SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

                                            
150 
  
Eyləyib nemətini onlara şayan, Qasir.  
Razıyam Ağa Dadaş beydən, odur kani-kərəm,  
Biz olarla yemişik çox nəməkü nan, Qasir.  
O fəsihül-füsəhadır, o nəcibün-nücəba,  
Gülşəni-şerdədir bülbüli-xoşxan, Qasir.  
Həqq edə Haciyi-mərhumu qəriqi-rəhmət,  
O Hüseynə qul idi sahibi-iyman, Qasir.  
Təqiyev Zeynəl-İbadın dəxi mən müxlisiyəm,  
Həq-təala edə daim ünu şadan, Qasir.  
Dərdimə aclıq ilındə yetişibdir o mənim,  
Dadına yetsin onun şafeyi-üsyan, Qasir,  
Qəhti-Kənan kimi qəht oldu Şəmaxidə əyan,  
Yetdi fəryadıma ol gün məhi-Kənan, Qasir.  
Əsədullah vəli nasiri olsun Əsədin,  
Görməsin hiç bəla puri-Süleyman, Qasir.  
Gözümün nurləri Sadiqü Əbdülxaliq,  
Lütfi-xaliq olara ola nigəhban, Qasir.  
Şiri-həq Məşhədi Aslanın ola dadrəsi,  
Adı Aslandır onun, həm özü aslan, Qasir.  
Həq bilir, mən bunların müxlisi-dirinəsiyəm,  
Buların hər biridir fazili-dövran, Qasir.  
Sahibi-nemət olan şəxsə nə lazım küfran?  
Haşlillah, mən olam nemətə küfran, Qasir.  
Leyk doğru sözü zikr eyləməyin eybi nədir?  
Var hər şəhrdə bir növlə nöqsan, Qasir.  
Əvvəl öz eybimizi zikr eyləmək övladır,  
Özgələr olmaya tainki pərişan, Qasir.  
Əvvəla, ad bizə "biar" şamaxılı deyilir,  
Cümlə biar oluruq mərdümi-Şirvan, Qasir.  
"Gəllə" dərbəndlidir, bir dəxi "ceyran" qubalı,  
Demişəm mən Bakının adına nisyan, Qasir.  
Qərəzim həcv deyil, şurə gətirməkdi səni,  
Ta ki düşsün əlüvə mətləbə ünvan, Qasir.  
Toxunan söz ola, gər efv elə, təqsirmizi,  
Oldu təbim bu rəviş silsiləcünban, Qasir.  
Haşəlillah, səni mən həcv eləyim, gər eləsəm
  


                                            
151 
Dilimi lal eləsin qadiri-sübhan, Qasir,  
Sən mənim köhnə rəfiqimsən, əya İsmail,  
Seyyidin çanı gərəkdir sənə qurban, Qasir.  
Bəs deyildirmi bizi həcv eləyib dövri-qəza,  
Bəs deyildirmi bizə xəsmdi Keyvan, Qasir?  
Bəs deyildirmi ki, hər nakəsə xidmət qılırıq;  
Bəs deyilmi oluruq xadimi-dunan, Qasir?  
Bəs deyilmi bizə bibadəvü şair deyilir,  
Mövsümi-eyşü tərəb, fəsli-gülüstan, Qasir?  
Bundan artıq nə olur həcv ki, şair olduq,  
Xassə bu əsrdə kim, qəhtdir ehsan, Qasir?  
Fələki-nəzmdə sən mahi-təmam olsan əgər,  
Verəcək çərxi-cəfacu sənə nöqsan, Qasir.  
Xud tutaq şerdə Xaqaniyi-sani oldun,  
Hanı Şirvanda o Şirvanşehi-zişan, Qasir?  
Nəsxü təliqdə tut kim, sənə yoxdur həmxət,  
Fələk ol xətlə çəkibdir xəti-bütlan, Qasir.  
Naxuni-həsrət ilə eyləmə çox sinə xəraş,  
Xətti-naxundan olurmu sənə dərman, Qasir?  
Hər səri-muydə yüz min hünərin olsa əgər,  
Sənə yoxdur səri-mu bir sərü saman,  
Qasir Yazmış idin Bakıda ali imarətlər var,  
Yaxşı karvansara, həmmam ilə dükkan, Qasir.  
Hacı Hacı ağanın dövləti Qarunə çatar,  
Ola bilməz o gəlib Musiyi-İmran, Qasir.  
Sənə nə, verməyəcəkdir sənə ki dövlətini,  
Təqiyəvdə tapıla gər neçə milyan, Qasir!  
Sənə mənzil verəcəklərmi imarətlərdə?  
Mənzilin ziri-zəmindir, nə ki eyvan, Qasir.  
Sən gərəkdir açasan məktəbi-tədrisi-bəlis,  
Olasan şamü səhər vəsvəsəguyan Qasir.  
Mərtəi-qüdsdə nəxli-rəmeyi-izzət ikən.,  
Olmusan gürgi-müxaliflərə çuban, Qasir,  
Şəhi-teqqani-kərəm cudi tapılmaz ki, bu gün,  
Edəsən mədhini ta kim, tapasan nan, Qasir.  
Bilirəm olmayacaq dərdinə məktəbdən əlac,  
Ey olan löqmeyi-hər hikmətə Loğman, Qasir. 
  


                                            
152 
Özüvü ver yelə palvunda
*
, əzizim, yellən,  
Yel əsəndə dəxi aç bir neçə yelkan, Qasir.  
Giləvar vəqti çevir kəştini Hactərxanə,  
Həq çıxanda sənə göstərməyə tufan, Qasir.  
Xəzri üstimdə gedərsən dəxi Gilanə tərəf,  
Nəzərində görünür sahəti-İran, Qasir.  
Xatirim xahiş edir kim, məni sən həcv edəsən,  
Sənə sonra yazaram bir neçə hədyan, Qasir.  
Müşgülə düşməyəsən qafiyəni eylə dedim,  
Tusəni-təbüvi çap, gendi bu meydan, Qasir.  
Mən ölüm, sən məni hecv eylə, mənimçün göndər,  
Çünki həcvindi mənə xələti-əlvan, Qasir.  
Xatirin gər ola rəncidə məni həcv edəsən,  
Hansı məlundu ola halı pərişan, Qasir?  
Leyk əğyar səni həcvimə təhrik qılıb,  
Bu səbəbdən görünür səhvi-firavan, Qasir,  
Səməni-əndəkə Quranı satarmı aqil?  
Qorxuram xəsmin ola batini-Quran, Qasir.  
Mən məgər ki, deyiləm ali-rəsuli-mədəni,  
Deyiləm yoxsa ki, sibti-şəhi-Mərdan, Qasir?  
Yoxsa seyyid deyilənı, məkr ilə daxılnəsəbəm,  
Nə güman eyləmisən, ey evi viran, Qasir?  
Sən namazında əgər ali-Məhəmməd deməsən,  
Batil olmaqda ona var neçə bürhan, Qasir.  
Belə fikr eyləmə sən, olsa əgər zində imam,  
Şümr olmaz ona əlan, "kəma-kan", Qasir?  
Sahibin istəyən, axır itinə hörmət edər,  
Niyə səndən ola qəmgin şahi-Mərdan, Qasir?  
Ali-Yasinə əgar etsən ədavət zahir.  
Şad səndən olu zürriyyeyi-Süfyan, Qasir.  
Büğzi-haccac nədən oldu görək səndə əyan?  
Yoxsa kim, hökm yazıbdır sənə Mərvan, Qasir?  
Məni bir xələt alıb həcv eləmək, eybindir,  
Dini dinarə satarmı kişi, nadan Qasir?  
Aldı bu xələti bir vəqt dəxi Şümri-şərir, 
  
                                                          
*
 
Paluba 


                                            
153 
Çəkibən xəncəri-kin, eylədi cövlan, Qasir.  
At ölər, don dağılar, pul gedər, ev yıxılar.  
Leyk boynunda qalar nahəq olan qan, Qasir.  
Xələti-düşməni dünyadə geyərsən, amma  
Ərəsatə gelisən peykəri üryan, Qasir,  
Lənkəranda yox idi böylə ədalər səndə.  
Bakıda yetdi məgər əqlüvə nöqsan, Qasir?  
Belə məlum veriblər sənə qarğa beyni  
Bu sifət eyləmisən xəbti-nümayan, Qasir.  
Yoxsa bu mümkün olurdu məni sən həcv edəsən'  
Qalmışam mən belə bu nüktədə heyran, Qasir.  
Ey ğərib, indi sənin haluva heyranəm mən,  
Gah suzan oluram, gah sənə giryan, Qasir.  
Bəxti-bərgəştə səni qildı vətəndən məhrum,  
Yetsin imdaduva sultani-qəriban, Qasir.  
Olmusan ney kimi sən xaki-Şəmaxidən qət,  
Yeri vardır edəsən ney kimi əfqan, Qasir.  
Rövzeyi-xüldi-Şəmaxidə ki, bir Adəm idin,  
Mənzil olmuşdu sənə rövzeyi-rizvan, Qasir.  
Sağərin badeyi-kövsərdən olurdu sərşar,  
Həmdəm idi sənə yüz huriyü qılman, Qasir.  
Şəcəri-mənhiyənin əklinə iqdam etdin,  
Olmadın xaliqüvə tabeyi-fərman, Qasir.  
Cənnəti-şəhri-Şəmaxidan, əya xoştiynət,  
Səni məhrum elədi məkr ilə şeytan, Qasir.  
"Fəhbitu" ayəsinin təhtinə oldun daxil,  
Düşdü üsyanlara, tutdu səni xüsran, Qasir.  
Bir zaman aləmi-bərzəxdə dolandın naçar,  
Aqibət oldu yerin guşeyi-niyran, Qasir.  
Bəxti-bəd eylədi büryan ki, atıb yanə səni,  
Çəkilib bir yana, qəm atəşinə yan, Qasir. 
Lənkəranın yenə var idi bahan, meşəsi,  
Bakı şəhrində nə var, ey şəhi-dövran, Qasir?  
Bakı bir şəhri-nəməkzardü, məşhuri-cahan,  
Bu nəməkzardə yox bir nəməki-can, Qasir.  
Olmağın Bakıda bir vəchlə layiqdi sənin,  
Qoy onun vəchini izhar eləyim qan, Qasir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə