SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

                                            
164 
Nəvayi-dükəşi-şerin binası üstüvar olsun.  
Büzürgü kuçikü ürfan-ara şeri-hümayunun  
Gərəkdir qədrdə manəndi-dürri-şahvar olsun.  
"Nişaburun Səbahı" tək səfayi-təbə ver rövnəq- 
Ki, ta firuzə tək şerin mətai-hər diyar olsun.  
Xəta, Şahi-Xətayi təbiniz etmiş ələm bərdaşt,  
Nə lazımdır ki, şəhr aşublə dolsun, niqar olsun?  
Sürudi-şer ilə suzü güdazindən nədir mətləb?  
Zərər verməz mənə sinəndə gor yüz min şərar olsun.  
Məqami-nəzmə gəlsən xaricahəng olma, ey Qumri!  
Ədayi-şerdə çox qoyma təbin hərzəkar olsun.  
Dügahi-ruzü şəbdə Pəncgahi-fərzi-taət tək  
Sənə vacibdir öz əşarın həllacişuar olsun,  
Əşiranı pərişan etmə, başdan eyləmə bidad,  
Qoy əhbabın sənə müşkül günündə yari-ğar olsun.  
Əbülçəpvar ahəngi çəp etmə, rastlıq xoşdur.  
Deyil mümkün bu kim, kəctəb kəslər rastkar olsun.  
Mənə olma müxalif kim, xədəngim kur edər çeşmin,  
Müqabildə əgər düşmən mənə tsfəndiyar olsun.  
Gələ gər Zabili-mənadə təbim Rüstəmi qəhrə,  
Gətirməz tab əgər Dərbəndə tək yüz min həsar olsun.  
Nəzər qıl, vurma çəngin tari-şeri-əhli-ürfanə- 
Ki, qanuni-büsati-nəzm əlində tar-mar olsun.  
Rəvadır övci-istiğnadə, ey bibalü pər Qümri,  
Sənə şəhbazi-zərrinbalü pər gəlsin, şikar olsun?  
Mənəm ol şəhsəvari-tündcövlan ruzi-hiycadə- 
Ki, tab etməz mənə gər yüz sənin tək xərsüvar olsun.  
Rəşadətlə qədəm meydanə qoysa farisi-təbim,  
Salar xakə əgər min ləşkəri-xəncərgüzar olsun.  
Himari-təbi-ləngin üstə hər nadan səvar olmuş,  
Umar kim, tusəni-təbim tək ol həm rahvar olsun.  
Məşami-canə hərgiz xarü xəs gül nəkhətin verməz,  
Bu namümkündü kim, hər pöşkdən müşki-tatar olsun.  
Qətarə sarbani-təb çəksə Rəxşıni nəzmin,  
Gərəkdir zülfi-huradən ona müşkin məhar olsun.  
Xumarın var, ey Qümri, sənin qəflət şərabından,  
Sənə bu şeri göndərdim ki, ta dəfi-xumar olsun. 
  


                                            
165 
Özün öz qüvvətin yaxşı bilirsən, qeyri bilməzsə, 
Vəli cəhli-mürəkkəbsən, sənə bu cəhl ar olsun! 
Əçəb nasalehü biabiru əşxasi-ərzalsiz, 
Sizə şeyxi-Səlahın suyu, yarəb, zəhrimar olsun! 
Bizə bu misrəi axırda, ey Qümri, demişdin kim, 
"Qoyun, çanım, məni Dərbənddə şüğlüm kəsbü kar olsun' 
Səni əvvəldə şüğlündən edən təbi-qəsirindir; 
Dəxi bundan sora şüğlün həmişə kəsbü kar olsun. 
Yəqin kəsb əhlisən, canım, gözüm, əl çəkmə şüğlündən, 
Gorək kəsb əhli şairlik büsatından kənar olsun. 
Yaraşmaz şair olmaq, filhəqiqət, əhli-bazarə, 
Gərək tacirlər içrə şəxs sahib-etibar olsun. 
Bu şairlikdən ol çək, çəkmə ol öz kəsbü karından, 
Nə layiqdir bu silkin əhli hər bir nabəkar olsun. 
Sizin tək zahidi-xüşkün nə hasildir kəlamından? 
Gərək şair olan kəs eşqbazü meygüsar olsun. 
Gərək şair olan rüxsarü zülfi-yar fikrində
Pərişan-xatirü aşüftədil leylü nəhar olsun. 
Bu Qümrilik adm bəs tərk elə, əyləş dükanında, 
Səninçün etibar, ey taciri-valatəbar, olsun.  
Gərək Qümri olan kəsdə ola bir sərvqəd eşqi,  
Onun fikrilə daim biqərarü düfikar olsun.  
Gərək bir sərvqəd eşqində əşki-dideyi- 
Qümri Axıb seylab tük hər yanə rəşki-cuybar olsun.  
Nə lazımdır bizə bir siz təki nafəhm olan şair- 
Ki, hər bir beytdə yüz min xətası aşikar olsun?  
Nə lazımdır yazam əşar siz tək bikəmal üstə- 
Ki, bu gül tək kəlamım çeşminizdə nişi-xar olsun?  
Demişdin məbhəsi-şətrəncdə, canım, rəvadırmı  
"Hüseyn məddahının kirdarı şətrəncü qumar olsun"?  
Kişi şətrənc bilməkçin qumarbaz olmaz, ey qafil,  
Gərək arif olan hər elmdə kamiləyar olsun.  
Əgər şer anlayan kəs, Qümriya, bir şerini görsə,  
Deyər bu Qümriyi-cahil gərəkdir səngsar olsun!  
Demişdin üç yüz altmış fənn var, hansında kamilsən?  
Muradın hansı fənn isə bəyan et, aşikar olsun.  
Əzəl fənnim budur kim, məclisi-meydən xəbərdarəm, 
  


                                            
166 
Həmişə istərəm bəzmimdə yari-gülüzar olsun  
Qumarbazəm, xərabati, qələndər, çərsiyü bəngi  
Qərəz ki, məndə var aləmdə hər pislik ki, var  
Bu xasiyyətlə sizlərdən yenə yüz rübbə əlayəm Səgi- 
Kaşi gərək kim, əhli-Qumdan nik kar olsun  
Könül, axtarma hərgiz mərifət əhli-Dağıstandan  
Dirəxti-biddə mümkün deyildir kim, ənar olsun.  
Səməndi-təbinə çox vermə cövlan, Seyyida, bəsdir!  
Rəva görmə ki, Qümri bundan əfzun şərmsar olsun  
Həmişə taciri-eşq ol, səfa mülkündə sövda qıl,  
Əlində nəqdi-can mayə, xəridin zülfi-yar olsun.  
Cəmali-zahiri gəzmə, səfayi-batin et hasil,  
Məcazidə həqiqət seyrin et, həqq aşikar olsun. 


                                            
167 
MƏHƏMMƏDTAĞI QÜMRİYƏ 
Qəsidə 
Səlamım asitanən xakinə badi-səba versin,  
Pəyami-aşinanı aşinayə aşina versin.  
Kəsimi-sübh qılsın ərz halım Qümriyi-zarə- 
Ki baği-eyşinə bir lütflə bərgü nəva versin.  
Gətirsin naməsin pirahəni-Yusif tək ol şahın,  
Bu Yəqubi-həzinin çeşminə nurü ziya versin.  
Səvadi-naməsindən rövşən etsin dideyi-tarı,  
Qübari-məqdəmindən çeşmi-canə tutiya versin.  
Əla, ey Qümriyi-şirinsüxən kim, əhli-dil istər,  
Bu ümmidim nihalı bari-işrət ibtida versin.  
Könül, ey şairi-şirintəkəllüm, istər almdə,  
Mərizi-canə gülqəndi-kəlamından şəfa versin.  
Bizə bundan müqəddəm bir neçə əşar yazmişdın,  
Bu ümmid ilə kim, ayineyi-qəlbə cila versin.  
Əzizim, zənniniz kəc getdi, olduz dilgiran bizdən,  
Büruzə təbiniz istərdi kim, rəsmi-hica versin.  
Və lakin rəyi-pakü pürsəhabi-lütfi-ehsanın  
Edib xahiş ki, bu nari-cidalə intifa versin. 
İlahi, ollmasın hərgiz şikəst aləmdə ol kəs kim,  
Şikəsti-üstüxanə istəyibdir mumiya versin.  
Küsuf etmişdi gərçi afitabi-mehriniz bizdən, 
Ümidim var ki, açılsın, genə nurü bəha versin.  
Səbahi-lütfünüz baranını hərdəm qılın cari- 
Ki, gülzarı xəyalə tazədən nəşvü nüma versin. 
Gərək bundan sora Şirvanə gəlsin nəzmi-canbəxşin,  
Kidurətdən dili-ərbabi-mənayə səfa versin.  
Məhəbbət əhlisiz, canım, mühibbi-ali-Heydərsiz,  
Sizə hər kim ədavət eyləsə, rəbbim bəla versin!  
Həmişə fikriniz zikri-müsibətdir iradətlə,   
Sizə, yarəb, cəzayi-xeyr şahi-Kərbəla versin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə