SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

                                            
126 
  
Bizlərə ərsəni edibdir təng.  
Tabeyik gərçi biz şəhi-Rusə,  
Bir xələl dəyraəyibdi namusə.  
Gərçi ixlasımız firavandır,  
Heyf kim, adımız müsəlmandır.  
Bizdə yox bir əsər xəyanətdən,  
Şakirü razıyıq bu dövlətdən.  
Bundan əqdəm də şahi-çərxövrəng  
Çox edib Türki-şumbəxtlə cəng.  
Neçə il çəng edib Dağıstanda,  
Çox olub özgə cəng hər yanda.  
Bir xəyanət görünməyib bizdən,  
Əyrilik sadir olmayıb düzdən.  
Xah Dərbəndü Qübbəvü Şirvan,  
Gəncəvü Badkubəvü Salyan,  
Lənkəran şəhri, Şişə torpağı,  
Dövləti-Rusə olmayıb yağı,  
Əhü-Tiflisü Naxçıvan, İrəvan,  
Olub əlqissə, tabeyi-fərman.  
Bizə hər hökm kim, olub sadir,  
Onu dərhal etmişik hazir.  
Biz qoşun vermişik sədaqətdən,  
Cümlə bəyzadədən, rəiyyətdən.  
Qədri-məqdur nəqdlə dilşad,  
Silki-məcruhə etmişik imdad.  
Vermişik adəm ilə ərradə,  
Olmuşuq xidmət üçün amadə.  
Tazədən hökm olundu nəqli-cəməl,  
Ona da eylədik həqiqət əməl.  
Yenə hər hökm sadir olsa əgər,  
Hazırıq biz bəhəqqi-peyğəmbər  
Var bizim əqlimiz, fərasətimiz.  
Dövləti-Rusə yox xəyanətimiz.  
Sidqdən qeyri fikrimiz yoxdur,  
Leyk şeytanımız bizim çoxdur  
Şükrlillah, naçalnik aqildir,  
Sahibi-fəhmü şəxsi-kamildir. 


                                            
127 
Gər naçalnik olaydı naqabil,  
Ol zaman əmr olurdu çox müşkil.  
Bundan əqdəm ki, Fit dağında haman  
Bizlərə hakim idi Mustafa xan,  
Yox idi rusdən bu yerdə əsər,  
Sizə islamdən nə oldu zərər?  
Əl çəkin fitnədən, şərarətdən,  
Nə çıxar bu əbəs ədavətdən.  
Biz bunu bilmişik ki, şahi-cahan  
İmperiaturi-mədələtbünyan,  
Atadan mehribandı bizlərə çox,  
Bizə bir özgə gözlə baxmağı yox.  
Döndülər gərçi qövmi-Dağıstan,  
Özlərinə dəyər bu işdə ziyan.  
Necə övrətləri olubdu əsir,  
Özləri oldu küşteyi-şəmşir.  
O1 zəmani ki, var idi Şamil,  
Neylədi rusə, bir olun aqil.  
Tutdular Şamili nə zillətlə,  
Cümlə əhli-əyalü külfətlə.  
Sirkə tünd olsa, ey ülül-əbsar,  
Axirül-əmr öz qabı çatdar.  
Sözü insafsız deyən cahil  
Kişilik silkinə deyil daxil.  
Seyyida, bəsdi qiteyi-inşa,  
İmperatura eylə xeyr-dua.  
Düşməni-Rus tarümar olsun,  
Ona Allah lütfü yar olsun! 
  


                                            
128 
HƏSƏN BƏY MƏLİKOVA 
Müəllimi-xeyirxah,      müdərrisi-aləmpənah,      bərgüzideyi-dövri  fələk,  alişan 
Həsənbəy,  səlləməllahüt-təala  min-əlbəliyyat,  təvəqqe,  olunur  ki,  zeyldə  mərqum 
olan  əhvalati-cədidəyə  mültəfit  olasız.  Əgər  pəsəndxatir  olsa,  bu  gələn  qəzetədə
səbt edib nəşr edəsiz. Çünki Şamaxı uyezdinin rüəsalarından bir neçə nəfər üməra 
və tüccardən cəm olub, bir qədər pul cəm edib, qubernator Staroselskinin ittilaı ilə
qubernski  ruhani  məçlisinin  təhti-nəzarətində  bir  uşkola  bina  ediblər  və  bu  halda 
yaxşı yola gedir. Ümidvar olmaq olur ki, Sizin səliqənizə müvafiq başa gəlsin Mən 
də  haman  uşaqlara  dərs  oxutmaqdan  buyi-xeyir  istişmam  edib,  öz  fərzəndi-
dilbəndim  Mircəfər  namı  haman  uşkolaya  dərs  üçün  qoymaqdan  Şamaxıda 
əvamün-nasın məzəmmətin öz haqqımda görübvə oğlum Mircəfərin əvamün-nasi-
kələnamın  mətamətindən  vahiməni  götürməkçün  öz  türki  tisanımızda  çox  asan 
ibarətlərlə  bir  türki  kitab  nəzm  etmişəm.  Haman  kitabdan  bu  bir  neçə  əşar  ki, 
bundan  sonra  yazılaçaq,  yazıb  xidmətüvüzə  irsal  elədim  ki,  çap  edəsiz  ki.  Sizin 
qəzetin  məzmununda  olan  mətləblərə  münasibdir.  Şayəd  ki,  xalqdan  rəfi-vahimə
ola.  O  ki  gərəkdir  yazılsın,  həmin  bu  ərizənin  dalında  səbt  olundu.  Əgər  qəzetə
yazılsa,  gərəkdir  ki,  nəzmən  və  nəsrən  hamam  qərar  ilə  yazılsın  ki,  bəndə
yazmışam.  Nəinki  dümbüridə  çap  olmasın  ki,  söz  rabitədən  düşəndə  ləzzətdən 
düşər. 
Vəssəlamü  əl-əddəvam  ilə  yövmil-qiyam.  Təhrirən  fı  10  mahicəmadiəl-əvvəl 
sənə 1293. Müxlisiniz Hacı Seyid Əzim Şirvani. 
Şamaxıda  bir  camaat  uşkolası  bina  ülub  ruhani  "okrujnoy"  məclisinin  təhti-
nəzarətində. Şamaxı sakini Hacı Seyid Əzim məliküşşüəra öz oğlu Mircəfər namı
haman uşkolaya elm təhsil etmək üçün qoymaqdan xalqın məzəmmətin görüb öz 
oğluna nəzm ilə nəsihət verdiyinin bəyanıdır: 
Məsnəvi 
Cəfər, ey qönçeyi-gülüstanım,  
Ey mənim bülbüli-xoşəlhanım.  
İki yüz yetmiş üçdə, bəd həzar  
Mötədil fəsldi zamani-bahar  
Səni həq mən fəqirə qıldı əta, 
  


                                            
129 
Kəbeyi-qəlbimə yetişdi səfa.  
On beş ildir ki, ey ətayi-əzim,  
Sənə adab eylərəm təlim.  
Yetibən əqlə sərfəraz oldun,  
Dəxi məndən ki, biniyaz oldun.  
Əql peyğəmbərin qılıb rəhbər.  
Öyrən adabi-məzhəbi Cəfər,  
Demirəm mən gedən təriq ilə get,  
Əqli tut, ol gözəl rəfiq ilə get.  
Sənə bürhan deyil təriqi-pədər,  
Gör nə yol getdi zadeyi-azər.  
Demirəm rus, ya müsəlman ol,  
Hər nə olsan get, əhli-ürfan ol!  
Ey gözüm nuri, ey ətayi-xuda,  
Sənə Şirvanda oldu nəşvü nüma.  
Lilləhül-həmd xitteyi-Şirvan,  
Saniyi-İsfəhandır elan.  
Gərçi viranə oldu zəlzələdən,  
Çıxmayıb mərifət bu mərhələdən.  
Var hər guşədə yüz əhli-kəmal,  
Hər biri əhli-elmü sahibi-hal.  
Xasə kim, abü xakinin əsəri  
Qabili-tərbiyət qılır həcəri.  
Xasə kim, padşahi-kişvəri-rus,  
Edəni təxti-ədlü dadə cülus.  
Eyləyir tərbiyət kəmal əhlin,  
Gətirir halə hər mahal əhlin.  
Hər vilayətdə açdı məktəblər,  
Çatdılar feyzə əhli-mənsəblər.  
Oxunur onda müxtəlif dillər,  
Həll olur onda cümlə müşgüllər.  
Ey oğul, bu dəlili-bişəkdir,  
Adəmi-bisavad eşşəkdir.  
Rəmzi-"həl yəstəvi" müdəlləl imiş,  
Bilməyəndən bilən kəs əfzəl imiş.  
Həq buyurmuş ki, ixtilafı-üsan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə