiş badə,  
Bu deyil eyb, təfərrüc eləsəz mənadə- 
Ki, bu xanzadə isə, ol biridir şəhzadə,  
Həqqi kim, aləmi-mənadə bu iş canə dəyər. 
  


                                            
161 
Yəzdgürd padşəhinin qızı, ey Asiyi-məst,  
Bəs neçün verdi Hüseyn-ibn-Əli dəstinə dəst?  
Bu haman nəsldir, ey taqiyi-govsaləpərəst,  
Haşəlillah, yetə bu əmrdən ol mahə şikəst,  
Ya ki bir töhmət o şəhzadeyi-dövranə dəyər. 
Bu haman Xan qızıdır kim, buna yox şübhəvü şət  
Eləyibdir neçə pambıq satanı dəhrdə bəg;  
Asiya, soylə itirmək nə rəva həqqi-nəmək?  
Bəli, adət belədir kim, ola hər kəs eşşək,  
Yesə hər kəslə nəmək, sonra nəməkdanə dəyər. 
Görə bir şəxs ki, bir şəxsi-kərimin kərəmin,  
Cudü bəxşayişü feyzü kərəmi-dəmbədəmin,  
Çəkməyə fəqr bəlasın, dəxi bu dəhr qəmin,  
Dönübən həcv edə axırda vəliyyün-nəəmin,  
Bu sitəm gəbrü nəsaravü müsəlmanə dəyər. 
Biz eşitmişdik olur əhli-Qarabağ qəyur,  
Gözləyər bir-birini işdə bəqədri-məqdur,  
Səndə bərəksinə bu əmri-əcib etdi zühur,  
Edib öz əhlinizi həçv, həm etmək məşhur,  
Arif ol kim, bu rəviş məşrəbi-ürfanə dəyər. 
Asiya, gərçi müzəkkər görünürsən, dişisən,  
Aləmi-xakdə növi-bəşərin iymişisən.  
Bisəbəb tutdun, əzizim, nə üçün bu işi sən?  
Yoxmu qeyrət əsəri səndə, sən axır kişisən!  
Həcvi-zən eyləməyin şiveyi-mərdanə dəyər. 
Gərçi ol zən dəxi bir şirzəni-yektadir- 
Ki, bu zənlikdə bizim tək kişidən əladır, 
O1 biri seyyidi-ali-nəsəb, həm ağadır. 
Zadeyi-şiri-Nəcəf, zeyqəmi-bipərvadır- 
Ki,  sən təki yüz min köpək aslanə dəyər. 


                                            
162 
Şaira, həcv demək izzətə bir mayə deyil,  
Şerdir, yaxşı-yamanı olu, bu, ayə deyil,  
Həcvə adət eləmək şairə bir payə deyil, 
Kişilik mayəsi ancaq  deyil, 
Var elə zən ki, biri əlli min oğlanə dəyər. 
Şuri-mey yoxsa sənin başına gətti həşəri,  
Məst olub saxlamadın hörməti-xeyrül-bəşəri,  
Həcv edib nəslini, tutdun bu qədər şurü şəri,  
Adını qoyma dəxi şieyi-isnaəşəri,  
Ali-peyğəmbəri həcv eyləmək iymanə dəyər. 
Gör səni kim bəy edibdir, bir utan admdan!  
Yoxsa, Asi, çıxıb əyyami-sələf yadından?  
Bir xəbər tut soraşub haləti-əcdadından,  
Get, xəcalət çəkəsən, şərm elə ustadından- 
Ki, sənin bu əməlin şiveyi-şeytanə dəyər. 
Seyyidə həcv dedin, yaxşı deyildir bu sayaq, 
Ay qoduq oğlu qoduq, şairə sən atdın ayaq, 
İndi bundan sonra tut sən də dəxi həcvə qulaq, 
Yay günündə babanın başına çallam toxmaq. 
Tollanıb həllac kimi ranə dəyər. 
  


                                            
163 
MƏHƏMMƏDTAĞI QÜMRİYƏ CAVAB 
Qəsidə 
Səne, ey Qümriyi-şeyda, səlami-bişümar olsun!  
Cahan içrə pənahın lütfi-həyyi-kirdigar olsun!  
Yetişdi naməniz Şirvanə, billah, vəhyi-münzəl tək,  
Gərək ol naməyə ixlas ilə canlar nisar olsun.  
Kəmalın günbəgün gün tək ki, olsun zahir aləmdə,  
Vüçudun aləmi-fanidə daim bərqərar olsun,  
Elə fikr etmisiz mən tutduğum iraddən guya,  
Budur mətləb sizə zillət, bizimçin iftixar olsun?  
Ədavətdən əgər mən tutmuşam irad məxdumə, .  
Mənə düşmən, ilahi, miri-sahib-zülfüqar, olsun!  
Vəli, Bixud demişkən "kotləsiz" çox, təbiniz sərkəş  
Elə bir sözdən istərsiz ki, cəngü girü dar olsun.  
Kimin gər tövsəni-təbində vardır böylə sərkəşlik,  
Məhali-əmrdir kim, onda təmkinü vüqar olsun.  
Bu qədri kəlləlik kim, səndə var, ey kəllə dərbəndi,  
Gərəkdir kim, sənin tək kəlləmətrəs kiştzar olsun,  
Nə vəch ilə sizi mən sevməyim aləmdə, ey yaran?  
Təki əhli-kəmal afaq içində səd həzar olsun. Tutaq,  
Qümri məhi-taban, Şüai mehri-rəxşandır,  
Kim istər afitabü mahı kim, aləmdə tar olsun?  
Və lakin yox Şüainin şüaı, məhz zülmətdir,  
Deyilmi heyf, zülmət nur adilə namdar olsun?  
Gərəkdir şer lafın eyləyən, ey bixəbər Qümri,  
Rümuzi-nəzmü nəsrə agəh olsun, huşyar olsun.  
Ərusi-nəzmə bir məşşatəliklə eyləsin zivər- 
Ki, damadi-xəyalə hüsni-lütfü pərdadar olsun.  
Gətirsin hicleyi-damadə hərdəm bikr məzmunlar- 
Ki, əhli-zövq görcək lütfunü biixtiyar olsun.  
Bənati-şerə arayiş verən olsun gərək vaqif,  
Nə kim, hər bixəbər məşşateyi-rüxsari-yar olsun.  
Başında şuri-eşqin artar, onda şahə naz eylər,  
Gülı-nəzminlə ta kim, xar kollar laləzar olsun.  
İraq ilə Hicazı çulğaya avazeyi-nəzmin, 
    
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə