SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

                                            
168 
Məqami-eşqdə səy ilə daim arizu eylər- 
Ki, Qafil Kəbeyi-didarına canın fəda versin!  
Gətir lütfünlə miskin Bixudi xaki-məzəllətdən- 
Ki, ta canın sədaqətdən sənə ol binəva versin.  
Fütüvvət qıl, elin tut Zöviyi-bixanimanın kim,  
Muradın aləmi-fanidə şahi-Lafəta versin.  
Rəvadır kim, sogani-kuyüvə, ey taci-sər Qümri,  
Səfavü sidq ilə can Seyyidi-bəxtiqəra versin?! 
  


                                            
169 
MƏHƏMMƏDTAĞI QÜMRİYƏ 
Qəsidə 
Əgər ol həzrətə məhrəm olan badi-səba, Qümri,  
Yetirdi hərdəm ol dərgabə bizdən yüz dua, Qümri.  
Zibəs ki, şövqi-didarın düşübdür xatiri-zarə,  
Çıxıb can cismdən, billah, qılır meyli-həva, Qümri.  
Yazıb dərdi-dilimdən şəmmeyi-şərh eylədim ta kim,  
Hüzurunda ədəblə eyləyə halım əda, Qümri.  
Pərişandır zibəs ki, xatirim dövran məlalından.  
Tapılmaz xatiri-zarə verən zövqü səəfa, Qümri.  
Xəyalım bas ki dərhəm eyləyibdir xublər zülfu,  
Çıxar bir şer təhrir eylasəm yüz min xəta, Qümri.  
Bəid olmaq gərəkdir şərhi-tətvili-ibarətdən- 
Ki, olsun müxtəsər bunca mütəvvəl macəra, Qümri.  
Deyildir mətləbim bu şerdən izhari-fəzl etmək,  
Sədaqətlə sənə yazdım bu şeri biriya, Qümri.  
Qərəz pərvaneyi-şövqüm olubdur tövfinə mail,  
Olan, ey məçməi-Dərbənd ara şəmi-əza, Qümri!  
Vəhidül-əsr, xəllaqül-məani, qüdvətüş-şəra.  
Fəsahət kişvərində xosrovi-sahibliva Qümri.  
Sənin əbyati-sehrasarü əşari-lətifindən  
Gəlir billah, məşami-canə buyi-aşina, Qümri.  
Şüainin əgərçi pərtövi-nəzmi-fəsihindən,  
Qılır simab çərxi-əxzəri kəsbi-ziya, Qümri.  
Əgər olsaydı Həssani-ərab bu əsrdə zində,  
Fəsahət kəsbinə səndən edərdi iltica, Qümri.  
Sipehri gərçi xurşidi-sipehri-nəzmdir, lakin  
Olur xurşid nəzmin ərzgahında Süha, Qümri.  
Xəlilin gülşəni-təbi yetirməz bir güli-ziyba,  
Əgər ol gülşən içrə olmasa lütfün səba, Qümri.  
Hanı, gəlsin Sikəndər kim cahanə kamyab olsun,  
Səvadi-xamədən zahir qılıb abi-bəqa, Qümri,  
Pərişan idi hahm dilşikəsti-guşeyi-ğəmdə,  
Şikəstə könlümə əşarın oldu mumya, Qümri.  
Bu növ möcüzayin nəzmü nəsr ilə dəxi, billah, 
  


                                            
170 
Mütiəm gərçi peyğəmbərlik etsə iddəa Qümri!  
Qılıb şahi-Hiçazın mədhinə yüz nəğmələr ağaz,  
Çəkib şur ilə mədhi-Heydərə dilkəş nəva, Qümri.  
Müxalif dəhrdə hər ləhzə yüz suzü güdaz ilə,  
Həsari-mədhi-movladə olub midbətsəra Qümri.  
Yeri vardır bu gündən böylə mülki-şahə naz etsə,  
Olubdur asitani-Mürtəzadə çün gəda Qümri.  
Məcalislərdə, məscidlərdə təqrir etdim ol nəzmin,  
Oxundu hər tərəfdə mədhinə yüz mərhəba, Qümri!  
Olubdur cəddimin övsafına çün təbiniz guya,  
Müin olsun sənə daim Əliyyül-mürtəza, Qümri!  
Səni mən vəsf qıllam ta ki dünyadə həyatım var,  
Neçin kim, olmusan vəssafi-şahi-Kərbəla, Qümri.  
Mənim şahım, pənahım, qibləgahım, tacidarımsan,  
Qəbul etmiş səni çakərliye Şiri-xuda. Qümri.  
Eşitdim daima şüğlün sənin zikri-müsibətdir,  
Olubsan şəmi-bəzmi-matəmi-ali-əba, Qümri.  
Töküb xunabə gözdən bu qəribə ağla kim, daim  
Gəlib fəryadə ağlar möhnətindən ənbiya, Qümri!  
Qəbul olsa əgər ki, matəmi-şahi-şəhidanə,  
Deyil bir misrəi-əşarına aləm bəha, Qümri.  
Hüzuri-pakinə vardırsəlamı əhli-Şirvanın,  
Sənə əhli-məbəbbət göndərir küllən dua, Qümri!  
Dəmadəm şerlər eylə rəqəm zikri-müsibətdə- 
Ki, ta olsun sənə çü töhfeyi-ruzi-cəza, Qümri.  
Əgərçi Seyyidi-sərgəştə səndən durdür, lakin  
Deyildir aləmi-mənadə ol səndən cida, Qümri. 
  


                                            
171 
DƏRBƏNDLİ XƏLİL TƏXƏLLÜS ŞAİRƏ 
Qəsidə 
Ey piri-xirədməndü hünərpərvəri-dövran,  
Vey müfliqü zirütbəvü danavü süxəndan.  
Həmnami-Xəlilülləhü həmxülqi-Məhəmməd,  
Heyətdə çü İdris və hikmətdə çü Loğman.  
Əşari-şərifın ürəyə baisi-behcət,  
Göftari-lətifin təni-pəjmürdəyə bir can.  
Sənsən bu gün afaqdə Söhbani-fəsahət,  
Həm varisi Əməqsənü hənı naibi-Həssan.  
Sən nəzm sipehrində haman mehrsən, ey pir- 
Kim, xiyrə şüam qılar aləmləri rəxşan.  
Sən qümriyi-xoşləhceyi-baği-ürəfasən,  
Hər misrəi-mövzun sənə bir sərvi-xüraman.  
Rüxsari-münirindi sənin nuri-səbahi- 
Kim, rövşən edər aləmi çün mehri-dirəxşan.  
Dün yazdığın əşari-fərəhbəxşü lətifin  
Yetdi mənə, oldu ürəyim xürrəmü xəndan.  
Baxdıqca mənim ömrümü artırdı səvadı,  
Guya o səvad içrədi yüz çeşmeyi-heyvan.  
Müzmər o səvad içrə olan məniyi-rövşən,  
Bir ruzi-münəvvərdi dili-şəbdə nümayan.  
Yarəb, bu Xəlili bizə çox görmə cahanda,  
Bu atəşi-dünyanı ona eylə gülüstan.  
Təzim ilə yerdən götürüb bəndeyi-zarı,  
Öz çakəri-üftadəsinə eyləyib ehsan.  
Lütfılə edib zərrəni xurşidə müqabil,  
Qoymuş ləqəbi-murini şəfqətlə Süleyman.  
Bir səvəni şəhbaz qılıb, rubəhi əjdər,  
Bir zülmətə nurani deyib, qətrəyə ümman.  
Ol padşəhi-məsnədi-iqlimi-fəsahət  
Şəfqətlə edibdir ləqəbi-bəndəni sultan.  
Əhsəntü kəmalatuva, ey piri-Xızırpey- 
Kim, yazdığın əşar yetər fəzlüvə bürban.  
Xürrəm o vilayət ki, ola siz təki əhli, 
  


                                            
172 
Məçmuəsi xoştinətü dindarü müsəlman!  
Yarəb, ola məmur belə xitteyi-ziba,  
Bu sahəti-Dərbənd ola çün rövzeyi-rizvan!  
Didaruvuza təşnə idim xeyli zamandır,  
Ol növ ilə kim, su həvəsində ola ətşan.  
Amma mənə bir vəqt nəsib oldu bu dövlət – 
Kim, yox fərəsi-təbdə bir qüvveyi-cövlan.  
Əhvalımı dərhəm eləyib ğibbi-mühərriq,  
Sevdayi-hərarət eləyib cismimi suzan.  
Səfradən olub fəmmdə sədparə lisanım,  
Amas qılıb, qüvveyi-təqrirə yox əlhan.  
Bir yan bu mərəz, bir yana Şirvan fəraqı,  
Bir yanə dəxi həsrəti-ruxsareyi-canan.  
Xassə ki, səfər əzəmi-zəhmətdi, pəyəmbər  
Təqrir eləyibdir səfəri qiteyi-niran.  
Zəfi-mərəz ilə ki, dönüb cismim hilalə,  
Gər xidmətüvə yetməsəm, olmaz mənə nöqsan  
Bəs "sərhi-məmər" rəmzi kifayətdi bu halə,  
Tətvili-dəlail olu eşq əhlinə şayan.  
Ümmid ki, siz eyləyəsiz rəncə qədəm, ta  
Daruyi-əyadət edə bu xəstəyə dərman.  
Əfv et qələtim olsa əgər, olmuşam, ey pir,  
Çün xubların zülfü təki halı pərişan.  
Cəmiyyəti-xatirlə, xudaya, olasan şad,  
Kamınca ola dəhrdə daim sənə saman!  
Ümmid ki, məqbul ola bu töhfeyi-əhqər,  
Seyyid dilü can ilə sizə oldu sənaxan. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə