SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

                                            
144 
Xassə bir tövci ki, onlardı əzaxani-Hüseyn,  
Mövci-əşk ilə salan aləmə tufan, Çürmi. 
Əlimi şil eləsin xaliqi-əkbər ki, özü,  
Dilimi lal eləsin qadiri-sübhan, Çürmi! 
Leyk bir ad deyirlər sizə mən qoymamışam,  
Nə gunahım mənim, ey sahibi-ürfan Cürmi?! 
Əhli-Dərbəndə niyə "gəllə" deyirlər?  
Nə bilim, Qudyal əhlinə deyirlər niyə "ceyran", Cürmi? 
Yazmış idin Bakının şəhri sərasər dəyişib,  
İndi məxluqu olubdur hamı insan, Cürmi. 
Haşəlillah, bu sözə eyləmərəm mən bavər,  
Sanma kim, tərki-təbiət ola insan, Çürmi. 
Sizdə təğyir tapıb bir neçə şey, zahirdir,  
Eyləyim mən oları birbəbir ünvan, Cürmi. 
Əvvəla in ki, qədək donlaruvuz ətləs olub,  
Xaneyi-misli-təvilə olub eyvan, Cürmi. 
Quru balıq, soğanı eyləmisiz tərk, bəli,  
Siz yeyirsiz gecələr indi fisincan, Cürmi. 
Qara şəkkərlə deyilsiz dəxi siz təlxməzaq,  
Düzülür bəzmə müsəmmayi-badımcan, Cürmi, 
Lənkəran qırqovulu, sahəti-Şirvan kərəsi,  
Bakı şəhrində olub zinəti-hər xan, Cürmi. 
Çəkməvü paltona var indi sizin rəğbətiniz,  
Evdə çəngalü bıçaq, ustolü divan, Cürmi. 


                                            
145 
Yaduvuzdan çıxıb ol vəqt ki, dəryalərdə  
Siz hamı muzdur idiz kəştiyə losman, Cürmi? 
Gətirirdiz neçə yük Şirvana qarpız, doşab,  
Dəxi əncil qurusu bir neçə batman, Çürmi? 
İndi zahirdi ki, təğyir tapıb ol işlər, 
Bunu inkar eləsəm, var mənə nöqsan, Cürmi. 
Bir zaman sahəti-Şirvan idi hər ölkəyə baş,  
Bizə möhtac idi məcmui-bəyü xan, Cürmi. 
Neməti-həqqə Səba əhli tək olduq küfran,  
Yetdi ol seyli-İrəmdən bizə tufan, Cürmi. 
Nəfsimizdir, nə bəla başımıza gəlsə, səbəb,  
Məsiyətdə elədik biz hamı tüğyan, Cürmi. 
Aldı həq neməti-üzmasını bizdən axir,  
Olmuşuq biz hamı bu nemətə küfran, Cürmi. 
Lut şəhri kimi, bu şəhri həq etdi viran,  
Eylədi zəlzələdən xak ilə yeksan, Cürmi. 
İndi Qafqazdə Bakı hamıdan əladır,  
Edə abad dəxi, qadiri-sübhan, Cürmi! 
Leyk gəl hikmət ilə bu sözü bir dərk eləyək- 
Ki, çəkək biz ürəfa ruhinə suhan, Cürmi. 
Bakının tərbiyəti-abü həvasın danışaq, 
Bir görək tərkinə varmı onun imkan, Cürmi? 
Əsəri-abü həvani, gözüm, inkar eləmə,  
Babi-hikmətdə yazıblar bunu Loğman, Çürmi. 
Əhlini tənbəl edər abü həvayi-Bağdad,  
Xəlqini qorxaq edər sahəti-Kaşan, Çürmi. 


                                            
146 
Bizi biar eləyən abü həvamızdı bizim,  
Hükəmadən bu sözə var neçə bürhan, Cürmi. 
Sizi eylə yetirən abi-həvayi-Bakıdır, 
Gər desən yəni necə, qoy qala pünhan, Cürmi. 
Bu təxəllüs ki, sənin var, mənə layiqdir,  
Çünki mən eyləyirəm gündə bir üsyan, Cürmi. 
Zahirən seyyidəm, əmma nə o seyyiddən kim,  
Xüms alam, mali-imam, yox buna imkan, Cürmi. 
Deyiləm müftəxəri-gərkəsi-murdartələb,  
Mənə öz rəncim olub vasiteyi-nan, Cürmi. 
Sənətinı bir neçə ətfalə olubdur təlim,  
Açmışam sahəti-Şirvanda dəbistan, Cürmi. 
Vardır layiqi hərçənd dəbistanımda,  
Ruhi-Xaqani ola tifli-səbəqxan, Cürmi. 
Mənəm ol Xızr ki, zülmati-dəvatımdan olur  
Əhli-afaqə rəvan çeşmeyi-heyvan, Cürmi. 
Seyyidəm gərçi, bu seyyidliyə yoxdur fəxrim,  
Şərt ismətdir ola taəti-yəzdan, Cürmi. 
Bu əməllər ki, mənim var-səyadətdir bu,  
Nuhə övlad idi əlbəttə ki, Kənan, Cürmi. 
"Leysə min əhükə'
*
 remzilə olundu xaric,  
Bu sozün şahididir ayeyi-Quran, Curmi. 
  
  
                                                          
*
 
O (Kənan) bizdən deyil

      


                                            
147 
Xaki-fərmanbər olur fövçi-mələkdən əla,  
Mələki-asi olur axın şeytan, Cürmi. 
Kül mənim başıma kim, bunca xətalərlə yenə  
Var ümidim ki, olam daxili-rizvan, Cürmi. 
Sanki istəbli-süturanidi baği-cənnət- 
Ki, ona daxil ola mən kimi heyvan, Cürmi. 
Sən əgər bülbüli-gülzari-məhəbbət olsan,  
Can qulağına gəlir şur ilə əlhan, Cürmi. 
  


                                            
148 
MƏHƏMMƏD SƏFAYA CAVAB 
Qəsidə 
Yetişdi dün mənə məktubun, ey Səfa kani,  
Gətirdi nitqə o dəm bülbüli-xoşəlhani. 
Dedim, ilahi, həzaran şükr kim, Seyyid,  
Salıbdı yadə bu gün rüqə ilə canani. 
Oxundu sidq ilə namən, bilindi məzmunu,  
Həm onda bildik o dəm ol nikahi-pünhani. 
Səni şikəstə dəxi olma gəl pərişənim,  
Bu xəstəni sənə çakər veribdü rəbbani. 
Diyari-Kəbəyə həm əzm edib, səfayə gedib,  
Qəbul olmadı, neylim, kəsəm o qurbani. 
Yenə sənalər elə ol cəvanə kim, Seyyid,  
Yetişdi xitteyi-Şirvanə getdi həmrani. 
  


                                            
149 
MİRZƏ İSMAYIL QASİRƏ 
Qəsidə 
Əssalam, ey güli-xoşbuyi-gülüstan, Qasir,  
Bülbüli-xoşsüxəni-rövzeyi-rizvan, Qasir.  
Şairi-nadirəgöftarü pəsəndi dəkəlam,  
Murşidi-əhli-vəfa, piri-süxəndan, Qasir.  
Bu neçə beyt ilə qıldım sənə izhari-səlam,  
Ey olan könlü kimi xanəsi viran, Qasir.  
İki məktubi-şərifin mənə oldu vasil,  
Hər birindən yetişib cismimə bir can, Qasir.  
Xızr zülmətdə bir çeşmə tapıb, amma mən  
Tapdım ol namədə yüz çeşmeyi-heyvan, Qasir,  
Leyk mərsukyi-dövvümdə ədavət görünür,  
Nə səbəbdən elədin şerdə tügyan, Qasir?  
Təprədib özgə səni, həcvimə iqdam elədin,  
Niyə oldun bizə nahəq yerə üdvan, Qasir?  
Bakı əhlinə əgər dəymiş idi əşarım,  
Özləri qoy eləsin dərdinə dərman, Qasir.  
Şükrlillh Bakı əhlində neçə şair var,  
Hər biri nəzmdə bir saniyi-Həssan, Qasir.  
Hansı əfsungər ilanı sənə tutdurdu əcəb,  
Niyə oldun belə sən xam, ey insan, Qasir?  
Sehr göstərmiş idin şerdə hərçənd ki, sən  
Necə bəs kamına çəksin səni səban, Qasir?  
Yoxmudur səndə vətən qeyrəti, ey kəmhimmət,  
Səndən azürdə olub küll bu Şirvan, Qasir.  
Bilmədim ki, Bakı əhlinə neçin dəydi sözüm,  
Bidəmağ oldu neçün firqeyi-üdvan, Qasir?  
Nəzm ilə yazmış idim mən ki öz əhvalımızı- 
Ki, bəyan olmuş idi zilləti-ixvan, Qasir.  
Nə Bakı əhlinə olmuşdu ədavət bizdən,  
Nə demişdik olara bir para böhtan, Qasir.  
Haşəlilləh ki, o məxdumları həcv qılam,  
Yoxdu zatımda mənim şiveyi-şeytan,  
Qasir. Bakı əhlilə işim yoxdu, xudavəndi-cahan, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə